Sərnişin gəmiləri



Yüklə 163,7 Kb.
səhifə49/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   ...   45   46   47   48   49   50   51   52   ...   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

Yük kranları indiki gəmilərdə olduqca, həddindən artıq yayılmışdır. Kranlar oxlardan yığcamdır, rahat istismar olunur, çox hallarda yükün yükağırlığının vurulub və boşaldılmasını olduqca tez təmin edir. Lakin onlar yükağırlığına görə (adətən 5-8t, daha seyrək 10t-a qədər) və kren olarsa (5-dən çox olmayaraq) və yaxud dalğa şəraitində işləyərkən oxlardan geri qalır. Bundan başqa kranlar oxlardan bahadır. Şək.67-də yükqaldırması 5t olan gəmi elektrik kranı göstərilmişdir.
Kranın əsas hissələri: göyərtəyə bərkidilmiş özül 1 və döndərici platforma 2. Platformada şarnirlə ox 7 bərkidilmiş və kranın 5 dönmə mexanizmləri oxun 4 çıxmasının dəyiş­dirilməsi, yükün 3 qaldırılması, idarə edilmə kabinəsi 6 montaj edilmişdir. Platforma iki diyircək kəmərin 10 köməyi ilə özülə söykənir və ona ox ətrafında fırlanmağı imkan verirlər və həmçinin onun yıxılmasını xəbərdar edirlər. Dönmə mexanizmi elektromotordan ibarətdir. Buradan, fırlanma reduktor vasitəsi-lə özülün 8 dişli çələnginə bağlanmış dişli çarxa 9 verilir. Öz fırlanması ilə dişli çarx platformanın dönməsini təmin edərək çələngi hərləndirir.
Oxun çıxmasının dəyişmə mexanizmi reduktorun vasi­təsilə topenantı baraban 11 ilə birləşdirmiş elektromotordan ibarətdir. Barabana bloklar stemindən keçən və ikinci ucu ilə oxun nokuna bərkidilmiş troslu topenant 12 bağlanmışdır. Barabana bir və yaxud əks tərəfə fırlanmaqla oxu lazım olan meyl bucağına qoyurlar.
Yükün qaldırma mexanizmi elektromotordan, reduktor­dan və qırmağı 14 ilə qurtaran, üstündə şkentel 13 bərkidilən yük barabanından 15 ibarətdir. Topenant kimi şkentel də barabana düşən qüvvəni aşağı salan blokların sistemindən keçir. Qaldırma mexanizmi iki sürətli rejimdə işləyə bilər: 3 tona qədər yükü qaldırarkən reduktoru barabanın yüksək sürətli fırlanmasına görə işə salırlar, daha artıq ağır yüklərdə 5 tona qədər – aşağı salınmış sürətdə fırlanmasını təmin edirlər.


Şəkil 67. Elektrik yük kranı. A- ümumi görünüş; b-dönmə quruluşunun sxeması; v-tpos iplərinin sxeması

Kranın bütün uc mexanizmi cərəyanı kəsəndə avtomatik hazırlanmış elektromaqnit tormozları ilə təchiz olunub. Kranda həmçinin yükü həddindən artıq götürərkən qaldırma mexa­nizmini avtomatik sürətdə saxlayan yükqaldırma məh­dud­laşdırıcısı nəzərdə tutulmusdur; oxun qaldırılmasını məhdud­laş­dıran və başqa quruluşlar. Kranın idarə olunması idarə ka­bi­nasında yerləşdirilən kontrolçunun köməyi ilə həyata keçirilir.


Elektrik kran­la­rı­nın istifadə olun­ması ilə bərabər son za­manlarda qurulan gə­milərdə tez-tez elek­trohidravlik kran­­­lar (şək.68) qo­yu­lur.



Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin