Qlobal tüTÜn epidemiyasi barəDƏ Üst-nin MƏruzəSİ, 2008-ci IL. Mpower tədbirlər kompleksi yaĢayır və təsir edir



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə6/10
tarix21.04.2017
ölçüsü1,03 Mb.
#15062
1   2   3   4   5   6   7   8   9   10

Sağlamlıq naminə çıxıĢ etmək 

36


Tütünlə bağlı təhlükələrə dair 

xəbərdarlıq

 

Tütündən istifadə edənlərin 

böyük əksəriyyəti onunla 

bağlı risklər barədə

 

bilmir 

Tütünlə bağlı təhlükələrin 

inandırıcı dəlillərinə baxmayaraq, 

bütün dünyada az sayda siqaret 

çəkən şəxslər səhhətləri üçün 

yaranan riski tam başa düşür. Ola 

bilsin ki, insanlar ümumiyyətlə 

tütünün zərərli olduğunu anlayır, 

lakin siqareti yol verilən pis vərdiş 

kimi qəbul edirlər

83

. Tütünün 



fövqəladə asılılıq yaratma bacarığı 

və səhhət üçün törətdiyi 

təhlükələrin tam spektri 

ictimaiyyətə lazımi dərəcədə izah 

edilmir. Bunun nəticəsində, 

insanlar hesab edirlər ki, səhhətləri 

ilə bağlı problem yaranmamışdan 

əvvəl tütündən istifadəni azalda və 

ya siqareti ata bilərlər. Əslində isə, 

siqaret çəkənlərin əksəriyyəti 

tütündən istifadəni azalda 

bilməyəcək, onların demək olar ki, 

yarısı tütünlə bağlı xəstəliklərdən 

öləcək.  

İnsanların əksəriyyəti bilmir ki, 

tütündən hətta minimum istifadə 

təhlükə yaradır; bu qismən onunla 

əlaqəlidir ki, səhhət üçün təhlükə 

yaradan digər davranışla bağlı 

risklərdə məsələ başqadır. 

Tütündən istifadə edənlərin 

əksəriyyəti tütünlə bağlı yaranan ağ 

ciyərlərin xərçəngindən

84

 başqa 



xəstəlikləri tanımırlar. Bilmirlər ki, 

siqaretçəkmə həmçinin ürək 

xəstəliklərinə, insult və bir çox 

digər xəstəliklərə, o cümlədən 

xərçəngin bir çox növlərinə səbəb 

olur


85



Tütünün imicinin 



dəyiĢməsi 

 

Tütünün xüsusilə yeniyetmələr və 

gənclər arasında imicini 

dəyişdirmək üçün onlara tütünlə 

bağlı təhlükələri hərtərəfli izah 

etmək vacibdir. Tütünü həddindən 

artıq asılılıq yaradan və həyat üçün 

ciddi təhlükə törədən vərdiş kimi 

təqdim etmək lazımdır; o, həmçinin 

sosial baxımdan arzuedilməz və 

mənfi təsir doğuran hal kimi qəbul 

olunmalıdır. Bütün bunlara 

hökumət və vətəndaş cəmiyyətinin 

fəaliyyəti ilə nail olmaq 

mümkündür.  

Dövlət orqanları, mümkün olduqda, 

qeyri-hökumət təşkilatlarının 

(QHT) iştirakı ilə bütün kütləvi 

informasiya vasitələrində tütünə 

qarşı kampaniya aparmalı və 

əhalini tütünün yaratdığı 

təhlükələrə dair tam mənada 

xəbərdar etməlidir. Bu 

kampaniyalar tütünün saxta parıltılı 

imicini dağıda, onun insanın 

səhhətinə vurduğu zərəri açıqlaya, 

ailənin maliyyə vəziyyəti və 

dövlətin iqtisadiyyatı üçün 

yaratdığı xoşagəlməz nəticələrini 

izah edə, həmçinin tütün 

tüstüsündən azad cəmiyyətin 

üstünlüklərini göstərə bilər. 

Tütündən istifadənin vurduğu 

zərərin əyani təsvirini verən fəal 

kampaniyalar siqaret çəkənləri 

siqareti atmağa inandıracaq 

səmərəli vasitə ola bilər

85

.  



Bugünkü yeniyetmə 



sabahın potensial daimi 

tütün istifadəçisidir, çünki siqaret çəkənlərin 

əksəriyyəti ona yeniyetmə yaĢından vərdiĢ 

etməyə baĢlamıĢlar.

 

“Fillipp Morris” Ģirkətinin daxili sənədi (1981

-ci il) 

37


Tütün sənayesinin sponsorluğu ilə 

aparılan tütün əleyhinə reklam isə, 

əksinə, təsirsiz oldu və faktiki 

olaraq tütün istehlakının 

artırılmasına gətirib çıxartdı

86

.  



Tütün reklamlarına qarşı aparılan 

kampaniyalar həmçinin ailələrin, 

xüsusilə uşaqların passiv 

siqaretçəkmə ilə bağlı təhlükələrdən 

mühafizə olunması haqda məlumat 

verməlidir. Onlar tütünə xərclənən 

pulun və valideynlərdən birinin 

vaxtsız vəfatı nəticəsində ailənin 

maddi vəziyyətinə göstərdiyi mənfi 

təsirləri izah etməlidirlər.  

Kütləvi informasiya vasitələrində 

reklama, həmçinin tütün 

istehlakının dayandırılmasına dair 

uğurlu nümunələr təbliğ edilməli, 

gənclər arasında siqaret 

eksperimentləri və siqaret çəkmək 

həvəsinin qarşısını almaq cəhdləri 

təbliğ olunmalıdır. Qarşıya qoyulan 

tədbirlər peşəkar səviyyədə və digər 

məhsullarla bərabər texniki 

səviyyədə aparılmalıdır; bu 

tədbirlər həmçinin fokus qruplarda 

yoxlanmalı və nəzərdə tutulmuş 

auditoriyaya lazımi dərəcədə təsir 

göstərməsi təmin edilməlidir. 

Bununla əlaqədar, tütün reklamına 

qarşı səmərəli kampaniyalar böyük 

xərclər tələb edə bilər. ABŞ 

xəstəliklərlə mübarizə və onların 

profilaktikası mərkəzləri 

hökumətlərə tütünə qarşı tibbi-

sanitar məlumatlara və tütün 

reklamına qarşı tədbirlərə 

adambaşına 2-4 ABŞ doll. 

xərcləməyi tövsiyə etdilər ki, bu da 

tütünə qarşı mübarizə proqramına 

çəkilən xərcin 15-20%-ni təşkil 

edir


87

. Bəzi hallarda hökumətlər və 

ya QHT-lər belə reklamın 

hazırlanması və yayılmasını 

maliyyələşdirə bilirlər. Bu 

reklamlar həmçinin tütün sənayesi 

ilə əlaqəsi olmayan korporativ 

sponsorlar tərəfindən vergi 

güzəştləri müqabilində ucuz 

qiymətlərlə təchiz edilə və hətta 

pulsuz aparıla bilər. 

Qutular üzərindəki 

xəbərdarlıqların 

əhəmiyyəti

 

Tütün məhsullarının qutularında 

tütünün səhhət üçün zərərli 

olmasını göstərən xəbərdarlıqlar 

mütləq siqaret çəkənlərin diqqətini 

cəlb edəcək. Tütün məhsulları 

istehsalçıları hər zaman qutudan, 

xüsusilə gənclər arasında siqaret 

çəkənləri ancaq bir markaya 

bağlamaq və öz xəyali təsvirini 

yaratmaq üçün istifadə edirlər. 

Qutular üzərində verilən 

xəbərdarlıqlar belə marketinq 

siyasətinin təsirini azaldır. 

İstehsalçılar eyni zamanda qutudan 

siqaret çəkənlərin diqqətini 

yayındırmaq üçün istifadə edir və 

“yüngül”, “çox yüngül”, “az 

miqdarda qətran”, yaxud “yumşaq” 

sözlərini yazırlar. Lakin bunlardan 

heç biri səhhət üçün riskin 

həqiqətən azaldılması anlamına 

gəlmir

11



Tütün məhsullarının qutularında 

səhhət üçün yaranan təhlükəyə dair 

xəbərdarlıq siqaret çəkənlərin 

üzləşəcəkləri risk barədə bilgisini 

artırır

83

. Xəstəlikləri və digər mənfi 



təsirləri təsvir edən şəkillərin 

qutularda verilməsi sözlərə 

nisbətən daha güclü təsir göstərir 

və oxumağı bacarmayan daha çox 

dünya əhalisini əhatə etmək üçün 

vacib əhəmiyyət daşıyır. 

Avstraliya

88

, Belçika, Braziliya



89

Kanada



90

, Tailand və digər 

ölkələrin

83

 təcrübəsi göstərir ki, 



tütün məhsulları qutularında 

verilən ciddi xəbərdarlıqlar siqaret 

çəkən gənclər, o cümlədən savad 

səviyyəsi aşağı olan ölkə sakinləri 

üçün vacib məlumat mənbəyi 

hesab olunur. Şəkillər həmçinin 

məlumatı uşaqlara, xüsusilə siqaret 

çəkənlərin gələcəkdə tütündən  

istifadə ehtimalı yüksək olan 

uşaqlarına daha səmərə ilə çatdırır. 

Baxmayaraq ki, bəzi ölkələr artıq 

siqaret qutularına xəbərdarlığın 

vurulmasının məcburi olduğunu 

qəbul etmişlər, bu xəbərdarlıqların 

qutulara vurulma standartı geniş 

surətdə fərqlənir. Bir çox ölkələr 

ümumiyyətlə xəbərdarlıq 

yazılmasını tələb etmir. 

Xəbərdarlığın təsirli olması üçün 

onlar iri, aydın yazılmalı, oxuna 

bilməli, həm şəkil, həm də 

mətndən ibarət olmalıdır. Onlar 

qutunun işarələnən səthinin ən azı 

yarısını tutmalı, mütləq səhhətə 

dəyən zərəri və tütün istehlakı 

nəticəsində yaranan xəstəlikləri 

dəqiq göstərməlidir. Yazılı 

xəbərdarlıqlar ölkənin əsas 

dillərində olmalı, əyaniliyi 

maksimum artırmaq və qavramanı 

asanlaşdırmaq üçün müəyyən 

rənglərdən, fondan, şrift növləri və 

ölçülərindən istifadə edilməlidir. 

Xəbərdarlıq ayrı-ayrılıqda 

qutulara, xarici qablaşdırma 

qutularına və pərakəndə satış 

nöqtələrinin vitrinlərinə vurulmalı, 

həmçinin marağı artırmaq üçün 

müntəzəm dəyişdirilməlidir. 2005-

ci ildə Avropa komissiyası bu 

dəyişiklik məqsədilə üzv 

dövlətlərin istifadəsi üçün 

sağlamlığa zərərlə bağlı 

xəbərdarlıq tipli rəngli şəkil və 

təsviri təsdiq etmişdir. 

Tütün məhsulları qutularında 

səhhətə dəyən zərər haqqında 

xəbərdarlıqların yerləşdirilməsini 

məcbur edən tədbirlər hökumətdən 

heç bir xərc tələb etmir. 



Tütünün zərəri haqqında insanların məlumatlılıq

 

səviyyəsinin artırılması uğrunda mübarizə aparmaq

 

38


Təsvirli xəbərdarlıqlar cəmiyyətin 

böyük əksəriyyəti tərəfindən 

dəstəklənir və adətən, tütün 

sənayesindən başqa, nadir halda  

digərlərinin müqaviməti ilə üzləşir. 

Geniş şəkildə təşkil edilmiş 

xəbərdarlıqlar siqareti atmağa, 

gəncləri siqaret çəkməyə 

başlamamağa səsləyir, o cümlədən 

tütünlə 


mübarizənin digər üsullarının, 

məsələn tütün tüstüsündən azad 

zonaların yaradılmasının cəmiyyət 

tərəfindən qəbul edilməsinə yardım 

göstərir.  

SĠQARET ÇƏKƏNLƏR ƏYANĠ XƏBƏRDARLIQLARI ALQIġLAYIR

 

Təsvirli xəbərdarlıqların Braziliyalı 

siqaret çəkənlərə təsiri  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Mənbə: Datafolha instituto de Pesquisas. 76 % sгo a favor que embalagens de cigarros



tragam imagens que ilustram Males provocados pelo fumo; 67 % dos fumantes que viram as 

imagens afirmam terem sentido vontade de parar de fumar.

 Opiniгo publica, 2002 

(http://datafolha.folha.uol.com.br/po/fumo_21042002.shtml, 6 dekabr 2007-ci il) 

Dünya qanun haqqında,

 

sağlamlığı deyil, ədaləti təmin edən vasitə kimi 



düĢünməyə adət etmiĢdir... Qanuni vasitələrin

 

qlobal səhiyyənin və qlobal ədalətin xidmətinə 

cəlb etmək vaxtı gəlmiĢdir.

 

ÜST

-

nın “Ədalət çərçivəsində sağlamlığa doğru yol” adlı məruzəsi, 2002

-ci il 

Siqaret çəkməyin sağlamlığa 

vurduğu zərərə dair

 

fikirlərini dəyiĢdilər

 

Siqare

tdən imtina etmək 

istədilər

 

Sağlamlığa vurulan zərərə dair 

xəbərdarlığı 

 

alqıĢlayırlar

 

80% 

60% 

40% 

20% 

0% 

39


Tütün məhsullarının reklamına, satışının

stimullaşdırılmasına və sponsorluğuna

qoyulmuş qadağalara əməl edilməsinə

təminat

 

Tütün məhsullarının 

satıĢının stimullaĢdırılması 

xəstəliklərə və ölümə 

yüksək dərəcədə dəstək 

verir 

İstifadəçilərin yarısının ölümünə 

səbəb olan məhsulu satmaq üçün 

qeyri-adi marketinq bacarığı tələb 

olunur. Tütün məhsulları 

istehsalçıları dünyada marketinq 

üzrə ən yaxşı mütəxəssislərdən 

olub, getdikcə daha fəal şəkildə 

tütün məhsulları reklamının və 

satışın stimullaşdırılmasının 

qadağasına, tütün istehlakının 

azalmasına yönəlmiş sponsorluğa 

qarşı çıxmağa çalışırlar.  

Tütün sənayesi nümayəndələri 

iddia edirlər ki, onların reklam və 

satışın stimullaşdırılması sahəsində 

gördükləri tədbirlər satışın 

artırılması və yeni istehlakçıların 

cəlb edilməsinə deyil, bazar payının 

mövcud istifadəçilər arasında 

yenidən bölüşdürülməsi üçün 

nəzərdə tutulmuşdur

91

.  


Bu, belə deyil. Marketinq və satışın 

stimullaşdırılması tütün 

məhsullarının satışını artırır, daha 

çox insanların ölümünə səbəb olur, 

siqaret çəkənləri daha çox siqaret 

çəkməyə həvəsləndirir və siqareti 

atmaq həvəsini azaldır. Marketinq 

həmçinin potensial istifadəçiləri – 

xüsusilə gəncləri tütünün dadına 

baxmağa və daimi istifadəçi olmağa 

çağırır

92

. Tütün məhsullarının 



gənclərə və konkret demoqrafik 

yarımqruplara yönəlmiş reklamı 

xüsusilə təsirlidir

93,94


Marketinq tütünə qarşı mübarizə 

cəhdlərinin təsirini azaldan digər 

maneələr yaradır. Tütün 

məhsullarının geniş reklamı tütünü 

digər istehlakçı məhsullarından 

fərqlənməyən “normal” məhsul 

kimi təsvir edir. Buna görə də, 

insanlar tütündən istifadə 

nəticəsində yaranan təhlükələri 

çətin anlayırlar. Marketinq yanlış 

olaraq tütünü gənclik, enerji, 

cəlbedicilik və seksual cazibədarlıq 

kimi arzu edilən xüsusiyyətlərlə 

 bağlı təsvir edir. O, həmçinin 

reklama, satışın  

stimullaşdırılmasına və sponsorluğa 

hər il xərclədiyi milyardlarla 

dolların köməyi ilə tütün 

sənayesinin kütləvi informasiya 

vasitələrinə, həmçinin idman və 

əyləncə biznesinə təsirini artırır. 



VətəndaĢların 

mühafizəsinin güclü 

vasitəsi

 

Tütün sənayesi marketinq 

sahəsində qoyulmuş qadağalara 

ciddi müqavimət göstərir, çünki bu 

qadağalar tütün istehlakının 

azalmasına effektli təsir edir. 

Sənaye hətta minimal 

məhdudiyyətlərə qarşı da güclü 

lobbiçilik təşkil edəcək. Reklama 

qoyulmuş qadağalardan əvvəl və 

sonra milli səviyyədə aparılmış 

tədqiqatlar tütün istehlakının 16% 

azalmasını göstərir

95,96,97,98

.

 

Reklam 



qadağası gəliri və təhsili müxtəlif 

səviyyədə olan  insanlar arasında 

tütün istehlakının azalmasına səbəb 

olur


99

.  


Rəhbərlər sağlam icmalar yaratmağa qadirdirlər

 

40


REKLAMA QOYULAN HƏRTƏRƏFLĠ QADAĞALAR 

MÜBARĠZƏNĠN DĠGƏR NÖVLƏRĠNĠ GÜCLƏNDĠRĠR

 

Ġki qrup ölkədə reklama qadağa qoyulduqdan 10 il sonra siqaretçəkmə 

həcmində baĢ vermiĢ fərqin orta göstəricisi

 

Mənbə: Saffer H. Tobacco advertising and promotion. in: Jha P, Chaloupka FJ, eds. 



Tobacco

control in developing countries.

 Oxford, Oxford University Press, 200

0. 

Ġdman tədbirləri siqaret çəkənlər qrupunu cəlb 

etmək, seçmək və təsir göstərmək üçün bizim 

nəzərdə tutduğumuz ən yaxĢı yer olsa da, bu 

yeganə yol deyil. Beynəlxalq bədii və video 

filmlər də Asiyadakı bizim gənc həddi

-

buluğa 

çatmıĢ istehlakçılarımız üçün olduqca 

cəlbedicidir.

 

“Fillipp Morris” Ģirkətinin daxili sənədi (1990

-

cı il)

Hərtərəfli qadağa qoyulmuĢ 14 ölkə

 

Qadağa qoyulmamıĢ 76 ölkə

 

S

iqar

et

çə

km

ə 

həc

m

in

də b



 v

er

ən 

dəy



ik

lik

 

0% 

-89% 

-69% 

-49% 

-29% 

-109% 

-1% 

-9% 

41


Hökumətlər marketinq sahəsində 

qadağa qoyduqları zaman nəzərə 

almalıdırlar ki, tütün sənayesindən 

başqa digər sənaye müəssisələri də 

belə reklam, satışın 

stimullaşdırılması və tütün 

məhsullarına sponsorluqdan 

yararlanır. Kütləvi informasiya 

vasitələri, tütün idxalçıları, tütün 

məhsullarının pərakəndə satıcıları, 

idman və əyləncə təşkilatları 

istehlakçılarını və ya reklamdan, 

satışın stimullaşdırılmasından, 

sponsorluqdan əldə edəcəyi 

gəlirləri itirməkdən qorxaraq, tütün 

sənayesinin maraqlarına uyğun 

marketinq sahəsində qoyulan 

qadağalara və tütünlə mübarizənin 

digər üsullarına qarşı çıxacaqlar.  

Hərtərəfli qadağalar və 

onlara tam Ģəkildə əməl 

olunmasını təmin

 

etmək 

vacibdir 

Marketinqə və satışın 

stimullaşdırılmasına qoyulan 

qadağa tütün epidemiyasına qarşı 

güclü silah ola bilər. Tütün 

məmulatlarının istehsalçıları bilir 

ki, insanların əksəriyyəti həddi-

buluğa çatdıqdan sonra 

siqaretçəkməyə başlamayacaq və 

şüurlu qərarlar qəbul etməyə qadir 

olacaqlar

34,35,36,37

. Tütün sənayesi 

tütünlü həyatdan zövq alan xoşbəxt 

gəncləri göstərən reklam 

kampaniyaları keçirir; bu zaman 

onun məqsədi yeni gənc tütün 

istehlakçılarını tora salmaq və 

onlarda ömürlük tütündən asılılıq 

yaratmaqdır.  

Qadağaların effektli olmasını təmin 

etmək üçün onlar tam olmalı, 

marketinq və satışın 

stimullaşdırılmasının bütün 

sahələrində tətbiq edilməlidir

66,91


Qadağa ancaq radio və televiziyada 

aparılan reklamlara qoyularsa, tütün 

sənayesi öz vasitələrini marketinqin 

digər kanallarına, məsələn 

qəzetlərə, jurnallara, reklam 

lövhələrinə və internetə 

yönəldəcək. Reklamın bütün 

ənənəvi növlərindən istifadə etmək 

qadağan edilirsə, tütün sənayesi 

reklama xərclənən bütün vəsaitləri 

gənclər arasında məşhur olan 

tədbirlərin, məsələn, qaçış yarışları, 

idman müsabiqələri və musiqi 

festivallarının sponsorluğuna 

yönəldəcək.  

Tütün sənayesinin istifadə etdiyi 

digər marketinq kanallarına 

pərakəndə satış mağazalarında 

qiymətlərdə endirim, tədbirlər 

zamanı tütün məmulatlarının pulsuz 

paylanması və onların poçtla 

göndərilməsi daxildir. Digər reklam 

tədbirlərinə tütün məmulatlarının 

loqotiplərinin paltarlara və digər 

mallara vurulması, digər istehlak 

malları ilə tütün məmulatlarının 

ortaq brendi, yaxud reklamda 

məşhur şəxslərin iştirakı, tütün 

məmulatları markalarının bədii 

filmlərdə və televiziya 

proqramlarında göstərilməsi 

daxildir. Hərtərəfli qadağa bütün bu 

istiqamətlərin qarşısını almalıdır.  

Qismən qadağaya, adətən 

marketinq və satışın 

stimullaşdırılması üçün istifadə 

edilən digər dolayı və ya alternativ 

variantlar, məsələn, xüsusi ilə 

gənclər üçün maraqlı olan 

tədbirlərə sponsorluq daxil 

deyil


100,101

. Qismən qadağalar 

sənaye üçün öz məhsullarını hələ 

tütündən istifadəyə başlamamış 

gənclərə və siqareti atmaq istəyən 

böyüklərə satmağa davam etmək 

imkanı verir.  

Təsirli qadağaların həyata 

keçirilməsi

 

Ölkə rəhbərliyi reklama, satışın 

stimullaşdırılmasına və sponsorluğa 

qadağa qoyulacağını xeyli 

əvvəlcədən elan etməlidir. 

Beləliklə, kütləvi informasiya 

vasitələri və digər müəssisələrin 

yeni reklamçılar və sponsorlar 

tapmağa kifayət qədər vaxtı olacaq. 

Tütün istehlakını azaltmaq və 

media sahəsində ədalətlilik 

prinsipinə əməl etmək üçün qadağa 

tam olmalıdır. Tütün sənayesinin 

taktikasında və informasiya 

texnologiyalarında tətbiq edilən 

yenilikləri nəzərə almaqla, 

marketinq sahəsində hərtərəfli 

qadağaya müntəzəm dəyişikliklər 

edilməlidir. Şirkətlərin kommersiya 

xərcləri sahələrində marketinq və 

satışın stimullaşdırılması bölməsinə 

vergi güzəştləri edilməməsi yolu ilə 

də reklamı azaltmaq olar.  

Xarici kütləvi informasiya 

vasitələrinə qadağaların qoyulması, 

adətən qeyri-mümkün hesab olunsa 

da, bir çox ölkələrdə çap edilən 

xarici qəzet və jurnalların milli 

nəşrləri yerli ölkənin qanunlarına 

hörmətlə yanaşırlar. Yerli serverlər 

digər ölkələrdə yerləşən internet 

səhifələrində təqdim olunan 

arzuedilməz reklamı bağlaya bilər. 

Beynəlxalq peyk stansiyalarının 

məlumatları peykdən yerə ötürülən 

zaman ölkə daxilində yayılmazdan 

əvvəl mərkəzləşmiş surətdə redaktə 

edilə bilər. Mədəniyyət baxımından 

oxşar olan bir neçə ölkədə tütün 

məhsullarının marketinqinə eyni 

zamanda qadağa qoyularsa, 

beynəlxalq qadağa təmin edilə 

bilər.  

Parlaq və sağlam gələcək 

42


Tütün sənayesi tez-tez təsdiq edir 

ki, reklamın, satışın 

stimullaşdırılmasının və 

sponsorluğun birbaşa qadağan 

edilməsinə ehtiyac yoxdur, könüllü 

özünü tənzimləyən qaydalar 

məcəllələrini tətbiq etmək 

kifayətdir. Lakin tütün sənayesi tez-

tez öz könüllü qaydalarını pozur, 

çünki onların qanun qüvvəsi 

yoxdur

102, 103


. Sənaye həm də təsdiq 

edəcək ki, qadağalar onun söz 

azadlığı hüququnu, o cümlədən 

qanuni məhsulun satışının 

stimullaşdırılması  hüququnu 

məhdudlaşdırır. Tütünün səhhətə 

vurduğu zərəri və maddi ziyanı, o 

cümlədən tütün sənayesinin 

uşaqlara müraciət taktikasını 

vurğulamaqla, bu iddiaları asanlıqla 

təkzib etmək olar. Qeyd etmək olar 

ki, zərərli vərdişdən azad olmaq 

hüququ tütün sənayesinin maliyyə 

maraqlarından daha vacibdir.  

 

 

 



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin