Ön söZ (M. M. Musayev) I. Azәrbaycan diLİNİn morfologiyasina yeni baxişlar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/26
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#14971
1   ...   16   17   18   19   20   21   22   23   ...   26

At  adları. Azərbaycan dilində  at  adları  aşağıdakı  sözlərlə 
t
əmsil  olunmuşdur:  qulun  –  “körpə  at  balası”;  qulan  –  “iri at 
balası”; daylaq – “6 aydan 2 yaşa qədər erkək at balası”; dayça – “1 
yaşar erkək at balası”; day – “2 yaşar erkək at balası”; ürgə - “cavan 
erk
ək at”; ayğır – “döllük yaşlı erkək at”; madyan – “yaşlı dişi at”: 
At adları iki əlamətə görə semantik əlaqəyə girirlər. Birincisi, 
yaş  fərqinə  əsasən. Məsələn:  Qulunlar  böyüyüb,  day  oldular 
(“Koroğlu”).  Qulun at  olunca, yiyəsi mat olar (Məsəl). Göydə  bir 
madyan  gördüm. Yerd
ə  qulun  əmər, hey! (Tapmaca). Qulunlar 
yek
əlib  ürgə  olur  (Xuluflu,  “Koroğlu”).  Bu  atlar  sənin 
b
əyənmədiyin o çöpüklü qulunlardır  (“Koroğlu”).  Nə  day  var, nə 
daylaq  (“Abbas-Gülg
əz”).  Day  yekəlib  at  olunca, yiyəsi mat olar 
(M
əsəl) Atı ya day olanda və ya at olanda satırlar (H.Zərdabi). Heç 
222 

k
əsin ağlına gəlməzdi ki, bu artıq və kifir dayça böyüyüb gözəl bir 
at 
olacaq  (Hüseyn  Mehdi).  İkincisi,  cins  fərqinə  görə; həmin 
semantik münasib
ət  dayça  və  ürgə, madyan  və  ayğır  sözləri 
arasında  özünü  göstərir. Məsələn:  Madyanları  yaman  ayğırdan 
saxlayan kimi (H.Z
ərdabi). Təmizcins Qarabağ atı madyanları ərəb 
atı  cinsindən olan ayğırlarla  çarpazlaşmışdır  (Səttarzadə/Həsənov. 
Qara
bağ atı). 
Eşşək  adları.  Yaş-cins bildirən  eşşək  adları  aşağıdakı 
lekseml
ərlə  təmsil olunur: qoduq-“körpə  eşşək  balası”;  sıpa-“iri 
eşşək  balası”;  erkək  eşşək  –“yaşlı  erkək  eşşək”;  qancıq  eşşək  – 
“yaşlı dişi eşşək”. 
H
əmin sözlər iki cür semantik əlaqədə  olur.  Birincisi,  yaş 
f
ərqinə  görə:  Qoduq  böyüyər,  eşşək  olar.  Eşşəyin  anqırmağından 
qoduğun  işqırmağı  (Məsəl).  Erkək  eşşəyə  qoduq  saldırar  (İdiom). 
İkincisi,  cins  fərqinə  görə:  Qancıq  eşşəyi  saxlamaq  erkək  eşşəyi 
saxlamaqdan asandır (Dan.).  
D
əvə  adları.  Yaş-cins bildirən dəvə  adları  aşağıdakılardan 
ibar
ətdir:  köşək  –“dəvə  balası”;  nər  –  “erkək dəvə”:  maya  –  “dişi 
d
əvə”. Bəzi materiallar dəvə sözünün “maya” mənasında işləndiyini 
d
ə düşünməyə əsas verir. Məsələn: Qızıl dəvələrin qarımışdı, köşək 
verdi axı! (“Kitabi-Dədə Qorqud”). Nər damı, dəvə damı (Bayatı). 
Yaş  fərqinə  əsaslanan semantik əlaqə  dəvə, nər  və  maya 
sözl
əri ilə köşək sözü arasında özünü göstərir. Məsələn: Dəvə satıb, 
köşək  almaq olmur. Dəvə  köşəyə  uymasa,  köşək dəvəyə  uymalı 
(M
əsəl). Yeriyir mayalar, dalında köşək (“Abbas və Gülgəz”).  
Cins f
ərqinə əsaslanan semantik əlaqə nər və maya sözlərinə 
xasdır. Məsələn: Bu gün bir maya gördüm, Qoltuğunda nər gizlər. 
Öz n
ərim, öz mayamdır (Bayatı). Nə mayadırnərsiz oldu hamilə?! 
(“Şəhriyar və Sənubər”). 
Qara
mal adları. Yaş-cins bildirən qaramal adları  bunlardır: 
buzov – “körp
ə mal balası”; dana – “1-2 yaşar mal balası”; cöngə - 
“cavan erk
ək mal”; düyə “cavan dişi mal”;  buğa/kələ - “döllük yaşlı 
erk
ək mal”; inək  -  “yaşlı  dişi  mal”;  öküz  –  “döl vermə 
qabiliyy
ətindən məhrum edilmiş (axtalanmış) erkək mal”. 
Yaş-cins bildirən  qaramal  adları  üç  əlamətə  görə  semantik 
əkslik münasibətinə  girirlər.  Birincisi,  yaş  fərqinə  görə. Məsələn: 
223 

D
əli  inəyin  dəli də  buzovu  olar. Ev buzovundan  kələ/öküz  olmaz. 
Ortaqlı öküzdən buzov yaxşıdır. Buz yarıb, buzov çıxartmışam; dam 
yarıb, dana çıxartmışam (Məsəl). Danadanbuzovdan etmə hənəyi 
(Vidadi). 
Danasını bir gün qoymaz yanına,. Bizim inək təki təpər, 
ağlarsan  (Vaqif).    Bakı  sovxozlar  tresti  [...]  130  inək  və  düyə 
almışdır  (“Bakı” qəz.).  Cöngə  öküz  olunca, yiyəsi donuza dönər 
(M
əsəl).  
İkincisi, cins fərqinə görə. Həmin semantik münasibət cöngə 
v
ə düyə, buğa/kələ  inək sözləri arasında özünü göstərir. Məsələn: 
İnək göz eləməsə, kələ atılmaz (Məsəl). 
Üçüncüsü,  yararlılıq  fərqinə  görə. Məsələn: Ev kələsi öküz 
olmaz. 
İnək kimi süd verməyənÖküz kimi kotan sürər (Məsəl). 
Camış  adları.  Yaş-cins bildirən  camış  adları  aşağıdakılardır: 
balaq  –  “körp
ə  camış  balası”;  danaça  –  “camış  danası”;  kəlçə  - 
“camış cöngəsi”: düyəcə - “camış düyəsi”; kəl – “döllük yaşlı erkək 
camış”; camış – “yaşlı dişi camış”. 
H
əmin terminlərdən məzmununda  yalnız  “yaş”  əlaməti 
olanlar m
əhz həmin  əlamətə  görə  də  başqa  terminlərlə  semantik 
münasib
ətə  girir. Məzmununda  “yaş”  əlaməti ilə  birlikdə  “cins” 
əlaməti də olanlar başqa terminlərlə hər iki əlamətə görə qarşılaşır 
(düy
əçə-camış,  kəlçə-kəl,  düşəcə-kəlçə,  camış-kəl). Məsələn: 
Camışın  balasına  balaq  deyirlər;  bir  yaşına  qədər  balaxdı.  Bir 
yaşından  üç  yaşına  qədər  dişisinə  düyəcə,  erkəyinə  kəlçə  deyirlər. 
Camış dörd yaşında olur rəsmicə camış. Erkəyi beş yaşında olur kəl 
(Danışıq).  
Qoyun  adları.  Yaş-cins bildirən  qoyun  adları  aşağıdakı 
sözl
ərlə  təmsil olunur: quzu-“körpə  qoyun  balası”;  toğlu  “cavan 
erk
ək qoyun”: şişək – “cavan dişi qoyun”; qoç – “yaşlı döllük erkək 
qoyun”; qoyun – 
“yaşlı dişi qoyun”: öyəç – “3 yaşar erkək qoyun”; 
qaradiş – “7 yaşar erkək qoyun”; erkək- “yaşlı ətlik erkək qoyun”. 
H
əmin  siyahıdakı  terminlərdən məzmunlarında  “yaş”  və 
“cins” 
əlaməti olan toğlu  və  şişək, qoç və  qoyun  sözləri müvafiq 
olaraq  bir-biri il
ə  cinsə  görə  əkslik təşkil  edir.  “Yaş”  anlayışının 
ifad
əsi baxımından siyahıdakı hər bir əvvəlki söz sonrakılarla əkslik 
münasib
ətinə  girə  bilər. Bu münasibətlərin bəziləri  aşağıdakı 
misallarda öz 
əksini  tapmışdır.  Qoyunun  balasına    quzu  deyirlər. 
224 

Quzu 
biryaşar olanda dişisi olur şişək, erkəyi toğlu. Bir ildən sonra 
şişək  qoyun  olur,  toğlu  qoç.  Uçyaşar  erkək qoyun olur öyəç 
(Danışıq).  Qoyun quzusunun ayağın  basmaz.  Qoyun-quzu 
oğurluğundan  başqa  mənim  əlimdən bir zad gəlməz 
(M.F.Axundov).  Qoyun-quzuda  bir giç
əltmə  naxoşluğu  olur 
(“Əkinci”).  Qoç  qurban,  quzu  qurban  (Bayatı).  Qoç  bir  quzu 
görübdür (Tapmaca). Simiz qoyun
,  arıq  toğlu  bayırda  qalsa,  qurd 
yem
əzdi (“Kitabi-Dədə Qorqud”). Nə mal yoxdu sataq yeyək. Nə də 
keçi,  toğlu, qoyun  (Aşıq  Ələsgər). Qoç  gəlsin, qoyun  gəlsin (Xalq 
mahnısı).  Toğludan  başqa,  yüzə  qədər  erkək-öyəç  kəsilib  (Aşıq 
Ələsgər). 
Keçi adları. Yaş-cins bildirən keçi adları bunlardaır: oğlaq – 
“körp
ə  keçi  balası”;  çəpiş  –  “iri  keçi  balası”;  dübür  –  “1-2  yaşar 
erk
ək keçi”; sübür  –  “3  yaşar  erkək keçi”; köər  –  “1-2  yaşar  dişi 
keçi” t
əkə - “döllük yaşlı erkək keçi”; keçi – “yaşlı dişi keçi”; erkəc 
– 
“öyçül yaşlı erkək keçi”; xar – “qoca erkək keçi”.  
Bu  siyahıdakı  terminlərdən məzmunlarında  “yaş”  və  “cins” 
semantik 
əlaməti olan dübür/sübür    köyər, təkə    keçi  sözləri 
müvafiq olaraq bir-biri il
ə  semantik  əkslik təşkil  edir.  “Yaş” 
anlayışının  ifadəsi  baxımından  siyahıda  olan  hər bir əvvəlki söz 
sonrakılarla  semantik  əkslik münasibətinə  girə  bilir. Həmin 
münasib
ətlər  aşağıdakı  misallarda qismən  əks  olunmuşdur.  Keçi 
balası üç aya qədər oğlaq olur. Üç aydan altı aya qədər çəpiş olur. 
Bir illiyind
ə  keçinin erkəyinə  dübür,  dişisinə  köər  deyirlər. 
Doğandan  sonra  olur  keçi.  Altı  aydan  bir  ilə  qədər  erkək keçiyə 
düşür  deyirlər.  Üçyaşar  erkək keçiyə  sübür  deyirlər. Sürünün 
qabağın  çəkən  erkək  keçiyə  erkəc  deyirlər. Döldən  düşmüş  qoça 
erk
ək keçiyə xar deyirlər (Dan.). Keçi doğanda deyir: “And olsun o 
M
əkkəyə, Bir də gəlmərəm təkəyə!” (Məsəl). Dərin quyu, boz keçi
Hanı bunun erkəci?! (Uşaq mahnısı). 
İt  adları.  Yaş  və  cins bildirən  it  adları  aşağıdakı  sözlərdən 
ibar
ətdir:  küçük  –  “körpə  it  balası”;  ənik  –  “iri it  balası”;  köpək  – 
“yaşlı erkək it”; qancıq – “yaşlı dişi it”. 
H
əmin  adlardan  yalnız  köpək  və  qancıq  sözləri cins fərqinə 
əsaslanan semantik  münasibətdə  olur. Qalan sözlərin bir-biri ilə, 
el
əcə  də  bu sözlərlə  əlaqəsi  yaş  fərqinə  əsaslanır.  İt  də  küçük 
225 

çağında. Yava itin yava da küçüyü olar. Köpəklər oturub, küçüklər 
ulayır.  Küçük  hürə-hürə  köpək  olar (Məsəl). Burjua köpəklərinin 
küçükl
əri  [...] Mirzə  Fətəlini  tanımağa  və  [...] öyrənməyə  bizi 
buraxmamışlar  (Ruhulla  Axundov).  Bir  qancıq  dalına  gecə  köpək 
düzülüb! (Dan.). 
Pişik  adları.  Azərbaycan dilində  pişik  adları  yalnız  yaş 
f
ərqinə  əsaslanan iki terminlə  təmsil  olunmuşdur.  Bunlar  pişik  və 
mavr
ı  “pişik  balası”  sözləridir.  Pişiklər barəsində  “cins”  anlayışı 
erk
ək və dişi sözləri ilə ifadə olunur. Müq et: dişi pişik kimi nəyə 
gülürs
ən?! (Danışıq).   
Donuz  adları.  Azərbaycan dilində  donuz  adları  minimal 
leksik t
ərkibə  malik olan mikrosistemdir. Həmin tematik qrup 
aşağıdakı sözlərlə təmsil olunur: qaban “yaşlı erkək donuz”; donuz 
– 
“yaşlı  dişi  donuz”;  çoşqa  –  “donuz  balası”.  Həmin sözlərdən 
qaban v
ə donuz cins fərqinə, bu ikisi isə çoşqa sözü ilə yaş fərqinə 
əsaslanan semantik münasibətdə olur.  
Toyu
q  adları.  Həmin  tematik  qrup  aşağıdakı  sözlərdən 
ibar
ətdir: cücə - “körpə toyuq balası”; beçə - “cavan erkək toyuq”; 
f
ərik-tərə “cavan dişi toyuq”; xoruz – “yaşlı erkək toyuq”; toyuq – 
“yaşlı dişi toyuq”. 
Lüğətcədən  göründüyü  kimi,  yalnız  cücə  sözü “cins” 
semantik 
əlaməti barəsində neytraldır. Fərik və beçə, toyuq və xoruz 
terminl
əri isə  “cins”  əlamətinə  görə  binar münasibətdədir.  “Yaş” 
anlayışına  görə  həmin terminlər üç səviyyə  təşkil  edir:  cücə  - 
f
ərik/beçə  -  toyuq/xoruz. Beləliklə,  yaşa  görə  semantik bərəkslik 
münasib
əti həmin müxtəlif səviyyələrə  mənsub olan terminlər 
arasında  özünü  göstərir. Qeyd edilən münasibətlər  aşağıdakı 
misallarda qism
ən öz əksini  tapmışdır.  Mənim  əvəzimdən  cücəli 
toyuq 
danışıb  (Molla  Nəsrəddin lətifəsi).  Cücə  ağgünlü  olsaydı, 
toyuq 
əmcəkli  olardı  (Məsəl).  Toyuq-cücələr  dən yeyirdilər 
(C.M
əmmədquluzadə). Ona bənzəməyir  başqa  toyuqlar,  bütün 
f
ərələri qovlayır bir-bir. Ondan xoruzlar da qorxub çəkinir (Səməd 
Vurğun). Evin toyuğu, bayırın xoruzu (Məsəl). Bu qədər toyuğa bir 
xoruz  lazım deyil?! (Molla Nəsrəddin lətifəsi). Qoçaq arvad [...] 
toyuq, xoruz saxlar (Y.V.Ç
əmənzəminli). Xoruzun 5-10 toyuğu olur 
226 

(H.Z
ərdabi).  Fərəsi  bir  yana  ayrıldı,  xoruzu  bir yana (Qaravəlli). 
Qara toyuq, göy cüc
ələr (Tapmaca).  
 
 
 
 
R
əng bildirən sözlərin semantik sistemi 
 
R
əng  adları  çox  az  söz  kateqoriyalarındandır  ki,  onlar 
semantik sah
ələr və  lüğətin sistemliliyini tədqiq etmək üçün 
yarayan materiallardan hesab olunur. U.Veynreyx qohumluq adları 
v
ə  spektrin rəngləri  adları  kimi  lüğətin  ən çox “terminləşmiş” 
sah
ələrinin mühüm xüsusiyyətini onda görür ki, eyni fərqləndirici 
semantik t
ərkib hissələri çoxsaylı işarələrin tərkibində qarşıya çıxır 
(1,  218). O, müqayis
ə yolu ilə rəng adlarının sistemlilik dərəcəsini 
d
ə  müəyyənləşdirməyə  cəhd  etmişdir:  “Hər bir dildə  az-çox 
semantik  arasıkəsilməzlik  zonaları  var.  Məsələn, spektrin 
r
ənglərinin  adları  sahəsi  heyvan  adları  sahəsinə  baxmış  daha  artıq 
arasıkəsilməzdir” (1, 219). 
Əslində  sistemli təşkilata  malik  olan  leksik-semantik 
qrupların  diferensial  semantik  tərkib hissələrinə  malik  olması 
onların ən maraqlı xüsusiyyəti deyil. Lüğət tərkibinin sistemliliyini 
ancaq bunda görm
ək semantik sahələr və tərkibi təhlil metodlarının 
t
əsiri altında olmağla bağlıdır.  
R
əng  adları  eyni  nöqteyi-nəzərdən  rumın  dilçisi  A.Bidu-
Vranseanu t
ərəfindən tədqiq  olunmuşdur.  Müəllif öz tədqiqatına 
lüğətin  sistemliliyini  nümayiş  etdirə  bilərək bir vasitə  kimi  baxır. 
T
əsadüfi deyil ki, əsərin sonunda o, bütövlükdə leksikaya aid edilə 
bil
əcək qənaətlərə  gəlir. Həmin tədqiqatda mövzu ilə  bağlı  olan 
diqq
ətəlayiq təfərrüatlar çoxdur, lakin qeyd etməliyik ki, ümumi 
müdd
əalar səhvdir.   
A.Bidu-Vranseanu r
əng adlarını struktur təhlil üçün yararlı və 
yararsız olmaqla iki yerə bölür. Struktur təhlil üçün yararlı terminlər 
ilkin v
ə  ikinci rəng  adlarından  ibarətdir.  İlkin  terminlər  şəkil və 
m
əzmun cəhətlərindən bölünməz  olan  “sarı”,  “qırmızı”,  “göy”, 
“yaşıl”,  “ağ”,  “qara”  məzmunlu rəng  adlarından  ibarətdir. Bunlar 
227 

bütün  başqa  rəng  adlarının  semantik  təşkilediciləri kimi özlərini 
göst
ərdikləri  üçün  onları  “sem”  adlandırmaq  olar.  İkinci  rəng 
adlarının  mənaları  ilkin  rəng  adları  mənalarının  iştirakını  nəzərdə 
tutur. Dem
əli,  bu  iki  sinif  arasında  vahid  şərtlənmə  yaxud 
t
əyinedicilik münasibəti var. Vasitəsiz (ilkin) terminlər 
arasıkəsilməz leksik məzmunu parçaladıqlarına görə, çoxlu leksik-
semantik paradiqml
əri təmsil edib, müxalifətlər və  eyniyyətlər 
sırasını reallaşdırır. Bunların paradiqmlərdə birləşməsindən leksik-
semantik sistem 
əmələ gəlir. Paradiqmlər bir ilkin və bir neçə ikinci 
r
əng  adından  düzəlir. Bunlar ilkin rənglərlə  təmsil olunan və  bir 
m
ərkəzi nöqtəyə baxmış məhdudlaşan (hüdudlanan) rəng məzmunu 
zonasını  doğrayır.  Rəng  adlarının  leksik-semantik sistemini əmələ 
g
ətirən paradiqmlərin  sayı  ilkin  rəng  adlarının  sayına  bərabərdir. 
R
əng terminlərinin paradiqmlərdə  qruplaşması  meyarı  bir  ilkin 
r
ənglə  bir neçə  ikinci rəng  arasındakı  münasibətdən ibarətdir. Hər 
bir paradiqm semantik c
əhətdən yarayan eyni xüsusiyyətlərlə 
s
əciyyələnir. Hər bir paradiqm eyni struktur zəminində 

əyyənləşən münasibətlərə  malikdir. Onların  təsviri eyni cür 
yerin
ə yetirilir.  
Xromatik sistemin birinci fundamental semantik xüsusiyy
əti 
r
əngin “mütləq”, yaxud “təxminliksiz” ifadəsi olub, ilkin altı rəngin 
adı  ilə  reallaşır.  Xromatik  sistemin  ikinci  fundamental  semantik 
xüsusiyy
əti olan “təxmini qiymət” (“yaxınlaşma”, “gözəyarılıq”) iki 
asılı semantik dəyərə malikdir. A) Daha açıq çalar, yaxud daha tünd 
çalar. Bunlar göz
əyarılığın  eyni  bir  rənglə  əlaqədar olaraq 

əyyənləşdirildiyi  hallarda  eyni  rəng çərçivəsində  təmsil oluna 
bilir. Bunun ekstralinqvistik 
əsası  spektrin  arasıkəsilməzliyi və 

əyyən  çox  yaxın  rənglər  sırasının  eyni  termin  çərçivəsində 
işarələnə bilməsi faktıdır. B) Rənglər aralıq rəngləri təmsil edərək, 
eyni zamanda daha ç
ətinliklə təyin oluna bilən təxminən iki rənglə 
yaxınlaşır (3. 76, 83-86, 89-90, 116-118, 172).  
Burada b
əhs olunan məsələlərin bəziləri struktur semantika 
ç
ərçivəsindən kənarda tədqiqat üçün yaramır. Birincisi, belə bir fikir 
düzgün  deyil  ki,  guya  ilkin  altı  rəng  adı  arasıkəsilməz leksik 
m
əzmunu  parçalayır,  başqa  terminlərsə  bunların  təmsil etdikləri 
paradiqml
ərə  daxil  olaraq,  onların  məzmununu  reallaşdırır.  Rəng 
228 

adlarının  leksik-semantik sisteminə  bu  cür  yanaşma  yeni  olmayıb, 
semantik sah
ələr və tərkibi təhlil prinsiplərindən qidalanır. Təkcə bu 
altı termin deyil, ikinci hesab edilən terminlərin də çoxu semantik 
v
ə  şəkli cəhətdən bölünməzdir. Azərbaycan dilindəki rəng 
adlarından  al, ala, boz, mor, çal, çil və  s. buna misal ola bilər. 
Bunlardan b
əzilərinin məzmunlarının  başqalarınınkı  ilə  izah edilə 
bilm
əsi onların  semantikasının  mürəkkəb  olmasına  dəlalət etmir. 
R
əng  adlarından  birinin  məzmunu  iki  başqasınınkı  arasında  orta 
mövqe tutsa da, h
əmin ad özünə  aid olan məzmuna sintetiklik 
s
əciyyəsi verib, onu analitiklikdən çıxarır. Mənşəcə başqa terminlə 
bağlı  olmayan hər bir termin həmin terminlə  təmsil olunan 
paradiqm
ə girməyib, yeni bir məzmun sahəsi açır. Məsələn, narınc 
terminini  “sarı”,  qanovuz  terminini  “qırmızı”  paradiqminə  aid 
etm
ək səhvdir.  İkincisi.  Rəng  adlarına  “mütləq” və  “təxmini” 
(“göz
əyarı”) xassəsini isnad verib, hər bir paradiqmin eyni semantik 
xüsusiyy
ətlərlə  səciyyələndiyini  düşünmək də  düzgün deyil. 
A.Bidu-Vranseanunun özü d
ə  etiraf edir ki, onun qəbul etdiyi 
paradiqml
ər içərisində  terminlərin  sayı  eyni  deyil.  Üçüncüsü. 
R
ənglər ekstralinqvistik hadisə kimi təbii ardıcıllıq əmələ gətirsə də, 
onların  ifadə  edilməsi,  saylarda  olduğu  kimi4  dəqiq və  müntəzəm 
s
əciyyə  daşımır.  Ona  görə  də  rəng  adlarının  semantik  ardıcıllıq 
əmələ gətirdiyini düşünmək o qədər də həqiqətə uyğun deyil. Rəng 
adlarının  semantikasına  xas  olan  “təxmini qiymət” qeyri-müəyyən 
s
əciyyə daşıyıb, konkret semantik hüdud bildirmir. 
Az
ərbaycan dilində  rəng bildirən sözlərin  aşağıdakı 
funksional-qrammatik sinifl
əri var: sifətlər, zərflər, feillər. Semantik 
v
ə  sözdüzəltmə  baxımından  yaxın  olan bu sözlər  ayrı-ayrı  leksik 
qruplar 
əmələ gətirir.                  
 
R
əng bildirən sifətlər 
 
Az
ərbaycan dilində rəng bildirən sifətlərin üç növünə təsadüf 
olunur:  1.  İxtiyari-motivlənmiş  işarələr.  2.  İxtiyari-motivlənməmiş 
işarələr. 4. Sifətlə  motivlənmiş  işarələr.  Bunları  ayrı-ayrılıqda 
n
əzərdən keçirək. 
229 

İlkin  rəng  adları.  Bunlar  aşağıdakılardır:  sarı,  qırmızı,  göy, 
yaşıl, ağ, boz, qara. Boz termininin ilkin rəng adlarına aid edilməsi 
q
əribə görünə bilər. Lakin həmin sözün ilkin rəng adları sinfinə aid  
edilm
əsinin psixoloji və  linqvistik  əsasları  var.  İş  burasındadır  ki, 
boz  sözü Az
ərbaycan dilində  ən  işlək sözlərdən olub, ilkin rəng 
adları kimi, azaltma və çoxaltma dərəcələrinə malikdir.  
İlkin rəng adları arasında aşağıdakı semantik  əlaqələr özünü 
göst
ərir: 1. Semantik yaxınlıq münasibəti. Bu, göy və yaşıl, sarı və 
qırmızı sözlərinə xasdır. 2. Semantik əkslik münasibəti. Bu isə ağ və 
qara  sözl
ərinə  xasdır.  Məsələn:  Ağ  üstən  qaranı  yaz.  Ağı  yaz, 
qaranı yaz. Qara salxım ağ olmaz (Bayatı). 
İxtiyari-motivlənmiş  rəng  adları.  Bunlar  aşağıdakılardır:  al 
“tünd qırmızı”; ala “başqa rənglə qarışıq ağ”; qonur – “şabalıdıya 
yaxın  rəng”;  qumral  “açıq  şabalıdı”  (?);  kürən  –  “parıltılı  sarı-
qırmızı”; mor – “küllə kömürün qarışığından alınan rəng”; səmənd 
– 
“aşıq sarı” (?); çal –“tünd boz”, “qarışıq boz”; çil – “adda-budda, 
xal-xal r
əngli” ; cağar – “zolaq-zolaq rəngli”. 
H
əmin sifətlərin bir qismi məxsusi obyektlərə  aiddir. 
M
əsələn, al sözü şəfəq və bayraq, mor sözü toyuq, cağar sözü inək, 
k
əhər,  kürən  və  səmənd  sözləri at barəsində  işlənir.  İxtiyari-
motivl
ənmiş  rəng  adlarının  bəziləri ilkin rəng  adları  ilə  təkcə 
semantik izahetm
ə  münasibətində  deyil, həm də  semantik  əkslik 
münasib
ətində olur. Həmin semantik əlaqə ala və qara, al və yaşıl 
sözl
əri arasında özünü göstərir. Məsələn: Vay, ala pişik! Vay, qara 
pişik!  (Xalq  şeiri).  Əzizim,  Ala  dağa.  Gün  düşüb  Ala  dağa.  Mən 
Qara
dağ  əhliyəm. Yaz məni Qaradağa, Yaşıl məndən, al səndən. 
Yar geyinib tamam al, Tamam 
yaşıl, tamam alAl-yaşıl  gey, bizə 
g
əl (Bayatı).  
İsim  və  sifətlə  motivləşmiş  rəng  adları. Azərbaycan dilində 
işlənən sifətlərin bir qismi isim və sifətlərdən düzəltmədir. İsimdən 
düz
əltmə  rəng  adlarına  aşağıdakılar  misal  ola  bilər:  bənövşəyi, 
qanovuz,  qızılı,  qəhvəyi, dəmiri,  ətrəngi,  zoğalı,  külrəngi,  gümüşü, 
müx
əyi, palıdrəngi, sumağı, südrəngi, sürməyi, çəhrayı, şabalıdı. 
H
əmin sözlərin iki cür semantik izahı var. Birinci izah sifətin 
m
ənasının  törədici  əsasla motivlənməsi ilə  əlaqədardır:  mixəyi  – 
“mix
ək rəngində  olan”.  İkinci  izah  başqa  rəng ilə  semantik 
230 

yaxınlığa  əsaslanır:  sürməyi  –  “qara ilə  göy  arasında  tünd  rəng”. 
H
əmin izahat üsulu öz törədici əsası ilə semantik əlaqəsini itirmiş 
r
əng adları barəsində xüsusən yararlıdır. Məsələn: çəhrayı – “açıq 
qırmızı”. 
Sif
ətdən törəmə  rəng  adlarının  məzmunu  yalnız  törədici 
əsasın  semantikası  ilə  izah oluna bilir. Belə  sifətlərə  aşağıdakılar 
misal ola bil
ər:  ağbəniz, qarabəniz,  sariyanız,  qarayanız,  sarışın, 
qaraşın.  
Sif
ətdən törəmə  rəng  adlarının  mühüm  bir  qismini  dərəcə 
bildir
ən sifətlər təşkil edir. Lakin bunlar tamamilə müstəqil şəkildə 
n
əzərdən keçirilməlidir.  
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin