Sərnişin gəmiləri



Yüklə 163,7 Kb.
səhifə52/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   ...   49   50   51   52   53   54   55   56   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

27. Şlyupkalar


Şlyupkaların təsnifatı.
Ümumi məlumatlar. Gəmi şlyupkaları vəzifələrinə görə bölünürlər: xilasedici və işçi. Xilasedici şlyupkalar ancaq insanları xilas etmək üçün təsis edilmişlər; onları başqa məqsəd üçün istifadə etməyə icazə verilmir.
İşçi şlyupkaları müxtəlif gəmi işlərini yerinə yetirmək və gəmi reyddə dayananda sahil ilə əlaqə saxlamaq üçün istifadə edilir. Böyük gəmilərin işçi şlyupkalarından başqa gəzici katerləri də ola bilər.
Şlyupkaların quruluşu (şək.72). Xilasedici şlyupka­la­rın əsas tipi velbotdur. O, burunu və korması iti olan 5-6 avarlı şlyupkadır. Bu cür şlyupkanın yaxşı üzmə qabiliyyəti olur. İşçi şlyupkaları artıq dərəcədə yüngül konstruksiyalı düzəldilir.
Şəkil 72. Xilasedici şlyupka: a-ümumi görünüş; b-böyük şlyupkanın en kəsiyi: 1-döş kilməhəccəri; 2-dövrələmə leyeri;
3-vintə əl ötürücüsü; 4-eninə banka; 5-uzununa banka;
6-musinqlərlə kilaltı tros; 7-hava yeşiyi

Şlyupkalar taxtadan, poladdan, yüngül alyuminomaq­ne­zium ərintisindən və plasmasdan hazırlanır. Onların ağırlığı az, möhkəm, korroziyaya qarşı davamlı və minimum qulluq tələb edirlər.


Xilasedici şlyupkalar, korpusunda qurulmuş hava yeşik­lərinin nəticəsində çox böyük üzmə qabiliyyətinə malikdirlər. Şlyupka planşirə qədər su ilə dolmuş olsa da hava yeşikləri onun batmamazlığını təmin edir.
Ötürücüsünün növünə görə şlyupkalar avarlı, avarvinti əl ilə ötürücülü və motorlu olurlar. Avarlı şlyupkalar avarla hərəkətə gətirilir. Əl ilə ötürücülü şlyupkalarda avarlı val əl ilə fırlanmaqla hərəkətə gətirilir. Avarlı ötürücü ilə işləmək avarlarla işləməkdən təhlükəsizdir, ona görə də bu cür ötürücü geniş istifadə olunur.
Motorlu şlyupkalarda avarlı vint dizel yanacağı ilə işlə­yən mühərrik ilə fırlanır (təhlükəsizliyi təmin etmək üçün benzinli mühərriki istifadə etmirlər). Motorlu şlyupkaların sü­rə­ti 4 düyündən sərnişin gəmilərində və tankerlərdə isə 6 düyündən az olmur.
Çevrilən şlyupkanı normal vəziyyətə asan qaytarmaq üçün dibin altında iki yerdə kildən planşirə bərkidirlər. Hal-hazırda şlyupkaları elə hazırlayırlar ki, onların dayanıqlığı kil yuxarıda olarkən üzməsinə imkan verməsin. Bu cür şlyupka çevrilərkən kənar köməyi olmadan normal vəziyyətə qayıdır.
Xilasedici şlyupkanın planşirinin altında xarici bort üzrə üzgəclərlə xilasedici leyer bərkidilmişdir. Suda olan insanlar bu üzgəcdən tuta bilərlər.
İnsanları pis havadan müdafiə etmək üçün xilasedici şlyupkalar xüsusi örtmələrlə təchiz olunurlar.
Xüsusi şlyupkaların ölçüləri və tutumu xüsusi qaydalarla müəyyən olunur. Məsələn: motorlu və ötürücülü şlyupkaların uzunluğu 6,5-9,5 metr olub, 25-95 adam yerləşdirilir. Şlyup­kaların ən böyük tutumu 150 adam olur. Şlyupkanın ada-amlarla və təchiz olmaqla ağırlığı 20,3t-a çatır.

Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin