Plan Quyular haqqında ümumi məlumat Quyuların sementləmə üsulları Quyuların sementlənməsi üçün avdanlıqlar



Yüklə 0,76 Mb.
səhifə1/6
tarix25.12.2022
ölçüsü0,76 Mb.
#77823
  1   2   3   4   5   6
Sementləmə


Plan
1.Quyular haqqında ümumi məlumat
2. Quyuların sementləmə üsulları
3. Quyuların sementlənməsi üçün avdanlıqlar
4. Quyruq kəmərinin sementlənməsi


1.Quyular haqqında ümumi məlumat
Hazırlanmış xüsusi meydançadan insan daxil olmadan mexaniki vasitələrlə qazılan, diametri uzunluğuna nisbətən çox kiçik silindrik lüləyə quyu deyilir.
Quyunun yer səthindəki başlanğıcına quyunun ağzı, sonuna quyunun dibi, yanlarına quyunun divarı, ağzından dibinə qədər olan məsafəyə quyunun dərinliyi, maili və üfüqi quyularda baltanın gedişi boyunca məsafəyə isə quyu lüləsinin uzunluğu deyilir. Neft quyusu dağ süxurlarının mütəmadi olaraq dağıdılması və doğranmış süxur hissəciklərinin qazıma məhlulu vasitəsilə yer üzərinə qaldırılması nəticəsində alınır. Quyu həmişə qazıma məhlulu ilə dolu olmalıdır. Adi qazımada quyu dibindəki süxur təmamilə dağıdılır. Süxur nümunəsi (kern) götürmək lazım gəldikdə isə quyu dibinin ətraf hissəsi dağıdılır və daxildə dağıdılmamış qalan silindrik özək şəkilli süxur sütunu bütövlükdə yerin səthinə qaldırılır.
Quyunu qazımaq üçün quyu layihəsi tərtib edilir və xüsusi hazırlanmış meydança üzərində qazıma avadanlığı yerləşdirilir. Təhlükəsizlik texnikası, yanğından mühafizə və ətraf mühitin qorunması tələbləri yerinə yetirilir. Yalnız bunlardan sonra quyunun qazılmasına başlamaq olar.

Quyular qazılma məqsədlərinə görə aşağıdakı növlərə ayrılır:
1.İstinad (dayaq) quyuları–iri regionların geoloji kəsilişini və hidrogeoloji şəraitini öyrənmək, çöküntü süxurlarının yayılma qanunauyğunluqlarını təyin etmək, neft və qazın yerləşməsi ehtimalı olan laylar içərisindən ən perspektivlisini seçib, geoloji kəşfiyyat işlərinin əsas istiqamətlərini müəyyən etmək üçün qazılır.
2.Parametrik quyular-neft və qazın yığıldığı perspektivli zonaları aşkar etmək, seysmik və digər geofiziki tədqiqatların nəticələrini dəqiqləşdirmək, kəsilişin geoloji-geofiziki xarakteristikası haqqında məlumatlar toplamaq və rayonda əsaslı surətdə geoloji işlərin aparılmasının zəruriliyini müəyyən etmək üçün qazılır.
3.Struktur quyular–aşkar edilmiş perspektiv sahələrdə axtarış-kəşfiyyat quyularının qazılmasına hazırlıq işlərinin aparılması, struktur quyuların qazılması nəticəsində müxtəlif nöqtələrdə layların yatım elementlərini təyin etmək (tektonikası, stratiqrafiyası və litologiyası) və həmin sahənin geoloji profilinin tərtib edilməsi üçün qazılır.
4.Axtarış quyuları–geoloji çəkilişlər, struktur qazıma, geofiziki və geokimyəvi tədqiqatlar, yaxud bu üsullar kompleksi nəticəsində sahənin neftlilik və qazlılığını müəyyən etmək üçün qazılır.
5.Kəşfiyyat quyuları–sənaye əhəmiyyətli neftli-qazlı sahələrdə yatağın konturlarını təyin etmək, yataqdakı ehtiyatı müəyyən etmək və onun işlənməsi məqsədilə hazırlıq işlərinə başlamaq üçün qazılır.
6.İstismar quyuları–neft və qaz yataqlarının işlənməsi üçün qazılır. Bu qəbildən olan quyulara qiymətləndirici (məhsuldar qatların kollektorluqlarını qiymətləndirmək üçün), vurucu (lay təzyiqinin düşmə intensivliyini azaltmaq və təbii fontan dövrünü uzatmaq məqsədilə məhsuldar horizontlara su, hava və ya qaz vurulması üçün), müşahidəçi (nəzarətçi, pyezometrik quyular) quyular aiddir.
7.Xüsusi quyular-mədən sularını atmaq, neft və qazın açıq fontanının ləğv edilməsi, ehtiyat qazın vurulması məqsədilə yeraltı anbarların strukturlarının hazırlanması üçün qazılır.

Quyuların qazılmasına yalnız neft və qaz sənayesində deyil, başqa sahələrdə də ehtiyac olur. Digər faydalı qazıntıların kəşfiyyatı və istismarında, yaşayış məntəqələrinin su ilə, təchizatında, yeraltı yanğınların söndürülməsində, şaxtaların hava ilə təchizatında, şaxtaların qazılması zamanı torpağın dondurulmasında, sənaye obyektlərinin, mülki binaların və metronun tikilməsi nəzərdə tutulan yerlərdə və s. hallarda da quyular qazılır.


Dağ süxurlarına təsiretmə xüsusiyyətlərinə görə mexaniki üsulla qazıma öz universallığı sayəsində geniş yayılmışdır. Hazırda neft və qaz quyularının qazılması, əsasən, mexaniki üsullarla yerinə yetirilir.
Mexaniki üsulla neft və qaz quyuları XIX əsrin ikinci yarısından qazılmağa başlamışdır və bu quyuların dərinliyi illər keçdikcə 8000 ̶ 12000 metrə çatdırılmışdır.
Hal-hazırda neft və qaz quyularının qazılması fırlanma üsulu ilə yerinə yetirilir.

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin