Sərnişin gəmiləri


Sallar (плоты) və şəxsi xilasedici vəsaitlər



Yüklə 163,7 Kb.
səhifə56/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   ...   49   50   51   52   53   54   55   56   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

29. Sallar (плоты) və şəxsi xilasedici vəsaitlər


Xilasedici sallar bərk və hava ilə doldurulmuş olurlar. Bərk sallar (şək.­76) yüngül plastmasdan hazır­la­nır. Salın daxilində oturmaq üçün bir və yaxud ikiqat div olur. Sal istənilən tərəfi ilə üzə bilər. O, avarlarla, yelkən ilə təchiz olunur, pis havada insanları müdafiə etmək üçün isə ikiqatlı tent ilə, hansı ki, xüsusi qövslərdə qaldırılır. Tent qövslərlə birlikdə salın perimetri üzrə elə qoyulmuşdur ki, hər iki tərəfə qaldırıla bilər. Ərzaq ehtiyatı və başqa ləvazimat hər iki tərəfdə ağızı olan iki­qat dibdə və yaxud suburax­mayan konteynerdə yerləş­dirilir.

Şəkil 76. Bərk xilasedici sal.
1- üzməkamerası; 2- tent;
3-tenti bağlayan sezen; 4-trap;
5- konteyner; 6-daxili leyer; 7-ilmə
Gəmilərdə hava ilə doldurulmuş sallar (şək.­77) geniş istifadə olunur. Onlar çox-qatlı rezin­lən­miş parça­dan hazırlanır. Bu sallar bağlı vəziyyətdə gö­yər­təyə bərkidilmiş kon­tey­nerlərlə saxlanılır. Salllar 4-25 adam götürə bilər.

Şəkil 77. Hava ilə doldurulan xilasedici sal; 1-leyer; 2-suballast çibi; 3-buraxıcı ciyə; 4-qazlı balon; 5-yağış suyunun rezervuarı;
6-ikiqat tent; 7-siqnal işığı; 8-daxili örtüklər; 9-hava ilə doldurulmuş qab; 10-üzən lövbər; 11-giriş trapı


Şəxsi xilasedici vəsaitlər (şək.78).
Xilasedici qurşaqları probka tikəsindən və yaxud pe­noplastdan düzəldilib rənglənmiş parusina və yaxud sintetik parça ilə tikilir. Qurşağın xarici diametri 750mm, daxili 450mm, qalınlığı 100mm olur. Qurşağın perimetrinə leyer bərkidirlər. Xilasedici qurşağı narıncı rəng ilə boyayırlar, üstündə gəminin adı və limanın adını qeyd edirlər. Qurşaqların sayı gəminin tipindən və üzmə rayonundan asılıdır. Qurşaqlar leyerlərin və rubkaların divarlarında hər iki bortda bərabər vəziyyətdə qoyulur. Qurşaqların bir hissəsi işıqlanan buylarla və tüstülüağacla təchiz olunurlar və suya düşən kimi avtomatik sürətdə yanırlar.


Şəkil 78. Şəxsi xilasedici vəsaitlər; a-işıqlandırılmış buylarla xilas­edici qurşaq; b-xilasedici canlıq; v-xilasedici kostyum-kombinezon; q-hava ilə doldurulmuş xilasedici döşlük.



Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin