Sərnişin gəmiləri



Yüklə 163,7 Kb.
səhifə11/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   ...   7   8   9   10   11   12   13   14   ...   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

Suburaxmayan flor – təbəqəli po­lad­dan ha­zır­lanır və aşa­ğıdan dib ör­tüyünə, yuxarıdan ikin­ci dibə, borta isə gəminin skulasının strinqeri adla­nan diblər arasındakı so­nuncu təbəqəyə qaynaq edilib yapışdırılır. Suburaxmayan florlar diblər ara­sındakı boşluğu ayrı-ayrı tanklara izolyasiya etmək üçün qoyulur. Bu tanklar şirin su və yaxud maye yanacaq, bəzən isə ballast dəniz suyu götürmək üçün istifadə olunur.
Bütöv florlar – suburaxmayan florlardan ölçüləri 350x450 mm-dən az olmayan oval şəkilli kəsik yerlərin olması ilə fərqlənirlər. Onlar səpələnən yük daşıyan gəmilərin burun hissəsində və bütün uzunluğu boyunca ən çox yük götürən yerlərdə, maşınların, qazanların altında qoyulur. Ayrı-ayrı hallarda hər şpasiyada aralarında yüngüllük, sadəlik yaratmaq üçün onların arasında hər üç-dörd şpasiyadan bir braket florlar qoyurlar.
Braket florlar – iki tirdən ibarət olan ramadır: bir-birinə milə-mil poladdan – braketlərlə birləşdirilmiş və uyğun olaraq dibə və ya ikinci dibə qaynaq edilmişdir.
Diblər arasındakı boşluğun hündürlüyü 0,7m-dən 2m-3 qədər və bütöv florlarda oval şəkilli kəsiklərin olması, diblər arasındakı boşluqda tankların təmizlənmə və rənglənmə işlərinin aparılmasına imkan verir.
Qalıq suların və ya yanacağın axması və havanın bir şpasiyadan başqasına keçməsi üçün florun yuxarı və aşağı hissəsində kiçik kəsiklər düzəldirlər.
Vertikal kilə paralel və ondan 3,5m-dən çox olmayan məsafədə hər iki bortdan hər florda kəsilən və ona qay­naq­lanmış dib strinqerləri qoyulur. Çəkisini yüngül etmək üçün onların habelə böyük oval şəkilli kəsikləri olur. Dib yığımının üstündə ikinci dib salınır.
Uzununa yığım sistemində dibin əsas uzununa bəndi, eninə sistemdə olduğu kimi vertikal kildir. Florlar daha aralı qoyulur. Dib strinqerlərinin arasında və onlardan vertikal kilə və bortlara qədər olan məsafə 4,5m olur. Onların arasında dib örtüyünə və ikinci dibə qaynaq olunmuş uzununa bərklik qabırqaları qoyulur. Gəminin burun hissəsi ələlxüsus burun hissəyə az yük vurulanda qarşıdan gələn təsirli dalğaların zərbəsini hiss etdiyi üçün əlavə bərkliklər nəzərdə tutulur: aralıq şpanqoutları, diblər arasındakı boşluqda əlavə olaraq hündür olmayan strinqerlər qoyulur.
Bort yığımı – Eninə yığım sistemində şpanqoutları (şək.19) yayılmış və yaxud qaynaq olunmuş profildən (zolaq-буллы, günyə-“угольник”) düzəldib gəminin ölçülərindən asılı olaraq hər 0,5-0,8m-dən bir qoyurlar. Adətən strinqerləri qoy-murlar, lakin onlar qurulma qaydalarına görə nəzərdə tutulmuşsa, o zaman onların eni şpanqoutların profillərinin hündürlüyünə bərabər olmalıdır. Burunun qurtaracağında şpan­qo­utların, strinqerlərin və platformaların şəkilində əlavə bərkitmələr qoyurlar.
Şpanqoutların yuxarı ücları bims knitsalarının vasitəsi ilə bimslərə, aşağı uclar isə skula knitsalarının köməyi ilə dib yığımına bərkidilir. Şpanqout knitsaya calaq kimi yapışdırılır. Qaynaq olunmuş skulanın knitsasının dayanıqlığını artırmaq üçün geniş kənarını düzəldir və yaxud ona bel qaynaq edirlər. İki dibli gəmilərdə skula knitsalarını diblər arasındakı təbəqəyə, ikinci dib olmayanda isə flora qaynaq edirlər.






Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin