Sərnişin gəmiləri



Yüklə 163,7 Kb.
səhifə57/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   ...   49   50   51   52   53   54   55   56   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

-Xilasedici canlıqlar ekipajın hər üzvü üçün, sərnişin gəmilərində isə insanların sayından 5% artıq nəzərdə tutulur. Canlıqlar bərk və hava ilə doldurulmuş olurlar. Bütün canlıqların konstruksiyalarını elə düzəldirlər ki, insanı suyun üstündə üzü-yuxarı saxlasın. Canlıqlar narıncı rəngə boyanır və siqnal fışqırıq və elektrik lampası ilə təchiz olunur. Can­lıqlar əvəzinə həmin tələbləri ödəyən xilasedici döş­lükləri (sinə bənd) əvəz etmək olar.
-Xilasedici kostyumlar – kombinzonlar əsas etibarilə suyun içində qalmaqla əlaqədar xilasedici və yaxud avral işlərini keçirmək üçün təxsis edilmişdir. Onlar lazımı qədər üzmə qabiliyyətinə malikdirlər və insanı həddindən artıq soyutmadan müdafiə edərək uzun müddət istiliyi saxlayırlar. Kombinzonlar elektrik işığı və fışdırıq ilə təchiz edilmişlər.
Üzmə ləvazimatlar əsas etibarilə əlavə xilasedici vəsait kimi sərnişin gəmilərində istifadə olunur. Onlara dibsiz yüngül saylar və oturmaq üçün hava yeşikləri olan xilasedici skamyalar aiddir. Hər vəsaitin leyeri və özüyayan buyları var. Vəsaitin ağırlığı 180 kq-dan artıq olmur ona görə də onu əl ilə suya atmağa imkan olur. Üzmə vəsaitlərini yuxarı açıq göyərtədə yerləşdiririlər, skamyalar insanların istirahət etməsi üçün istifadə olunur.


Fəsil VII. Gəmi sistemləri


30. Ümumi məlumatlar

Gəmi sistemləri ixtisaslaşdırılmış mexanizmləri ilə birlikdə boru kəmərlərinin (boru keçiricilərinin) aparatların, cihazların və quruluşların kompleksləridir. Onlar gəminin normal istismar edilməsini təmin etmək məqsədilə havanın və yaxud qazların keçirilməsi üçün təsis edilmişlər.


Gəmi sistemlərinin işi gəminin dayanıqlığını təmin edir, yəni üzmənin təhlükəsizliyini, məskunluğun lazım olan şərt­lərini, yükün qorunması və həmçinin gəminin vəzifəsi ilə əlaqədar olan xüsusi funksiyaların həyata keçirilməsini məsə­lən tankerlərdə, xilasedicilərdə, vətəgə gəmilərində və s.
Gəmilərdə adətən aşağıdakı sistemlər nəzərdə tutulur:
ambar sistemləri – qutuma, suçəkən, axıtma.
ballast sistemləri – ballast, diferent və kren.
yanğına qarşı sistemlər – su ilə yanğın söndürən, buxar ilə söndürmə, qaz ilə söndürmə, köpük ilə söndürmə.
məişət üçün su təmini sistemləriməişət üçün şirin su, içməli su, yuyunma üçün, məişət üçün bortdan kənar su, məişət üçün isti su.
suni mikroklimat sistemləri – ventilyasiya, havanın kondisionerləşdirilməsi, qızdırma, refrijerator, axıb gedən çirkab suların sistemləri, çirkab su, fan suyu, şpiqat suyu.
Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin