Sərnişin gəmiləri



Yüklə 163,7 Kb.
səhifə3/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   2   3   4   5   6   7   8   9   ...   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

Üzən mayaklar – başqa gəmilər üçün oriyentir və li­manlara, kanallara daxil olan yerlərdə lövbələrdə dayanan xü­susi gəmidir.
Texniki donanma gəmiləri
Zemsnaryadlar – limanlarda və dəniz kanallarında dənizin dibini dərinləşdirmə işlərini həyata keçirən gəmilərdir. Onlar iki tipdə olurlar: yerqazıyantorpaqsovuran. Yerqazıyanlar çanaqlarla “qruntu” çıxarır, sonra isə bu “qruntu” “qrunt”-aparan şalandalarla açıq dənizə daşıyırlar. Torpaqsovuranlar qruntu su ilə birlikdə sovurur və pulpa şəklində onu boru kəməri ilə zibil tökülən yerə yönəldirlər.
Üzən doklar – gəmilərin sualtı hissəsini yoxlayıb və sonra isə onları qaldırıb təmir etmək üçün istifadə olunur.
Üzən kranlar – limanlarda gəmi qurulan və gəmi təmir olunan zavodlarda yük-qaldırma işlərində istifadə olunur. Texniki donanma gəmilərinə həmçinin kömür yükləyib-boşal­dan, taxıl yükləyib-boşaldanlar, üzən emalatxanalar da daxildir.
Xüsusi gəmilər (şək.10) – Bu gəmilərin ən çox xarakterlisi elmi-tədqiqat və təlim gəmiləridir. Birincisi, dənizin dərinliklərini tədqiq etmək, suni peykləri izləmək və dənizdə başqa elmi işləri yerinə yetirməkdir.
İdman gəmiləri – Bu gəmilərə yaxtalar, baydarkalar, şlyupkalar, motorlu qayıqlar və başqaları daxildir.
Reqistrin göstərişinə əsasən Dəniz gəmiləri üzmə rayonuna görə bölünürlər:
Üzmə rayonu məhdud olmayan gəmilər; - Bu gəmilər istənilən dənizdə və ya okeanda havanın vəziyyətindən asılı olaraq məhdud olmayan yerlərdə üzə bilərlər.


Üzmə rayonu məhdud olan gəmilər I – açıq dənizlərdə üzərkən bu gəmilərə sığıncaq-limandan 200 mildən çox uzaq­laşmağa icazə verilmir. Bağlı dənizlərdə (Ağ, Baltik, Xəzər, Azov) məhdud olunmayan yerlərdə istismar oluna bilərlər.
Üzmə rayonu məhdud olan gəmilər II – açıq dənizlərdə üzərkən bu gəmilərə sığıncaq limandan 50 milə qədər uzaqlıqda üzməyə icazə verilir. Bağlı dənizlərdə bu gəmilər Reqistrin təyin etdiyi sərhədlərdə üzə bilərlər.

Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin