Sərnişin gəmiləri



Yüklə 163,7 Kb.
səhifə53/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   ...   49   50   51   52   53   54   55   56   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

Təchizat və markalanma. Xilasedici şlyupkaların təmin olunma normaları Reqistrin Qaydalarına görə müəyyən olunur. Təmin olunmaya daxildir: avarlar, uklyuçinlər (avar yerləri), sükan rumpel ilə, dor yelkən ilə, kompas, bəzi şlyupkalarda isə şturman təchizatı ilə penal.
Təhlükə siqnallarını vermək üçün şlyupkalarda paraşut raketaları, fişənglər, tüstü şaşkaları (ağaclar), Morze əlifbası ilə siqnal vermək üçün elektrik bateriyalı fənər, fışdırıq olur. Bəzi şlyupkalar daşına bilən radiostansiya ilə təchiz olunur. 6 düyün və artıq sürəti olan motorlu şlyupkalar projektor ilə təmin olunur.
Hər şlyupkada şirin su ehtiyatı və ərzaq (qaletlər, şokolad, qəlizlənmiş süd və s.), birinci kömək üçün dərman qutusu olur. Hər adam üçün 3 litr su ehtiyatı, qida rasionu isə hər adama 5000 kkal götürülür.
Təchizata həmçinin balta, bıçaq, vedrə, xüsusi kibritlər, əl nasosu, üzən lövbər, qaytarıcı qarmaqlar və başqa əşyalar daxildir.
Xilasedici şlyupkaların standart rəngi və markalanması olur. Şlyupkanın burun hissəsinə hər iki borta şlyupkanın nömrəsi, onun baş ölçüləri, sərnişin tutumu, gəminin adı və qeyd olduğu limanın adı yazılır. Şlyupkaları burundan karmaya tərəf nömrələyirlər. Sağ bortda olan şlyupkaların nömrələri tək, sol borta isə cüt olur.
Şlyupkaların səfər üçün bərkidilməsi.
Hər şlyupka iki kilblokda saxlanılır – onun dövrəsinin fomasına uyğun olan en altlıqlarda. Kilbloklar göyərtədə və yaxud şlyubkaların kronşteynlərinin üstündə qurulur. Şlyub­kanı bortdan kənara çıxararkən onu qaldırmamaq üçün kilblok­ların xarici hissəsini qaldırılan və yaxud sürüşən edirlər. Şlyup­kaları səfər üçün kilbloklarda calaqların köməyi ilə bərkidirlər.
Şlyupkalar üstdən parisun çexol ilə bağlanılır. Külək qırmamaq üçün onun kilin altından keçirib, ştert ilə bərkidirlər və tez açılan düyün ilə borta bağlayırlar.
Xilasedici şlyupkaların biri və yaxud ikisi (hər bortdan bir-bir) adətən növbətçi kimi ayrıca saxlanılır. Onlar adam bortdan suya yıxılanda tezliklə endirmək üçün hazır olma­lı­dırlar.



Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin