Sərnişin gəmiləri



Yüklə 163,7 Kb.
səhifə14/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   ...   10   11   12   13   14   15   16   17   ...   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

Şəkil 23. Yuxarı göyərtənin döşəməsi: 1) Lyuk kəsiyi; 2) Göyərtə strinqeri; 3) Göyərtə döşəməsinin zonaları; 4) Təbəqənin qalinliği

Uzununa əyrilikdə ən çox gərginliyi gəminin orta hissə­sində göyərtə döşəməsi hiss edir, ona görə də göyərtənin təbə­qələrini uclarda nazik edirlər, lakin onların qalınlığı 6 mm-dən az olmamalıdır.


Göyərtə döşəməsinin polad təbəqələri uzun tərəfi ilə gəminin uzunluğu boyunca yerləşdirilir, diametral müstəviyə paralel olur, sol və sağ bortların kənarlarındakı qurşaqlar isə bortların uzununa görə yerləşdirilir, onların qalınlığı böyük olur və göyərtə strinqerləri adlanır.
Göyərtə strinqeri şirstrek ilə qaynaq vasitəsilə müxtəlif üsullarla birləşdirilir; böyük gəmilərdə-stringer künyəsi (угольник) ilə pərçimlənir.
Yük lyuklarını qurmaq üçün göyərtənin döşəməsində böyük kəsiklər etmək lazım gəlir.
Onlar göyərtənin bərk­liyini azaldır, onların künc­lərində gərginliyin yığılması əmələ gəlir və bunun nəti­cəsində çatlayış olur. Yığıl­manın gərginliyini azaltmaq üçün korpusun örtü­yündə bütün kəsiklərin bucaqlarını yuvarlaqlaşdırırlar, göyərtə dö­­şəməsinin təbəqələrini kə­siklərin bucaqlarında daha da möhkəm qayırırlar.



Şəkil 24. MQŞ şaxtası və üst hissə üzrə en kəsiyi; 1) İkikci dibin döşəməsi; 2) Baş mühərrikin altinda fundament; 3) Pillers;
4) Üst hissə; 5) Daxma;
6) Rubkada vıqorodkalar;
7) Şaxtanın işıq lyukunun çıxarılan şişi; 8) İlyuminatorlarla işıq lyukunun qapağı; 9) MQŞ şaxtası; 10) Rostralar; 11) Üst hissənin göyərtəsi; 12) Baş göyərtə.
Kəsiklərlə zəifləş­diril­miş göyərtəni bərkitmək, su­yun ambara tökülməsinin qa­bağını almaq üçün kəsiyin qıraqlarında möhkəm və hün­dür quruluşu olan ko­minqs düzəldirlər. Bu qu­ruluş ilə ambarı bağ­la­yır­lar.
Neytral oxa yaxın yer­­ləşdirilmiş aşağı göyə­­­r­tələr uzu­nuna bərkitmədə az iş­tirak edir və onların qa­lınlığı yerli gər­ginliklərin miq­da­rın­dan asılıdır. Bu gö­­­yər­tələrin kəsiklərin­də ko­­minqsləri az və aşağı edirlər.
Maşın şöbəsi rayo­nun­da göyərtələrdə olan kə­sikləri göyərtəarası boşlu­ğun hün­dür­lünün hər ye­rində çə­pər­lə­yirlər. Onlar yuxarıdan qa­paq­lar və ilyu­minatorları olan işıqlı lyuk ilə bağlanan maşın şaxtasını təşkil edir (şək.24). Şaxta maşın şöbə­sini təbii ven­tilyasiya və işıq­landırmaq üçün istifadə olu­nur. Onun vasitəsilə təmir za­manı müxtəlif mexa­nizm­ləri və aqre­qatları çıxarıb, gəmi­yə verirlər. Ona görə də işıqlı lyuku çıxarılıb, taxılan düzəl­dirlər.

Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin