Sərnişin gəmiləri


Korpusun kombinasiya edilmiş yığım sistemi



Yüklə 163,7 Kb.
səhifə10/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   ...   6   7   8   9   10   11   12   13   ...   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

Korpusun kombinasiya edilmiş yığım sistemi (şək.17). Əgər dib və göyərtələr uzununa sistemlə, bortlar isə eninə sistemlə yerinə yetirilibsə, o zaman bu cür yığım kombinasiya olunmuş sistem adlanır. Bu böyük quruyük və sərnişin gəmi- lərini, rudovozları və tankerləri qurarkən tez-tez istifadə olunur. Bu yığım sistemində bortlara nisbətən gəminin ümumi


Şəkil 17. Kombinasiya edilmiş yığım sistemində quruyük gəmisinin en kəsiyi; 1. Planşir; 2. Falşbortun dayağı 3. Falşbort;
4. Ramalıbims; 5. Göyərtənin döşəməsi; 6. Karlinqs;7. Göyərtəaltı bərkliyin qabırğası; 8. Lyukun kominqsi; 9. Pillers; 10. Bims;
11. Arakəsmənin dayağı; 12. Eninə arakəsmə; 13. Ikinci daban döşəməsi; 14. Vertikal gil; 15. Üfüqi gil; 16. Dib strinqeri; 17. Dibin örtüsü; 18. Flor; 19. Diblər arasında axırıncı təbəqə; 20. Gəminin skula gili; 21. Gəminin skula zonası; 22. Ambar şpanqoutu;
23. Yarım bims; 24. Bort örtüsü; 25. Tvindek şpanqoutu;
26. Şirstrek.
uzunluğunun bərkliyini təmin edən dib və göyərtə uzununa sistemdə yığılır. Korpusun uzununa əyilməsində az iştirak edən bortlar eninə sistemdə yığılır, çünki o eninə bərkliyi daha da yaxşı təmin edir və ambarların doldurulmasına mane olmur. Qeyd etmək lazımdır ki, kombinasiya olunmuş yığım sistemi gəminin yükqaldırmasını artırır. Bu yığım sisteminin nöqsanı uzununa sistemdən eninə keçən yerlərdə konstruksiyanın mü­rəkkəbliyidir.


7. Korpusun ayrı-ayrı hissələri və detalları


Dibin yığımı – İki dibli yığımın en sistemində dib yığımının əsas tiri diametral müstəvidə gəminin uzunluğu boyunca gedən daxili vertikal kildir. Ona hər iki tərəfdən florlar qaynaq edilib yapışdırılır – gəminin skula hissəsinə qədər gedən eninə tirlər. Florların mideldə olan hündürlüyü kildə olan kimdir. Florlar üç cür olur: suburaxmayan, bütöv və braketli (şək.18).

Şəkil 18. Florlar a) suburaxmayan;
b)tam; v)braketli

Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin