Sərnişin gəmiləri


Maye yük daşıyan gəmiləri və yaxud tankerlər



Yüklə 163,7 Kb.
səhifə2/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   2   3   4   5   6   7   8   9   ...   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

Maye yük daşıyan gəmiləri və yaxud tankerlər – maye yüklərin daşınması üçün istifadə olunur: neft, neft məhsulları və həmçinin bitki yağları, şirin su və s. Tankerin yük hissəsi uzununa və eninə olan arakəsmələrlə böyük saylı şöbələrə-tanklara bölünmüşdür. Bu bir neçə novlü yükü eyni zamanda daşımağa imkan verir və bundan başqa gəminin üzmə qabiliyyətinin keyfiyyətini yaxşılaşdırır.


Balıq ovlayan gəmilər – dəniz balıq vətəklərində balıq ovlamaq üçün istifadə olunur (balıq ovlamaq, balina , xərçəng, suiti və s. hasil etmək). Onlar böyük sayda tiplərə bölünürlər: traulerlər, seynerlər, “krabolovlar”, “kitoboylar” və vəhşi heyvan ovçusu gəmiləri. Bunlara bilavasitə dənizdə balığı, balinanı və s. tutub, hasil edən gəmilər, üzən bazalar və zavodlar da daxildir.
Xidmət – köməkçi gəmiləri – nəqliyyat və balıq ovlama donanmasının normal işləməsini təmin edir.
Bu gəmilərə aşağıdakılar daxildir.
Buzqıranlar – bu gəmilərin xüsusi möhkəm korpusu və güclü baş mühərrikləri var. Vəzifələrinə görə bölünürlər: xətti hərəkət – gəmiləri ağır buzlardan keçir­mək, köməkçi – buzlanan limanlarda naviqasiyanın müddətini uzatmaq üçün liman gəmilərinin istifadə olunması.
Yedəklər (buksirlər) – Bu gəmilərin güclü ener­getika quruluşları olur. Onlar yaxşı manevr edən kiçik gəmi­lərdir. Onlar müxtəlif üzən qurğuları dənizdə yedəyə almaq və limanlarda başqa gəmiləri keçirmək üçün istifadə olunurlar.
Paylayıcı gəmilər – körpülərdə və yaxud reyddə dayanan gəmiləri yanacaq, yağ, şirin su ilə təmin edən kiçik tankerlərdir.
Losman gəmiləri – Losmanı gəmilərə aparıb, çatdıran kiçik dəniz gəmisidir.
Kiçik səfər gəmisireyddə dayanan gəmilərlə, sahil və başqa gəmilərlə əlaqə saxlayan kiçik gəmidir.
Xilasedici gəmilər – fəlakətdə olan gəmilərə kömək etmək üçün dəniz yedəklərinə bənzər gəmilərdir.
Yanğın söndürın gəmiləri – gəmilərdə və körpülərdə yanğını söndürmək üçün xüsusi avadanlığı olan və böyük limanlarda növbə çəkən, iti gedən gəmidir.

Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin