Ön söZ (M. M. Musayev) I. Azәrbaycan diLİNİn morfologiyasina yeni baxişlar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/26
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#14971
1   2   3   4   5   6   7   8   9   ...   26

 
1.2. Türkoloj
i  dilçilikdə  funksional  qrammatika  məsələsi 
v
ə tədqiqi 
 
Türk dill
əri bu günə  qədər  əsas etibarilə  təsviri, tarixi-
müqayis
əli, müqayisəli-tarixi və  müqyisəli-tutuşdurmalı  dilçilik 
metodları  ilə  öyrənilmişdir.  Ancaq,  1970-ci illərdən etibarən 
türkoloji dilçilikd
ə  də  yeni  linqvistik  metodlarla  aparılmış 
araşdırmalar  diqqəti  cəlb  etməyə  başlamış,  struktur-semantik və  
funksional qrammatika anlayışı və buna uyğun ilk elmi işlər ortaya 
çıxmışdır.  İndiyə  qədər  aparılmış  olan  həmin  araşdırmaları,  o 
 
15 
 

cümlədən  semantik  və  funksional  dəyərləndirmələri  bütövlükdə 
məzmun  və  ifadə  planı,  ayrılıqda  isə  yönüm  və  yöntəm  etibarilə 
dörd qrupa bölmək mümkündür: 
Birincisi 
həmin  zaman  içərisində  felin  tərz,  növ,  şəxs  və  s. 
ayrı-ayrı  qrammatik  kateqoriyalarının  funksional-semantik  sahələr 
üzrə    konkret  türk  dillərində  işlənilməsinə  və  onların  tarixi 
inkişafının öyrənilməsinə dair yeni bir türkoloji-linqvistik anlayışla 
müəyyən  araşdırmalar  aparılmışdır  (Musayev  2012:    197).  V.  Q. 
Quzev  əski  Anadolu  mətnlərinin  materialları  əsasında  felin növ 
kate
qoriyasına  (1984;  1986)  və  funksional-semantik  aspektdə 
ümum
türk  sözdəyişməsi  nəzəriyyəsinin  bəzi  məsələlərinə  (1985) 
dair  məqalələr  yazmışdır.  Həmin  məqalələrdə  dil-danışıq  vahid-
lərinin  qrammatik  mənaları  haqqında  önəmli  korrektivlər  edil-
mişdir.  Məsələn,  felin  məlum  növüylə  önun  digər  medial  (orta) 
səciyyəli icbar, məchul, qayıdış və qarşılıq-müştərək növləri arasın-
dakı funksional-semantik fərqliliklər somut dil materialları əsasında 
göstərilmişdir.  D.M.Nasilovun  özbək  dilində  kəmiyyət  aspektul-
lığına    (1985)  və  türk  dillərində  funksional-semantik  sahələrin 
qarşılıqlı  əlaqəsinə  (1989)  dair  yazdığı  məqalələr  də  diqqəti  cəlb 
edir.  Birinci  məqalədə  tərz  kateqoriyasının  konkret  bir  məsələsi 
araşdırılmış, ikinci məqalədə isə türk dillərində funksional-semantik 
sahələrin arasındakı əlaqələrin əsas parametrləri göstərilmişdir.  
İkincisi  cümlə  və  mətn  komponentəri  arasında  aktual 
üzvlənməyə söykənən qrammatik, semantik, funksional əlaqələr və 
bəzi  simmetrik-asimmetrik  özəlliklər  türk  dilləri  materialları 
əsasında  da  artıq  təsbit  olunmuşdur  (Абдуллаев  1983;  1984; 
Abdullayev1999; Maxmudov 1984: 49-56; Nurmanov 1992).  
Üçüncüsü 
sözügedən dillərdə morfoloji və sintaktik vahidlərə 
dair  qrammatik  kateqoriyaların  struktur-semantik  və  funksional 
kriteriyal
arı  yeni  linqvistik  yönüm  və  yöntəmlərlə  öyrənilmişdir. 
Məsələn, sadə və mürəkkəb cümlələrin sintaqmatik və paradiqmatik 
özəllikləri  göstərilmiş  və  onların  dil  sistemindəki  uyğun  struktur-
funksional  modelləri  müəyyənləşdirilmişdir  (Ахматов  1983; 
Бердалиев 1989; Турниязова... 1992: 87-91; Musayev 2011).  
 
16 
 

Dördüncüsü 
sözügedən  araşdırmalarda  tədbiq  edilən 
linqvistik  yöntəmlərin  bir  ümumi  metodologiya  şəklində 
müəyyənləşdirilməsi  istiqamətində  türk  dillərində,  özəlliklə  də 
Türkiyə  türkcəsində  bir  çox  linqvistik  terminin  türkcə  olaraq 
qarşılıqları  yaradılmışdır  (Berge  1989).  Həmin  növ  terminlər 
ənənəvi  türkoloji  kontekstdə  türk  dillərinə  uyğunlaşdırılmış  və 
kodlaşdırılmıştır  (Исхакова  1987).  Bu  gün  həmin  linqvistik 
terminlərin  ifadə  etdiyi  qavramların  köhnə  ənənəvi qrammatik 
istiqamətlərdə  aparılmış  olan  tədqiqatlarda  işlənilən  terminlərlə 
açıqlanması artıq mümkün deyildir. Bəlkə, sadəcə bir qismi onlarla 
işlənilə  bilən  bir  səciyyədədir.  Çünki  sözügedən  terminlər 
bütövlükdə dilçilik elminin inkişafına bağlı olaraq aparılan ümumi 
linqvistik  müşahidələrə  və  kameral  işlərə  bağlı  olaraq 
yaradılmaqdadır.  Onlar  yenidən  təsnifləndirilən,  ümumi  özəllikləri 
və  təfərrüatları  ilə  şəkilləndirilən  linqvistik  qavramlaşdırma  və 
kateqoriyalaşdırmalara  əsasən  dəqiqləşdirilməkdə  və  kodlaşdırıl-
maqdadır. Məsələn, Azərbaycan dilində “sintaqm” və “sintaqmatik 
üzvlənmə”,  Türkiyə türkcəsində isə onların qarşılıqları olaraq “söz-
cə”  və  “sözcələmə”  terminləri  kimi.    Bizim  Türkiyədə  Kültür 
Bakanlığı  tərəfindən  yayımlanan  “Türkolojinin  Çeşitli  Sorunları 
Üzerine Makaleler-
İncelemler”  adlı  kitabımızda  türkcə  olaraq 
işlətdiyimiz  “tekbirleşimli  (subordinativ),  tambirleşimli  (koordi-
nativ),  çiftbirleşimli  (korrelyativ),  parselyatik,  retprosperspektif, 
(Musaoğlu  2002:  105;  315-320)    kimi  terminlərlə  ifadə  olunmuş 
qavramlar  və  kateqoriyalar  da  bu  qəbildəndir.  Bunun  kimi  Hind-
Avropa dillərində ənənəvi və yeni dilçilik istiqamətlərində aparılmış 
olan  araşdırmalarda  işlənilən  linqvistik  terminlər  arasında  da 
müəyyən fərqlər özünü göstərməkdədir (ЛЭC 1990: 603-626; 627-
650).  Beləliklə,  keçən  əsrin  70-ci  illərindən  başlayaraq  türkoloji 
dilçilikdə  yeni  linqvistik  yönüm  və  yöntəmlərlə  aparılan 
araşdırmalar  və  ayrı-ayrı  türk  dillərinə  dair  sözügedən  istiqamətdə 
görülən konkret praktik işlər günümüzdə artıq müəyyən bir elmi və 
metodoloji  səviyyəyə  gəlib  çatmışdır.  Həmin  araşdırmalar  və  ya 
elmi-
praktik  işlər  əsas  etibarilə  semantik,  funksional,  riyazi, 
 
17 
 

sosiolinqvistik,  statistik,  korpus,  mətnlinqvistik,  koqnitiv-
konseptual  və  s.  digər  yeni  araşdırma-öyrənilmə  yönümləri  və 
yöntəmləri ilə aparılmışdır (Musayev 2012: 196-199). 
Qeyd  olunmalıdır  ki,  əsas  etibarilə  XX  yüzilin  başlarından 
etibarən rus dilindən alınaraq müxtəlif türk ədəbi dillərində işlənilən 
linqvistik  terminlərin  unifikasiyasında  biz,  əsasən,  iki  vəziyyəti 
müşahidə  edirik.  Birincisi  linqvistik  terminlər  müxtəlif  türk  ədəbi 
dillərinin  orfoqrafiya  və  orfoepiya  qaydalarına  uyğunlaşdırılır. 
İkincisi  isə  sözügedən  terminlərin  müxtəlif  türk  ədəbi  dillərində 
qarşılıqları  yaradılır.  Bu  gün  birinci  yöntəmin  daha  yayğın  olaraq 
həyata  keçirildiyi  müşahidə  olunur.  Bu  da  qloballaşmanın  getikcə 
geniş  bir  vüsət  alması,  elm  və  texnologiyanın,  özəlliklə  də  infor-
masiya  texnologiyalarının  sürətli  inkişafıyla  bağlıdır.  Sözügedən 
kontekstdə  “Dilçilik  Ensiklopediyası”  (2006;  2008)  adlı  bu 
yaxınlarda  yayımlanan  kitab  sadəcə  rus  dilindən  alınan  linqvistik 
terminlərdən  istifadə  olunmasıyla  deyil,  həm  də  müasir  dilçilik 
emlinin  inkişafı  və  onda  ortaya  çıxan  müxtəlif  elmi  yeniliklərin 
təqib  edilməsi  baxımından  da  çox  aktualdır.  Həmin  kitabda  həm 
sözügedən  linqvistik  terminlərin  ingilis,  alman,  fransız  və 
Azərbaycan dillərində qrşılıqları verilir, həm də onların terminoloji 
mənası və linqvistik məzmunu fundamental elmi mənbələrə əsasən 
konkret  dil  örnəkləriylə  açıqlanır.  Belə  bir  ensiklopedik dilçilik 
lüğəti  sadəcə  Azərbaycan  filologiyasında  deyil,  bütövlükdə  türko-
logiyada  və  türkoloji  dilçilikdə  də  bir  ilk  kitab  hesab  olunmalıdır. 
Əslində  həmin  ensiklopedik  lüğət  funksional  söz  yaradıcılığı 
baxımından  da  diqqəti  çəkir.  Belə  ki,  lüğətdə  yer  alan  terminlərin 
bir qismi işlənildiyi dildən olduğu kimi alınaraq dilimizin orfoepik 
və orfoqrafik qaydalarına uyğunlaşdırılır, digərlərinin isə çox vaxt 
kalka,  bəzən  də  leksik,  morfoloji  və  sintaktik  yollarla  uyğun 
qarşılıqları yaradılır. Beləliklə də dilimizdə işlənilən və sözün geniş 
mənasında  çağdaş  sosial  elmşünaslığın  bir  çox  sahəsi  ilə  əlaqədar 
olan  termin  sözlərin  sayı  artır  və  nəticə  etibarilə  dilimizin  lüğət 
tərkibi zənginləşir və onun ifadə imkanları artır. 
 
18 
 

1980-ci ill
ərdən bəri formalaşan  koqnitiv  elm,  koqnitiv 
linqvistika v
ə  kompüter-mühəndis dilçiliyi sahələri struktur-
semantik v
ə  funksional  araşdırmalar  əsasında  yeni  bir  konseptual-
funksional qrammatika anlayışını da gündəmə gətirmişdir. Əslində 
bel
ə  bir  anlayışın  dilçilikdəki gündəmə  gəlişini  “çağdaş 
linqvistikada funksional 
ənənə  ilə  generativ istiqamətin 
birl
əşdirilməsi və  uyğun  metodlarının  bir  yerdə  tətbiq olunması 
ist
əkləri” (Φëдoрoва 2008: 98-1004) də dəstəkləməkdədidr. Çünki 
müasir  dilçilikdə  dil-nitq  vahidlərinin  həm  konseptual  özəllikləri, 
həm  də  onların  qrammatik  mənaları  konkret  linqvistik  funksiyalar 
səviyyəsində  öyrənilir.  Struktur  dilçiliyin  əsasları,  meydana 
gəlməsi, inkişafı, mövcud cərəyanları; morfemika və sintaqmatika, 
semantika və praqmatika məsələləri; işarələrin mahiyyəti, növləri və 
funksiyaları  Azərbaycan  dilində  ana  dilimizin  materialları  ilə  də 
açıqlanır  (Veysəlli  2005;  2008;  2009;  2010).  Bu  isə  Azərbaycan 
dilinin  funksional  qrammatikasını  yazmağa  imkan  verən 
konseptual-
linqvistik  kontekstin  və    uyğun  bir  diskurs  ortamının 
yarandığını göstərən amillərdən biri olaraq qiymətləndirilməlidir. 
Bu  gün  Azərbaycan  bədii  mətni  artıq  çağdaş  mətn  dilçiliyi 
səviyyəsində konseptual, ədəbi, semiotik, linqvistik yöntəmlərlə və 
bütün dil-
nitq  parametrləriylə  öyrənilməkdədir (Abdullayev., 
Məmmədov.,  Musayev.,  Üstünova  2012).  Qeyd  olunmalıdır  ki, 
mətin  dilçiliyi  və  sintaksis  sahəsində  indiyə  qədər  Azərbaycan 
dilçiliyində aparılmış olan bütün araşdırmalar və nəhayət yuxarıda 
göstərilən  fundamental  əsər  də  artıq  dilimizin  funksional 
qrammatikasının  yazılmasının  mümkün  olduğunu  və  vaxtının 
çatdığını açıb göstərməkdədir. 
Yuxarıda  göstərilən  bütün  araşdırmalar,  struktur  diçiliyin 
müxtəlif məsələlərinə, mətn dilçiliyinə və sintaksisinə dair yazılmış 
əsərlər  və  nəhayət  ensiklopedik  dilçilik  lüğəti  Azərbaycanda  ana 
dilimizin  funksional  qrammatikamızın  yazılmasının  linqvistik 
kontekstinin  yarandığını  və  vaxtının  çatdığını  göstərir.  Ancaq, 
türkoloji dilçilikdə funksional qrammatika məsələlərinin özəl olaraq 
araşdırılmasının  vəziyyəti  və  bu  gün  gəlinən  nöqtə  də  sözügedən 
 
19 
 

işdə  çox  önəmlidir!  Məhz  bu  kontekstdə  yuxarıda  V.  Q.  Quzevin 
(1984;  1985;  1986)  və  D.  M.  Nasilovun  (1985;  1989)  funksional 
qrammatikanın  özəl  məsələlərinə  dair  yazılmış  məqalələrindən 
qısaca  olaraq  bəhs  olundu.  Bunlar  türkoloji  dilçilikdə  funksional 
qrammatika məsələlərinə həsr olunmuş ilk ciddi linqvistik işlərdən 
hesab  oluna  bilər.  Türk  dillərində  birbaşa  funksional  qrammatika 
məsələləriylə əlaqədar olaraq yazılmış digər əsərlər də yox deyildir. 
D.  Q.  Tumaşeva  (1986)  tatar  dilində  feillərə  aid  olan  qrammatik 
kateqoriyaları  bir  ilk  təcrübə  olaraq  funksional-semantik  aspektdə 
öyrənir.  Gerjan  van  Schaaikin  Türkiyə  türkcəsində  yazdığı 
“Funksional  qrammatika  nədir?”  (1998)  adlı  məqaləsində 
sözügedən qrammatika növünün nə olduğu açıqlanır, onun ümumi 
prinsiplərindən,  struktur  vahidlərinin  xarakterik  linqvistik 
özəlliklərindən və bütün bunların türk dilinə sintaktik və morfoloji 
örnəklərlə tətbiq olunmasından ardıcıllıqla və geniş bir şəkildə bəhs 
edilir.  Mehman  Musaoğlunun  da  Türkiyə  türkcəsində  yazdığı 
“Türkçenin İşlevsel Dilbilgisi ve Metin Kompozisyonu” (2003) adlı 
məqaləsində 
funksional 
qrammatikanın 
metodlarından, 
mənbələrindən,  ümumtürk  dilinin  funksional  qrammatikasının 
ontoloji-
linqvistik  əsaslarından  söhbət  açılır.  Həmin  məqalədə 
funksional-
semantik  sahələrin  qrammatik  kateqoriyalarla  ifadəsi 
bədii  mətn  örnəkləriylə  göstərilir.  Türkoloji  dilçilikdə    funksional 
qrammatika  məsələləri  haqqında  yazılmış  ən  son  əsərlərdən  biri 
kimi isə tatar dilçisi F. Ə. Qəniyevin məqaləsi diqqəti çəkir. Onun 
“Funksional  qrammatikanın  problemi  haqqında”  (2009)  adlı 
məqləsində həm dünyada və rus dilçiliyində, həm də türkologiyada 
və  tatar  dilçiliyində  funksional  linqvistika  və  qrammatikanın 
öyrənilməsindən  daha  ətraflı  bəhs  edilir.  Sözügedən  məqalədə 
funksional  qrammatikanın  linqvistik  mahiyyəti  və  onun  tədqiqat 
obyekti  konkret  olaraq  söz  yaradıcılığı  örnəkləri  və  ya  kök  və 
şəkilçi  morfemlərlə  açılıb  göstərilir.  Ancaq  bütün  bu  göstərilənlər 
türkoloji  dilçilikdə  funksional  qrammatikanın  öyrənilməsində 
hələlik  başlanğıc  xarakteri  daşıyır.  Çünki  türk  dilləri  materialları 
əsasında indiyə qədər funksional linqvistikaya və qrammatikaya aid 
 
20 
 

daha  nə  sanballı  bir  monoqrafiya,  nə  də  dərs  kitabı  və  vəsaiti 
yazılmamışdır.  Bu  baxımdan  Azərbaycan  dilinin  sözügedən 
funksional  qrammatikası  həm  türkologiyada,  həm  də  Azərbaycan 
filologiyasında  bir  linqvistik  yenilik  və  ilk  elmi,  metodoloji  və 
praktik təcrübə olacaqdır. Bu iş sözügedən fənnin dünyadakı bütün 
türkoloji mərkəzlərdə, Türk dünyasının müxtəlif akademik qurum-
larında,  o  sıradan  ali  və  orta  məktəb  təhsili  sistemində  həm  elmi-
filoloji, həm də  praktik olaraq öyrənilməsinin yolunu açacaqdır.  
 
1.3. 
Azərbaycan dili funksional qrammatikasının 
konseptual-linqvistik perspektivl
əri 
 
Türk  dillərinin  linqvistik-kommunikativ sistemi, hər  şeydən 
önc
ə, saitlərin və  samitlərin  qarşılıqlı  səs uyumuna, sözdüzəldici, 
sözd
əyişdirici  və  formadüzəldici  şəkilçilərin  aqqilütinativ  sırasına, 
analitik və sintaktik səciyyəli söz yaradıcılığı əsaslaına görə müəy-
y
ənləşdirilir.  Göstərilən  sistemin  tərkib  hissələri  bir-birinə  qram-
matikal, aspektual v
ə konseptual olaraq bağlanır. Cümlə üzvlərinin 
“mübt
əda,  tamamlıq,  xəbər”  sıralı  simmetrik  və  daha  geniş  bir 
müst
əvidəki “təyin, mübtəda, təyin, tamamlıq, zərflik, xəbər” səciy-
y
əli genişlənən  asimmetrik  sıralanması  burada  önəmli  bir  rol 
oynayır.  
Azərbaycan  dilinin  sinxronik  dil-işlənilmə  sisteminin yuxa-
rıda göstərilən funksional qrammatika metodologiyasının və funksi-
onal-
semantik  sahələrin  əsas prinsipləri səviyyəsində  müəyyənləş-
dirilm
əsi  dilimizin  qrammatik  və  söz  yaradıcılığı  səviyyələrinin 
öyr
ənilməsinə  uyğundur.  Bu,  fikrimizcə,  ümumtürk  dilinin  səs 
uyumu, aqqilütinativ v
ə sabit sintaktik quruluşu ilə Avropa İttifaqı 
v
ə  gələcək  Avrasiya  çoxdillilik  ortamında  dəyişən dil tədrisi və 
t
əlimi dəyərləri (Templer 2002) ilə də ziddiyyət təşkil etməyəcəkdir. 
Bununla b
ərabər, elm və  informatikanın  inkişafının  dəyişmə 
sür
ətinə görə əmələ gələn yeni semantik-funksional anlam sahələri, 
m
ərkəzləri və  çalarlarının  sinxronik-kommunikativ, mətnlinqvistik 
v
ə  konseptual olaraq mühəndis dilçiliyi ilə  təsvir  olunması  da 
 
21 
 

qaçınılmazdır.  Azərbaycan  dilinin  funksional  qrammatikası  bəzi 
orijinal  özəllikləriylə  A.V.Bondarkonun  yuxarıda  verilən  funksi-
onal-
semantik sahələrin təsnifindəki prinsiplər üzrə qurula bilər.   
Sözügedən  qrammatika  kitabında  dil-danışıq  ortamına  görə 
şəkillənərək  işlənilən  simmetrik  və  asimmetrik  səciyyəli 
mətnlinqvistik, sintaktik, morfoloji, fonomorfoloji, morfematik, söz 
yaradıcılığı  və  frazeoloji  dil-danışıq  vasitələrinin  funksiyalarının 
kommunikativ işləmə mekanizmi təsvir olunmalıdır.     
 
Әdəbiyyat 
Абдуллаев  К.М.  1983,  Проблемы  синтаксиса  простого 
предложения в азербайджанском языке. Бакы, Елм. 
Abdullayev K.M. 1999, Az
ərbaycan dili sintakasisinin nəzəri prob-
leml
əri, Ali məktəblər üçün dərs vəsaiti, “Maarif” Nəşriyyatı, Bakı, 
279 s. 
Abdullayev K. M., Məmmədov A. Y., Musayev M. M., Üstünova 
K. Novruzova N. S., Hüseynov Ş. Q., Rzayeva G. N., Hacıyeva K. 
B., Ziyadova L. V., Fətəliyeva S. Q., Nağıyeva G. Q., Məhərrəmova 
G. A., Ze
ynalova Ş. T., Səlimova F. Q., Məhərrəmova V. H. 3012, 
Azərbaycan  dilində  mürəkkəb  sintaktik  bütövlər,  (Dərs  vəsaiti), 
Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi,  Bakı  Slavyan 
Universiteti, Bakı, 605 s.  
Axмaтoв И. Х. 1983, Структурно-семантические модели прос-
того предложения в современном карачаево-балкарском языке 
(осовные вопросы теории), Нальчик: Изд-во “Эльбрус”, 355 s. 
Бeрдaлиeв  А.  1989,  Семантико-сигнификативная  парадигма-
тика и синтагматические отношения в конструкциях сложно-
подчиненного  предложения  узбекского  литературного  языка. 
АДД. Ташкент, 51 с. 
Berge, Vardar 1989, 
Açıklamalı  Dilbilim  Terimleri  Sözlüğü
Ankara, 295 s. 
Бондарко А. В. 1984, Функциональная грамматика, Л: “Наука”, 
Лeнингрaдское отделение. 
 
22 
 

Бондарко  А.  В.  1987,  Введение.  Основания  функциональной 
грамматики. Л: “Наука”, Лeнингрaдское отделение, с. 5-36.  
DİLÇİLİK ENSİKLOPEDİYASI. I cild, 513 s.; II cild, 526 s. (dərs 
vəsaiti), Bakı, Mütərcim, 2006-2008.  
Фёдoрoвa  O.  В.  2008,  Метoдика  регистрации  движений  глаз 
“визуальный мир”, шанс для сближения психoлингвистических 
традиций.–Вопросы Языкознания, № 6, с. 98-120.  
Gerjan van Schaaik 1998, 
‘İşlevsel  Dilbilgisi  nedir?-Dilbilim 
Araştırmaları, Ankara, s.9-26. 
Исхакова Х. Ф. 1987, Структуры терминологических систем. 
Тюркские языки. Москва“Наука”, 126 с.  
Ганиев Ф. А. 2009, О проблеме функциональной грамматики. –
Научный Татарстан, № 1, с. 106-117.   
Гузев В. Г. 1984, Проблемы основного и медиального залогов в 
функциональном  аспекте    (на  материале  староанатолийско-
тюркского языка). –Советская Тюркология, № 5, с. 59-63.  
Гузев  В.Г.  1985,  Некоторые  вопросы  теории  тюркского 
словоизменения  в  функционально-семантическом    аспекте.  – 
Советская Тюркология, № 2, с. 3-11.  
Гузев В.Г. 1986, Значения форм страдательного и возвратного 
залогов.  Состав  категории  залога  аспекте    (на  материале 
староанатолийско-тюркского  языка).  –Советская  Тюрко-
логия, № 4, с. 5-12.  
Лингвистический  энциклопедический  словарь,  Москва,  
“СОВЕТСКАЯ ЭHЦИКЛОПЕДИЯ”, 1990, 683 с. 
Махмудов Н. М. 1984, Семантико-синтаксическая асиметрия 
в  автокаузативном  простом  предложении  (на  материале 
узбеского языка) –Советская Тюркология, № 2, с. 49-56.  
Musaoğlu  M.  M.  2002,  Türkolojinin  Çeşitli  Sorunları  Üzerine 
Makaleler-
İncelemeler,  T.C.  Kültür  Bakanlığı  Yayınları,  Ankara, 
320 s.  
Musaoğlu,  Mehman  2003,  Türkçenin  İşlevsel  Dilbilgisi  ve  Metin 
Kompozisyonu
, Dil Dergisi, Sayı 120 Mayıs-Haziran, s. 22-40. 
 
23 
 

Musayev M. M. 2011, 
Türk  ədəbi  dillərində  mürəkkəb  cümlə 
sintaksisi
,  Dərs  vəsaiti,  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi, 
Bakı Slavyan Universiteti, Bakı, 401 s. 
 Musayev M.M. 2012
, Türkoloji dilçilik, Dərslik, Azərbaycan Res-
publikası Təhsil Nazirliyi, Bakı Slavyan Universiteti, Bakı, 454 s.  
Насилов  Д.  М.  1985,  К  характеристике  количественной  
аспектуальности  в  узбекском  языке.–Советская  Tюркология, 
№ 1, с. 64-70. 
Насилов  Д.  М.  1989,  Взаимосвязи  функционально-семанти-
ческих полей в тюркских языках.–Советская Tюркология, № 1, 
с. 28-31. 
Nurmanov A., Mahmudov N., Ahmedov A. 1992,  Uzbek tilinin 
mazmuniy sintaksisi, Toshkent. 
Templer B. 2002, Türkiye’deki 
Avrupa  Dilleri Dosyası  (European 
Language Portfolio- 
ELP) ve Yabancı Dil Olarak Türkçe: Avrupa 
Konseyi’nden  Öğreticinin  Yetkileri  İçin  Uygun  Bir  Amaç 
Oluşturma, Dil Dergisi, Sayı: 113 Mart-Nisan, s. 24-32.  
Тумашева Д. Г. 1985, Татарский глагол: Опыт функционально-
семантического  исследования  грамматических  категорий
Казань.  
Турниязова  К.А.,  Турниязов  Н.  К.  1992,  К  вопросу  о  струк-
турно-функциональном  анализе  компонентов  предложения.  .
Советская Tюркология, № 1, с. 87-91.  
Veysəlli  F.  Y.  2005,  Struktur dilçiliyin  əsasları,  Dərs  vəsaiti,  I, 
STUDIA  PHILOLOGICA, Bakı, Təhsil, NPM, 342 s;  
Veysəlli  F.Y.  2008,  Struktur  dilçiliyin  əsasları,  STUDIA  
PHILOLOGICA  II, Morfemika, Sintaqmatika, 
Dərs vəsaiti,  Bakı, 
Mütərcim, 307 s;  
Veysəlli  F.Y.  2009,  Struktur dilçiliyin  əsasları, STUDIA 
PHILOLOGICA  III, 
Semantika və Praqmatika, Dərs vəsaiti, Bakı, 
Mütərcim, 266 s.  
Veysəlli F. 2010, Semiotika, STUDIA PHILOLOGICA  IV, Bakı, 
Mütərcim. 
 
 
24 
 

II FӘSİL 
FUNKSİONAL VӘ KONSEPTUAL-QRAMMATİK 
QAVRAMLAŞMALAR VӘ KATEQORİYALAŞMALAR 
 
 
Sözüged
ən  qavramlaşmalar  və  kateqoriyalaşmalar,  hər  şeydən 
önc
ə, insan hafizəsində gerçək prototipləri ilə dərk olunaraq yığılan 
v
ə  beyində  yenidən  işlənilən biliklərə  söykənməkdədir. Həmin 
bilikl
ərin və hər cür digər məlumatların dil səviyyələri ilə ifadəsinə 
bağlı olaraq özünü göstərən ümumi “funksional-semantik tablo”nun 
“on-line” olaraq mü
əyyənləşdirilməsi və  alt  qavramları  və 
kateqoriyaları  ilə  adlandırılması  isə  koqnitiv  dilçiliyin  işidir.  Bu 
baxımdan ilk öncə türk ədəbi dillərinə dair konseptual səciyyəli qav-
ramlaşmalar və kateqoriyalaşmalar kontekstinin əsas parametrlərinin 
n
ədən ibarət  olduğunu  göstərmək  istədik.  Buna  görə  də 
formadüz
əltmə və sözdəyişdirmə alt kateqoriyalarına dair öncə felin 
növ v
ə  şəkil, üst səviyyəli predikativlik dərəcələrinə  aid olaraq isə 
sintaksisin mür
əkkəb cümlə  modellərini müyyənləşdirdik (Musayev 
2011). Ümumtürk m
ətninin bəzi ontoloji-tipoloji özəlliklərini də təs-
bit etm
əyə  çalışdıq  və  universal-milli səciyyəli frazeoloji söz 
yaradıcılığına  aid  örnəklərlə  bir-birinə  iki  ən  yaxın  qohum  dilin 
müqayis
əli frazeologiya korpusunun “on-line” prinsiplərini sıraladıq 
(Musayev 2011: 58-65). Bel
əliklə, türkoloji dilçilikdə  konseptual 
qavramlaşdırmaların  və  uyğun  kateqoriyalaşdırılmaların  leksem-fra-
zem s
əciyəli söz yaradıcılığına, formadüzəltmə və sözdəyişdirmə əla-
m
ətlərinə və sintaksis-mətn səviyyəsindəki predikativlik dərəcələrinə 
gör
ə müəyyənlşdirilə biləcəyini göstərdik (Musayev 2011: 42-65). 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin