Plan Quyular haqqında ümumi məlumat Quyuların sementləmə üsulları Quyuların sementlənməsi üçün avdanlıqlar



Yüklə 0,76 Mb.
səhifə4/6
tarix25.12.2022
ölçüsü0,76 Mb.
#77823
1   2   3   4   5   6
Sementləmə

Manjetlə sementləmə
Kiçik təzyiqə və yüksək dərəcədə drenajlığa malik laylar qarşısında normal sementləmə aparılmazsa, layın verimi və quyunun məhsuldarlığı kəskin surətdə aşağı düşər. Belə ki, quyu dibinə axın kanallarının sement məhlulu ilə tutulması layın verimini azaldır. Belə hallarda istismar kəmərinin neftli-qazlı lay qarşısında olan hissəsi perforasiya edilmiş borudan, yəni süzgəcdən təşkil edilir. Süzgəcdən yuxarıda qoruyucu kəmərin aşağı borusunun divarında deşiklər açılır. Süzgəclə, deşik açılmış boru arasında düz klapan yerləşdirilir. Bu klapan yalnız aşağıdan yuxarıya hərəkətə imkan verir. Düz klapan yerləşdirilmiş borunun xaricində manjet yerləşdirilir. Manjetin vəzifəsi sement məhlulunun aşağıya hərəkət etməsinə imkan verməməkdir. Manjet qıf şəklində olub elastik materialdan hazırlanır, hündürlüyü 60-70 sm olur yuxarı diametri quyunun diametrindən bir qədər çox olur. Manjet ya elastik rezindən ya da dəri materialından hazırlanır. Qoruyucu kəmərin ikipilləli və ya manjetlə sementlənməsi aparılan zaman PDM tipli kəmər arxası pakerdən geniş istifadə edirlər. Bu pakerlər diametrləri 140, 146, 168 mm qoruyucu kəmərlər üçün rezinmetal kipləşdirici ünsürlə buraxılır. PDM tipli paker qoruyucu kəmərdə quyuya endirilir (şəkil 2.2).
Quyuların manjetlə sementlənməsində yuxarı sementləmə tıxacı tətbiq edilir, pakerləmə yuma mayesi və ya tamponaj məhlulunun başlanğıc hissəsi ilə yerinə yetirilir.Sementləmə zamanı sement məhlulu süzgəc üzərində yerləşdirilmiş və yan divarında deşiklər açılmış borunun deşiklərindən kəmərarxası fəzaya çıxıb yuxarı qalxır, manjet isə sement məhlulunu aşağı buraxmır və sementləmə prosesi birpilləli sementləmədə olduğu kimi aparılır.


a b c ç
Şəkil 2.2.Quyuların manjetlə sementlənməsinin texnoloji sxemi:
a-tıxacın endirilməsi və oturdulması; b- sementləmə; c-paker ilə sementləmə deşiklərinin bağlanması; ç-tıxac vtulka və yəhərin qazılmasından sonra quyu; 1-quyu; 2- qoruyucu kəmər; 3-paz; 4-tıxac;
5-məhsuldar lay; 6- süzgəc; 7- kəmərin başmağı; 8- basqı mayesi;
9-yuxarı tıxac; 10- tamponaj məhlul.

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin