Sərnişin gəmiləri


Şəkil 14. Gəmi yığımınını sistemlərinin sxemaları; a-eninə; b-uzununa, v) kombinasiya edilmiş 6. Korpusun yığım sistemləri



Yüklə 163,7 Kb.
səhifə9/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   ...   5   6   7   8   9   10   11   12   ...   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

Şəkil 14. Gəmi yığımınını sistemlərinin sxemaları; a-eninə;
b-uzununa, v) kombinasiya edilmiş
6. Korpusun yığım sistemləri


Korpusun eninə yığım sistemi (şək.15). Bu sistemlərdə bütün üstü örtülmüş baş istiqamətlərin tirləri: gəminin dibində-florlar, bortlarda-şpanqoutlar, göyərtələrin altında bimslər gəminin eninə qoyulmuşdur. Onların arasındakı eninə şpasiya
Reqistrin qaydalarına görə təyin olunur və gəminin uzunlu­ğundan asılı olaraq 500-800 mm həddində olur.
Bu sistemdə qurulan gəmilərdə en sisteminin yığımı ona görə əlverişlidir ki, ambarların uzunluğu böyük olur (30m-ə qədər) və ramalı şpanqoutlarla və böyük knitsalarla tutulmur. General yükləri daşıyarkən bu çox əlverişlidir çünki, gəminin tutumunu çoxaldır. En sisteminin əsas nöqsanı ondan ibarətdir ki, böyük gəmilərdə ümumi uzunluq bərkliyini təmin etmək çətindir.
Ona görə də hal-hazırda bu sistemlə gödək gəmilərin quru yük, sərnişin, traulerlər və həmçinin yedək, buzqıran gəmilərini qurarkən istifadə olunur.
Korpusun uzununa yığım sistemi (şək.16) – Bu sis­temdə dibin, göyərtənin və bortların möhkəmliyini təmin edən çoxlu yüngül uzununa gedən tirlər olur. Onlar bir-birindən 500-750 mm məsafədə yerləşirlər. Korpusun eninə bərkliyi, eninə gedən arakəsmələrdən başqa ramalı şpanqoutların qoyulmasını təmin edir hansı ki, ramalı flor və bims ilə birlikdə möhkəm rama əmələ gətirir. Uzununa gedən tirlər vertikal kildən başqa, arakəsmələrdə də kəsişir, uzununa bərkliyi təmin etmək üçün isə onları knitsalarla və yaxud onlarsız qaynaq edib yapış­dırırlar.

Şəkil 15. Eninə yığım sistemində quru yük gəmisinin en kəsiyi (solda maşın şöbəsi üzrə, sağda yük ambarı üzrə); 1. Lyuk qapaqları;
2. Çıxarılan bims; 3. Lyukun kominqsi; 4. Falşbort; 5.Adi şpanqout; 6. Tirlər; 7.Ambarda taxta döşəmə; 8. Braket flor; 9. Vertikal gil;
10. Dibin örtüsü; 11. İkinci dibin döşəməsi; 12. Strinqeri;
13. Pillers; 14. Bütöv flor; 15. Ramalı şpanqout; 16. Yarımbums;
17. Aşağı göyərtənin döşəməsi; 18. Şaxtanın divarı; 19. Şaxtanın dayağı; 20. Bort örtüsü; 21. Guşəbənd; 22. Yuxarı göyərtənin döşəməsi; 23. Yuxarı göyərtənin yarımbimsi

Uzununa yığım sistemi uzununa bərkliyi daha da yaxşı təmin edir. Korpusun çəkisi, həmin ağırlıqda və ölçülərdə olan eninə yığım sistemində qurulmuş gəminin korpusunun ağır­lığına nisbətən aşağı olur. Ambarda çox yer tutan ramalı şpanqoutların və eninə gedən arakəsmələrin çox sıx yerləş­dirilməsi nəticəsində ədədi yük daşıyan quruyük gəmilə­rində bu sistemdən istifadə etmək münasib olmur. Ona görə də uzununa yığım sistemində tankerlərin və böyük hərbi gəmilərin qurulmasında istifadə olunur.



Şəkil 16. Tankerin uzununa yığım sistemi (en kəsiyinin yarısı); 1. Ramalı şpanqout; 2. Ramalı bims; 3. Karlinqs;
4. Eninə arakəsmə; 5. Şelf; 6. Ramalı flor; 7. Vertikal gil;
8. Guşəbənd; 9. Uzununa arakəsmə; 10. Ramalı dayaq;
11. Dibin bərkliyinin uzununa qabırqaları; 12. Bortun bərkliyinin qabırqaları

Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin