Sərnişin gəmiləri


Fəsil VI. Xilasedici quruluş



Yüklə 163,7 Kb.
səhifə51/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   ...   47   48   49   50   51   52   53   54   ...   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

Fəsil VI. Xilasedici quruluş


26. Ümumi məlumatlar

Gəminin xilasedici vəsaitlərinə və onları saxlayıb, suya endirmə quruluşlarının kompleksinə xilasedici quruluş deyilir.


Hər gəmi insanları xilas etmək üçün lazım olan vəsait­lər­lə təmin edilir. Xilasedici vəsaitlərin konstruksiyaları, onların sayı, gəmidə yerləşdirilməsi Registrin Qaydaları və dənizdə insanların həyatının müdafiə edilməsinə görə Beynəlxalq Konvensiyasının tələblərinə əsasən müəyyən olunur.
Xilasedici vəsaitlər kollektiv və şəxsi idarə olunması ilə fərqlənirlər. Birincisinə xilasedici şlyupkalar, sallar və üzən ləvazimatlar, ikincisinə isə xilasedici qurşaqlar, jiletlər və kostyumlar – kombinzonlar aiddir.
Əsas xilasedici vəsaitlər uzun müddət insanları suda saxlamaq və onları pis havada müdafiə etmək üçün nəzərə alınmış şlyupkalar və sallardır. Onların azuqə, ərzaq ehtiyatına və əlaqə vəsaitlərini daxil etməklə müəyyən təchizatı olmaqla, avarlarla, vint ilə və yaxud yelkənlərlə hərəkət edə bilərlər. Qalan vəsaitlər insanları – onlara kömək gələnə qədər qısa müddətdə suda saxlamaq üçün qabaqcadan təsis edilmişdir.
Xilasedici vəsaitlərin təchiz olunma normaları üzmə rayonundan və gəminin tipindən asılı olaraq müəyyən olunur. Məsələn sərnişin gəmilərində hər bortun şlyupkalarına 50%-dən az olmayaraq gəmidə olan insanlar yerləşdirilməlidir. Yük gəmilərində hər bortun şlyupkalarına bütün insanların 100%-i qədər yerləşdirilməlidir.
Xilasedici şlyupkalar gəminin üst hissəsinin yaşayış rayonunda (şək.71) yuxarı, şlyupka göyərtəsində yerləşdirilir. Onları qaydaya görə hər iki borta simmetrik, bircərgəli və bir yaruslu qoyurlar.
Bəzi kiçik gəmilərdə bir şlyupkanın qoyulması icazə verilir; onu diametral müstəvidə və yaxud bir borta elə qoyurlar ki, hər iki bortdan düşmək mümkün olsun.
Şəkil 71. Müxtəlif tipli gəmilərdə şlyupkaların vəziyyəti, a) sərnişin gəmisində b) quru yük gəmisində v) tankerdə

Xilasedici plotları şlyupkalara əlavə olaraq qoyurlar, sahil boyu üzən gəmilərdə isə onlar qismən və hətta tamamilə şlyupkaları əvəz edə bilərlər. Şlyupkalar kimi sallar da suya düşmək üçün rahat yerlərdə yuxarı açıq göyərtədə yerləşdirilir.





Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin