Sərnişin gəmiləri



Yüklə 163,7 Kb.
səhifə17/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   ...   13   14   15   16   17   18   19   20   ...   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

Arakəsmələr. Gəminin korpusu suburaxmayan eninə arakəsmələrlə şöbələrə bölünür. Onların sayı Reqistrin qay­da­larına görə müəyyən olunur. Bu arakəsmələr gəminin bat­ma­maq qabiliyyətini, eninə bərkliyini təmin edir və yanğın zamanı müvəqqəti olaraq odun əngəl törətməsinin qabağını alır.
Dəniz gəmisinin aşağıdakı eninə arakəsmələri olur: forpik və yaxud taran arakəsməsi forştevendən gəminin uzunluğunun 5-10% bərabər məsafədə düzəldilir.
Axterpik arakəsməsi axterştevendən deydvud borusu­nun uzunluğuna bərabər məsafədə düzəldilir.
Gəminin orta hissəsində maşının yeləşdiyi yerdə maşın şöbəmi üçün iki arakəsmə ayırırlar. Forpik və axterpik arakəsmələrinin məhdudlaşdırdığı sonuncu şöbələr forpik axterpik adlanırlar.
Yük gəmilərində digər eninə arakəsmələrin sayı mini­mum olmalıdır; onların arasındakı məsafə 30m-dən artıq olma­malıdır. Sərnişin gəmilərində və tankerlərdə arakəsmələr tez-tez qoyulur.
Yükün axmasının və daşmasının qabağını almaq və ləpəyə dayanıqlığını saxlamaq üçün tankerlərdə uzununa su­burax­mayan arakəsmələr qoyurlar.
Forpik arakəsməsi yuxarı göyərtəyə qədər, axterpik arakəsməsi vaterliniyadan yuxarı birinci göyərtəyə qədər, qalan arakəsmələr isə ikinci dibdən baş göyərtəyə qədər çatır.
Arakəsmələrin qalınlığı təxminən xarici örtüyə bərabər olan təbəqəli poladdan qaynaq edirlər. Bərkliyi artırmaq üçün onları vertikal dayaqlarla və yaxud üfüqü qabırqalarla bərki­dirlər (şək.28). Taran arakəsməsinin dayaqlarının arasındakı məsafə 600mm, qalan arakəsmələrdə isə 750-900mm olur.
Arakəsmələrin qalınlığını hündürlüklərinə görə müxtəlif edirlər, onu aşağı tərəfə çoxaldırlar, çünki aşağı qurşaqlar suyun təzyiqini çox hiss edir və korroziyaya mail olurlar.


Şəkil 28. Suburaxmayan eninə arakəsmələr: a- vertikal dayaqlarla; b-üfüqi qabirğalarla





Şəkil 29. Büzmələrin forması:
a) trapesiya şəkilli; b) dalğalı;
v) Düzbucaqlı


Tankerlərin əksəriyyətinin və hal-hazırda qurulan başqa gəmilərin büzmələnmiş (гофрированные) suburaxmayan ara­kəsmələri olur. Büzmələr müx­təlif şəkildə olurlar: tra­pesiya şəkilli, dalğalı, künclü və s. (şək.29).
Büzmələnmiş ara­kəs­mə­lərin kütləsi az, sadə ha­zırlanmış, tankların təmiz­lən­mə sini asanlaşdırır, lakin ara­­kəsmənin uzunluğu bo­yun­ca qüvvə təsir edərkən bərkliyi olmur, ona görə də onları uzununa arakəsmə­lərdə üfüqü, eninə arakəsmə­lərdə isə vertikal vəziyyətdə yerləşdirirlər.

Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin