Sərnişin gəmiləri



Yüklə 163,7 Kb.
səhifə7/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   2   3   4   5   6   7   8   9   10   ...   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

Yapışdırma birləşməsi – Bu birləşmə gəmi­qurucu­luğunda və gəmi təmirində geniş istifadə olunduğu üçün sintetik yapışqanlardan istifadə olunur. Yapışqanın köməyi ilə kiçik özüyeriyən və özüyeriməyən gəmilərin korpusunu hazır­lamaq olar. Metal konstruksiyalarda kiçik təmir işləri aparmaq üçün olduqca xeyirlidir. Yapışdırma birləşməsinin müsbət cəhəti onun sadəliyi və qızmanın olmamasıdır. Mənfi cəhəti – möhkəmliyin az olmasıdır.
5. Gəmi korpusunun elementləri

Dəniz gəmilərinin korpusunun konstruksiyasını öyrən­məmişdən qabaq gəminin şəkil 13-də göstərilmiş əsas element­ləri ilə tanış olmaq lazımdır. Gəminin korpusu möhkəmliyi təmin edən uzununa və eninə su buraxmayan örtükdən və yaxud bəndlərdən ibarətdir. Uzununa və eninə gedən tirlərin ümumi birləşməsi gəminin karkasını əmələ gətirir və gəmi yığımı adlanır.


Suburaxmayan örtük gəminin dibindən, bort örtüyündən və yuxarı göyərtənin döşəməsindən ibarətdir.
Xarici örtüyün təbəqələri qaynağın köməyi ilə gəmi yığımının tirlərinə bərkidilib, taxtapuşlar əmələ gətirir: dib, bort və göyərtə taxtapuşları.
Uzununa gedən tirlər gəminin uzununa boyunca gedir. Onlara vertikal kil, stringerlər, karlinqslər və bərkliyin uzununa gedən qabırqaları aiddir.
Vertikal kil – bu gəminin eninin ortasından keçən dib yığımının uzununa gedən güclü tiridir. Ona aşağıdan üfüqü kil adlanan gəminin dib örtüsünün təbəqəsi birləşir. Böyük en kəsiyinin uzununa gedən dib və bort yığımlarının tirləri – strinqerlər adlanır.
Yerləşdiyi yerdən asılı olaraq onlar bort, skula və dib strinqerləri adlanırlar. Göyərtənin altında olan möhkəm tirlərə karlinqslər deyilir.
Strinqerlər və karlinqslərə nisbətən daha kiçik profilli uzununa gedən tirlər bərkliyin uzununa gedən qabırqaları adlanırlar və yerləşdiyi yerə görə göyərtəaltı, bort və dib qabırğaları adlanırlar. Onlar uzununa döngələrdə xarici örtüyün və göyərtə döşəməsinin möhkəmliyini təmin edirlər. Eninə gedən tirlər – flor, şpanqout və bimsdən ibarətdir.

Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin