Sərnişin gəmiləri


Fəsil II. Gəminin korpusunun konstruksiyası



Yüklə 163,7 Kb.
səhifə5/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   2   3   4   5   6   7   8   9   ...   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

Fəsil II. Gəminin korpusunun konstruksiyası


3. Gəmi korpusunun möhkəmliyi haqqında anlayış

Gəminin korpusu ümumiyyətlə bir-birinə bərabər olan öz xüsusi ağırlığının və suyun təzyiqinin təsirini hiss edir, lakin bu təsir gəminin uzunluğu boyunca bərabər bölünmür. Ona görə də gəminin korpusu sakit suda əyrilik ala bilər. Bu hadisə iki halda ola bilər.


1. Əgər gəminin orta hissəsində saxlama qüvvələri gəminin ağırlığından çox, uclarda isə əksinə olsa gəmi əyilə bilər. Bu halda gəminin dibi sıxılır, göyərtə isə gərilir. Ən çox əyrilik momenti mideldə əmələ gəlir. Əgər gəmi dalğanın zirvəsində olsa bu əyrilik daha da çoxala bilər.

Şəkil 11. Gəminin korpusunun əyriliyi; a) dalğanın zirvəsində
b) dalğanın ləpələrinin üstündə
2. Əgər orta ambarlar tamamilə ağzına qədər dol­durulsa, uclar isə doldurul­masa, gövdə qarılar, o za­man gəminin dibi gərilər, gö­yərtə isə sıxılar. Əgər gə­mi dalğanın altında olsa bu vəziyyət daha da pis nəticə verə bilər, belə ki, burun və korma dalğanın lə­pələrinin üs­tün­­də olar (şək.11). Gə­mi­nin əyilmə gərginliyinə müqa­vimət göstərməsi uzu­­nuna və ya­xud ümu­mi bərklik ad­­lanır. Mak­si­mal gər­gin­lik yuxarı (gö­yərtə) və aşağı (gə­mi­nin dibi) bənd­lərdə mey­dana gəlir və təx­mi­nən bortun hün­dür­lü­yü­nün ya­rı­sında (ney­tral xətt) sıfıra bəra­bər olur.
Gəmi həddindən ar­tıq yüklənərsə korpus dağıla bilər. Bunun olmaması üçün gəminin taxta örtüsünün təbəqələrini yığımlarla uzununa və eninə tirlərlə bərkidirlər.
Gəminin konstruksiyalarında əmələ gələn maksimal gər­ginlik, bərkliyin lazım olan ehtiyacını təmin edən miq­dardan artıq olmamalıdır.
Gəminin uzununa əyilməsindən başqa suyun, yükün və mexanizmlərin təsiri altında eninə istiqamətdə gəminin di­bin­də, bortlarda və göyərtədə yerli deformasiya əmələ gəlir.
Gəminin eninə istiqamətdə korpusun deformasiyasını əmələ gətirən qüvvələrə müqavimət göstərən bacarığına eninə və yaxud yerli bərklik deyilir.
Gəminin korpusunun və onun ayrı-ayrı hissələrinin möh­kəmliyinin hesabı gəminin quruculuq mexanikasının qanunları əsasında həyata keçirilir.



Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin