Sərnişin gəmiləri


Gəmi detallarının birləşdirilməsinin üsulları



Yüklə 163,7 Kb.
səhifə6/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   2   3   4   5   6   7   8   9   ...   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

4. Gəmi detallarının birləşdirilməsinin üsulları

Gəminin korpusunu və müxtəlif gəmi konstruksiyalarını təbəqəli və profilli poladdan və döyülmüş metal parçasından yığırlar.


Bunun üçün konstrukisyanın ayrı-ayrı elementlərini bir-birinə elə birləşdirirlər ki, həm birləşmə yerlərində və həmçinin bütün korpusda və ya konstruksiyada lazım olan möhkəmlik və dayanıqlıq təmin olunsun. Hal-hazırda gəmi quruculuğunda qaynaq, pərçim, yapışqan və bolt birləşmələrindən istifadə olunur. Aşağıda bu birləşmələrin sahəsi, onların əsas müsbət və mənfi cəhətləri müzakirə olunur.
Qaynaq birləşməsi – gəmiquruculuğunda polad kons­truk­siyaların birləşdirilməsində ən çox təsadüf edilən tip qay­naq birləşməsidir (şək.12).
Qaynağın əsas növü – elektrik qövsüdür (əl ilə yarım­avtomatik, avtomatik). Əməyin məhsuldar və qaynaq tikilişinin keyfiyyətli olması üçün avtomatik qaynaq yaxşı nəticələr verir. Qaynaq tikilişlərinin keyfiyyətini yaxşılaşdırmaq üçün arqon və kalium-karbonat qazından istifadə edirlər. Qaynaq tikişinin tipləri Reqistrin qaydalarına əsasən seçilir.


Şəkil 12. Qaynaq birləşmələrin tipləri; a) çalaq b) damğalı v) xətt, iz

Qaynağın əsas üstünlüyü birləşmənin etibarlı möh­kəm­liyi, konstruksiyalarda metalın daha çox səmərəli surətdə istifadə olunması, gəminin qurulma müddətinin azalmasıdır. Qaynaqlı gəminin korpusu həmin tipli pərçimli gəmidən 15-20% yüngüldür (burada yükqaldırma çoxalır və birləşmələr ucuz başa gəlir).


Qaynağın nöqsanlarına konstruksiyaların qabarmasını (tem­peratur gərginliyinin nəticəsində) aid etmək olar. Buna görə də gəminin yığımını düzəltmək, zərərli qazları ayırmaq, qaynaq tikilişində qalan gərginliyin baş verməsinə əlavə xərc­lər tələb olunur.
Pərçim birləşməsi – 1930-cu ilə qədər polad gəmi­quruculuğunda korpusun detallarının pərçimlə birləşdirilməsi əsas hal idi. Hal-hazırda pərçim birləşməsi yüngül əritmələrdən gəmiləri qurarkən və həmçinin böyük dəniz polad gəmilərdə çəpərli tikiş yerlərini həyata keçirmək üçün istifadə olunur: şirstrekin göyərtə stringeri ilə birləşməsi, skula təbəqəsinin gəminin dibi və bortun örtüsü birləşməsi və s.

Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin