Sərnişin gəmiləri


Şlyupkalar və şlyupka lebyodkaları



Yüklə 163,7 Kb.
səhifə54/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   ...   49   50   51   52   53   54   55   56   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

28. Şlyupkalar və şlyupka lebyodkaları


Ümumi məlumatlar. Şlyupkaları suya endirmək və onları borta qaldırmaq üçün şlyupka lebyodkaları ilə təchiz olunmuş şlyupkalardan istifadə edirlər. Xilasedici şlyupkalara xidmət edən şlyupkalar gəminin istənilən borta 15 qədər kren və 10 qədər diferentdə təchizat və insanlarla tam doldurulmuş şlyupkaların tez və təhlükəsiz endirilməsini təmin etməlidir.
Şlyupkalar üç tipdə olurlar: döndərici, içəridöndərici və qravitasiyalı. Onların hamısı qaydaya görə cüt olurlar, yəni hər şlyupka xidmət edir. Döndərici şlyupkalar (şək.73).
Kiçik gəmilərdə kiçik işçi şlyupkalarını endirib və qaldırmaq üçün istifadə olunur. Şlyupkanı xaricə çıxararkən əvvəlcə onu şlyuptalilərin vasitəsilə kiblokların üstünə qal­dı­rırlar; sonra isə şlyupbalkanı oyan-buyana çevirməklə şlyup­kanın əvvəlcə karmasını, sonra isə burnunu bortdan kənara çıxarırlar. Balkaları eyni vaxtda döndərmək üçün onların yu­xarı ucları toprik vasitəsilə bir-birinə birləşdirilir. Balkaların yellənməməsi ərzində və səfər vəziyyətində olarkən bakştaq­ların köməyi ilə göyərtəyə bərkidirlər.

Şəkil 73. Döndərici şlyupbalkalar. 1-balka; 2-şlyubtalilərin yuxarı bloku; 3-şlyuptalilərin loparı; 4-musinqli tros; 5-toprik;
6-şlyuptalilərin aşağı bloku; 7-şlyubkanın qaldırıcı qarmağı;
8-standers; 9-kilblok; 10-istiqamətverici blok; 11-bakştaq.
Döndərici şlyupkalar şlyupkaları endirib və qaldırmaq üçün böyük vaxt tələb edirlər. Ona görə də onların istifadə olunması məhdudlaşdırılır.
İçəridöndərici (borta almaq) şlyupbalkaları (şək.74). Ağırlığı 2300 kq-dan artıq olmayan xilasedici və işçi şlyupkalarının endirilib və qaldırılması üçün istifadə olunur. Şlyupkalar müxtəlif konstruksiyalı olur, lakin işləmə prinsipi hamısında birdir. Səfər vəziyyətində onlar bir qədər gəminin içərisinə döndərilirlər, lakin şlyupkanı xaricə çıxararkən vintli ötürücü ilə üfüqü ox ətrafında döndərilirlər.


Şəkil 74. İçəri döndərici, borta almaq, a-vintlər; b-mühəndis İolko sistemi; b-oraq şəkilli; 1-balka; 2-hərəkət vinti; 3-burulğanlı butulka; 4-tutacaq

Adi vintli şlyupbalkanın aşağı hissəsi şarnir vasitəsi ilə göyərtəyə bərkidilmişdir, yuxarı hissə isə naxışlı vtulkaya bü­rülmüş vintə bərkidilmişdir. Vtulka fırlanarkən tutacağın kö­məyi ilə vint xaricə çıxır və şlyupka döndərilir.



Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin