Ön söZ (M. M. Musayev) I. Azәrbaycan diLİNİn morfologiyasina yeni baxişlar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/26
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#14971
1   ...   4   5   6   7   8   9   10   11   ...   26

sönm
ək - sönmek 
söyk
əmək - dayamak 
söyl
əmək - söylemek 
söym
ək - sövmek; küfür etmek 
sulamaq - sulamak 
susamaq - susamak 
susmaq - susmak 
suvamaq - malalamak 
suvarmaq - suvarmak 
sül
ənmək - her zaman yemek aramak; yemek hakkında düşünmek 
sümsürm
ək - dilenmek; her zaman yemek aramak 
sümürm
ək - emmek; sorumak 
süpürm
ək - süpürmek 
sürm
ək - kullanmak (arabayı); sürmek 
sürtm
ək - sürtmek 
sürüm
ək - sürümek 
sürüşmək - kaymak 
süzm
ək - süzmek 
Ş 
şaşmaq - şaşırmak 
şaxımaq - etkilenmek (güneşten); vurmak 
şığımaq - çok hızlı bir biçimde hedefe doğru saldırmak; çakmak 
şişirmək - şişirmek 
şişmək - şişmek 
şitənmək - şımarıklık etmek; şımarmak 
şötdəmək - acele olarak dikmek 
şütümək - hızlı koşmak; hızlı gitmek  
 

taxmaq - takmak 
talamaq - 
talan etmek; yağmalamak 
 
89 
 

tanımaq - tanımak 
tapdamaq - ayaklamak 
tapmaq - bulmak 
taytımaq - aksamak; topallamak 
t
ələsmək - acele etmek 
t
əngimək - bıkmak; canı sıkılmak 
t
əntimək - acele etmek; canı sıkılmak 
t
əpçimək - kumaşı üst üste dikmek 
t
əpimək - kurumak 
t
əpinmək - korkutmak; fırçalamak; tehdit etmek 
t
əpmək - tepmek; saldırmak 
t
ərgitmək  (siqareti tərgitmək)  -  herhangi  kötü  bir  alışkanlığı  bı-
rak
mak, sigarayı bırakmak) 
t
ərpənmək - kımıldamak; kımıldanmak 
t
ərpəşmək - kımıldamak 
t
ərpətmək - kımıldatmak 
tıxamaq - tıkamak 
tıxanmaq - tıkanmak 
tıncıxmaq - nefesi daralmak; nefesi kesilmek 
tırıldamaq - motorun çalışması veya çalışmaya başlaması 
tısıldamaq - fazla yemekten sonra zorlukla nefes almak 
tikm
ək - kurmak; inşa etmek; tikmek vs. 
titr
əmək - titremek 
toxtamaq - 
sakinleşmek; dayanmak 
toxumaq - dokumak 
toxunmaq - 
dokunmak; hafifçe değmek; değinmek vs. 
toqquşmaq - tokuşmak; çarpışmak 
tökm
ək - dökmek 
tör
əmək - üremek; doğmak; ortaya çıkmak vs. 
tövşümək - nefesi daralmak 
tullamaq - atmak 
turşumaq - ekşimek 
tutaşmaq - kavga etmek; savaşmak 
tutmaq - tutmak 
 
90 
 

tutuşmaq - kavga etmek 
tük
ənmək - tükenmek 
tül
əmək  -  belli zamanlarda hayvan  veya  kuşların  tüyünün  dökül-
mesi; tüyünü dökmesi 
tüpürm
ək - tükürmek 
tütm
ək - yanmak 
 

ucalmaq - yücelmek 
uçmaq - uçmak 
uçurmaq - uçurmak 
udmaq - yutmak; zorla almak; tahammül etmek; yenmek; kazanmak vs. 
uduzmaq - yenilmek 
ufuldamaq - inlemek 
uğramaq - uğramak 
uğraşmaq - uğraşmak 
uğratmaq - uğratmak 
uğunmaq - gülmekten kırılmak 
ulamaq - ulumak 
ummaq - ummak 
umsunmaq - 
hevesi kursağında kalmak 
unutmaq - unutmak 
usanmaq - usanmak 
utanmaq - utanmak 
uydurmaq - uydurmak 
uymaq - uymak 
uyumaq - uyumak 
uyuşmaq - uyuşmak 
uzanmaq - uzanmak 
uzaşmaq - uzaklaşmak 
uzatmaq - uzatmak 
uzlaşmaq - uzlaşmak 
 
Ü 
 
91 
 

üfürm
ək - üfürmek, üflemek 
ürkm
ək - ürkmek 
ürp
ərmək - ürpermek 
üşümək - üşümek 
ütm
ək - ütmek 
üyüşmək - uyuşmak; soğuk, basınç vb. yüzünden vücudun bir ye-
rinde duygu ve hareketin geçi
ci olarak azalması 
üyütm
ək - öğütmek 
üzm
ək - yüzmek 
 

varmaq - varmak 
vazımaq - kaçmak 
verm
ək - vermek 
vurmaq - vurmak 
 

yağmaq - yağmak 
yaxarmaq (yalvarıb-yaxarmaq)- yalvarmak 
yaxmaq - sürmek 
yalamaq - yalamak 
yalmanmaq - yaltaklanmak 
yalvarmaq - yalvarmak 
yamamaq - yamamak 
yanaşmaq - yaklaşmak 
yanmaq - yanmak 
yapışmaq - yapışmak 
yapmaq - yapmak 
yaramaq - yaramak 
yaranmaq - 
oluşmak; yaltaklanmak, yalakalık etmek 
yaraşmaq - yakışmak 
yarımaq - gerek olmak, faydalı olmak 
yarınmaq - yaltaklık etmek 
yarmaq - yarmak 
 
92 
 

yaşamaq - yaşamak 
yaşırmaq - gizlemek 
yaşmanmaq - yaşmaklanmak 
yatıxmaq - çökmek 
yatırmaq - uyutmak 
yatmaq - yatmak; uyumak 
yayxanmaq - 
yayılarak oturmak veya uzanmak 
yayxınmaq - kaçınmak 
yaymaq - yaymak 
yazmaq - yazmak 
yedirm
ək - yedirmek 
yek
əlmək - büyümek 
yelt
ənmək - çalışmak; heves göstermek, yeltenmek 
yenm
ək - yenmek 
yerim
ək - yürümek 
yetirm
ək - iletmek 
yetişmək - ulaşmak, varmak 
yetm
ək - ulaşmak 
yığılmaq - yığılmak 
yığmaq - yığmak 
yıxmaq - yıkmak 
yıpranmaq - yıpranmak 
yırtmaq - yırtmak 
yoğrulmaq - yoğrulmak 
yoğurmaq - yoğurmak 
yoxalmaq - yokolmak 
yolmaq - yolmak 
yoluxmaq - ziyaret etmek 
yonmaq - yontmak 
yormaq - yormak 
yortmaq - 
boşuna dolaşmak; yürümek 
yovuşmaq - uymak 
yozmaq - yorumlamak 
yön
əlmək - yönelmek 
 
93 
 

yubanmaq - geç kalmak, gecikmek 
yubatmaq - geciktirmek 
yuxalmak - 
hafifleşmek; yumuşamak 
yumaq - 
yumak; yıkamak 
yummaq - yummak; kapatmak 
yumşalmaq - yumuşamak 
yüyürm
ək - koşmak 
 

zarımaq – inlemek 
z
əvzəmək - çok konuşmak; fazla konuşmak” 
(Musaoğlu 2002:219-222) 
 
 
Әdəbiyyat: 
 
Az
ərbaycan dilinin izahlı lüğəti I, 1964; II, 1980; III, 1983; IV, 
1987, Bakı “Elm" Nəşriyyatı 
Melikli T. 2004, Türkiye Türkçesinden Günümüz Azerbaycan 
Türkçesine Girmiş Alıntı Sözler, V Uluslararası Türk Dili 
Kurultayı, 20-26 Eylül 2004, Ankara, Bildiri Özütleri 
Musaoğlu M. 2002, Terkolojinin Çeşitli Sorunları Üzerine Maka-
leler-
İncelemeler, T.C. Kültür Bakanlığı Yayınları, Ankara, 320 s. 
Musayev M. 2011, Türk 
ədəbi dillərində mürəkkəb cümlə cümlə 
sintaksisi, D
ərs vəsaiti, Bakı, 401 s. 
 
94 
 

II HİSSӘ 
TÜRKOLOJİ DİLÇİLİK BU GÜN: PROBLEMLӘR, 
PERSPEKTİVLӘR VӘ YENİLİKLӘR 
I F
əsil 
Türkoloji dilçilikdə ənənəvi və yeni linqvistik yöntəmlər 
 
Türk  dillərinə  dair  qrammatika  kitablarının  yazılmasında 
tətbiq  edilən  linqvistik  yönüm  və  yöntəmlər  Hind-Avropa dilçiliyi 
ənənələri  və  axınları  ilə  çox  yaxından  bağlı  olmuşdur.  Bununla 
bərabər,  daha  Mahmud  Qaşqarlı  tərəfindən  tətbiq  edilən  ərəb 
dilçiliyi  məktəbi  ənənələrinə  görə  də  orta  əsrlərdə  türk  dillərinin 
qrammatikasına dair klassik təsviri yöntəmlərlə kitablar yazılmışdır. 
XIX yüzildən başlayaraq türk dillərinə dair qrammatika kitablarının 
hazırlanması və digər önəmli türkoloji araşdırmaların aparılmasında 
həm  təsviri,  həm  də  tarixi-müqayisəli  və  ya  müqayisəli-tarixi 
y
öntəmlərdən istifadə olunmuşdur. 1970-ci illərdən bəri türk dilləri 
materiallarına  görə  yeni  dilçilik  yöntəmləri  ilə  aparılan  çağdaş 
linqvistik  araşdırmalar  öncə  Avropada  və  Rusiyada,  sonra 
Türkiyədə və digər Türk cümhuriyyətlərində gözəçarpacaq dərəcədə 
s
ürətlənmişdir.  Ancaq  türkoloji  dilçilikdə  orijinal  bir  yeni  elmi 
qrammatikanın  yazılmasını  təmin  edən  şərtlərin  elmi-praktiki 
baxımdan  sözün  tam  mənasında  ortaya  çıxdığından  isə  hələlik 
söhbət gedə bilməz.  
Türk  dillərinin  elmi  qrammatikasının  yazılması  və 
ümümiyyətlə  çağdaş  türkoloji  kontekstdə  linqvistik  araşdırmaların 
aparılması  günümüzdə  və  gələcəkdə  ən  yeni  dilçilik  yönümləri  və 
yöntəmlərinin də tətbiq olunması ilə mümkündür.  Bunun üçün, hər 
şeydən  öncə,  sözügedən  ənənəvi  və  yeni  dilçilik  yönüm  və 
yön
təmlərinin indiyə qədər davam etdirilmiş olan tədbiqi obyektiv 
olaraq  qiymətləndirilməlidir.    Onların  çatışmazlıqları  və 
 
95 
 

tutarsızlıqları  yeni  bir  elmi-konseptual  kontekstdə  düzgün 
müəyyənləşdirilməlidir.  
 
1
.1.  Әnənəvi-təsviri  türkoloji  dilçiliyin  çatışmazlıqları  və 
ya tutarsızlıqları 
 
Sözügedən  çatışmazlıqlara  və  ya  tutarsızlıqlara  örnək  olaraq 
göstərilə  bilən  ayrı-ayrı  linqvistik  və  qrammatik  açıqlanmalar 
aşağıdakılardan ibarətdir:  
 –
Türkoloji  dilçilikdə  feli  sifətlərin,  feli  bağlamaların, 
məsdərlərin  və  oxşar  digər  kəlmə  qrupu  polipredikativ  mər-
kəzlərinin  mürəkkəb  cümlə  komponentlərinin  xəbərləri  kimi 
göstərilməsi;  

Türk  dillərində  hərəkətin  bitmişliyi,  sürəkliliyi  və 
bitiriləcəyini  leksik,  semantik  və  morfoloji  faktorlarla  ifadə  edə 
bilən feillərdə və ya bütövlükdə feil sistemində tərz kateqoriyasının 
yox sayılması;  

Leksik//sözdüzəldici,  qrammatik//sözdəyişdirici  və  leksik-
qrammatik//formadüzəldici şəkilçilərin sərhədlərinin qarışdırılması. 
Ənənəvi  nitq  hissələri  kontekstində  müəyyənləşdirilən  hal,  şəkil, 
şəxs və mənsubiyyət; cəm, növ və söz yaradıcılığı səviyyələrinin bir 
çox halda bir-
birinin içərisində və ya üst və alt başlıqları ilə əksik 
olaraq kateqoriyalaşdırılması; 
  –
Mürəkkəb  sintaktik  bütövlərin  və  ya  frazadan  böyük 
vahidlərin sıralı, tabesiz, bağlayıcısız, qarışıq tipli mürəkkəb cümlə 
quruluşları olaraq öyrənilməsi;  

Türk dillərində sözün və şəkilçilərin və ya müxtəlif sintaktik 
vahidlərin  dialektik  materializm  dünyagörüşünə  əsasən  qrammatik 
inkişafı nəzəriyyəsinin uydurulması və s.  
Bu gün 
müstəqillik  illərində  linqvistik  və  qrammatik 
açıqlanmalardakı sözügedən və digər bunlara bənzər çatışmazlıqlar 
və  ya  tutarsızlıqlar  türkoloji  dilçilikdə  artıq  dilə  gətirilməkdədir. 
Onlar çağdaş dilçilik nəzəriyyələrinin, müxtəlif linqvistik yönüm və 
yönt
əmlərin  digər  inkişaf  etmiş  dillərdəki  tətbiqinin  işığında  türk 
 
96 
 

dillərinin  quruluşuna  və  diaxronik  inkişafına  uyğun  olaraq 
qiymətləndirilməkdədir. 
 
1
.2.Modern  linqvistik araşdırmalardakı  çatışmazlıqlar  və 
ya tutarsızlıqlar 
 
Çağdaş türk ədəbi dilləri materialları əsasında 1970-ci illərdən 
bəri yeni linqvistik yönüm və yöntəmlərlə aparılan araşdırmalardakı 
konseptual  xarakterli  çatışmazlıq  və  ya  tutarsızlıqların  başlıca 
səbəbi  türk  dillərinə  dair  konkret  dil  hadisələrinin  və  faktlarının 
sadəcə  çağdaş  dilçilik  axınları  istiqamətində  və  çox  zaman  da 
ümumi dilçiliyin qanunauyğunluqlarına görə deyil, ayrı-ayrı flektiv 
dillərin  xüsusi  qaydalarına  əsasən  öyrənilmiş  olmasıdır.  Həmin 
linqvistik  araşdırmalarda  ümumtürkoloji  kontekst,    onun  tarixi-
xronoloji  inkişaf  mərhələləri  və  ənənəvi  dilçilik  metodları  ilə 
aparılmış tədqiqatlar, görülmüş çox önəmli işlər çox vaxt unudulur 
və  ya  onlara  heç  əhəmiyyət  belə  verilmir.  Beləliklə  də,  aşağıdakı 
ümumi nəticələr ortaya çıxır:   

Türk dillərinin özünəməxsus olan fonetik, qrammatik, leksik, 
mətnlinqvistik, leksikoqrafik və frazeoloji özəllikləri ümumi dilçilik 
müstəvisində çağdaş linqvistik axınlar baxımından lazımi səviyyədə 
dərk  olunmamışdır.  Məsələn,  türk  dillərində  sözün  prosodik 
modelinin  iki  zirvəliliyi  müqayisəli-tutuşdurmalı  olaraq  heç 
araşdırılmamışdır.  Türk  dillərində  vurğu  sözün  son  hecasının 
üzərinə düşür ümumi tezisindən hərəkət edilmişdir. 
– 
Əsas  və  köməkçi  morfemlərin,  eyni  zamanda  müxtəlif 
sintaktik  konstruksiyaların  simmetrik  səciyyəli  sıralanması  və 
diskurs ortam
ında  həmin  sıralanma  nəticəsində  gerçəkləşən 
ümumtürkcə  ünsiyyətin  aqqilitünativ-məntiqi  mahiyyəti  də  hələlik 
açıqlanmamışdır.  

Türk dillərində sintaktik paralelizm, parselyasiya, inversiya, 
ellipsis kimi dil-
nitq  hadisələrinin  simmetrik  və  asimmetrik 
mah
iyyətinin  dolğun  elmi-linqvistik  açıqlanması  və  hərtərəfli 
kameral-
filoloji təsviri də indiyə qədər verilməmişdir.  
 
97 
 

Türk  dilləri  materialları  əsasında  yeni  linqvistik  yönüm  və 
yöntəmlərlə aparılmış olan bütün araşdırmalardakı çatışmaqlıqlar və 
tutarsızlıqlar yalnız ümumi türkologiya və dilçilik elmi sahələrində 
birgə görülən konseptual səciyyəli işlərlə ortadan qaldırıla bilər.  
Bunun  üçün  ənənəvi,  yeni  və  ən  yeni  araşdırma-öyrənilmə 
yönümləri və yöntəmləri sistematik-ierarxik bir bağlılıqla bir-biri ilə 
sıx  birləşdirilməlidir.  Türkoloji  dilçiliyin  əsas  perspektivləri  də 
məhz  belə  bir  kontekstdə  müəyyənləşdirilməlidir.  Aşağıda  həmin 
əsas  perspektivlər  istiqamətində  aparılan  bəzi  araşdırmalar  və 
onlarda  gerçəkləşdirilən  filoloji-linqvistik  səciyyəli  yeniliklər 
üzərində örnəklərlə qısaca və ardıcıl olaraq durulacaqdır. 
 
1
.3.  Türkoloji  dilçilikdə  modern  linqvistik  yöntəmlərin 
tətbiq olunması  
 
Bu gün ənənəvi türkologiyanın və ya dilçiliyin içərisində XX 
yüzilin 60-70-
ci illərindən etibarən çox yönlü olaraq özünü göstərən 
modern araşdırmalar, hər şeydən öncə, türkoloji dilçilikdə artıq ilk 
təcrübələr  olmaqdan  çıxarılmalıdır.  Daha  doğrusu,  sözügedən 
araşdırmalar,  onlarda  tətbiq  olunan  yönüm  və  yöntəmlər  türk 
dillərinin  qrammatik  quruluşuna,  tarixi  və  müasir  inkişaf 
təmayüllərinə uyğun olaraq türkoloji dilçilikdə istifadə edilə bilmək 
üçün  bütövlükdə  funksional  və  konseptual  xarakterli  yeni  bir 
ümumi  linqvistik  metodologiyaya  çevrilməlidir.  Bəs  sözügedən 
zaman içərisində bütövlükdə türkoloji dilçilikdə və ya ayrılıqda türk 
dilləri materialları əsasında yazılan linqvistik araşdırmalarda özünü 
göstərən  hansı  yeniliklərdən  və  konkret  olaraq  yeni  tətbiq  olunan 
hansı  yönüm  və  yöntəmlərdən  bəhs  edilə  bilər?!  Məsələn, 
sözügedən  zaman  içərisində  hal,  tərz  və  şəxs  kateqoriyalarının 
funksional-
semantik olaraq türk dillərində işlənilməsinə və onların 
tarixinin  öyrənilməsinə  dair  yeni  bir  türkoloji-linqvistik  anlayışla 
bəzi  gözəçarpan  korrektivlər  edilmişdir  (Насилов  1989:  28-31; 
Гаджиахмедов  1998;  Demircan  2003:  10-15).  Məsələn,türkoloji 
dilçilikdə  tərz  kateqoriyasının  öyrənilməsinin  tarixi  iki  mərhələyə 
 
98 
 

ayrılmışdır:  “1)  1869-cu  ildən  1956-cı  ilə  qədər;  2)  1956-cı  ildən 
günümüzə  qədər.  Birinci  mərhələdə  və  hətta  müəyyən  bir  ölçüdə 
həmin  mərhələnin  davamı  olaraq  1970-ci  illərə  qədər  də  tərz 
kateqoriyasına dair aparılan araşdırmalar, əsasən, eyni bir linqvistik-
metodoloji  istiqamətdə  yerinə  yetirilmişdir.  Belə  ki,  1869-cu  ildə 
yayımlanmış  olan  “Altay  dilinin  qrammatikası”  kitabında  rus 
dilində  tamamlanmış  (совершенный)  və  tamamlanmamış 
(несовершенный) şəkillərində prefiks və infikslərlə çox açıq olaraq 
ifadə  edilən  tərz  kateqoriyasının  müəyyənləşdirilmə  prinsipləri 
Altay  dilinin  qrammatikasında  olduğu  kimi  tətbiq  olunmuşdur. 
Həmin  prinsiplər  sonralar  digər  türk  dillərində  də  tərz 
kate
qoriyasının  müəyyənləşdirilməsində  əsas  götürülmüşdür. 
Beləliklə,  türk  dillərinin  qrammatika  kitablarında  sözügedən 
kateqoriyanın  təsvir  olunmasına  dair  yanlış  bir  linqvistik 
açıqlanmanın  meydana  çıxmasının  yolu  açılmışdır.  Bu  da  1960-cı 
illərə  qədər  bu  və  ya  digər  şəkildə  davam  etmişdir.  1956-cı  ildə 
Almatıda  felin  tərz  və  ya  görünüş  (Alm.  Aspekt, subjektivische 
Anschauungsform, Verlaufsstufe; Fr. aspect,; 
İng.  aspect
kateqoriyası  və  mürəkkəb  cümlə  probleminə  dair  keçirilən  bir 
simpoziumda türk dillərində tərz kateqoriyasının o zamana qədərki 
rus  dili  örnəyində  yerinə  yetirilmiş  olan  təsvirinin  yanlış  olduğu 
göstərilmişdir.  Bununla  da  sözügedən  kateqoriyanın  öyrənilməsi 
tarixində yeni bir dönəmə girilmişdir. Belə ki, tərz və ya görünüş və 
qılınışın (Alm. Aktionsart,  Art der Handlung; Fr. ordre de procés
İng. manner of action) konseptual komponentləri (Korkmaz 2003: 
109-
110;  146)  tək  bir  leksik-morfoloji  kateqoriya  səviyyəsində 
müəyyənləşdirilmişdir.  Daha  doğrusu,  göstərilən  kateqoriya 
türkoloji dilçilikdə 1970-ci illərdən sonra əsas etibarilə türk dillərinə 
məxsus  olan  linqvistik  parametrləri  ilə  və  dövrün  yeni  dilçilik 
nəzəriyyələrinin  işığında  öyrənilmişdir  (Musaoğlu.,  Kirişçioğlu 
2008).  
Aşağıda sözügedən digər araşdırmalardan da bəhs olunur və 
yeni yönt
əmlərlə aparılan işlərə aid örnəklər verilir.  
 
 
99 
 

1
.3.1.  Türkoloji  dilçilikdə  riyazi  və  sosiolinqvistik 
istiqamətlər 
 
XX yüzildə həm riyazi, həm də ictimai elmlərin yöntəmləri ilə 
dillərin  sinkretik  olaraq  araşdırılması  və  öyrənilməsi  prosesi 
getdikcə sürətlənmişdir.  XXI yüzildə isə sözügedən çalışmalar daha 
çox informatika, müxt
əlif informasiya texnologiyaları vasitələrinin 
işlədilməsi, e-dil və kompüter linqvistikasının inkişafı istiqamətində 
davam etdirilm
əkdədir. Riyazi-linqvistik  yöntəmlərlə  aparılan 
t
ətbiqi dilçilikdə ən çox mətnlərin avtomatik tərcüməsi və müxtəlif 
dil-
danışıq  çevirilərinin  avtomatikləşdirilməsi  problemlərinin  həll 
olunması  üzərində  durulmuşdur.  Sosiolinqvistik  yöntəmlərlə 
aparılan  araşdırmalarda  isə  ən  çox  dil  və  cəmiyyət,  dil  və 
etn
oqrafiya,  etnolinqvistika,  dil  və  mədəniyyət  əlaqələri,  ikidillilik 
və çoxdillilik ortamları işıqlandırılmışdır.  
 
1.3.1.1. Riyazi-
linqvistik araşdırmalar 
 
Modern linqvistik yöntəmlər və ya  yeni bir türkoloji dilçilik 
nöqteyi-
nəzəri  ilə  aparılan  araşdırmaların  sürətləndirilməsi  həmişə 
bəlli  bir  ölçüdə  riyazi-linqvistik  istiqamətin  filologiya  elmindəki 
ümumi inkişafına bağlı olmuşdur. Dil mühəndisliyinin və ya riyazi 
dilçiliyin əsasları XX yüzilin 20-ci illərində qoyulmuşdur. Dillərin 
həm  filoloji-linqvistik, həm də riyazi-hesablama yöntəmləri ilə bir 
yerdə  öyrənilməsi  XX  yüzilin  50-ci  illərindən  bəri  elmşünaslıqda 
tətbiqi riyazi- linqvistik bir metodologiya olaraq müəyyənləşmişdir. 
Söz  konusu  metodologiya  və  ona  bağlı  tətbiqi  metodlarla  görülən 
işlərdə XX yüzilin 60-cı illərindən bəri öncə elektronik hesablama 
maşını ilə (ЛЭC 1990: 14-15; 397), sonraları isə kompüterlə müxtə-
lif  tərcümə-çeviri  proseslərinin  avtomatikləşdirilməsi  işləri  can-
landırılmışdır. Bütövlükdə koqnitiv elmə, linqvistikaya, informasiya 
t
exnologiyalarına  söykənən  kompüter-mühəndis  dilçiliyinin 
əsaslarını  da  böyük  bir  ölçüdə  XX  yüzilin  50-ci  illərindən  bəri 
getdikcə inkişaf edən riyazi-linqvistik istiqamətdə görülmüş konkret 
 
100 
 

işlər  təşkil  edir.  İndi  həm  koqnitiv,  həm  də  kompüter-mühəndis 
dil
çiliyi  ilə  funksional-linqvistik  bir  istiqamətdə  aparılan  işlər 
sadəcə  mətn  tərcüməsinin  avtomatikləşdirilməsi  proseslərinin 
inkişaf etdirilməsi və nəticələndirilməsi işləmlərindən ibarət deyil-
dir.  Çünki,  getdikcə  sürətlənən  linqvistik  qloballaşma  nəticəsində 
ortaq  ünsiyyət  vasitələrinə  çevrilən  bəzi  inkişaf  etmiş  dillərin 
işlənilməsi və öyrədilməsi işləmləri koqnitiv və kompüter-mühəndis 
dilçiliyi yöntəmləri ilə də aparılır. Başqa sözlə, indi artıq həm mətn 
dəstəkli  dilin  (langue),  həm  də  diskurs  ortamlı  danışıq  dilinin 
(parole) ortaq dünya dilləri materialları ilə avtomatikləşdirilərək və 
informasiyalaşdırılaraq  bütün  dünyada  işlənilməsi  söhbətin 
mövzusuna çevrilmişdir. Ortaq və  regional səciyyəli dillərin sözü-
gedən  dil  materialları  ilə  birlikdə  müəyyən  bir  ölçüdə  tərcümə 
nəzəriyyəsi  və  ədəbi  mətn  uyğunlaşdırması  praktikası  kontekst-
lərində  tədrisi  və  təlimi  də  bu  gün  gündəmə  gəlməkdədir.  Sözü-
gedən  elmi-praktik  səciyyəli  işlər  1960-cı  illərdən  bəri  bu  və  ya 
digər  şəkildə  türkoloji  dilçilikdə  də  öz  əksini  tapmışdır.  Sovetlər 
Birliyində  həmin  işlər  daha  çox  nəzəri  əsaslara  dayanmaqla  əsas 
etibarilə aşağıdakı istiqamətlərdə həyata keçirilmişdir: 

Mətnin avtomatik analizi və sintezi;  

Linqvistik tədqiqatların avtomatikləşdirilməsi;  
–Struktural-
tipoloji tədqiqatların aparılması (Муcaeв… 1972: 
16-18).  
Sözügedən  elmi-praktik  istiqamətlərdə  morfoloji,  sintaktik, 
leksikoloji  və  leksikoqrafik  dil  vahidlərinin  müxtəlif  alqoritmləri 
hazırlanmış və görkəmli Türk dünyası yazıçılarının əsərlərinin tez-
lik  lüğətləri  tərtib  olunmuşdur.  Türkiyədə  isə  əsas  etibarilə  bilgi 
işləm  və  informasiya  texnologiyalarına  aid türk  dilində  yaradılmış 
termin
lərlə,  sistemlərlə  və  müxtəlif  proqram  təminatları  və  ya 
yazılımı  ilə  tədbiqi-praktik  səciyyəli  müxtəlif  işlər  görülmüşdür 
(Köks
al 1981).  Günümzdə sözügedən işlər türkcə materiallarla həm 
koqqnitiv  və  kompüter-mühəndis  dilçiliyi  (Bozşahin  ve  Zeyrek 
2000: 41-
48), həm də türk dilləri arası ədəbi mətn uyğunlaşdırması 
(Musaoğlu 2010: 11-60) kontekstlərində də aparılmaqdadır. Gəlinən 
 
101 
 

n
öqtədə  Türk  dilləri  arası  həm  yazılı,  həm  də  şifahi  mətnlərin 
birindən  digərinə  çevrilməsi  və  ya  ədəbi  mətn  uyğunlaşdırılması 
prosesləri  sürətlə  avtomatikləşdirilməlidir.  Türk  dillərinin  işlənil-
məsi və öyrənilməsinin konseptualaşdırılması və müxtəlif texnoloji 
vasitələrlə on-line olaraq informasiyalaşdırılması işi də buna paralel 
olaraq  aparılmalıdır.  Bunlar  türkoloji  dilçiliyin  ən  aktual 
problemlərindəndir  və  Azərbaycan dilçiliyində  də  uyğun  işlərin 
görülm
əsi prosesi sürətləndirilməlidir. 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin