Plan Quyular haqqında ümumi məlumat Quyuların sementləmə üsulları Quyuların sementlənməsi üçün avdanlıqlar



Yüklə 0,76 Mb.
səhifə3/6
tarix25.12.2022
ölçüsü0,76 Mb.
#77823
1   2   3   4   5   6
Sementləmə

İkipilləli sementləmə üsulu
Aşağıda qeyd edilən hallarda ikipilləli sementləmə üsulundan istifadə edilir:
1.Birpilləli sementləmə üsulundan istifadə etmək müm­kün olmadıqda, yəni sement məhlulunu tələb edilən hündürlüyə qaldırmaq mümkün olmadıqda (texniki çətinlik, layların hidravlik yarılması ehtimalı olduqda).
2.Quyu dibində olan yüksək temperatura, bir pilləli sementləməyə imkan vermədikdə.
3.Qənaət etmək məqsədilə, yəni sement məhlulunu tələb olunan müəyyən hündürlüyə qaldırdıqdan sonra sementləmənin birinci pilləsi bitmiş olur. Sonra isə yuxarıda yerləşən məhsuldar layı başqa təsirlərdən qorumaq üçün ikinci pillə sementlənir.
İkipilləli fasiləsiz sementləmə aparmaq üçün yuxarıda yerləşən məhsuldar qatın dabanına yaxın məsafədə dəyanətli süxur­lar yerləşən zonada xüsusi sementləmə muftası yerləş­dirilir (quyuya endirilməzdən əvvəl xüsusi sementləmə muftası sınaq yoxlamasından keçməlidir).
İkipilləli fasiləsiz sementləmə üsulu aşağıdakı ardıcıl­lıqla yerinə yetirilir (şəkil 2.1).
Əvvəlcə quyu sementləməyə hazırlanır. Sonra quyuya birinci pilləni sementləmək üçün nəzərdə tutulan həcmdə sement məhlulu, bunun arxasınca basıcı maye vəzifəsini yerinə yetirən hesablanmış həcmdə qazıma məhlulu vurulur və aşağı sementləmə tıxacı buraxılır. Bunun üstündən ikinci pilləni sementləmək üçün nəzərdə tutulan həcmdə yenə sement məhlulu vurulur və yuxarı sementləmə tıxacı buraxılır. Bunun üzərindən isə basıcı maye vəzifəsini yerinə yetirən qazıma məhlulu vurulur.
Qazıma məhlulunun hərəkəti nəticəsində aşağı sement­­ləmə tıxacı xüsusi sementləmə muftasının aşağı silindri içəri­sin­də yerləşdirilmiş (yəhər) isnad halqasi üzərinə otur­dulur. İsnad halqasi kəmər içərisində olan maye sütununun və nasosun təzyiqi nəticəsində onu və aşağı silindri saxlayan boltları kəsir və xüsusi sementləmə muftasının aşağı silindri­nin aşağıya doğru hərəkət etməsini təmin edir. Bunun nəticəsində yuxarı ikinci pilləni sementləmək üçün deşiklər açılır və sement məhlulu bu deşiklərdən kəmərarxası fəzaya çıxmağa başlayır.



a b c

Şəkil 2.1. İkipilləli sementləmənin sxemi:
a-aşağı tıxacın buraxılması; b-yuxarı tıxacın buraxılması;
c-sementləmənin sonu; 1- sement məhlulu; 2- qazıma məhlulu.
Bundan sonra basıcı maye vəzifəsini yerinə yetirən qazıma məhlulu yuxarı sementləmə tıxacını nasosun yaratdığı təzyiq hesabına xüsusi sementləmə muftasının yuxarı silindri içərisində yerləşdirilmiş isnad halqasi (yəhər) üzərinə oturdur. Bunun nəticəsində ikinci pilləni sementləmək üçün açılmış deşiklər bağlanır və manometrdə hidravlik zərbə müşa­­hidə olunur. Beləliklə, ikipilləli sementləmə prosesi bit­miş hesab edilir.Sementləmənin keyfiyyətlə aparılmasını yoxlamaq üçün hidravlik zərbədən sonra sementləmə başlığının bağlan­mış siyirtməsi açılır və manometrə diqqət yetirilir. Əgər kəmər içərisindən çıxan mayenin həcmi şlanqın və atqı xət­tinin həcmi qədər olarsa, və manometrdəki təzyiq ani olaraq sıfıra düşərsə, deməli ikipilləli sementləmə mü­vəf­fəqiy­­yətlə yerinə yetirilmişdir. Bundan sonra sement məhlulu­nun tutuş­masını və bərkiməsini gözləyirlər. Sonra sementləmə başlığını açırlar, kəmər içərisinə balta ilə birlikdə qazıma kəməri buraxıb sementləmə tıxaclarını qazırlar, qazıma kə­mərini sement stəkanına qədər buraxıb quyunu yuyurlar. Nəhayət kəmər arxasın­dakı sement məhlulunun qalxma hündür­lüyünü təyin edirlər.

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin