Ön söZ (M. M. Musayev) I. Azәrbaycan diLİNİn morfologiyasina yeni baxişlar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/26
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#14971
1   ...   18   19   20   21   22   23   24   25   26

Ay adları 
253 

Az
ərbaycan dilində  işlənən  ay  adlarının  hamısı  alınma 
sözl
ərdir. Bunların sayı ildə olan ayların sayına uyğundur. Bundan 
başqa, bildiyimiz kimi, ildə dörd fəsil və hər fəsildə üç ay var. Ay 
adlarının işlənməsində bu ardıcıllıqların ikisi də gözlənir. Məsələn: 
Ay  adları  bunlardır:  yanvar, fevral, mart, aprel, may, iyun, iyul, 
avqust, sentyabr, oktyabr, noyabr, dekabr.  Yaxud:  dekabr, yanvar, 
fevral 
qış aylarıdır; mart, aprel, may yaz aylarıdır; iyun, iyul, avqust 
yay  aylarıdır;  sentyabr,  oktyabr, noyabr  payız  aylarıdır.  Lakin, 
bununla bel
ə,  ay  adlarının  sözdüzəltmə  və  semantikasında  onların 
n
ə ilə, nə də fəsillərə mənsubiyyətə görə ardıcıllığı əks olunmamış-
dır.  Ay  adları  semantik  və  sözdüzəltmə  baxımından  bir-birindən 
t
əcrid olunmuş sözlərdir. 
F
əsil adları 
Az
ərbaycan dilində  fəsil  adları  silsiləsi dörd ünsürlə  təmsil 
olunmuşdur: yaz, yay, payız, qış. 
C. Layonz “sikl” adlandırdığı həmin söz qrupunun ən mühüm 
xüsusiyy
ətini onda görür ki, onların ortadan ən ucğar üzvləri olmur. 
Şəbəkənin hər  bir  üzvü  iki  başqasının  arasında  yerləşir.  Bu 
şəbəkələrin  çoxunda  şərti  –  ilkin və  şərti  –  son üzvlərin  olması 
onların dövriliyinə xələl gətirmir (8. 290). 
Buna baxmayaraq, f
əsil adları sahəsində müəyyən təsnifatlar 
aparıb, onlar arasında müxtəlif semantik münasibətlərdən danışmaq 
mümkündür. F
əsil  adları  ilin  isti  və  soyuq mövsümünə  aid olan 
f
əsilləri ifadə  etməsinə görə  iki sinif əmələ  gətirir: 1. yaz, yay; 2. 
payız,  qış.  Həmin siniflər çərçivəsində  fəsil  adlarının  semantik 
ardıcıllığı tam müəyyəndir. Bunu aşağıdakı mətnlərdən görə bilərik. 
M
əsələn: Payız cənnət, qış quruca, yaz sultandır, yay damı (Bayatı). 
Qorx 
payızdan  –qabağınca  qış  gəlir (Məsəl).  Yaz  getməsə,  yay 
olmaz (Bayatı). Payız keçdi, qış dolandı, oldu yay (Aşıq Ələsgər). 
Bundan başqa, isti və soyuq mövsümlərə  mənsub olan fəsil adları 
da  öz  aralarında  semantik  münasibətlərə  girə  bilirlər. Həmin 
semantik münasib
ətlərin  iki  növü  var:  ardıcıllıq və  əkslik 
münasib
ətləri.  Ardıcıllıq  münasibəti isti və  soyuq mövsümlərin 
s
ərhəddində duran fəsillərin adları yay və payızqış və yaz arasında 
özünü göst
ərir. Məsələn: Qış buxaqdan, yaz ləbdən, Əməydim yay 
m
əməndən  (Bayatı).  O  nədir ki, qış  göyərir,  yaz  qızarır,  payız 
254 

qaralır?  (Tapmaca).  Yayda  yaylağımdır,  qışda  oylağım,  Yazda 
seyr
əngahım  bu  dağlar  mənim  (Aşıq  Ələsgər).  Yaz  keçdi,  yay 
addadı,  payız  girdi  (“Aşıq  Ələsgər”). Semantik  əkslik münasibəti 
qış  sözü ilə  yay  və  yaz  sözləri  arasında  özünü  göstərir. Məsələn: 
Yayda 
başı bişənin Qışda aşı bişər. Yayda işləQışda dişlə. Yayın 
barı,  Qışın  varı.  Yaz  əkinçi,  Qış  dilənçi (Məsəl).  Yaz  donar,  qış 
açılar (Tapmaca). 
 
İl adları 
Az
ərbaycan dilində  il bildirən zərflərin semantik – 
sözdüz
əltmə silsiləsi aşağıdakı sözlərlə təmsil olunmuşdur: ta inişil 
– 
inişil  –  bildir / keçən il  –  bu il  –  gələn il –altdakı  il.  İl  adları 
silsil
əsində semantik başlanğıc vəzifəsi buil sözünün üzərinə düşür. 
İl  bildirən zərflər  arasında  sintaktik  ardıcıllıq  iki  şəkildə 
özünü göst
ərir. Birincisi, semantik – sözdüzəltmə münasibətlərinin 
əksinə  olub, ontoloji və  psixoloji  zaman  ardıcıllığına  uyğun  gələn 
şəkildə. Məsələn: Bildir doğulan oğlan Buil çinara çıxdı (Tapmaca). 
Bildir gör
ən məni buil tanımaz (Qivami Mütərrizi). Son illər hər il 
bir  işim  düzəlib.  Ta  inişil  qızım  olub.  İnişil  bir  oğlum,  bildir  bir 
oğlum  olub.  Buil  ev  almışam,  gələn il də,  inşallah,  əyər-əskiyini 
düz
əldərik. Onun altdakı il də allah kərimdir (Dan.). 
İkincisi,  sözlərin semantik –  sözdüzəltmə  münasibətlərinə 
uyğun  şəkildə. Məsələn: Qonaq buil  burdadır,  Gələn il də  sərasər 
(M
əsəl).  Buil  halım  bildirkindən  yaxşıdır.  Bildir,  inişil  də  mənə 
yaxşılıqlar etmisən (Qətran). Buil ipək  keçən ildəkindən az olacaq 
(“Əkinçi”). 
 
Zaman adlarından törəmə tematik söz qrupları 
 
Za
man adlarından törəmə aşağıdakı tematik söz qrupları var: 
1. Zamana gör
ə təyinedici sifətlər: builki, bildirki, bugünkü, dünənki 
v
ə  s. Həmin sözlərin  törədici  əsaslarına  xas  olan  məna 
münasib
ətləri  bunlara  da  xasdır.  Məsələn müq. et: Dünənki  işinə 
gör
ə  sağ  ol,  bugünkü  işinə  görə  cavab ver. Builki  sərçə  bildirki 
s
ərçəyə civ-civ öyrədir (Məsəl).  2. Mövsümlə bağlı olan keyfiyyət 
adları: yazlıq, payızlıq, küzlük “payızlıq” (dan.). Həmçinin müq. et.: 
255 

yaylıq.  3. Mövsümlə bağlı olan məkan adları: yaylaq, qışlaq, yayla, 
qışla.  4. Mövsümlə yaxud günün vaxtları ilə bağlı olan hərəkət ad-
ları:  yaylamaq,  qışlamaq,  axşamlamaq,  gecələmək.  Yazıq  səninlə 
yaylayıb, qışlayanın gününə! (İdiom). 
 
 
 
 
Sayların semantik sistemi 
 
Sayların  leksik-semantik sistemi ədədi sistemlərlə  sıx 
əlaqədardır.  Bununla  belə, həmin sistemlər müstəqil dəyər  sırası 
əmələ  gətirib,  ayrı-ayrı  elmlər tərəfindən öyrənilir. Bu mənada 
saylar qohumluq terminl
əri ilə  müqayisə  edilə  bilər. Qohumluq 
terminl
ərinin leksik-semantik sistemi qohumluq (münasibətləri) 
sistemin
ə  uyğun  gəlir. Bunlarsa dilçilik və  etnoqrafiya elmləri 
t
ərəfindən öyrənilir. 
Sayların  ədədi sistemlərlə  əlaqəsinə  çoxdan diqqət 
yetirilmişdir.  Hələ  V.Brim göstərmişdir  ki,  sayların  ən mühüm 
xüsusiyy
əti  onların  ədədlə  ifadəetmə  üsulu, saymağın  yekrəngliyi 
il
ə əlaqəsidir (5.161). 
Sayların semantik ardıcıllığı ədədlərin ardıcıllığı ilə paralellik 
yaradır. Məlum olduğu kimi, ədədi sistemlərin aşağıdakı əlamətləri 
var: 1. Bütün 
ədədi sistemlərdə  başlanğıc  ünsür  olur.    2.  Hər 
ünsürd
ən sonra ondan bir vahid qədər böyük olan ünsür gəlir.  3. 
Əvvəlinci  istisna  olmaq  şərti ilə, hər ünsürdən qabaq ondan bir 
vahid q
ədər kiçik olan ünsür  gəlir (2. 14). 
Say sistemind
ə həm ilkin ünsür, həm də ünsürlərin ardıcıllığı  
mövcuddur.  Ədədi sistem kimi, say sistemi də  ilkin ünsürdən 
başlanıb, xətti  biristiqamətli silsilə əmələ gətirir. Bir sayı və onun 
arxasında  dayanan  anlayış  sayların  düzəldilməsində  xüsusi rol 
oynayır,  belə  ki,  sayların  semantik  ardıcıllığında    bir  nəzərdə 
tutulur. H
əmin sırada birdən başqa, on sayı da belə bir əhəmiyyətə 
malikdir. T
əsadüfi deyil ki, bir çox dillər daha yüksək sayma üçün 
h
əmin  say    anlayışından  istifadə  edirlər.  Bir  və  on,  ətrafında    say 
sisteminin t
əşkil  olunduğu  ilkin  anlayışlardır  (1.  21  –  22).  Lakin 
256 

sayların leksik-semantik sisteminin tam formalaşması  bir çox başqa 
vasit
ələrin iştirakı ilə başa gəlir. 
Say sistemi adı altında semantik dəyər sırası nəzərdə tutulur, 
çünki h
ər hansı bir sayın mənasını açmaq üçün biz müvafiq sıranın 
qabaqkı  və  sonrakı  terminlərinə  müraciət etməli oluruq. Deməli, 
sayların  mövcud  leksik-semantik  sıradakı  yeri  iki  faktorla 

əyyənləşir:  birincisi,  ədədi sistemdəki müvafiq (ədədi) 
anlayışların  işarəsi olmaqla; ikincisi, müvafiq leksik-semantik  
arasıkəsilməzlikdə  özündən  qabaqkı  və  sonrakı  terminlə  dəyər 
münasib
əti ilə. Ona görə də sayların linqvistik izahında iki  üsuldan 
istifad
ə  etmək olar. Məsələn:  Bir  –  a)  “sayların  ilki”,  “say 
sisteminin  semantik  başlanğıcı”;    b)  “1”   ədədini ifadə edən  söz”.  
İki  – a) “birdən sonra üçdən əvvəl gələn say”; b) “2” ədədini ifadə 
ed
ən söz”.  Leksikoqrafik təcrübədə sayların linqvistik izahı zamanı 
h
əmin üsullardan tez-tez istifadə  olunur, lakin çox vaxt onlar bir-
birin
ə qarışdırılır. 
*
  
Saylar  çoxsaylı  və  quruluşca  müxtəlif olsalar da, özlərinin 
ümumi seman
tikası və sözdüzəltmə qaydalarına görə eyniyyət təşkil 
edib, dilin başqa leksemlərindən kəskin şəkildə seçilir. J.R. Hurford 
bu münasib
ətlə  yazır:  say  sistemində  ən çox səciyyəvi olub, onu 
bütün yerd
ə qalan dildən fərqləndirən onun semantikası  və dəruni   
sintaksisinin m
əxsusi təbiətidir (6. 87). 
Sayların  semantik  sisteminin  aşağıdakı  xüsusiyyətləri var. 
Birincisi, 
ədədlər  kimi,  saylar  da  ardıcıllıq  əmələ  gətirir və  bu 
sıranın  ümumi  semantik  başlanğıcı  var  (bir  sözü). Lakin, ədədlər 
silsil
əsindən fərqli olaraq, bu sıra sonsuz şəkildə davam etmir. 
İkincisi,  say  sisteminə  dövrilik  xasdır:  say  silsiləsində 
semantikası  tərkibindəki terminlərin məzmunları  cəminə  bərabər 
olan mür
əkkəb saylar sintetik məzmunlu, özü də  başqa  cür 
motivl
ənən terminlərlə  əvəz olunur. Hər bir belə  termin  (onluq, 
yüzlük, minlik v
ə  s.  adları)  özünəqədərki saylar silsiləsini 
yekunlaşdırıb,  qapayıb,  özündən  sonrakı  saylar  silsiləsini  açır. 
Bununla bağlı olaraq, məhəlli semantik sahələr və məhəlli semantik 
başlanğıclar meydana gəlir. 
Üçü
ncüsü,  say  sistemi    arasıkəsilməzliklə  diskretliyin 
dialektik v
əhdətindən  ibarətdir. Bütün fərdi xüsusiyyətləri ilə 
257 

yanaşı,  saylar  vahid  leksik-semantik  sıranın  üzvüdür.  Hər bir say, 
diskretlikl
ə sonsuzluğun vəhdəti kimi, özünəqədərki sayların sonu, 
özünd
ən sonrakı sayların semantik başlanğıcı rolunu oynayır. 
Sayların ifadəetmə (əmələgəlmə) üsulları onların təsnifi üçün 
meyar rolu oynayır. 
Az
ərbaycan dili saylarının aşağıdakı növləri var: 
1. T
əklik bildirən saylar: bir,  iki,  üç,  dörd,  beş,  altı,  yeddi, 
s
əkkiz, doqquz. Bunlar Azərbaycan dilinin indiki vəziyyətində sadə  
sözl
ər olub, bir-biri ilə dəyər münasibətindədir. 
2. Onluq bildir
ən saylar: on,  iyirmi,  otuz,  qırx,  əlli,  altmış, 
yetmiş, səksən, doxsan. 
On  sözü  doqquz  v
ə  yüz  sözləri  arasındakı  saylar  içərisində 
semantik v
ə sözdüzəltmə  baxımından mühüm yer tutur. O, birdən 
doqquza q
ədərki saylarla təmsil olunan silsiləni  yekunlaşdırıb, 
sintetik m
əzmunlu bir vahid kimi onu qapayır. Bununla yanaşı, on 
sözü özünd
ən sonra gələn saylar silsiləsini açıb, yeni sözdüzəltmə 
v
ə ifadəetmə üsullarının meydana gəlməsinə səbəb olur. Həmin söz-
düz
əltmə  
_________________ 
 * M
əsələn,  M.Kaşğarinin  “Divanü  lüğat-it-türk”  əsərində, 
“Az
ərbaycan türk xalq şivələri lüğəti”ndə (c. 1, № 1-2, Bakı, 1930-
31), “Az
ərbaycan dilinin izahlı lüğəti”ndə (c. 1-2) belə edilmişdir. 
 
üsulları üçdür. A. “onluq” + “təklik”  üsulu. Bu üsuldan bütün 
sonrakı onluq, yüzlük və minlik adlarını müşayiət edən təkliklərin 
adlarının düzəldilməsində istifadə olunur. 
B. “t
əklik”  + “onluq” üsulu. On sözü istisna olmaqla, bütün 
onluq  adları  həmin üsulla  düzəlmişlər. Bu üsul yüzlük və  minlik 
adlarının  düzəlməsində  də  təkrar olunur (lakin bu zaman ikinci 
t
ərkib hissəsi  kimi  müvafiq  şəkildə  yüz  və  min  sözləri götürülür). 
Müasir Az
ərbaycan dilində  işlənən onluq  adlarının  çoxu 
fonomorfoloji prosesl
ər nəticəsində  özlərinin törədici  əsasları  ilə 
sözdüz
əltmə  əlaqələrini  itirmişlər. Məsələn,  otuz,  qırx,  əlli 
terminl
ərinin  üç,  dörd,  beş  və  on  sözləri ilə  açıq-aşkar  əlaqəsi 
yoxdur. 
Altmış,  yetmiş,  səksən  və  doxsan  terminləri isə  müvafiq  
olaraq 
altı,  yeddi,  səkkiz, doqquz  sözlərini,  şübhəsiz,  yada  salır. 
258 

“On”  anlayışının  ifadəsinə  xidmət edən  –mış.  –miş,  -an,  -ən (on) 
müasir dild
ə işlənmir. Beləliklə, sayların bir çoxunun mənaları adi  
adverm
ənin deyil, uzun nitq-fikir  prosesinin məhsulu olub, 
“motivl
ənmiş” işarədən “ixtiyari”  işarəyə qədər bir yol keçmişdir. 
Lakin  ilkin  semantikanın  pozulması  və  sözdüzəltmə  sisteminin 
başqalaşması ümumi tipin dəyişməsinə gətirib  çıxarmır. Yuxarıda 
qeyd edil
ən dəyişikliklər olsa-olsa  ayrı-ayrı  terminlərin linqvistik 
taleyin
ə təsir edir. 
3. Yüzlük bildir
ən saylar:  yüz, iki yüz, üç yüz, dörd yüz, beş 
yüz,  altı  yüz,  yeddi  yüz,  səkkiz yüz, doqquz  yüz.  Bunların 
sözdüz
əltmə üsulu onluq bildirən saylardakının eynidir: onlar təklik 
bildir
ən (2-9) saylarla yüz  sözündən göstərilən üsulla düzəlmişlər. 
Qeyd etm
əliyik ki, bu üsulla düzələn mürəkkəb saylarda təkliklər  
yüzlükl
ərin  determinantivi rolunda çıxış edir. 
4. Minlik bildir
ən  saylar:    bunların  üç  növü  var:  a)  təklik 
bildir
ən saylarla düzələnlər; b) onluq bildirən saylarla düzələnlər; v) 
yüzlük bildir
ən saylarla düzələnlər. Məsələn: iki min, iyirmi min, iki 
yüz min
5. Hesabi 
ədədlər bildirən saylar. Bunların sözdüzəltmə üsulu 
onluq, yüzlük, minlik bildir
ən  sayların,  demək olar ki, əksinədir. 
Hesabi 
ədədlər bildirən saylar onluq, yüzlük və  minlik bildirən 
saylardan ist
ər onların bir-biri ilə, istərsə də təklik bildirən saylarla 

əyyən qayda üzrə  birləşməsindən  əmələ  gəlir. Hesabi ədəddə 
ilkin tör
ədici elementlərin düzülüşü belədir: Minlik, yüzlük, onluq, 
t
əklik (məsələn: min doqquz yüz yetmiş səkkiz). 
Say sah
əsində  sözdüzəltmənin  bütün  üsullarının  bir  ümumi 
əsası  var:  bu,  ədədi  anlayışların  bir-birinə  münasibətidir.  Ədədi 
anlayışların  münasibəti, məlum  olduğu  kimi,  dörd  hesabi 
əməliyyatda təzahür  edir:  toplama,  çıxma,  vurma,  bölmə.  Axırıncı 
üç 
əməliyyat  həm də  təşəkkül  tapmış  say  sistemini  tələb edir. 
Bundan  başqa,  dil  mənaların  əmələ  gəlməsinin  ən elementar və  
ümumi üsulunu, bu m
ənaların  ifadə  olunmasının  ən sadə  üsulunu 
seçir. Ona gör
ə  də  toplama (üstəgəlmə) və  qismən də  vurma 
əməliyyatları  yeni-yeni  ədədi  anlayışlar  və  say mənalarının 
yaradılması üçün əsas vasitə olmuşdur. Həmin əməliyyatların saylar 
üçün 
əhəmiyyətini  başqa  müəlliflər də  etiraf edirlər. Məsələn: A. 
259 

van  Katviyk  yazır:  ədədi  ifadələrdə  münasibətlər dəqiq olaraq 
vurma v
ə üstəgəlmə terminlərində şərh edilə bilər. Bu münasibətlər 
eyni kateqoriyadan olan ünsürl
ər arasında baş tutur (7. 1). 
Ədədi  anlayışların  analitik  üsulla  yaradılması  və  ifadə 
edilm
əsi  imkanları  məhdud deyil. Lakin bu üsulun bir böyük 
nöqsanı  var,  o  da  işarələrin  yığcam  olmamasıdır.  Ona  görə  də 
sayların  əmələ  gəlməsində  iki təmayül özünü göstərir: birincisi, 
ixtiyari sayların yaranması; ikincisi, təbii ədədlərin sonsuz sırasına 
ölçü kateqoriyasının daxil edilməsi ki, bu da, artıq  qeyd olunduğu 
kimi, onluq, yüzlük, minlik v
ə  s.  ədədləri bildirən saylarla ifadə 
olunur. 
Saylar  arasında  semantik  münasibətlər.  Saylar  arasında 
aşağıdakı  semantik  münasibətlər özünü göstərir: sözdüzəltmə 
münasib
əti,  semantik  ardıcıllıq    münasibəti,  semantik əkslik  
münasib
əti. Qeyd etmək lazımdır ki, həmin semantik əlaqə növləri 
çox vaxt eyni bir söz  cütünd
ə  üst-üstə  düşə  bilir. Bundan əlavə, 
onlar eyni d
ərəcədə  maraqlı  dil  hadisələri  deyil.  Sayların 
sözdüz
əltmə  münasibətləri  əksər hallarda  semantik  ardıcıllıq  və 
semantik 
əkslik  əlaqələrində  əks olunur, ona görə  də  elə  bunları 
n
əzərdən  keçirməklə kifayətlənirik. 
Saylar arasında semantik ardıcıllıq münasibətlərinin aşağıdakı 
növl
əri var. 
A.  Bir-
bir  saymaqla  bağlı  olan  semantik  ardıcıllıq. Bu, 
leksik-
semantik sırada hər bir terminin özündən qabaqkı və sonrakı 
terminl
ərlə  münasibətinə  xasdır.  Həmin semantik münasibət  bir 
sayından  başlamış,  bütün  saylar  arasında  özünü  göstərir. Məsələn: 
Bir, iki, üç – puç (Ovsun). O n
ədir ki, birdir, iki deyil. O nədir ki, 
ikidir, üç deyil. O n
ədir ki, üçdürdörd deyil?  O nədir ki, dörddür, 
beş  deyil?  (Tapmaca).  Atı    birində  bəslə,  ikisində  gözlə,  üçündə 
min. Dördünd
ə oldu at, olmadı sat (Məsəl). Bir-birə. İki-iynə. Üç-
üzük. Dörd-
döşək. Beş-beşik. Altı-alma. Yeddi-yemiş. Səkkiz-sərçə. 
Doqquz-donuz. On-oraq. Bir, iki – bizimki.  Üç, dörd – 
qapını ört. 
Beş, altı – Daşaltı. Yeddi, səkkiz – Firəngiz. Doqquz, on – qırmızı 
don (Sanama). On  ziyan,  on bir 
ziyan  (Bayatı).  İgidin  həmdəmi 
g
ərək [...] ya on üç, ya on  dörd-on  beş  yaşında  olsun.  (Vaqif). 
T
əzəcə yetmiş olar on beş, on altı yaşına (Aşıq Ələsgər). [Builki] 
260 

şəbanül-müəzzəm  ayı [...] iyirmi doqquz gündür, ya otuz gündür? 
(C.M
əmmədquluzadə). 
B. 
Beş-beş  saymaqla  bağlı  olan    semantik  ardıcıllıq.  Həmin 
semantik münasib
ət beş sayından başlayaraq, bir-birindən beş vahid 
böyük olan 
ədədlərin  adları  arasında  özünü  göstərir. Məsələn: 
Bayburanın oğlu beş yaşına girdi. Beş yaşından on yaşına girdi. On 
yaşından  on  beş  yaşına  girdi  (“Kitabi-Dədə  Qorqud”). Telefonun 
z
əngi [...] iyirmi, iyirmi beş dəfə səsləndi (Mehdi Hüseyn). 
V.  On-
on  saymaqla  bağlı  olan  semantik  ardıcıllıq.  Həmin 
semantik münasib
ət on sayından başlayaraq, onluq ədədlərin adları 
arasında  özünü  göstərir. Məsələn:  İyirmi  idim  –  İgid  idim.  Otuz 
idim – Topuz idim.  
Qırx idim – Qırıq idim. Əlli idim – Bəlli idim. 
Altmış idim – Batmış idim. Yetmiş idim – Bitmiş idim. Səksən idim 
–  S
ərsəm idim. Doxsan  idim  –  Nöqsan idim. Yüz  oldum  –  Düz 
oldum (Türk m
əsəli). Səksən, doxsan – Bir gün yoxsan (Məsəl). 
Q. 
Əlli-əlli saymaqla    bağlı  olan  semantik  ardıcıllıq.  Həmin 
semantik münasib
ət əlli sayından başlayaraq, bir-birindən  əlli vahid 
böyük olan 
ədədlərin adları arasında özünü göstərir. Məsələn: Әlli 
m
ənəm, yüz mənəm (Bayatı). Qoyunun oldu əlli – Adın oldu bəlli.  
Qoyunun oldu yüz – Gir, içind
ə üz  (Məsəl). 
Ğ. Yüz-yüz  saymaqla  bağlı olan semantik ardıcıllıq. Həmin 
semantik münasib
ət yüz sayından başlayaraq, bir-birindən yüz vahid 
artıq olan ədədlərin adları arasında özünü göstərir.  Mən razıyam ki, 
yüz ilin 
əvəzinə sahibi-ədalət xaliq məni bəlkə  üç yüz il, bəlkə dörd 
yüz  il, b
əlkə beş yüz il cəhənnəmdə yandırsın (M.F.Axundov). Bu 
bir yüz, bu  iki yüz, bu üç yüz 
(Ü.Hacıbəyov). 
D.  Min-
min saymaqla  bağlı olan semantik ardıcıllıq. Həmin 
semantik münasib
ət  min  sayından  başlayaraq, bir-birindən min 
vahid böyük olan 
ədədlərin  adları  arasında  özünü  göstərir. Lakin 
əlimizdə olan materiallar içərisində bunlara aid misallar yoxdur. 
E.  On minlikl
ərin  semantik  ardıcıllığı.  On min  ərdən  yağı 
gördüms
ə, oyunum dedim. Yigirmi min  ər  yağı  gördümsə, 
yılamadım.  Otuz min  ər  yağı  gördümsə,  ota  saydım.  Qırx  min  ər 
yağı  gördümsə,  qıya  baxdım.  Әlli  min  ər  yağı  gördümsə,  əl 
verm
ədim. Altmış min ər yağı gördümsə, aytışmadım.  [Yetmiş min 
ər  yağı  gördümsə!...]  Səksən min  ər gördümsə, səksənmədim. 
261 

Doxsan min 
yağı  gördümsə,  donammadım.  Yüz min  ər gördümsə,  
yüzüm dönm
ədi (“Kitabi-Dədə Qorqud”). 
Ә.  Yüz minliklərin  semantik  ardıcıllığı.  Həmin semantik 
münasib
ət  yüz  min  sayından  başlayaraq,  bir-birindən həmin vahid 
q
ədər böyük olan ədədlərin  adları  arasında özünü göstərir. Bizim 
materiallar iç
ərisində  həmin hadisəyə  aid misallar yoxdur. Lakin 
ist
ər minliklər, istərsə  də  yüzminliklər  arasında  belə  bir semantik 
əlaqənin olması qənaətinə  başqa saylarla analogiya yolu ilə gəlmək 
olar. 
Saylar  arasında    semantik  əkslik münasibətinin  aşağıdakı 
növl
əri var: 
a)
 
Sayların  “azlıq”  və  “çoxluq”  semantemlərinin 
əksliyinə  uyğun  şəkildə  qarşılaşması.  Həmin semantik münasibət 
bir 
sayı ilə beş, yeddi, on, yüzmin sayları arasında özünü göstərir. 
M
əsələn:  Bir  deyərsə,  beş  deyərəm  (İdiom).  Bir  dərdi  beş  olan 
könlüm!  (Abbas  Tufarqanlı).  Bir  il  buğaya  gələr,  Yeddi  il  boğaz 
ged
ər (Tapmaca). Bir  yaşına  çatanda  on  yaşında  oğlana  oxşayırdı 
(“Şahzadə Mütalib” nağılı). Əlindəki bir sərçə on sərçədən yaxşıdır. 
Yüz ölç, bir biç.  Yüz fikir bir borcu öd
əməz. Biri bilməyən Mini də 
bilm
əz. Bir budağa çıxıb, min budaq silkələyir (Məsəl). Bir qapağı. 
Min 
yarpağı (Tapmaca). 
b)
 
T
əklik bildirən saylarla müvafiq onluq bildirənlərin 
qarşılaşması  (bir-on, iki-iyirmi  və  s.). Məsələn:  İnsan  yeddisində 
n
ədirsə,  yetmişində  də  odur;  doqquzunda  nədirsə,  doxsanında  da 
odur (M
əsəl). 
    
v)      Müştərək  ünsürlü,  başqa  cür  desək, sözdüzəltmə 
münasib
ətində  olan  sayların  qarşılaşması.  Məsələn:  On bir ondan 
yaxşıdır.  Xalq  min  dəfə  dözdüsə, Mən  min  bir  dəfə  dözdüm 
(Baya
tı). Həmçinin bax: b) bəndi. 
q)  Eyni sözdüz
əltmə üsulu ilə yaranmış sayların qarşılaşması. 
M
əsələn:  Səksən səkkiz  düyündə  Doxsan doqquz ilmə  var.  Səksən 
s
əkkiz dəyirman,. Doxsan doqquz nov hanı? (Tapmaca). 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin