Ön söZ (M. M. Musayev) I. Azәrbaycan diLİNİn morfologiyasina yeni baxişlar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/26
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#14971
1   ...   18   19   20   21   22   23   24   25   26

Çalar bildir
ən rəng  adları.  Rəng  adlarının  ən mühüm 
xüsusiyy
ətlərindən biri eyni əlamətin az və  ya çox dərəcəsini 
bildirm
ələridir. Sifətin dərəcələri, bir qayda olaraq, ilkin rəng 
adlarından  düzəlir. Adi, azaltma  və  çoxaltma dərəcələri  adı  ilə 
m
əlum olan bu formalar üç dəyər sırası əmələ gətirir. Azaltma və 
çoxaltma d
ərəcələri məzmun və  şəkilcə  adi dərəcədən törəmədir. 
Qeyd etm
ək  lazımdır  ki,  sifətin dərəcələri biristiqamətli semantik 
arasıkəsilməzlik  əmələ  gətirmir.  Bunların  münasibəti bu gün 
sözünün dün
ən və sabah, ata sözünün  baba və oğul, indi sözünün 
bayaq v
ə bir azdan sözləri ilə (semantik) əlaqəsi kimidir. 
Sif
ətin dərəcələrinin morfoloji, (sintetik) və  sintaktik 
(analitik) olmaqla iki sözdüz
əltmə üsulu var.  
 
Sif
ətin dərəcələrinin sintetik formaları 
 
azaltma d
ərəcəsi                adi dərəcə  çoxaltma dərəcəsi  
sarımtıl 
 
 
sarı   
 
sapsarı 
qırmızımtıl    
 
qırmızı  
 
qıpqırmızı 
göyümtül 
 
 
göy 
 
 gömgöy 
yaşılımtıl 
 
 
yaşıl   
 
yamyaşıl 
ağımtıl  
 
 
ağ 
 
 
ağappaq  
bozumtul 
 
 
boz 
 
 bomboz 
qaramtıl/qaramtur 
 
qara 
 
 qapqara 
    
Sif
ətin dərəcələrinin analitik formaları  
231 

 
azaltma d
ərəcəsi        adi dərəcə                  çoxaltma dərəcəsi 
açıq sarı/sarıtəhər  
sarı   
 
tünd sarı 
açıq qırmızı/qır- 
qırmızı  
 
tünd qırmızı 
mızıtəhər 
açıq göy/göytəhər 
 göy 
 
 
tünd göy 
açıq yaşıl/yaşıltəhər   
yaşıl   
 
tünd yaşıl 
ağtəhər  
 
 
ağ  
 
 
dümağ 
açıq boz/boztəhər 
 
boz  
 
 
tünd boz (?) 
açıq qara/qaratəhər   
qara 
 
 
dümqara/zilqara 
 
Göründüyü kimi, sif
ətin dərəcələrinin sintetik-morfoloji üsulu 
analitik-sintaktik üsula nisb
ətən daha müntəzəm xarakterə malikdir. 
Sif
ətin dərəcələrinin iki üsulla ifadə edilməsindən belə bir qənaətə 
g
əlmək olar ki, eyni dərəcəyə aid olan iki forma (məsələn: ağımtıl 
v
ə  ağtəhər) sinonim vəziyyətdədir.  Doğrudan  da,  belə  formalar 
m
əzmun  etibarı  ilə  bir-birinə  olduqca  yaxındır  və  onların  həmin 
c
əhətdən fərqini izah etmək o qədər də adan deyil. Bununla belə, bu 
formalar arasında müəyyən incə fərqlər var ki, onları sinonimlikdən 
çıxarır. Birincisi, morfoloji üsulda müəyyən rəngin çaları (ağımtıl), 
sintaktik üsulda is
ə  müəyyən çalarda olan rəng (açıq  ağ) ifadə 
olunur.  İkincisi,  həmin formalar eyni əlamətin müxtəlif ifadə 
üsulları  olsa  da,  çoxaltma  dərəcəsinin tam müəyyən ifadə  üsulları 
il
ə müqabil gəlirlər (Məsələn: ağımtıl-ağappaq, açıq ağ -dümağ). 
Sif
ətin dərəcələrinin belə  bir cəhəti də  nəzəri cəlb edir. 
Azaltma v
ə  çoxaltma dərəcələrinin  morfoloji  formalarının 
funksional-qrammatik v
əzifələri eyni deyil. Azaltma dərəcəsi 
forması yalnız sifət kimi işlənir. Çoxaltma dərəcəsi forması isə həm 
sif
ət, həm də zərf vəzifəsində çıxış edir.* Özü də bunlar əsasən eyni 
kökd
ən düzəltmə feillər ** (ağappaq ağarmaq, qapqara qaralmaq, 
sapsarı  saralmaq,  gömgöy  göyərmək, bomboz bozarmaq), yaxud 
varlıq,  mövcudiyyət bildirən feillərdə  (olmaq, idi  və  s.)  əlaqəyə 
girir. M
əsələn:  Artıq  ay  ağappaq  ağarıb  enməkdə  idi (Sabit 
R
əhman).  Əfruz  bacı  ağappaq  ağarmışdı.  Kosanın  dişlərinin 
qurdyey
ən yerləri  qapqara  qaralmışdı  (Süleyman Rəhimov). 
232 

Bayram indi 
bomboz bozardı (Əli Vəliyev). Qulam təpədən-dırnağa 
bomboz idi 
(Əbülhəsən). 
 
R
əng bildirən sifətlərlə bağlı olan leksik söz qrupları 
 
Az
ərbaycan dilində  rəng  anlayışı  başqa  nitq  hissələrinə  aid 
olan sözl
ərlə  də  ifadə  edilir. Bunlar rəng  adlarından  vasitəsiz və 
vasit
əli  şəkildə  törəyən sözlərdir. Həmin leksik söz qrupları 
aşağıdakılardır. 
R
əng bildirən feillər. Bu sözlər ilkin və  bəzi ikinci rəng 
adlarından  düzəlib, müəyyən rəng  almaqla  bağlı  olan  prosesləri 
ifad
ə  edir:  ağarmaq,  qaralmaq,  saralmaq,  qızarmaq,  göyərmək, 
bozarmaq, allanmaq, yaşıllanmaq, yaşıllaşmaq, çallaşmaq. 
H
əmin sözlər rəng bildirən sifətlərlə  iki cür semantik 
münasib
ətdə  olurlar. Bunlardan birincisi semantik-sözdüzəltmə 
münasib
ətidir. Məsələn:    gün, hara gedirsən?  Ağartmağa.  Qara 
gün, hara gedirs
ən? Qaraltmağa gün adamı ağardarQara gün 
adamı qaraldar (Məsəl). Bundan başqa, həmin sözlər öz  
____________________ 
* Sif
ətin azaltma və çoxaltma dərəcələrinin predikativ vəzifəsi 
d
ə eynidir.  
** 
Yamyaşıl sifəti bu barədə istisna təşkil edir.    
tör
ədici əsaslarının antonimləri ilə də semantik əlaqəyə girir. 
M
əsələn:  Elə  qara  deyilsən  ki,  yumağınan  ağarasan  (Danışıq). 
Qara 
qarğanı yumağınan ağartamaq olmaz (Məsəl).  
R
əng bildirən isimlər. Rəng bildirən isimlərin iki növü var. 
Bir qrup isiml
ər rəng  adlarından  düzəlib,  əlamət,  əşya  və  canlı 
varlıq bildirir. Bunlar aşağıdakılardır: sarılıq, allıq, göylük, yaşıllıq, 
ağlıq,  qaralıq,  qaranlıq,  bozluq.  İkinci  qrup  sözlər rəngalma 
bildir
ən feillərdən törəyib, əşya hadisə, proses adı rolunda çıxış edir. 
M
əsələn: ağartı, qaraltı, bozartı (?), qızartı, göyərti
Qeyd: 
sarılıq  sözü həm birinci, həm də  ikincisi mənada 
(x
əstəlik adı kimi). işlənir. 
Әdəbiyyat 
 
233 

1.
 
Вейнрейх  У.  О  семантической  структуре  языка.  –  Новое  в 
лингвистике. вып. V.M., 1970 
2.
 
Улуханов  И.  Словообразовательная  семантика  в  русском 
языке. M., 1977. 
3.
 
Bidu-Vranceanu A. Systematique des noms de couleurs. 
Buceresti. 1976. 
4.
 
Palmer F.R. Semantics (A new outline). Cambrige-  New York- 
Melbourne. 1977. 
II f
əsil.                     Cism (varlıq), məkan, zaman və  
 
 
 
 
k
əmiyyət adlarının semantik 
sistemi 
 
Bu f
əsildə cism (varlıq), məkan, zaman və kəmiyyət adlarının 
əmələ  gətirdiyi semantik sistemlər nəzərdən  keçirilir.  Adı  çəkilən 
tematik söz qruplarının bir yerdə tədqiq olunması təkcə onunla bağlı 
deyil ki, varlıq, məkan, zaman və kəmiyyət kateqoriyaları obyektiv 
gerç
əkliyin  ümumi  kateqoriyalarıdır.  Həmin  söz  kateqoriyalarının 
linqvistik c
əhətdən əhəmiyyəti bundadır ki, onların əmələ gətirdiyi 
mikrosisteml
ər oxşar şəkildə təşkil olunmuşdur. Bu oxşarlıq bədən 
üzvl
əri  adları  ilə  cəhət bildirən sözlər  arasında,  eləcə  də 
sonuncularla zaman v
ə  kəmiyyət bildirən sözlər  arasında  özünü 
göst
ərir. 
 
B
ədən üzvləri adlarının semantik sistemi 
 
B
ədən üzvləri  adları  dilin  leksikasının  ən qədim  qatlarından 
birin
ə  mənsubdur. Azərbaycan dilinin müasir vəziyyətində  həmin 
sözl
ərin  əksəriyyətinin  aydın  etimologiyası  və  motivlənməsi 
yoxdur. Bununla bel
ə,  onların  çoxunun  arasında  şəkli  oxşarlıq  və 
qohumluq olduğunu sezmək çətin deyil. Bu, bir çox sözlərin oxşar 
sonluqla qurtarmasında özünü göstərir. Ağamusa Axundov müvafiq 
s
əs  qanunauyğunluqlarına  əsaslanaraq,  insanın  bədən üzvləri 
adlarını  təsnif  etmişdir  [3.  78-79]. Müəllifin  ən mühüm 
n
əticələrindən  biri  hecaların  sayının  sözdüzəltmə  funksiyası 
daşımasına  dair  onun  mülahizələridir. O,-z səsi ilə  bitən sözlər 
qrupundan  danışarkən qeyd edir ki, bu söz  qrupu  birhecalı  və 
234 

ikihecalı sözlər yarımqruplarına bölünür [4. 70]. Ağamusa Axundov 
h
əmin söz qruplarından  -ş və -z ilə qurtaran sözləri tədqiq edərək, 
bel
ə bir nəticəyə gəlir ki, müvafiq leksemlərin yaranması eyni yolla 
baş vermişdir [3. 81; 4. 75]. 
B
ədən üzvləri  adları  arasında  fonomorfoloji  ümumilikdən 
savayı,  semantik  bağlılıq  da  var.  Bu  həmin sözlərin bir-biri ilə 
semantik 
əlaqələrə  girməsində  özünü göstərir. Lakin bədən 
üzvl
ərinin semantik münasibətlərindən danışmaq üçün ilk növbədə 
onların semantik təsnifini vermək lazımdır. 
B
ədən üzvləri adları insan, heyvan və quşların əzalarını ifadə 
edir. Dem
əli, həmin sözləri ilk növbədə  aid  olduqları  canlı 
varlıqlara  görə  təsnif etmək  mümkündür.  Lakin  yaş-cins  adları 
bar
əsində özünü doğruldan bu üsul burada işə yaramır. Ona görə ki, 
b
ədən üzvləri  adlarının  mühüm  bir  qismi  eyni  zamanda  müxtəlif 
canlı varlıqlara aid ola bilir. Bundan ziyadə, elə sözlər var ki, təkcə 
canlı varlıqların bədən üzvlərini deyil, cansız varlıqların hissələrini 
d
ə  bildirir. Qeyd etmək  lazımdır  ki,  əşyavi  mənsubiyyətə  görə 
t
əsnifat müştərək leksikaya tətbiqən işə yaramadığı halda, müştərək 
olmayan b
ədən üzvləri adları ilə əlaqədar olaraq lazımlı üsullardan 
biri kimi özünü göst
ərir. Məsələn,  aşağıdakı  sözlər belərindəndir: 
uşaqlıq (insan), balalıq (heyvan), yumurtalıq (quş), barmaq, dırnaq 
(insan), yun (d
əvə, qoyun), qəzil (at, keçi, camış), lələk (quş), və s. 
Burasını  da  qeyd  etməliyik ki, mənsubiyyətə  görə  təsnifat  yalnız 
çoxlu t
əkrarlara  şərait  yaratdığına  görə  əlverişli  deyil,  lakin 
semantik münasib
ətləri öyrənmək mənasında 
sözlərin 
m
ənsubiyyətini mütləq nəzərə almaq lazım gəlir. 
B
ədən üzvləri adlarının erkək və dişi cinslərinə mənsubiyyət 
baxımından  təsnif edilməsi də  bunun kimidir. Bədən üzvləri 
adlarının  əksəriyyəti hər iki cins üçün  müştərəkdir. Bütün bu 
deyil
ənlərə  görə, bədən üzvləri  adlarının  təsnifatından  əl çəkib, 
diqq
əti həmin  adlar  arasında  müşahidə  olunan semantik əlaqələr 
üz
ərində  cəmləşdirmək  lazımdır.  Buna  keçməzdən  əvvəl bədən 
üzvl
əri  adlarının  linqvistik  ifadə  baxımından  nəzəri cəlb edən bir 
xüsusiyy
ətinə  toxunmaq istərdik. Bədən üzvlərinin  əksərinin  sayı 
birdir. B
əzi bədən üzvlərinin  sayı  ikidir:  gicgah,  qaş,  göz,  yanaq, 
qulaq, ç
ənə, dodaq, əl, qol, ayaq, qıç, çiyin, diz, dirsək, döş, topuq, 
235 

aşıq, cinah, kürək, omba və s. Barmaqların sayı bir əldə beş, iki əldə 
on, 
əl və  ayaqlarda  iyirmidir.  Dişlərin  sayı  28-32-dir. Belə  bir 
v
əziyyət bədən üzvlərinin ifadəsində necə əks olunur? Sayı iki olan 
üzvl
ərin  adları  konkretləşdirici  vasitələrə  ehtiyac hiss ediləndə 
aşağıdakı sözlərdən uyğun gələnlərlə işlənir: sağ, sol, alt, üst. Lakin 
b
ədəndə  sayı  iki  olan  heç  də  bütün üzvlərin  adları  həmin 
determinantlarla  işlənə  bilmir.  İş  burasındadır  ki,  məsələn,  dirsək, 
diz,  topuq,  omba,  aşıq  kimi üzvlərin  sayı  hər bir normal insan 
b
ədənində  iki  olsa  da,  onlar  qoşa  olmurlar.  Ona    görə  də  həmin 
üzvl
ər ifadə  edilərkən  sağ  və  sol  determinantları  işə  yaramır. 
Konkret üzvl
ərdən  danışarkən  «sağ  qolun  dirsəyi», «sol qolun 
dirs
əyi» kimi ifadələrdən istifadə  olunur. Deməli, bu zaman 
eynicinsli yox, müxt
əlifcinsli obyektlərin münasibəti  işə  yarayır. 
Qalan ikisaylı üzvlərin adlarının determinativlərlə əlaqəsi aşağıdakı 
kimidir. Ç
ənə  və  dodaq  sözləri  alt  və  üst  determinativləri ilə, 
gicgah, qaş, göz, qulaq, yanaq, əl, ayaq, qol, qıç, cinah, çiyin, kürək 
sözl
əri isə sağ və sol determinativləri ilə işlənir. Məsələn: Allah sağ 
gözü sol göz
ə  möhtac eləməsin (Məsəl).  Sağ  gözüm sənə  qurban, 
Sol gözüm m
ənə bəsdi (Bayatı). Sənin sağ tikəni sağ qulağıncasol 
tik
əni sol qulağınca elərəm (Hərbə-zorba). Adamın sağ çiynində bir 
m
ələk,  sol çiynində  bir mələk oturub, onun günah və  savablarını 
yazır (Xalq inamı). Alt dodağı yer süpürür, üst dodağı göy süpürür 
(Идиом).  
B
ədən üzvlərinin ifadəsində  daha  bir  maraqlı  faktla 
qarşılaşırıq. Bəzi üzvlər eyni adla ifadə olunur. Lakin onların istər 
m
əsafəcə, istərsə də vəzifəcə bir-birindən uzaq olması özünü onda 
göst
ərir ki, onların adları alt, üst, sağ, sol determinativləri ilə işlənə 
bilmirl
ər. Bundan ziyadə, həmin sözlərin öz determinativ tərkib 
hiss
ələri ilə əlaqəsi yuxarıda verilmiş sözlərdə müşahidə ediləndən 
daha  sıxdır.  Həmin sözlər  aşağıdakılardır:  ağciyər, qaraciyər, 
ağbağır, qarabağır, bərk damaq, yumşaq damaq. 
Barmaq adlarının ifadəsi bundan da mürəkkəbdir. Barmaqlar 
əvvəl əl və ayaq, sonra da onların «sağ» və «sol» əlamətlərinə görə 

əyyənləşən siniflər üzrə  birliklər  əmələ  gətirir.  Beş  sayı 
barmaqlar üçün minimal k
əmiyyətdir. Dildə işlənən bir çox ifadələr 
m
əhz belə  bir təsəvvürə  əsaslanır.  Məsələn: «Mən səni  beş 
236 

barmağım kimi tanıyıram» və s. Azərbaycan dilində işlənən barmaq 
adları məhz həmin saya uyğun gəlir: baş barmaq, şəhadət barmağı, 
orta barmaq, adsız barmaq, çeçələ barmaq. 
Diş  adları  sahəsində  olduqca müxtəlif ifadə  vasitələri var. 
Bunlar  dişlərin yerinə  (alt  dişlər,  üst  dişlər,  qabaq  dişlər, arxa 
dişlər), kəsicilik qabiliyyətinə  (kəsici  dişlər.  azı  dişləri, köpək 
dişlər), yaranma vaxtına (süd dişləri, ağıl dişləri) işarə edir.  
B
ədən üzvlərinin  adları  müxtəlif məzmun münasibətlərinə 
girir. Bunların ən mühümlərini nəzərdən keçirək.  
1. H
əyat üçün ən mühüm üzvlərdən  olan  başın  adının 
orqanizmin qalan hiss
əsinin  adı  ilə  qarşılaşması.  Həmin semantik 
münasib
ət bir tərəfdən  baş,  kəllə  və  s., o biri tərəfdənsə  bədən, 
gövd
ə  can  «bədən»,  leş  «həyatdan məhrum  olmuş  bədən» sözləri 
arasında  özünü  göstərir. Məsələn: O nədir ki,  bədəni  içəridə,  başı 
eşikdə?  Bədəni  var,  başı  yox (Tapmaca). Başın  bədəninə  ağırlıq 
eyl
əyir?  (Идиом).  Gövdəmin  üstündə  durmayır  başım  (Səməd 
Vurğun).  Vəfalı  yardan  ötrü  Candan-başdan  keçərlər  (Bayatı). 
Aşıq  Ələsgər yolunda Canla  baş  bağışlayacaq  (Aşıq  Ələsgər). 
Ç
əkəndə misri qılını Baş bir yana, leş bir yana («Koroğlu»). Leş leş 
üst
ə, baş baş üstə (Səməd Vurğun).  
2.  Ən  yuxarıda  yerləşən  üzvün  adının  ən  aşağıda  yerləşəm 
üzvün adı ilə qarşılaşması. Həmin semantik münasibət bir tərəfdən 
baş,  kəllə, təpə  sözləri ilə, o biri tərəfdən  ayaq,  quyruq,  dırnaq 
sözl
əri arasında özünü göstərir. Məsələn: Allah sənin başını qoyub, 
ayağına  daş  salmasın  (Qarğış).  Bizdə  hər  şey  baş-ayaqdır  (Y.V. 
Ç
əmənzəminli).  Başı  daraq,  quyruğu  oraq.  Quyruğu  suda,  Başı 
quruda (Tapmaca).  M
ən səndən əl üzmərəm, Soysalar təpə-dırnaq 
(Bayatı). Namərd təpə-dırnaq yara yetirər (Aşıq Ələsgər). 
Eyni semantik münasib
ət bəzi relyef bildirən sözlərə  də 
xasdır.  Məsələn:  Bulağın  başı  ilən,  Dibinin  daşı  ilən.  Başı  bəlgəli 
dağlar,  Dibi  kölgəli  dağlar  (Bayatı).  Başı  göydə,  Dibi  yerdə 
(Tapmaca).  
3. Yuxarı ətrafların adının aşağı ətrafların adı ilə qarşılaşması. 
Bu zaman bel
ə bir qanunauyğunluq özünü göstərir: yalnız müvafiq 
üzvl
ərin oxşar hissələrinin adları (əl-ayaq, qol-qıç, qol-bud) bir-biri 
il
ə  semantik münasibətdə  ola bilir. Məsələn:  Qolumdan  tutan 
237 

g
əlmir,  qıçımdan  tutan tez gəlir. (Məsəl). Səni  qol-qıçı  bağlı 
gönd
ərərəm  şəhərə  [Kasıblıq]  kişinin  qol-qıçını  bağlamışdı 
(C.M
əmmədquluzadə). Qolları var, qılçası yox. Nə əli var, nə ayağı 
(Tapmaca). 
Әl-ayağı  düz gəlin!(Bayatı).  Әl-ayağı  od eləyər  (Aşıq 
Əələsgər). Әli və ayağı hərəkətdən düşübmüş (Həmidə xanım).  
B
ədənin  aşağı  və  yuxarı  ətraflarının  adları  bir-biri ilə 
semantik yaxınlıq münasibətində də ola bilir. Bu əl və qol, qol və 
qanad sözl
əri arasında müşahidə edilir. Məsələn: Axıtdığı göz yaşı 
Әl-qolunu bağladı (Bayatı). Sındı qol-qanadım, yanıma düşdü (Aşıq 
Ələsgər). 
4. B
ədənin daxili üzvləri  adlarının  xarici  üzvlərin  adları  ilə 
qarşılaşması.  Həmin semantik münasibət bir tərəfdən  ilik, sümük 
sözl
əri,  o biri tərəfdənsə  ət,  dəri  sözləri  arasında  özünü  göstərir. 
M
əsələn:  Әti  sənin,  sümüyü  mənim  (Идиом).  Özü  ətdir, yediyi 
sümük
Әtin ataram yellərə, Sümüyün xeyrat elərəm. Bir ilikdir, bir 
sümükdür, bir d
əri (Tapmaca). Bir dəridir, bir sümük (Идиом). 
Qeyd etm
ək lazımdır ki, ət və sümük sözləri yeyinti məhsulu 
adı kimi insanın nəsillə bağlı olan mahiyyətinin ifadəsi kimi başqa 
sözl
ərlə də semantik əkslik münasibətində olur. Məsələn: Nə ətdir
n
ə balıq. Südnən girən sümüknən çıxar (Məsəl).  
5. B
ədənin önündə  və  arxasında  yerləşən üzvlərin  adlarının 
qarşılaşması.  Həmin  semantik münasibət  boğaz,  üz,  sinə,  döş 
sözl
əri ilə  boyun, arxa, kürək  sözləri  arasında  özünü  göstərir. 
M
əsələn:  Boyun-boğazını  yaxşı  yu  (Danışıq).  Üzüüstdə  gələni 
arxasıüstə  çevirməzlər. Birinin  döşünə  vurublar, «Vay arxam!» 
deyib (M
əsəl).  
H
əmin semantik münasibət, eləcə  də  «aşağı»  və  «yuxarı» 
semanteml
ərinin  qarşılaşması  daha  geniş  ölçüdə  cəhət bildirən 
sözl
ərə xasdır. Bu barədə irəlidə danışacağıq.  
6. B
ədənin tük örtükləri ilə  seçilən üzvlərinin  qarşılaşması. 
H
əmin semantik münasibət  bığ  və  saqqal, saç  və  saqqal, saç  və 
birç
ək  sözləri  arasında  özünü  göstərir. Məsələn:  Saqqal  yox ikən 
bığ  var idi! Gəlmişdi  saqqal  dalınca,  bığı  da qoydu-getdi.  Aşağı 
tüpürürs
ən saqqal, yuxarı tüpürürsən bığ (Məsəl). Ay saçı-saqqalı 
ağarmış!  (Zarafat  ifadəsi).  Saçı-saqqalı  ağartmışam,  tapdığım  bir 
budur (Dan.). Saç-birç
əyi yolmuşam (Bayatı).  
238 

Tük  örtüyü  adlarının  cinslər üzrə  diferensiallaşması  da 
müşahidə olunur. Belə ki, saqqal və bığ sözləri kişiyə, birçək sözü 
is
ə  qadına  aiddir.  Həmin  diferensiallaşma  zəminində  ağsaqqal 
«dünyagörmüş  qoca»  və  ağbirçək  «dünyagörmüş  qarı»  meydana 
g
əlmişdir  (Bax:  “Yaş-cins  adları”  bölməsi.  Ağsaqqal  sözünə 
müqabil olaraq qarasaqqal  ifad
əsi də  işlənir, lakin ağbirçək 
sözünün bel
ə bir müqabili yoxdur).  
7. B
ədən üzvləri  adlarının  müvafiq  duyğuların  fərqinə  görə 
qarşılaşması.  Həmin semantik münasibət  göz  və  qulaq  sözləri 
arasında özünü göstərib, çox vaxt müvafiq feillərin qarşılaşması ilə 
müşayiət olunur. Məsələn:  Gözünlə  gördüyünü qoyub,  qulağınla 
eşitdiyinə  inanma. Görməyə  gözü  var,  eşitməyə  qulağı  (Məsəl). 
H
əmçinin müq. et: Gözü yolda, qulağı səsdə (Идиом).   
8. M
əsafə, yaxud vəzifə  etibarı  ilə  bir-birinə  yaxın  olan 
üzvl
ərin adının qarşılaşması. Həmin semantik münasibət dil və ağız, 
dil  v
ə  dodaq,  baş  və  beyin,  qaş  və  göz,  kirpik  və  qaş,  qoyun  və 
qoltuq,  aşıq  və  topuq  sözləri  arasında  özünü  göstərir. Məsələn: 
Dilim-
ağzım qurusun. Dilin, ağzın bal dadır (Bayatı). Nə dili var, nə 
ağzı (Tapmaca). Baş-beynimi aparma (Dan.). Bizi başdan-beyindən 
el
əmə  (C.Məmmədquluzadə). Ölüm qaşnan  göz  arasındadır 
(M
əsəl). Gözün bağ, qaşın bağban, kirpiyin bağa divar. Göz üstündə 
qaş ağlar (Bayatı). Heç kəs sənə deyə bilməz: Qaşın üstə gözün var 
(N
əzakət ifadəsi). Kirpiklər qaşa dəyər (Bayatı).  Kirpiklərin oxdur, 
qaşların kaman (Aşıq Ələsgər). Yediyin bəs deyil, qoyun-qoltuğunu 
da doldurmusan?! (Dan.). 
Dodaqların xam şəkər, dilin badam içidi 
(Bayatı).  Nə  dil  bilsin, nə  dodaq  (Zakir).  Dil-dodağım  təpidi 
(Идиом). Araz aşığından, Kür topuğundan (Идиом).  
9. Qiym
ətcə  bir-birinə  bərabər tutulan üzvlərin  adlarının 
qarşılaşması.  Həmin semantik münasibət  baş  və  göz,  baş  və  diş 
sözl
əri  arasında  özünü  göstərir. Məsələn:  Başım  üstə,  gözüm  üstə 
(C.M
əmmədquluzadə).  Başın-dişin  ağrımasın  (Alqış).  Başım-dişim 
ağrımasın (Ovsun).  
Qeyd etm
ək  lazımdır  ki,  baş  və  diş  sözlərinin semantik 
əlaqəsi müvafiq üzvlərin xəstələnməsi  vaxtı  əziyyətli  olması 
t
əsəvvürünə əsaslanır.  
239 

10. Mü
əyyən fəaliyyət sahəsində  üzvlərin  tutduğu  yerlə 
əlaqədar  olaraq  onların  adlarının  qarşılaşması.  Həmin semantik 
münasib
ət  əl  və  üz,  əl  və  dil  sözləri  arasında  özünü  göstərir. 
M
əsələn: Әl əli yuyar, əl də üzü (Məsəl). Gedirəm yar yanına, Әli 
boş,  üzü  qara  (Bayatı).  Əl  əldən qalmaz, dil  dildən.  Dil  uzadılan 
yer
ə  əl  uzadılmaz  (Məsəl).  İgid  dil  açmaz,  əl  açar («Koroğlu»). 
Dilini  qoyub, 
əlinlə  danışma  (Dan.).  Ağız  deyəni  qulaq  eşitmir 
(Идиом). Ağzıma dad, qarnıma fəryad (Məsəl).  
11. B
ədən üzvləri  adlarının  mənəvi həyat bildirən sözlərlə 
qarşılaşması. Həmin semantik münasibət bir tərəfdən bədən, cəsəd, 
göz, dil, üz
qarın  sözləri, o biri tərəfdənsə  can, ruh, könül, qəlb, 
ür
ək (məc.), göz (məc.), qədir və s. sözləri arasında özünü göstərir. 
M
əsələn: Mənin  canım  sənindir,  Cəsəddə  qalı  neylər?!  (Bayatı). 
Canı  nədir ki, cəsədi  nə  olsun?!  Göz  bir pəncərədir,  könülə  baxar 
(M
əsəl).  Göz  gördü,  könül  sevdi  (Bayatı).  Acın  qarnı  doyar,  gözü 
doymaz (M
əsəl).  Üzü  nəsə,  ürəyi  də  odur.  Üzü  ağ,  qəlbi  qara 
(Идиом).  Göz gözə  dəyər,  qəlb qəlbə.  Bədən  qocalar,  könül 
qocalmaz. 
Qarnım üçün deyil, qədrim üçündür. Dildə bir şey deyib, 
ür
əkdə başqa şey tutma (Məsəl). Könlümün istəklisi, dilimin əzbəri, 
g
əl! (Bayatı). Ürək yanmasa, gözdən yaş çıxmaz. Can yanmasa, göz 
yaşarmaz (Məsəl).  
12. B
ədən üzvləri  adlarının  müvafiq  geyim  adları  ilə 
qarşılaşması.  Məsələn:  Әyin  yamaq götürər,  Qarın  yamaq 
götürm
əz. Taxçadakı qarnımda, Boxçadakı əynimdə (Məsəl).  
B
ədən üzləri adları bir sıra tematik söz qruplarının meydana 
g
əlməsinə  əsas  vermişdir.  Bunlar  aşağıdakılardır:  geyim  və  alət 
adları, hərəkət adları (feillər), müəyyən xarakterik hərəkət və ölçü 
adlar
ı (isimlər). Bunları bir-bir nəzərdən keçirəcək.  
Geyim v
ə  alət  adları  bədən üzvləri  adları  ilə  iki cür 
münasib
ətdə  olur. Onlardan birini sözdüzəltmə  və  semantik 
münasib
ət kimi səciyyələndirmək olar. Həmin sözlər 
aşağıdakılardır: ayaqqabı, başlıq «şarf»(dan.), barmaqçılıq, bilərzik
boyunduruq, buruntaq, qolçaq, arxalıq, döşlük, önlük, əlcək, dizlik, 
sin
əbənd.  Qeyd edilən sözlərin öz törədici  əsasları  ilə  əlaqəsi çox 
vaxt müvafiq m
ətnlərdə  də  öz  əksini  tapır.  Məsələn: Polladdan 
qolçaq qoluma. Polad qolçaq qolum 
sıxsa  («Koroğlu»).  Başına 
240 

papaq  qoy, 
əlinə  əlcək  tax  (Danışıq).  İkinci  qrupdan  olan  sözlər 
b
ədən üzvləri adları ilə sözdüzəltmə münasibətində olmurlar, lakin 
müvafiq b
ədən  üzvü  adları  ilə  bunların  əlaqəsi sabit xarakter 
daşıyır. Dediyimizə aşağıdakı sözlər misal ola bilər: papaq, yaylıq, 
l
əçək,  şal,  toqqa,  qurşaq,  həmayil, pencək,  şalvar,  tuman,  köynək, 
ç
əkmə, çarıq; heyvanla əlaqədar olan sözlərdən aşağıdakıları qeyd 
ed
ə  bilərik:  çul,  alıq,  palan,  yəhər, yüyən,  quşqun  və  s. Həmin 
sözl
ər də  müvafiq bədən  üzvü  adı  ilə  semantik cəhətdən  əlaqəli 
şəkildə işlənir. Məsələn: Ayaqda sağrı başmaq, başında şalı gözəlin 
(Aşıq  Ələsgər).  Baş  olsun,  papaq  tapılar.  Papağı  başa  isti-soyuq 
üçün qoymurlar (M
əsəl). Sənin başına kişi papağı yaraşmır, qadın 
l
əçəyi yaraşır (Dan.).  
B
ədən üzvləri  adlarından  törəmə  feillər  aşağıdakılardır: 
ağızlaşmaq,  ayaqlamaq,  ayaqlaşmaq,  arxalanmaq,  başlamaq, 
boğazlamaq,  buynuzlaşmaq,  burunlamaq,  qanamaq,  qəzilləmək, 
qoltuqlamaq, quyruqlamaq, qulaqlamaq, d
əriləmək, diləmək, 
dill
əşmək, dizləmək,  dişəmək,  dişləmək,  döşləmək,  əlləmək, 
əlləşmək, gözləmək, kəllələşmək, topuqlamaq, tüləmək, xirtdəkləmək 
v
ə s. 
B
ədən üzvləri  adları  ilə  bağlı  olan  hərəkət və  ölçü  adları 
bunlardır:  addım,  qarış,  qulac,  ovuc,  sillə//  şillə, təpik,  şıllaq, 
soncuq. 
B
ədən  üzvləri  adları  ilə  bağlı  olan  tematik  söz  qruplarından 
biri d
ə  xarakterizəedici sifətlərdir:  topal, axsaq (ayaq),  çolaq  (əl, 
qol,  qıç,  ayaq),  lal  (dil),  kar  (qulaq),  keçəl, daz (baş),  mırıq  (diş), 
kor (göz) v
ə s. Müvafiq sözlərin bir-biri ilə semantik əlaqəsi sabit 
xarakter  daşıyıb,  mövcud  mətnlərdə  öz  əksini  tapmışdır.  Məsələn: 
Keç
əl baş üstə dəlləklik öyrənirsən? (Идиом). Keçəl baş, Dəydi daş 
(M
əsəl). Pəri  xanımın  gözləri  kor,  ayağı  topal,  dili  də  laldı 
(«Abbas-Gülg
əz»). 
B
ədən üzvləri adlarından törəmə tematik söz qruplarından biri 
d
ə  müəyyən üzvün olub-olmamasını    bildirən sifətlərdir:  başlı, 
başsız,  qollu,  qolsuz,  dilli,  dilsiz,  əlsiz,  ayaqsız,  arxalı,  arxasız, 
k
əlləli, kəlləsiz, taygöz, tayqulaq
Göründüyü kimi, insan, heyvan v
ə  quşlara  aid  olan  bədən 
üzvl
əri  adları  leksikanın  sistemli  öyrənilməsi  baxımından  tədqiq 
241 

olunmalı  tematik  söz  qruplarından  biridir.  Bunlar  istər müvafiq 
yarımqruplar  çərçivəsində, istərsə  də  ayrı-ayrı  yarımqruplar 
arasında  asanlıqla  sezilə  bilən məzmun münasibətlərinə  girirlər. 
Qeyd etm
ək lazımdır ki, bədən üzvləri adları nə göstərilən növlərlə, 
n
ə  də  onlara məxsus olan semantik münasibətlərlə  məhdudlaşmır. 
Bu q
əbildən olan sözlərin  maraqlı  bir  növünü  ağacla  bağlı  olan 
adlar t
əşkil edir. Bunları bədən üzvlərinə nisbət vermək ilk nəzərdə 
q
əribə görünə bilər. Lakin bunun üçün bir sıra əsaslı səbəblər var. 
Birincisi,  ağacla  bağlı  olan  sözlər insan, heyvan və  quş  bədən 
üzvl
ərini bildirən sözlərlə  oxşar  işarəvilik  funksiyasına  malikdir. 
Buna semantik izomorfizm dey
ə bilərik. İkincisi, və bunun nəticəsi 
kimi, bir sıra sözlər var ki, müstəqim və məcazi mənalarında insan, 
heyvan, quş və ağacların hissələrinin müştərək ifadə vasitələri kimi 
özl
ərini göstərirlər (məsələn: baş, qanad, toxum, bar, meyvə). Ağac 
bildir
ən sözlər, insana aid olan sözlərlə analogiya üzrə desək, yaş-
cins ifad
ələrinə  və  bədən üzvləri  adlarına  uyğun  gəlir. Lakin bu 
dediyimiz  ağaca  aid  olan  bütün  sözləri  ehtiva  etmir.  Onların 
arasında bəzi başqa qrupları da ayırd etmək olur. Ağacla bağlı olan 
sözl
ərin  əsas sinifləri bunlardır:  1.  Ağacın  inkişafının  müxtəlif 
fazalarını  bildirənlər (toxum, cücərti,  şiv,  pöhrə,  ağac).  2.  Ağacın 
m
əhsullarını bildirənlər: (bar, meyvə, dənə, çiçək və s.). 3. Ağacın 
müxt
əlif hissələrini bildirənlər (gövdə, kök, budaq, şax, yarpaq, zoğ, 
qabıq,  özək, tumurcuq, çubuq).  4.  Ağac  məmulatlarını  bildirənlər 
(
odun, çırpı, taxta, kömür).  
Ağaca aid olan adlar bir sıra tematik söz qruplarının meydana 
g
əlməsinə  səbəb  olmuşdur.  Bunlar  aşağıdakılardır:  1.  Ağacın  çox 
olduğu yeri bildirənlər         (meşə, pöhrəlik, şivlik, bağ). 2. Ağaca 
aid hal v
ə  hərəkət bildirənlər (cücərmək, boy atmaq, çiçəklənmək, 
meyv
ə  gətirmək, bar vermək, dəymək,  yetişmək, kök atmaq, kök 
salmaq, yarpaqlamaq v
ə s.). 3. Ağacı becərməklə bağlı olan sözlər 
(
əkmək, ağac/şiv salmaq, peyvənd etmək/vurmaq, becərmək və s.). 
4.  Ağac  becərməklə  bağlı  olan  sənətkar və  sənət  adları  (bağban, 
bağçılıq, meşəbəyi, meşəçilik, odunçu, kömürçü). 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin