Ön söZ (M. M. Musayev) I. Azәrbaycan diLİNİn morfologiyasina yeni baxişlar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/26
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#14971
1   ...   14   15   16   17   18   19   20   21   ...   26

ӘR-ARVAD:  Arvadın  isməti,  ərin  izzəti.  Әrnən  arvadın 
torpağı  bir  yerdən götürülüb. Әr  axar  çaydır;  arvad  isə  bənd 
(M
əsəl). 
QAYNATA-QAYNANA
Qaynatam 
dövl
ətli olsun, 
qaynanam  s
əxavətli.  Qaynanam  qaynar qazan –  coşar-daşar; 
qaynatam c
əlb ağacı –göyə qalxar (Məsəl). 
QAYIN-BALDIZ
Baldızım  sarı  sancaq-sancar qaçar; 
qaynım  qayın  ağacı-kölgəsində  ceyran yatar (Məsəl). Sən mənim 
qaynımsan, bacın da baldızım (Danışıq). 
Qarşılıqlı-şərikli semantik əkslik münasibəti  aşağıdakı 
terminl
ər arasında özünü göstərir.     
QAYNATA/QAYNANA-
GӘLİN:  Qaynana, məgər  gəlin 
olmamısan?!  (Məsəl).  Qoy  sağ  olsun  qaynata, Hörmət edir gəlinə 
(Bayatı). Qaynana ilə qaynata gəlini tərbiyə etməyi qərara aldılar 
(“R
əvayətli ifadələr”). 
QAYNATA-QAYNANA-
KÜRӘKӘN:  Qaynanası  tez-tez 
d
əniz səfərlərində  mərhum  ərinin  başına  gələn sərgüzəştlərdən 
kür
əkəninə
*
 
nağıl edərdi (M.F.Axundov). 
203 

Eyni semantik 
əlaqə  əmidostu  və  qayınoğlu/qayınqızı, 
dayıdostu  və  baldızoğlu/baldızqızı  terminləri  arasında  da  özünü 
göst
ərir. 
Qan v
ə  nigah  qohumluğu  terminlərindən  aşağıdakılar 
münt
əzəm qarşılaşma münasibətində olur.  
ATA-QAYNATA:  Atamdan 
yaxşı  qaynata!  (“Kitabi-Dədə 
Qorqud”). 
Qaynatandır sənin atan (Xalq mahnısı). 
ANA-QAYNANA
Qaynanandır sənin anan (Xalq mahnısı). 
Anasın sevən oğul Sevər qayınanasın (Bayatı). 
QARDAŞ-QAYINQayınındır sənə qardaş (Xalq mahnısı). 
BACI-BALDIZ
Baldızındır sənə bacı (Xalq mahnısı). 
Nigah  qohumluğu  terminlərindən bəziləri mənsub  olduqları 
mikrosistem iç
ərisində  təcridolunmuş  mövqe  tutub,  başqa 
terminl
ərlə  semantik  əlaqəyə  girmirlər. Bunlar aşağıdakılardır: 
quda, bacanaq, elti, günü. H
əmin sözlər, qohumluq terminlərinin 
əksəriyyətinin  əksinə  olaraq, fərdiləşdirici  deyil,  eyniləşdirici, 
t
əsnifedici  xarakter  daşıyır.  Bu  özünü  onda  göstərir ki, həmin 
terminl
ər  predikativ  funksiyada  çıxış  edərkən  mütləq iki subyekt 
t
ələb edirlər. Məsələn: Mən və  o  bacanağıq. Təsnifedicilik qan 
qohumluğu terminlərindən bir qisminə də xasdır. Məsələn, əmioğlu, 
əmiqızı, xalaoğlu, xalaqızı terminləri də eyni  
cinsd
ən  olub,  aralarında  eyni  qohumluq  münasibəti olan 
şəxslər barəsində  işlənəndə  təsnifedicilik xüsusiyyəti  nümayiş 
etdirir. M
əsələn: Mən  və  o  xalaoğluyuq  Hətta eyni qohumluq 
münasib
ətinin cins əlaməti neytrallaşmış ifadə vasitələrinə də  
_______________ 
M
ənbədə səhvən “yeznə” getmişdir. 
 
t
əsadüf edilir. Әmiuşağı, xalauşağı terminləri belələrindəndir. 
Nigah qohumluğu terminlərindən günü sözü o birilərindən bununla 
f
ərqlənir ki, o nisbi mənalı olsa da, predikativ vəzifədə işlənərkən, 
sintaktik mövqeyi başqa-başqa olan sözlər (şəxs əvəzlikləri, isimlər) 
t
ələb edir: B.A.-nın günüsüdür. Bu ona görə belədir ki, bir kişinin 
iki arvadından sonrakı əvvəlkinin günüsü hesab olunur.  
 
 
204 

Sosioloji qohumluq bildir
ən terminlər 
 
Az
ərbaycan dilində  sosioloji qohumluq terminləri  istinasız 
olaraq faktiki (bioloji-sosioloji) qan qohu
mluğu  bildirən sözlərdən 
düz
əlir.  Sosioloji  qohumluq terminlərinin bir neçə  sözdüzəltmə 
üsulu vardır.  
1. 
Ögey  qohumları  bildirənlər.  Bunlar müvafiq qan 
qohumluğu  terminlərinin  əvvəlinə  ögey  sözünün  artırılması  ilə 
düz
əlir. Məsələn: ögey nənə. Bu məqsədlə istifadə olunan qohumluq 
terminl
ərindən ata, ana, dədə “ata” (Dan.), nənə “ana” (Dan.), oğul, 
qız, qardaş, bacı, əmi, bibi, dayı, xala sözlərini qeyd etmək olar.  
2.  Götürm
ə  yaxud qəbuletmə  qohumları  bildirənlər. Bu 
cür  qohumluğun  iki  ekstralinqvistik  amili var. Birincisi, 
az
ərbaycanlılar arasında eyni anadan süd əmmiş, lakin faktiki olaraq 
bir-birin
ə  qohumluğu  çatmayan  uşaqlar  bir-birinə  süd  qardaşı 
yaxın  süd  bacısı  hesab olunur. Müvafiq fərdlərin  sırf  sosioloji 
“qohumluğ”unu  bildirmək üçün yerinə  görə  süd  qardaşı  və  süd 
bacısı  terminlərdən istifadə  edilir.  İkincisi,  Azərbaycanda müvafiq 
dua  oxutmaqla,  qardaş  və  bacı  hesab  edilmək adəti də  dəbdə 
olmuşdur. Həmin adətlə əlaqədar olaraq, siğə qardaşı və siğə bacısı 
terminl
əri meydana gəlmişdir.  
Götürm
ə  sosioloji  qohumluğun  başqa  bir  ifadə  üsulu qan 
qohumluğu terminlərinə -lıq
4
 
şəkilçisinin artırılması yolu ilə düzəlir. 
M
əsələn, atalıq. Həmin məqsədlə ilkin material kimi ögey sözü ilə 
əlaqədar olaraq qeyd edilən qan qohumluğu terminlərindən istifadə 
olunur. 
Sosioloji qohumluq terminl
ərinin bioloji qohumluq terminləri 
il
ə  əlaqəsi  iki  şəkildə  özünü göstərir: Birincisi, sözdüzəltmə 
münasib
əti  şəklində:  bacı  →  bacılıq.  İkincisi,  sosioloji  qohumluq 
terminl
ərinin öz törədici  əsaslarına  xas  olan  semantik  münasibəti 
qo
ruyub saxlaması şəklində. Məsələn: qardaş – bacı → qardaşlıq – 
bacılıq. Bu, özünü onda göstərir ki, müxtəlif cinslərdən olan 
şəxslərdən birisinin özünə  bacılıq  hesab  etdiyi  şəxs onu özünə 
qardaşlıq  hesab  etməlidir. Qohumluq münasibətlərinin bu cür 
nisb
əti müvafiq terminlərin semantik münasibətində öz əksini tapır. 
Eyni sözü sosioloji qohumluq terminl
ərinin qrammatik əlaqələnmə 
205 

qabiliyy
əti  haqqında  da  söyləmək olar. Cütsubyektli predikat 
v
əzifəsində  çıxış  edə  bilən bioloji qohumluq terminlərinin 
tör
əmələri də  eyni xüsusiyyətlə  səciyyələnir. Müq.: et.  A. və  B. 
qardaşdırlar (qardaşlıqdırlar).  
 
 
 
 
Qohumluq (münasib
əti)  bildirən 
terminl
ər  
 
 
Qan v
ə nigah  qohumluğu terminlərindən qohumluq sözü ilə 
eyni sözdüz
əltmə  modelinə  malik olan sözlər düzəlir ki, bunlar 
qohumları deyil, qohumluq münasibətlərini bildirirlər. ( Halbuki, - 
lıq
4
 
şəkilçisi ilə  düzələn sosioloji qohumluq terminləri barəsində 
bunu dem
ək olmaz). Qohumluq münasibəti bildirən sözlər aşağıdakı 
qan v
ə  nigah  qohumluğu  terminlərindən düzəlir:  baba, nənə, ata, 
ana, oğul, qız, nəvə, qardaş, bacı, qardaşoğlu, qardaşqızı, bacıoğlu, 
bacıqızı, əmi, dayı, bibi, xala, eləcə də axırdan dörd terminin oğul 
v
ə  qız  sözlərinin köməyi ilə  əmələ  gələn törəmələri),  ər, arvad, 
qaynata, qaynana, kür
əkən, yeznə,  qayın,  baldız,  bacanaq,  elti, 
quda.  
Bu kateqoriyadan olan terminl
ər öz törədici  əsaslarının  bəzi 
semantik xüsusiyy
ətlərini (cins fərqi, qohumluq dərəcəsi bildirmək) 
t
əkrar edir, lakin bununla belə, qohumluq münasibətlərini müqayisə 
edil
ən tərəflərsiz ifadə  edir. Bunlar  şəxsləri  qohumluğa  görə 
s
əciyyələndirməyib, cümlədə  şəxs  əvəzlikləri və  xüsusi isimlər 
bar
əsində təyinedici vəzifə daşımır. Qohumluq münasibəti bildirən 
terminl
ər xüsusi isimlərlə  təyini söz birləşməsinin ikinci tərəfi 
m
əqamında  əlaqələnə  bilir. Məsələn: Xan Eyvazın  ərliyilə  Qoy 
tökülsün şux tellərin! (“Koroğlu”). 
Günd
əlik həyat və məişətdə adətən qan və nigah qohumluğu 
terminl
ərindən istifadə edildiyi üçün qohumluq münasibəti bildirən 
sözl
ər nitqdə nadir hallarda işlənir. Belə bir vəziyyət həmin sözlərin 
bütün semantik v
ə  qrammatik xüsusiyyətlərini öyrənməyə  mane 
olur. Buna baxmayaraq, 
əlimizdə olan az miqdarda materiallara və 
b
əzi ümumi mülahizələrə  görə  qohumluq münasibəti bildirən 
terminl
ərin istər mənsub olduqları mikrosistem içərisində, istərsə də 
206 

ondan k
ənardakı  semantik  əlaqələrinə  dair müəyyən mühakimə 
yürütm
ək olar.  
Sübut etm
əyə  ehtiyac yoxdur ki, qohumluq münasibəti 
bildir
ən terminlər öz törədici əsasları ilə sözdüzəltmə münasibətində 
olurlar (m
əsələn:  ata-atalıq  və  s.,) Müq. et: Ata  olmaq asandır, 
atalıq  eləmək çətin (Məsəl). Bununla əlaqədar olaraq onlar öz 
tör
ədici  əsaslarına  xas  olan  semantik  əkslik münasibətlərini 
saxlayırlar.  Bu  əksolunma ilə  bağlı  olan  törəmə  əkslik 
münasib
ətidir. Həmin xüsusiyyət ilk növbədə  qarşılıqlı-şərikli 
əkslik  münasibətində  olan terminlərin törəmələrinə  xasdır  (atalıq-
oğulluq,  gəlinlik-qaynanalıq  və  s.). Məsələn:  Dayı[lıq],  - 
bacıoğluluq öz yerində, Qara dayı haq-hesaba düz adam idi (Şükür 
H
əbibzadə).  Ən  maraqlısı  budur  ki,  qohumluq  münasibəti bildirən 
terminl
ər  öz törədici  əsaslarının  antonimləri ilə  də  əkslik 
münasib
ətinə  girirlər. Məsələn:  Nəvələrimə  nənəlik,  gəlinlərimə 
qaynanalıq  elədim (“Azərbaycan gəncləri”). Qeyd etmək  lazımdır 
ki, h
əmin sözlərin semantik müxtəlifliyinə  onların  cümlədə 
qrammatik v
əzifə  müxtəlifliyi  uyğun  gəlir. Həmin hadisə  ara-sıra 
başqa  söz  kateqoriyaları  arasında  da  müşahidə  olunur. Məsələn: 
Yaşdır, qurumaz (Tapmaca). Balakişinin qancığı [...] küçükləmişdir 
(Y.V.Ç
əmənzəminli).  Dağınıq  deyilsən ki, birləşəsən.  Artıq  da 
deyils
ən ki, əksiləsən (Nizami). 
 
Qohumluğa yaxın münasibət bildirən terminlər 
 
Az
ərbaycan dilində semantik cəhətdən qohumluq terminlərinə 
yaxın olan bəzi söz və ifadələr də var. Bu qəbildən olan sözlər iki 
əsas kateqoriyaya mənsubdur: a) qohumluğaqədərki sosial vəziyyəti 
bildir
ənlər;  b)  qohumların  ölümü  ilə  bağlı  olan  sosial  vəziyyəti 
bildir
ənlər. Bunları semantik izahları ilə birliklə nəzərdən keçirək. 
Qohumluğaqədərki sosial vəziyyəti bildirən sözlər  bunlardır: 
subay 
(oğlan,  qız)  –  “evlənməmiş  oğlan”,  “ərə  getməmiş  qız”; 
ərgən/ərlik  qız  –  “ərlik,  ərə  getməli  qız”:  deyikli  –  “körpəlikdən 
adaxlı  oğlan,  qız”;  adaxlı  –  “nişanlı”;  nişanlı  –  “nişan  qoyulmuş 
qız”; “nişanlısı olan oğlan” təzə bəy – “təzəcə evlənmiş oğlan”; təzə 
207 

g
əlin  –  “təzəlikdə  ərə  getmiş  qız”;  evli  –  “evlənmiş  oğlan,  kişi”  - 
ərli – “ərə getmiş qız, qadın”.  
Aşağıdakı söz və ifadələr valideyn və həyat yoldaşının ölümü 
il
ə əlaqədar yaranmış sosial vəziyyəti bildirir: yetim – “atası, anası 
ölmüş uşaq”.  Həmin sözün ata və ananın ölümü ilə əlaqədar olan 
dubletl
əri də  var:  atadan (dədədən) yetim;  anadan (nənədən) 
yetim, atasız (dədəsiz), anasız (nənəsiz)Dul- “arvadı ölmüş kişi”; 

əri  ölmüş  qadın”.  Həmin  sözün  qadın  barəsində  işlədilən  ərsiz 
dubleti d
ə var. 
Müvafiq  qohumların  olmamasını  (yoxluğunu)  bildirən 
terminl
ərə  görə  bir  sıra  varlıq  bildirən ifadələr də  yaranmışdır. 
Yetim  sözü v
ə  onun dubletlərinin müqabilində  atalı,  analı,  dədəli, 
n
ənəli;  dul (arvad)  və  ərsiz  sözlərinin müqabilində  isə  ərli  sözü 
işlənir. 
Göst
ərilən söz və  ifadələr  arasında  aşağıdakı  semantik 
əlaqələr müşahidə olunur. 
1. Cins f
ərqinə  əsaslanan semantik əkslik:  təzəbəy  – 
t
əzəgəlin, dədəli  –nənəli (Dədəli-nənəli  olsun. Nəzakət ifadəsi); 
d
ədəsiz-nənəsiz, atasız-anasız, dul kişi –dul qadın (arvad) və s.  
2. Ail
əli və sərbəst olmaq fərqinə əsaslanan semantik əkslik: 
evli-subay (Biri evli, ikisi subay idi. Y.V.Ç
əmənzəmənli); ərli-ərsiz 
(
Әrlilərin əri var, ərsizlərin tanrısı. Məsəl).  
3. Müvafiq qohumun olub-
olmamasının  fərqinə  əsaslanan 
semantik 
əkslik: atalı-yetim (Mən yetim, sən atalı (Bayatı); yetim-
d
ədəli  (Sən  dədəli, mən  yetim.  Bayatı);  dədəli-dədəsiz  (Dədəsizin 
n
ə həddi, Dədəliyə tən dura?! (Bayatı). 
“Varlıq” və “yoxluq” semantik əlamətli qohumluq terminləri 
bir-biri il
ə  yalnız  semantik  əkslik münasibətində  deyil, mənaların 
toplanması  (üst-üstə  gəlməsi) məqamında  da  işlənir.  Atalı-analı 
yetim,  d
ədəli-nənəli yetim  ifadələri bu cür meydana gəlmişdir. 
M
əsələn: Belə  analı  yetimlərə  ömrümdə  çox rast gəlmişəm 
(Y.V.Ç
əmənzəminli). 
Qohumluğa yaxın sosial vəziyyət bildirən terminlərdən biri də 
sonsuz  sözüdür.  Bu söz nigah münasib
ətində olub, övladı olmayan 
şəxsləri bildirir. Gözləmək olardı ki, müvafiq sistemdə həmin sözün 
semantik  qarşılığı  sonlu  sözü  olacaqdır.  Ancaq  mənfi mənalı 
208 

düz
əltmə  sözün semantik müqabili heç də  həmişə  eyni kökdən  
kökd
ən olan müsbət  mənalı  düzəltmə  söz olmur. Belə  sözlərin 
müqabili başqa olan müsbət mənalı düzəltmə söz, hətta daha böyük 
sintaktik vahid (cüml
ə, indiomatik ifadə) ola bilər.  Sonsuz  sözü 
oğul-qız  sözləri və  onların  semantik-sözdüzəltmə  törəmələri ilə 
semantik 
əkslik münasibətinə girir. Müq: et.: Oğullu-qızlı olsunlar 
(Alqış). Oğlum da var, qızım da (Danışıq). 
 
Qohumluq terminl
əri sisteminin təşkilatı haqqında 
 
Qohumluq terminl
ərinin tematik qruplar içərisində və tematik 
qruplar (mikrosisteml
ər)  arası  əlaqə  baxımından  öyrənilməsi bəzi 
ümumil
əşdirmələr etməyə əsas verir.  
Qohumluq terminl
əri arasında semantik münasibətlər bir sıra 
amill
ərlə  müəyyən olunur. Bura terminlərin semantik tərkibi, 
terminl
ər  arasında  semantik  və  sözdüzəltmə  ardıcıllığı  münasibəti, 
terminl
ərin ifadə  etdikləri  qohumların  cins  fərqinə  görə 
diferensiallaşması,  qohumluq  əsasının  əksliyi zəmində  meydana 
çıxan semantik əlaqə və s. daxildir. 
H
əmin semantik əlamətlər, eləcə  də  cins-növ münasibətləri 
qohumluq terminl
əri  arasında  bərabər  yayılmamışdır.  Bundan 
ba
şqa,  bəzi semantik əlamətlərə  bir çox terminlərdə  təsadüf 
olunduğu halda, bəzi əlamətlər bir neçə yaxud tək-tək terminlərdə 
özünü göst
ərir. Məsələn, cins əlaməti birincilərə  misal ola bilər. 
Qohumluq terminl
ərinin bu xüsusiyyətinə  U.Veynreyx diqqət 
yetirmi
şdir.  O,  bu  barədə  yazır:  “Lüğətin  (qohumluq  adları  və 
spektrin r
ənglərinin adları kimi) ən çox “terminləşmiş” sahələrində 
eyni semantik f
ərqləndirici komponentlərə  çoxsaylı  işarələrin 
t
ərkibində rast gəlmək olur” [1. 218]. 
Bacanaq, elti, günü, quda  v
ə  s.  terminlərdəki semantik 
əlamətlər isə  fərdi  xarakter  daşıyır,  bunlar  başqa  terminlərdə 
yoxdur.  
Qohumluq terminl
əri bir-biri ilə  olduqca müxtəlif semantik 
münasib
ətlərə  görə  bilirlər. Bu münasibətlərin bəziləri terminlərə 
daxil
ən  xasdır,  bəziləri isə  terminlərin  zahiri  qarşılaşmasına 
əsaslanır.  Bunlar  aşağıdakılardır.  1.  Bərəkslik  (qarşılıqlı-  şərikli 
209 

əkslik) münasibəti. 2. Cins fərqinə  əsaslanan  əkslik. Müvafiq 
terminl
ər ümumi semantikaya malik olur. Məsələn,  ata  və  ana 
terminl
ərində  bu, “valideyn”, oğul  və  qız  terminlərində  “övlad” 
m
əzmunundan ibarətdir.  3.  Semantik  ardıcıllıq  münasibəti (ata-
baba, ana-n
ənə). 4. Sözdüzəltmə münasibəti (qardaş-qardaşoğlu). 
Qeyd etm
ək  lazımdır  ki,  sözdüzəltmə  münasibətində  olan 
terminl
ər arasında semantik ardıcıllıq münasibəti də olur. Lakin bu 
iki semantik münasib
ət arasında mühüm bir fərq var, o da bundan 
ibar
ətdir ki, sözdüzəltmə münasibətində olan sözlərdən biri şəkli və 
m
əzmun cəhətdən o birisinin tərkibinə  daxil olur. Semantik 
ardıcıllıq  münasibətində  olan sözlərdən biri  o birinin tərkibinə 
implisit  şəkildə  daxil olur (baba-  “atanın,  ananın  atası”;  əmi
“atanın qardaşı”). 
Bir  sözün  bütün  başqa  sözlərlə  əmələ  gətirdiyi  əkslikləri 
n
əzərdən keçirməklə  biz  onun  tam  semantik  paradiqmasını  əldə 
etmiş  oluruq.  Bu,  əkslikdə  iştirak edən terminlərin  sayı  ilə 

əyyənləşir.  Terminin  qarşılaşdığı  terminlərin  sayı  isə  az və  ya 
çox ola bil
ər, lakin hər  bir  ayrıca  halda  qarşılaşma  iki  termin 
arasında  və  bir  əlamət  əsasında  baş  tutur.  Deməli, termin mənsub 
olduğu  sistemdə  neçə  sözlə  semantik  əlaqəyə  girir-girsin, onun 
h
əmin sistemdəki  yeri  onun  yalnız  özünə  mənsub olan sintetik 
s
əciyyəli fərdi semantikası ilə müəyyən olunur.  
İndi  isə  terminlərin semantik münasibətlərinin  vahid  şəbəkə 
əmələ  gətirmək  imkanını  nəzərdən keçirək. Terminlərin semantik 
münasib
ətləri onlara daxilən xas olan, yaxud olmayan semantik 
xüsusiyy
ətlərlə  əlaqəsinə  görə  təsnif edilə  bilər. Terminə  daxilən 
xas olan o xüsusiyy
ətdir  ki,  o  başqa  terminlərdə  təkrar olunsun, 
yaxud onlarda z
əruri bir xüsusiyyət tələb etsin. Məsələn, ata və ana 
terminl
ərdə  təkrar olunan xüsusiyyət “valideyn” semantik tərkib 
hiss
əsidir,  onların  hər birinə  məxsus olub, bir-birini  qarşılıqlı 
sur
ətdə  şərtləndirən  əlaməti isə  “kişi”  və  “qadın”  semantik  tərkib 
hiss
ələridir. Terminə  daxilən xas olmayan o əlamətdir ki, o, 
müvafiq semantik v
ə  s. sözdüzəltmə  sırasında  bir  terminin 
başqasından sonra gəlməsi ilə şərtlənir. Məsələn, semantik ardıcıllıq 
münasib
əti belə bir əlamət hesab edilə bilər.  
210 

Qeyd etm
əliyik ki, eyni semantik münasibət müvafiq 
terminl
ərin birindən ötrü daxilən xas olan əlamət, başqasından ötrü 
is
ə  zahiri  əlamət ola bilər.  Bu,  semantik  ardıcıllıq  münasibətində 
olan terminl
ərin  əmələ  gətirdiyi silsilələrdə  tez-tez nəzərə  çarpır. 
M
əsələn,  ata-baba  və  ana-nənə  semantik  əkslikləri  yalnız  ikinci 
t
ərəflərdən ötrü əhəmiyyət kəsb edir. Bunun səbəbi odur ki, baba və 
n
ənə  terminləri  ata  və  ananın  semantik törəmələridir; ikincilərin 
birincil
ər barəsində izahedici rolu vardır. 
Zahiri  semantik  qarşılaşmaya  əsaslanan  əlamət  daha  geniş 
miqyasda zaman adları və zərfləri, eləcə də miqdar və sıra saylarına 
xasdır.    Ona  görə  də  o, “cins” əlaməti ilə  birlikdə  ən universal 
semantik 
əlamətlərdən hesab edilə bilər. 
Qohumluq terminl
əri  arasındakı  semantik  münasibətlər 
terminl
ərin semantik tərkibləri  (tutumları),  hansı  qohumluq 
d
ərəcələrini ifadə  etməsi ilə  sıx  şəkildə  bağlıdır.  Həmin 
münasib
ətlərdən birinə  görə  başqalarının  necə  olacağını  söyləmək 
mümkün deyil. Qohumluq terminl
əri  arasında  özünü  göstərən 
semantik münasib
ətləri birlikdə  nəzərdən keçirsək,  bunların 
aşağıdakı növlərini müəyyənləşdirə bilərik: bununla əlaqədar olaraq 
b
əzi termin birliklərini nəzərdən keçirək (Bu barədə  terminlərin 
semantik ardıcıllıq və sözdüzəltmə münasibətləri istisna təşkil edir). 
ATA//ANA-
OĞUL//QIZ.  Həmin terminlərin hər birinə 
“cins” v
ə “qohumluq dərəcəsi” semantik tərkib hissələri məxsusdur. 
Ona gör
ə də bu terminlər müvafiq şəkildə həm cins fərqi (ata-ana
oğul-qız), həm də  qohumluq dərəcəsi fərqinə  (ata-oğul,  ata-qız, 
ana-
oğul,  ana-qız) görə  semantik  əkslik münasibətlərinə  girirlər. 
Bel
əliklə, göstərilən terminlərin  tam  semantik  paradiqmasını 
dördbucaqlı şəkildə təsəvvür etmək olar:  
 
ata                            oğul 
 
ana                            qız 
 
Dem
əli, göstərilən dördlüyü hər bir üzvü üç semantik 
münasib
ətdə olur. Danışıq dilinə mənsub olan dədə//nənə-oğul//qız 
211 

dördlüyü d
ə  eyni sayda və  eyni xarakterdə  olan semantik 
münasib
ətlərlə səciyyələnir.  
Az
ərbaycan dilinin qohumluq terminləri sistemində  daha iki 
dördlük diqq
əti cəlb edir: əmi//bibi-qardaşoğlu//qardaşqızı
dayı//xala-bacıoğlu//bacıqızı.  Gözləmək  olardı  ki,  həmin terminlər 
d
ə  yuxarıdakılar  kimi  semantik  münasibətlər  şəbəkəsi  əmələ 
g
ətirəcəklər. Lakin belə deyil. Həmin terminlərin semantik əlaqələri 
aşağıdakı şəkildə təsəvvür olunmalıdır.  
 
qardaşoğlu 
əmi                                         bibi 
qardaşqızı 
    
İş  burasındadır  ki,  əmi  və  bibi,  dayı  və  xala  terminləri 
m
əxsusi sözdüzəltmə sıraları əmələ gətirirlər. Bu isə müvafiq termin 
cütl
ərinin cins fərqinə görə qarşılaşmasını aradan qaldırır.  
Qohumluq terminl
əri sistemində bunun əksinə olan hadisəyə 
d
ə  təsadüf olunur. Bəzi terminlər  ümumi  olub,  şərikli olmayan 
terminl
ərlə eynixarakterli münasibətlər əsasında söz birlikləri əmələ 
g
ətirir. Həmin terminlərin  əlaqələri  yuxarıdakı  sxem  (romb)  üzrə 
t
əsəvvür oluna bilər. Lakin nəzərə almaq lazımdır ki, həmin rombun 
k
ənarlarındakı  (sağ  və  sol tərəflərindəki) terminlər bir-biri ilə 
ümumi 
əlamətə  malik deyillər. Dediyimizə  qaynata, qaynana, 
kür
əkən, gəlin;  qayın,  baldız,  qardaşarvadı  terminlərinin  əmələ 
g
ətirdikləri birliklər misal ola bilər. Qeyd olunan semantik 
münasib
ətlər  şəbəkəsini  bir  söz  birliyinin  timsalında  nəzərdən 
keçir
ək. 
   
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin