Ön söZ (M. M. Musayev) I. Azәrbaycan diLİNİn morfologiyasina yeni baxişlar


M əkan adlarının semantik sistemi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/26
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#14971
1   ...   18   19   20   21   22   23   24   25   26

M
əkan adlarının semantik sistemi 
 
242 

M
əkan  adlarının  bir  neçə  sinfini müəyyənləşdirmək olur. 
Bunlar  aşağıdakılardır:  1. Məkani  obyekt  adları.  2.  Maddi 
obyektl
ərin hissələrinin adları. 3. Cəhət adları. 4. Üçölçülü məkan 
adları.  
H
əmin siniflər xarakter etibarı ilə bir-birindən xeyli fərqlənir. 
M
əkani  obyekt  adlarının  münasibəti  ayrı-ayrı  mahiyyətlərin 
adlarının  semantik  münasibətidir.  Maddi  obyekt  adlarının  əlaqəsi 
«m
ərkəz»-«ucğar» semantemlərinin əksliyinə əsaslanır. Cəhət adları 
ikiölçülü m
əkanla  bağlıdır.  Üçölçülü  məkanla  bağlı  olan  adlarsa 
ikiölçülü m
əkan  adlarının  üstünə  sadəcə  olaraq bir ölçünün ifadə 
vasit
ələrini artırmaqla əmələ gəlməyib, yeni bir tematik qrup təşkil 
edir. H
əmin tematik qrupları bir-bir nəzərdən keçirək.  
M
əkani  obyekt  adları. Məkani  obyekt  adları  müvafiq  yerləri 
pelyef  quruluşu  və  iqlim  şəraitinə  görə  ifadə  edir. Ona görə  də 
h
əmin sözləri iki sinif üzrə qruplaşdırmaq olar: 1. Relyef adları. 2. 
İqlim  şəraiti  adları.  Həmin  iki  sinif  arasında  həm ümumi, həm də 
f
ərqli cəhətlər  var.  İş  burasındadır  ki,  iqlim  şəraiti özü-özlüyündə 
mövcud olmayıb, müəyyən relyef şəraiti ilə bağlıdır, ona görə bəzi 
relyef a
dları (məsələn, dağ sözü) həmin relyef şəraitinə uyğun gələn 
iqlim şəraitini də ifadə edir. Beləliklə də, bu iki söz sinfi arasında 
müştərək xüsusiyyətlər meydana çıxır.  
Relyef  adları  bunlardır:  dağ,  təpə, yal, yamac, dərə, düz, 
çök
ək, çala, çuxur, eniş, yoxuş. Həmin sözlərin semantik əlaqələrini 
aşağıdakılara müncər etmək olar: 1. Semantik əkslik münasibəti. 2. 
Semantik  yaxınlıq  münasibəti.  Relyef  adları  arasında  semantik 
əkslik münasibəti «yüksəklik»-«alçaqlıq»  və  «düz»-«çökək» 
semanteml
ərinin  qarşılığına  əsaslanır.  Həmin semantik münasibət, 
bir t
ərəfdən, dağ, təpə, yal (yamac) sözləri, o biri tərəfdənsə dərə, 
düz, çöl sözl
əri; bir tərəfdən, düz sözü, o biri tərəfdənsə çökək, çala, 
çuxur  sözl
əri  arasında  özünü  göstərir. Məsələn:  Mindim  Qıratın 
belin
ə,  Dərə, təpə, düz  olaydı!  («Koroğlu»).  Dərə, təpə, çöl  oldu 
qan («M
əhəmməd-Güləndam»).  Yuvası  var  dərədə,  Qanadları 
t
əpədə  (Tapmaca).  Dağ,  dərəni  dolannam.  Dağ  aşıb,  düzə  gəlləm. 
Dağdan  düzə  enmişəm  (Bayatı).  Dərəni  keçib [...] yala  qalxmağa 
başlarkən birinci güllə atıldı (Ə.Əbülhəsən). Düz yernən yeri, çala-
çuxura 
düşmə (Dan.). 
243 

Eniş  və  yoxuş  sözləri  başqa  relyef  adlarından  fərqlənir. 
Onların semantikasına subyektiv qiymət xasdır, belə ki, eyni relyef 
sah
əsini subyektin hərəkətindən  asılı  olaraq  eniş  də,  yoxuş  da 
adlandırmaq  mümkündür.  Başqa  məkani  obyekt  adlarından  fərqli 
olaraq, 
eniş  və  yoxuş  sözləri eyni mahiyyət içərisindəki  əksliyi 
bildirir. H
əmin sözlər həm bir-biri ilə, həm də başqa relyef adları ilə 
semantik 
əlaqəyə  girə  bilir. Məsələn: Dəvəyə  dedilər: «Eniş
b
əyənirsən, yoxuşu? Dedi: Allah üçünün də bəlasını versin!» Yəni, 
enişin də, yoxuşun da düzün də (Məsəl).  
Semantik  yaxınlıq  münasibəti  yal  və  yamac, çala və  çuxu
sözl
ərinə xasdır. Məsələn: Sənə dedim get quzu otar, demədim yal-
yamacda g
əz. Bu çala-çuxuru niyə düzəltmirsən?! (Dan.). 
İqlim  şəraitinə  görə  yer bildirən sözlər  bunlardır:  dağ 
«yaylaq», aran, yaylaq
qışlaq.  Onların  məzmun münasibəti, «isti 
iqlimli yer» v
ə  «sərin iqlimli yer» semantemlərinin  qarşılığına 
əsaslanır. Həmin semantik münasibət dağ və aran, yaylaq və aran, 
yaylaq  v
ə  qışlaq  sözləri  arasında  özünü  göstərir. Məsələn: Sən 
aranda, m
ən  dağda. Yar məskəni mənimçün Həm  dağdır, həm 
arandır (Bayatı). Gedər yaylağı gəzər. Gələr aranda qışlar (Sayaçı 
sözü). 
Aranında  gül bitsin, Yaylağında  bənövşə  (Layla). Küləkli 
qar,  yağış  yağar  Uzun-uzadı  yaylağa,  Köçər o vaxt el-oba, Enər 
t
əmami  qışlağa,  Köçər  arandan  el, gedər  Yavaş-yavaş  yaylağa 
(Abbas S
əhhət). Heyvanlar yaylaqdan  qışlağa  köçdü  («İzahlı 
lüğət»). 
M
əkani obyekt adları başqa tematik söz qrupları ilə bağlıdır. 
Dağ sözü baş, döş, zirvə, ətək sözləri ilə, dərə sözü dib, baş sözləri 
il
ə  assosiativ münasibətdədir.  Yaylaq  və  qışlaq  sözləri  yay  və  qış 
f
əsil  adları,  yayla  -  və  qışla  -  feilləri ilə  semantik-sözdüzəltmə 
münasib
ətlərində,  yayla    və  qışla  isimləri ilə  semantik 
münasib
ətdədir.  Yaylaq  və  qışlaq (eləcə  də  sonuncunun sinonimi 
olan  aran 
sözünün)  müvafiq  şəkildə  yayla  və  qışla  feilləri ilə 
semantik münasib
əti materiallarda da öz əksini tapmışdır. Məsələn: 
Hanı  bu  yalaqda  yaylayan  ellər?!  (Aşıq  Ələsgər). Gələr  aranda 
qışlar (Sayaçı sözü). Qoyunlar aranda qışladı («İzahlı lüğət»).  
Maddi obyekt hiss
ələrinin adları. Bir sıra məkan adları binar 
yox, trenar münasib
ətlərdə işlənməklə seçilir. Bu bir çox cəhətdən 
244 

böyük, kiçik v
ə  ortancıl  sifət üçlüyünün  işlənməsini  xatırladır. 
Müvafiq sözl
ərin  işlənməsində  belə  bir  qanunauyğunluq  özünü 
göst
ərir: semantik cəhətdən bir-birinin tam ziddini təşkil  edən iki 
söz bir v
əhdət kimi üçüncü terminlə  qarşılaşır.  Həmin  qarşılaşma 
ona 
əsaslanır  ki,  üçüncü  terminin  mənası  o  biri  terminlərin 
semantikası ilə «mərkəz»-«ucğar» münasibətində olub, onların hər 
ikisind
ən bərabər  uzaqlıqdadır.  Həmin semantik münasibətin 
müxt
əlif ifadə vasitələri var. Bunu aşağıdakı nümunələrdən görmək 
olar. 
Altı mirvari, üstü mirvari, Arasında bir yarpaq. Altı taxta, üstü 
taxta, 
Ortasında  dəmir.  Altı  şişə,  üstü  şişə,  Ortasında  kabab  bişə. 
Altı mərmər, üstü mərmər, içində bir bülbül oynar. Altı çəpər, üstü 
ç
əpər,  İçində    qaraquş  səkər.  Üstü  palım-palazım,  Altı  suyum-
bulağım,  İçi  yemim-yeməyim  (Tapmaca). Saitlərin  əmələ  gəlməsi 
prosesind
ə  dilin  əsas etibarilə  üç hissəsi  iştirak  edir:  Ön  hissə 
(dilönü), orta hiss
ə (dilortası), arxa hissə (dilarxası). Dilin irəli-geri 
h
ərəkətinə görə Azərbaycan dili saitləri […] üç qrupa bölünür: ön 
sıra, orta sıra (qarışıq sıra), arxa sıra saitləri («Müasir Azərbaycan 
dili»). 
«M
ərkəz» və  «ucğar»  semantemlərinin  əksliyi binar 
münasib
ət  şəklində  də  meydana  çıxır.  Həmin semantik münasibət 
müxt
əlif sözlər  arasında  özünü  göstərir. Məsələn:  Qıraqları  od, 
ortasında  su (Tapmaca).  Qıraqların  kəsdirmişəm. Gör, nə  eliyir 
ortası (Xalq şeiri). Qırağı su, içi od. Qırağı qızıl kərpic. İçi badam 
üst
ədi.  Üzü  ət,  içi  dəri.  İçi  yundu,  üstü  saçaq.  Üstü  pulcuq,  İçi 
qılçıq. İçi Darı, Çölü sarı. İçinə baxırsan – quş, çölünə baxırsan – 
heyvan. 
İçi  qırmızı,  eşiyi  boz.  Eşiyi  qızıl  kərpic,  İçi  badam üstədi 
(Tapmaca).  
C
əhət  adları. Məkan  adlarının  bir  qismi  Yerlə  Günəşin 
qarşılıqlı vəziyyəti ilə müəyyənləşən cəhətləri bildirir. Azərbaycan 
dilind
ə  müvafiq sözlərin iki müstəqil sistemi var. Bunlardan biri 
şərq, qərb,  şimal,  cənub  sözləri, ikincisi isə  gündoğan,  günbatan, 
güney, qüzey  sözl
əri ilə  təmsil olunur. Birinci leksik qrup ərəb 
dilind
ən alınma sözlərdən ibarət olub, ədəbi dilə məxsusdur. İkinci 
leksik qrup 
əsl türk mənşəli sözlərdən ibarət  olub,  xalq  danışıq 
dilin
ə  məxsusdur. Eyni dil sistemində  eyni  ekstralinqvistik  faktı 
bildir
ən iki müstəqil söz qrupunun fəaliyyət göstərməsi linqvistik 
245 

baxımdan maraqlı hadisədir. Bunları iki müstəqil tematik söz qrupu 
adlandırmaq düzgün olmazdı, ona görə ki, onlar məzmun etibarı ilə 
bir-birind
ən fərqlənmir. Həmin leksik qruplar eyni dil sisteminə aid 
olsalar da, bu qruplardan birin
ə mənsub olan söz o biri qrupun eyni 
faktı  ifadə  edən üzvünün sinonimi ola bilmir. Azərbaycan dilinin 
leksik sistemi iç
ərisində həmin qrupların eyni ekstralinqvistik faktı 
ifad
ə  edən üzvləri olsa-olsa bir-birinin dubletidir. Bu barədə 
müvafiq sözl
ərin nisbəti eyni qohumluq münasibətini bildirən 
ata//l
ələ, ana/nənə  terminlərinin nisbəti ilə  müqayisə  edilə  bilər. 
H
əmin leksik qrupların üzvlərinin       dil- nitq prosesindəki rolu da 
n
əzəri cəlb  edir.  İstər  dil  şürunda,  istərsə  də  müvafiq mətnlərdə 
yalnız eyni leksik qrupun üzvü olan sözlər semantik əlaqəyə girir. 
Bel
əliklə  də, müxtəlif leksik qruplara mənsub olan eyniməzmunlu 
sözl
ər bir-birinin  sinonimi  olmadığı  kimi,  əksməzmunlu sözlər də 
bir-birinin antonimi olmur. Ona gör
ə  də  deyə  bilərik ki, məsələn, 
şərq  və  gündoğan  sözləri eyniməzmunlu olsalar da, eynimənalı 
deyil. El
əcə  də,  şərq  və  günbatan  sözləri  əksməzmunlu  olduqları 
halda, 
əksmənalı  deyil.  Bu  fakt  sözün  mənasının  onun  sistem 

ərisində  tutduğu  yerlə  müəyyənləşməsi  haqqında  F.  de  Sösürün 
m
əlum müddəasını bir daha təsdiq edir. Bu iki leksik qrupun eyni 
dil sistemind
ə yanaşı mövcud olmasının linqvistik əhəmiyyəti qeyd 
edil
ənlərlə  bitmir. Həmin  fakt  sözalımı  məsələsini yeni cəhətdən 
işıqlandırmağa  da  kömək edir. Şərq, qərb,  şimal,  cənub  sözlərinin 
Az
ərbaycan dilinin leksik sistemində  özlərini  xüsusi  şəkildə 
aparması  onunla  bağlıdır  ki,  eyni  təsəvvür dairəsinə  mənsub olan 
sözl
ər bir dildən başqa dilə birlikdə keçirlərsə, malik olduqları məna 
münasib
ətlərini də özləri ilə bərabər aparırlar. 
Bir dild
ən o biri dilə  tematik söz qrupunun keçməsi nadir 
hadis
ə  deyil. Azərbaycan dilində  həftə  günlərinin  adları,  ay,  hərbi 
rütb
ə  adları  da  tematik  qruplar  şəklində  olan  alınmalardır  (hərbi 
rütb
ə adlarından bəziləri kalka edilmişdir). Bu kimi faktlar göstərir 
ki, alınmaları sözlər və onların mənaları ilə məhdudlaşdırmağa elə 
bir 
əsas yoxdur.  
Aralarındakı  bütün  eyniyyətlərə  baxmayaraq, həmin leksik 
qruplarda terminl
ərin  işlənməsi bir-birinə  uyğun  gəlmir. Birinci 
qrupa m
ənsub olan şimal-cənub  söz cütündə  ilkin terminlərin 
246 

düzülüşü  müqabilində  ikinci qrupa mənsub olan güney-quzey  söz 
cütünd
ə  ilkin terminlərin  əks  düzülüşünü  görürük.  İkinci söz cütü 
az
ərbaycanlı  dil  şüurunda  “yuxarı”  və  “aşağı”  anlayışları  ilə 
izomorfizm yaradır. “Aşağı” və “yuxarı” semantemlərinin ardıcıllığı 
is
ə birincinin ilkin, ikincinin sonrakı olması təsəvvürünə əsaslanır. 
Bunu alt-
üst, aşağı-yuxarı söz cütlərində tərəflərin düzülüşündən də 
görm
ək  olur.  Bundan  başqa,  birinci  leksik  qrupun  üzvlərindən 
əmələ gəlmiş şimal-şərq, şimal-qərb, cənub-şərq, cənub-qərb kimi 
mür
əkkəb cəhət adları müqabilində ikinci leksik qrupun üzvlərindən 
düz
əlmiş  eyni  məzmunlu mürəkkəb ifadələr  müşahidə  olunmur. 
Bütün bunlar göst
ərir ki, bu iki leksik qrup Azərbaycan dilinin lüğət 
t
ərkibində müstəqil mahiyyət kəsb edir. 
Ayrı-ayrı  leksik  qruplar  çərçivəsində  terminlərin semantik 
əlaqəsi aşağıdakı kimidir. Birinci leksik qrupun üzvləri bir-biri ilə 
iki cür semantik 
əlaqədə olur: a) Tam semantik əkslik münasibəti: 
b) Qism
ən semantik əkslik münasibəti. Tam semantik əkslik 
münasib
əti  şərq  və  qərb,  şimal  və  cənub  sözləri  arasında  özünü 
göst
ərir. Məsələn: Həbibullah xan Əliquluxan oğlu Quriyanın şimal 
t
ərəfində  yerləşdi  [...]  Şəhərin  cənub  tərəfi [...] Vəlixan Gilaniyə 
tapşırıldı. Şərq tərəfi isə əmiri-tuman Məhəmməd xan İrəvaniyə [...] 
yetişdi (M.F. Axundov. Tənqid risaləsi). İştə, vaxtilə şərq və qərb, 
şimal və cənub ticarəti arasında rabitə təşkil edən böyük və şöhrətli 
Şamaxı  (Y.V.  Çəmənzəminli).  Şərqin, qərbin,  şimalın,  cənubun 
azadlıq və demokratiya sevən bütün xalqları bizə səs verir (Səməd 
Vurğun). 
Qism
ən semantik əkslik münasibəti  şimal-şərq,  şimal-qərb, 
c
ənub-şərq, cənub-qərb mürəkkəb cəhət adlarının tərəflərinə xasdır. 
İkinci  leksik  qrupun  üzvləri bir-biri ilə  yalnız  tam  semantik 
əkslik münasibətində olur. Həmin semantik münasibət gündoğan və 
günbatan, güney v
ə quzey sözləri arasında özünü göstərir. Məsələn: 
Gündoğan səlamətdi, Günbatan məlamətdi (Məsəl). Gündoğandan 
ta  günbatan  m
ənimdi  (“Koroğlu”).  Kürreyi-ərz bir gün-bir gecədə 
[...]  günbatandan-
gündoğana  dolanır  (H.Zərdabi). O quzey, o 
güneyl
ər  (Bayatı).  Gün  çıxanda  güneylərdə  sel kimi Quzey  istər 
zimistana  can  desin  (Aşıq  Ələsgər). Biz dərhal  quzeyin  tikanları 
247 

arasından  quzularımızı  toplayıb  [...]  güneyə  addayırdıq  (Şəmistan 
N
əzirli). 
Üçölçülü m
əkan  adları.  Üçölçülü məkan  adlarının  sayı 
minimum altıdır. Həmin adların sayının altıdan artıq olması sinonim 
cütl
ərin hesabınadır. Qeyd etmək lazımdır ki, sinonim vəziyyətində 
olan terminl
ər heç də eyni semantik dəyərə malik deyil. Ona görə də 
h
ər hansı istiqamətə mənsub olan terminlər müqabil tərəfə mənsub 
olan terminl
ərin heç də hamısı ilə semantik münasibətə girə bilmir. 
Üçölçülü m
əkan  adlarından  yalnız  sağ  və  sol  sözləri  şəriksizdir. 
Üçölçülü m
əkan  adları  aşağıdakı  semantik  əkslik münasibətində 
olur. 
1.
 
“Sağ”  və  “sol” məzmunlu terminlərin  qarşılaşması. 
H
əmin semantik münasibət  sağ  və  sol  sözləri  arasında  özünü 
göst
ərir. Məsələn:  Sağımdan  güllə  dəydi,  Solumdan  qan yeridi. 
Yağıdır  sağım-solum. Sol mənim,  sağ  mənimdi  (Bayatı).  Sağdan 
düşdüm,  soldan  çıxdım  (“Məhəmməd-Güləndam”).  Sağımda, 
solumda 
qoşa dayanın (Səməd Vurğun). 
2.
 
“Ön” v
ə “arxa” məzmunlu terminlərin qarşılaşması. 
H
əmin semantik münasibət ön və arxa, dal və qabaq, irəli və geri 
sözl
əri  arasında  özünü  göstərir. Məsələn:  Yaxşı  at  qabağı  gözlər, 
yaxşı igid dalı. Xasiyyətin bilmədiyin atın dalına-qabağına keçmə. 
Arabanın qabaq çarxları hara getsə, dal çarxları da ora gedər. Atıl-
dın irəli düşəsən, vurdu geri düşdün. Bir addım irəli, iki addım geri 
(M
əsəl). Atsan irəli, qayıtmaz geri (Tapmaca). 
3.
 
“Aşağı”  və  “yuxarı”  məzmunlu terminlərin 
qarşılaşması. Həmin semantik münasibət alt və üst, aşağı və yuxarı 
sözl
əri  arasında  özünü  göstərir. Məsələn:  Alt  dodağı  yer  süpürür, 
Üst 
dodağı  göy  süpürür  (İdiom).  Şərif  babanın  çustu  var,  Altı 
yoxdu,  üstü 
var  (Uşaq  mahnısı).  Üstü  ocaq,  altı  su (Tapmaca). 
Aşağı  başda  oturmur,  Yuxarıda  da yeri yox. Aşağı  tüpürürsən-
saqqal, 
yuxarı tüpürürsən-bığ. Pambığı əvvəlcə yuxarıdan-aşağıya
sonra 
aşağıdan-yuxarıya yığmaq lazımdır (Bəsti Bağırova). 
 
Zaman adlarının semantik sistemi 
Zaman adlarının müxtəlif sinifləri var: zaman vahidləri adları, 
gün adları, ay adları, fəsil adları, il adları. Həmin leksik qrupların 
248 

h
ər birinin özünəməxsus daxili təşkilatı  və  semantik münasibətlər 
şəbəkəsi var. 
 
Zaman vahidl
ərinin adları 
Az
ərbaycan dilində  işlənən zaman vahidləri  adları 
aşağıdakılardır: saniyə, dəqiqə, saat, gün, həftə, fəsil, il, qərinə, əsr
H
əmin terminlərin məzmununda iki cəhət diqqəti cəlb edir: 
birincisi,  onların  həcm  etibarı  ilə  müxtəlif zaman hissələrini 
bildirm
əsi;  ikincisi,  ayrı-ayrı  məzmunlar  arasında  müntəzəm bir 
ardıcıllığın olması. Ona görə də biz həmin sıradakı hər bir terminin 
m
əzmununu  başqalarının  məzmunu ilə  izah edə  bilərik:  saniyə  - 
“d
əqiqənin 60/1–i”; dəqiqə - “60 saniyə”; saat – “60 dəqiqə”; gün – 
“24 saat”;  yaxud: “gec
ə-gündüz”;  həftə  -  “7 gün”; ay  –  “28-31 
gün”;  f
əsil – “3 ay”; il –“365-366 gün”; “12 ay”; qərinə - “36 il”; 
əsr – “100 il”. 
Zaman vahidl
əri  adları  arasında  iki  cür  münasibət özünü 
göst
ərir: birincisi, semantik tutum münasibəti; ikincisi, semantik 
ardıcıllıq münasibəti. Semantik tutum münasibəti zaman adlarından 
birinin m
əzmununun  başqalarınınkı  ilə  izah  olunması  şəklində 
meydana çıxır. Məsələn: [Yaradan] on iki ay qərar qoyub, bir ildi
Üç yüz altmış altı gün bir il (i) di, Səkkiz min yeddi yüz səksən dörd 
saat 
(Aşıq  Ələsgər).  Ay il  hesabına,  gün ay hesabına  daxildir 
(Q
ətran). Hər fəsildə üç ay var (Bayatı). 
Zaman vahidl
əri adları arasında semantik ardıcıllıq əlaqəsi iki 
şəkildə  özünü göstərir. Birincisi, mətnlərdə  terminlərin böyük 
zaman  adından  kiçik  zaman  adına  doğru  düzülməsi  şəklində. 
M
əsələn: Bir ilə dözmək olmur. Heç olmasa, hər ay gəl. Qurban ildə 
bir olar, S
ənə qurban gündə mən. Hər fəsildə üç ay var (Bayatı). Ay 
var, bir gün
ə  dəyməz (Məsəl). Doqquz ay, doqquz gün,  doqquz 
saat, doqquz d
əqiqə, doqquz saniyədən sonra əkinçi qızı bir oğlan 
doğdu (“Padşah oğlu” nağılı). 
İkincisi,  kiçik  məzmunlu sözdən böyük məzmunlu sözə 
doğru. Məsələn: Mən ömrümün neçə ilini saat-saat, gün-gün, ay-ay 
daşlarının  üstündə  qoyub  getmişəm (Rəsul Rza). Günlər  keçdi, 
h
əftələr dolandı (“Aşıq Ələsgər”). Gün var, min aya dəyər (Məsəl). 
M
ən  günləri  sayardım,  Tez  gəldi,  ay  da  getdi  (Bayatı).  Günlər
249 

h
əftələr, aylar ötüb keçdi (Mehdi Hüseyn). Hər həftə gəl, hər ay gəl 
(Bayatı). Fəraqın hər nəfəsi min il uzanır. Onun günü, həftəsi, ayı və 
ili  n
ə  qədərdir? (Hümam Təbrizi).  Aylar-illər  həsrətini çəkdiyim! 
(K
ərəm). 
 
Gün adları 
“Gün” anlayışı ilə bağlı olan sözlərin aşağıdakı sinifləri var: 
a)  24  saatlıq  zaman  hissəsini ifadə edənlər (gün, gecə-gündüz); b) 
günün hiss
ələrini bildirənlər (gecə, gündüz; gecə  və  gündüzün 
hiss
ələrini ifadə  edən sözlər də  bura aiddir); v) günlərin təbii 
ardıcıllığını  bildirənlər (bu gün, dünən  və  s.); v) günlərin  şərti 
ardıcıllığını  bildirən sözlər (şənbə, bazar  və  s.). bunlardan hər 
birinin özün
əməxsus semantik xüsusiyyətləri var. 
Günün hiss
ələrinin adları. Azərbaycan dilində günün hissələri 
gec
ə  və  gündüz  sözləri ilə  ifadə  olunur. Gecə  və  gündüzün 
münt
əzəm olaraq bir-birini əvəz etməsi və onların əsas atributlarının 
bir-birin
ə  zidd  olması  onların  adlarının  əksmənalılığını 
şərtləndirmişdir.  Qeyd  etmək  lazımdır  ki,  azərbaycanlılar  günlərin 
bir-birini 
əvəz etməsini  axşamdan  hesablayırlar.  Belə  bir psixoloji 
fakt  gec
ə  və  gündüz  sözlərinin semantik əlaqəli  şəkildə  işləndiyi 
hallarda  gec
ə  sözünün birinci, gündüz  sözünün ikinci yerdə 
durmasında öz əksini tapmışdır. Məsələn: Hər gecənin bir gündüzü 
var (M
əsəl).  Gecə  qısır,  Gündüz  boğaz.  Gecə-gündüz  yol  gedir 
(Tapmaca).  Gec
ə-gündüz  taraz olur (Abbas Səhhət).  Gecə-gündüz 
çöld
ə qaldım (Səməd Vurğun). 
H
əmin  semantik  ardıcıllıq  münasibəti gecə  və  gündüzün 
hiss
ələrinin adlarına da xasdır. 
Gec
ə  və  gündüz  sözləri eyni zaman hissəsinin tən  yarısını 
bildirm
ələrinə  baxmayaraq,  ayrı-ayrı  təsəvvür dairələrini 
işarələndirirlər. Ona görə  də  günün bu iki hissəsinin daha kiçik 
hiss
ələrinin də  məxsusi ifadə  vasitələri var. Gecənin hissələrinin 
adları bunlardır: axşamüstü, toran vuran çağı, axşam, gecədən (bir 
pas, iki 
pas) keçmiş, gecəyarı, xoruzun (birinci, ikinci, üçüncü) banı 
v
ə  s. Gündüzün hissələrinin  adları  bunlardır:  obaş,  dan  üzü,  dan 
yeri ağaranda, səhər tezdən, səhər (sabah), günortaüstü, günorta, 
günbatan çağı
250 

H
əmin leksik qruplar iki müstəqil dəyər  sırası  əmələ  gətirir. 
Bununla bel
ə, bu qruplar  arasında  müəyyən  əlaqələr də  özünü 
göst
ərir, çünki gecə və gündüz bir-biri ilə bağlı olub, bir-birini əvəz 
ed
ən təbiət hadisələridir. Onlardan birinin sonu o birinin başlanğıcı 
il
ə eyni vaxta düşür. Buna uyğun olaraq onları ifadə edən sözlər öz 
m
əzmunlarının müəyyən cəhətləri ilə həm bir-birinə yaxınlaşa, həm 
d
ə əks assosiasiya yarada bilir. 
Gec
ə və gündüzün hissələrinin adları iki cür semantik əlaqədə 
olur: a) ayrı-ayrı tematik qruplar çərçivəsində; b) iki tematik qrup 
arasında.  Eyni  qrupa  mənsub olan sözlər  üçün  semantik  ardıcıllıq 
münasib
əti xarakterikdir. Həmin semantik münasibət müxtəlif 
tematik qruplara m
ənsub olan terminlərdən elələrinə xasdır ki, onlar 
gec
ə  və  gündüzün bir-birini  əvəz edən hissələrinin adları  olsun. 
M
əsələn: O nədir ki, səhər dörd, günorta iki, axşam üçayaqlı olur? 
(Tapmaca). Yumurtanı səhər özün ye, günorta dostuna ver, axşam 
düşməninə  (Məsəl).  Səhər  dərsləri,  axşam  dərsləri, gecə  dərsləri, 
r
əməzanda da obaşdanlıq  dərsləri (C.Məmmədquluzadə). 
Mironovun yem
əkxanasından  bizə  səhər,  günorta,  axşam  yemək 
gönd
ərilirdi (Həmidə xanım). 
H
əmin tematik qrupların üzvləri arasında müəyyən mütabiqlik 
özünü göst
ərir. Belə ki, bir sıra sözlər müvafiq təsəvvür dairələrinin 
oxşar  hissələrini bildirir. Məsələn, müq. et.: axşam  və  səhər, 
gec
əyarı və günorta, axşamüstü və obaşdan / səhər tezdən və s. Bu, 
müvafiq terminl
ərin semantik əkslik  əlaqəsində  olmasını 
şərtləndirir. Həmin semantik münasibət daha çox axşam və səhər 
sabah  sözl
ərinə  xasdır.  Məsələn:  Axşamdan  gəl, qonaq qal, 
Obaşdan qalx, yola düş (Bayatı). Axşam anadan oldu, Səhər durdu 
yeridi (Tapmaca). 
Axşamın  xeyrindən  səhərin  şəri (Məsəl). Bu 
axşam  bizdədir,  sabah  tezdən gedəcək (Y.V. Çəmənzəminli). 
Sabahdan-
axşamadək,  axşamdan-sabahadək  arvad kimi gərək 
alacığın  içində  dustaq  oturasan  (M.F.  Axundov).  [Mahnı]  səhər-
axşam, axşam-səhər dilindən düşmür (Sona xanım Cabbarlı). 
Zaman z
ərfləri.  Gün  adlarının  bir  qismi  indiyə  uyğun  gələn 
günü (“bugün”), ondan 
əvvəlki və  sonrakı  günləri bildirir. Bunlar 
aşağıdakılardır:  ta  srağagün,  sırağagün,  dünən,  bugün, sabah, 
251 

birisigün, ta birisigün. H
əmin silsilənin semantik başlanğıcı bugün 
sözüdür. 
H
əmin semantik sırada mərkəzdən (“bugün”) ucğarlara doğru 
h
ər bir termin o birilərindən ötrü semantik istinad nöqtəsi rolunu 
oynayır. Bu, lüğətlərdə belə sözlərə verilən təriflərdə də əks olunur: 
birigün birisigün – 
sabahdan sonrakı gün, gələcəyin ikinci günü” 
(1. 180). Sabah yox, birisigün, dün
ən  yox,  srağagün  tipli ifadə 
formaları  nisbət  anlayışını  əks etdirir: Sabah yox,  o birigün 
v
ədəsidir (“Koroğlu”). Sabah yox, o birigün bəy evi səndən alacaq 
(“Daşdəmirin  nağılı”).  Sabah yox, birigün  zəvvarlar  çıxırlar  (C. 
M
əmmədquluzadə).  Dünən  yox,  sırağagün  [çay]  içmişəm  (Əliağa 
Vahid).  
Gün bildir
ən zaman zərfləri arasında semantik münasibət iki 
şəkildə  özünü göstərir. Birincisi, semantik –  sözdüzəltmə 
münasib
ətinə  uyğun  şəkildə. Məsələn:  Əlifba  məsələsi  bugün 
olmasa,  sabah,  sabah  da olmasa, birisigün 
baş  tutacaqdır  (M.F. 
Axundov).  Bugün  verm
ərəm, sabah gələrlər [...] Sabah vermərəm, 
birigün  g
ələrlər (C. Məmmədquluzadə).  Bu gün biri ölür, sabah 
biri, o birigün 
bir  ayrısı  (Y.V.  Çəmənzəminli). Həmişə  bu günün 
dün
ənindən  üstün olsun (Qətran).  Bu gün –  sabah  qurulacaq bir 
ədalət məhkəməsi (Səməd Vurğun). Sabahda – birisigündə Osman 
gedib düzünü öyr
ənər (Mehdi Hüseyn).  
İkincisi,  ontoloji  və  psixoloji  zaman  ardıcıllığına  uyğun 
şəkildə. Zaman zərflərinin həmin ardıcıllığı semantik – sözdüzəltmə 
münasib
ətinin  əksinə  yönəlmiş  olur.  Məsələn:  Sırağagün  eşşək 
getmişdi  Uzundərəyə,  dünən  getmişdi  dəyirmana,  bu gün  də  getdi 
şəhərə (C. Məmmədquluzadə). Dünəniniz, bugününüz və sabahınız 
mübar
ək olsun (Manukci Sahib). Dünən  yumurtadan  çıxıb,  bugün 
qabığını  bəyənmir (Məsəl).  Dünən  də,  bugün  də,  sabah  da varsan 
(Süleyman Rüst
əm).  
Dem
əli, bugün sözündən qabaqkı zaman zərflərinin sintaktik 
ardıcıllığı ontoloji və psixoloji zamanların ardıcıllığına uyğun gəlib, 
semantik  –  sözdüz
əltmə  ardıcıllığının  əksinə  yönəlmişdir.  Ondan 
sonrakı  zərflərin  sintaktik  ardıcıllığında  isə  ontoloji və  psixoloji 
zaman  ardıcıllığı  ilə  semantik  –  sözdüzəltmə  ardıcıllığı  üst-üstə 
düşür. 
252 

Gün bildir
ən zaman zərfləri  arasında  müşahidə  edilən 
semantik  –  sözdüz
əltmə  münasibətləri eynən il bildirən zaman 
z
ərflərinə də xasdır. 
H
əftə  günlərinin  adları. Azərbaycan dilində  həftə  günlərini 
ifad
ə  edən bir neçə  leksik qrup var. Bunlar eyni ekstralinqvistik 
faktı  ifadə  etməklə  yanaşı,  ədəbi dilə, dil tarixinə,  xalq  danışıq 
dilin
ə  və  adi  danışığa  məxsus  olmaları  ilə  bir-birindən seçilir. 
Az
ərbaycan dilində  işlənən ilk həftə  günləri  adları  fars  dilindən 
alınmalardır.  Həmin leksik silsilə  Nəsiminin  bir  şeirində  əks 
olunmuşdur. Şənbə günü mən uğradım ol sərvi – rəvanə.  Yekşənbə 
günü  M
əcnun  olub,  heyranı  oldum.  Düşənbə  günü  razi  –  dilimni 
dedim axir. 
Seşənbə  günü  səyyad olub, seyrinə  çıxdım.  Çərşənbə 
günü  yar g
əzə  gəldi çəmən içrə.  Pəncşənbə  günü  gördü cəmalini 
N
əsimi. Həmin leksik silsilənin yeddinci üzvü adinə sözüdür. 
H
əmin adlar arasında saylarla (yek, dü, sə, çahar, pənc) ifadə 
olunmuş ardıcıllıq münasibəti dili bilənlərə aydın olmuşdur. Lakin 
zaman keçdikc
ə bu terminlərin bəzilərinin motivi ya unudulmuş, ya 
da  aydın  olmamışdır,  ona  görə  də  Azərbaycan  ədəbi dili və  xalq 
danışıq dilində həmin sözlərin bəziləri yeniləri ilə əvəz olunmuşdur. 
Bel
əliklə də, aşağıdakı iki leksik qrup meydana çıxmışdır: I. bazar 
ert
əsi, çərşənbə  axşamı,  çərşənbə, cümə  axşamı,  cümə,  şənbə, 
bazarII. Duz, t
ək, çərşənbə, adna, cuma, şənbə, bazar. Lakin ilkin 
fars m
ənşəli motivlənmiş  terminlərdən ixtiyari və  başqa  cür 
motivl
ənmiş  terminlərə  keçidin özü də  qaneedici olmamışdır.  Adi 
danışıqda  həftə  günləri  adlarının  yeni  bir  leksik  qrupu 
işlənməkdədir:  birinci gün –  ikinci gün –  üçüncü gün –  dördüncü 
gün – 
beşinci gün – altıncı gün – amma: bazar günü!  
Müxt
əlif leksik qruplar çərçivəsində  həftə  günləri  adları 
arasında  semantik  –  sözdüzəltmə  münasibəti  onların  sintaktik 
ardıcıllığında  da  əksini  tapır.  Məsələn: Elə  gün gəl ki, nə  şənbə 
olsun, n
ə  bazar  olsun, nə  cümə  axşamı  olsun, nə  də  cümə  olsun 
(Molla N
əsrəddin lətifəsi).  Şənbə-şikar,  bazar-bekar,  həftə  üçü-
b
ənümiyə. Çərşənbə-tərpənmə. Ölünün adın anan ol: adına axşamı
cüm
ə axşamı çoxdu. Cümə şənbədən uzundur (Məsəl). 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin