Ön söZ (M. M. Musayev) I. Azәrbaycan diLİNİn morfologiyasina yeni baxişlar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/26
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#14971
1   ...   5   6   7   8   9   10   11   12   ...   26

 
1.3.1.2. Sosiolinqvistik-
filoloji araşdırmalar və fəaliyyətlər 
Sosiolinqvistik  araşdırmalar  dilçilikdə  əsas  etibarilə  XX 
yüzilin 20-
ci  illərindən  bəri  davam  etdirilməkdədir.  Sözügedən 
araşdırmalarda  “dil  faktları  ilə  sosial  faktorlar  arasındakı  əlaqələr, 
bunların bir-birinə təsiri və bir-birinin variantı kimi ortaya çıxması, 
başqa  sözlə,  bu  iki  növ  fenomen  arasındakı  ekvivalentlik 
öyrənilməkdədir”  (Berge  1989:  204).  Sosiolinqvistikanın  yöntəm-
ləri  həm  dilçiliyin,  həm  də  sosiologiyanın  üslubları  və  konkret 
imkanları əsasında formalaşır (ЛЭC 1990: 482). Dil və  cəmiyyət, 
dil və etnik-demoqrafik mədəniyyət, regional və sosial dialektlər və 
ictimai  səciyyəli  müxtəlif  dil  amilləri  və  hadisələrinin  bir-birinə 
diaqlostik 
təsiri nəticəsində ortaya bir çox qeyri-mütənasib hallar da 
çıxır.  Məsələn,  ikidillilik  və  çoxdillilik  ortamları  nəticəsində  hər 
hansı  bir  dili  danışanların  say  etibarilə  azalması  və  həmin  dilin 
işlənilməsinin  funksional  imkanlarının  daralması  (Bosnalı  2007: 
144)  kimi  məsələlər  həmin  qeyri-mütənasib  hallara  örnək  olaraq 
göstərilə  bilər.  Türk  dillərinin  regional  ləhcələri,  ağızları,  sosial 
dialektləri,  ədəbi  dillərindəki  norma  və  normalaşmaları,  müxtəlif 
məkanlardakı  birinci  dil,  ikinci  dil,  əcdad  dil,  rəsmi  dil,  ana  dili 
olma və işlənilmə problemləri də türkoloji dilçiliyin sosiolinqvistika 
sahəsində açıqlığa qovuşdurulmalıdır.   
Sovetlər  Birliyi  dönəmində  türk  dillərinə  aid  sosiolinqvistik 
araşdırmalar,  əsasən,  rus  dili  və  digər  milli  dillərin  əlaqələri  və 
ikidilliliyi kontekstində, rus dilinin millətlərarası bir ünsiyyət vasi-
təsi olaraq problemlərinin çözümlənməsi istiqmətində aparılmışdır. 
 
102 
 

Yalnız “yenidənqurma” (perestroyka) dövründə həm ikidillilik, həm 
də  çoxdillilik  ortamlarında  digər  milli  dillərin  də  millətlərarası 
ünsiyyət  dili  olma  statusuna  və  azınlıq  dillərin  isə  sosiolinqvistik 
vəziyyətlərinə  toxunulmuşdur.  Həmin  dillərin  praktik  olaraq 
öyrənilə bilməsi üçün həmin dövrdə müxtəlif yayınlar, o cümlədən 
terminoloji sözlüklər, danışıq kitabçaları, dərs vəsaitləri və kitabları 
belə  hazırlanmışdır (Koрмушин 1984: 4-5).  
Türkiyədə  isə  sosiolinqvistik  vəziyyət  digər  Türk  Cümhuri-
yətlərindən  və  türk  xalqlarının  yaşadığı  digər  bölgələrdəki  uyğun 
vəziyyətlərdən  fərqlidir.  Türk  dili  və  ya  Türkiyə  türkcəsi  XI-XII 
yüzillərdən etibarən Anadoluda bir üst və ya ortaq rəsmi dil səciy-
yəsi  daşımışdır.  Həmin  dil  XIV-XIX  yüzillərdə  Osmanlı  türkcəsi 
olaraq  da  eyni  funksiyada  işlənilmişdir.  Türkiyənin  əhalisinin 
əksəriyyəti  müsəlmandır.  Buna  görə  də  türk  mənşəli  olmayan 
müsəlman  əhalinin  türk  kimliyini  və  dilini  müəyyən  bir  ölçüdə 
Osmanlının  mirası  və  çağdaş  milli  unitar  dövlətin  isə  bir  atributu 
kimi qəbul etdiyi müşahidə olunur. Türk insanı ədəbi dil olaraq da 
öncə  Osmanlı  türkcəsindən  istifadə  etmiş,  indi  isə  çağdaş  Türkiyə 
türkcəsini işlətməkdədir. Cümhuriyət qurulduqdan sonra ulu öndər 
Atatürkün  direktivləri  ilə  başladılan  dil  inqilabı  da  Türk  dilinə 
əsasən həyata keçirilmişdir. Dil haqqında aparılan işlərin çoxu, hər 
şeydən  öncə,  türk  dilinin  əcnəbi  elementlərdən  təmizlənməsi  və 
onların  yerinə  türkcə  qarşılıqlarının  işlənilməsi  və  yaradılması 
fəaliyyətləri ilə sıx bağlı olmuşdur. Yeni qavramların, anlayışların, 
elm  və  texnologiyanın  inkişafına  bağlı  olaraq  gündəlik  işlənilən 
sözlərin,  terminlərin  düzəldilməsi,  onların  işlənilməsinin  təşviq 
edilməsi dil fəaliyyətlərində geniş yer tutmuşdur. Türkologiyada dil 
tarixinə  və  ona  bağlı  olaraq  da  müxtəlif  türk  şifahi  və  yazılı 
mənbələrinin  tənqidi  mətnlərinin  hazırlanmasına,  xalq  dilinin  və 
ağızlarının  öyrənilməsinə  dair  işlər  də  indiyə  qədər  ən  çox 
Türkiyədə görülmüşdür. Türkiyədə, əsasən, ilk növbədə türk dilinə 
görə  müəyyənləşən  milli  dövlətin  bir  simvolu  səciyyəsindəki 
təkdilliliyə  və  ya  türkcəyə  dayanan  standart  bir  ədəbi  dil  ortamı 
mövcuddur.  Çoxdillilik  ortamları  isə  əvvəllər  ən  çox  türkcə-
 
103 
 

fransızca, indiysə türkcə-ingiliscə paralelli və təlim-tədris səciyyəli 
ədəbi  dillərin  işlənliməsi  durumu  ilə  bilinməkdədir.  Ancaq  son 
illərdə kürdcənin və digər ana dillərinin də müəyyən sosial və tədris 
ortamlarında,  Türkiyə  türkcəsi  ilə  bərabər,  milli  dillər  olaraq 
funksionallığını  genişləndirdiyi  müşahidə  olunmaqdadır.  Belə  bir 
vəziyyət  Türkiyədə  də  sosiolinqvistik  araşdırmaların aparılmasının 
zəruriyyətini şərtləndirməkdədir.   
Beləliklə,  Türkiyə  tükcəsi  digər  türk  dillərindən  ümumi 
sosiolinqvistik  vəziyyəti  və  funksional  olaraq  işlənilməsi 
baxımından çox fərqlidir. O, hər şeydən öncə, birinci dil olaraq ana 
dili  daşıyıcılarının  sayca  çoxluğu  və  Avrasiya  türkcələri 
kontekstində ortaq bir ünsiyyət dili kimi işlənilə bilməsi özəllikləri 
ilə həm türk dilləri, həm də çağdaş dünya dillərindən seçilir. Belə 
bir seçkinlik aşağıda göstərilən amillərlə birbaşa əlaqədardır: 

700 il boyunca böyük bir coğrafiyada bu və ya digər şəkildə 
bir rəsmi dövlət dili statusunda olması; 

XIX  yüzilin  ortalarından  və  ya  tənzimat  dönəmindən 
etibarən başlayan dildə yenilənmə hərəkatı və buna bağlı olaraq da 
bir milli-
ədəbi dil səviyyəsində müstəqil inkişafı; 

Cümhuriyyət  dövründə  gerçəkləşdirilən  dil  inqilabı  və  türk 
dilinə  söykənən  aqqilitünativ  və  mürəkkəb  söz  düzəltmə  səciyyəli 
söz  yaradıcılığı  prosesi  ilə  qavramlaşdırma  və  kateqoriyalaşdırma 
işləri və ya cidd-cəhdləri; 

Bütün  rəsmi  və  rəsmi  olmayan  dil-danışıq  və  ya  ünsiyyət 
sahələrində tək bir ədəbi dilin işlənilməsinin funksional imkanlarına 
və linqvistik özəlliklərinə sahib olunması. 
Bütün  bunlarala  bərabər,  Türkiyə  türkcəsi  ən  çox  çağdaş 
filologiya  elminin  bilinci  və  ya  dilçilikdə  ortaya  çıxan  yeni 
linqvistik nəzəriyyələrə, metodologiyalara və yöntəmlərə bələdliklə 
kifayət qədər araşdırılmamışdır. O, təəssüflər olsun ki, indiyə qədər 
ən  çox  ənənəvi  dilçilikdən  türkologiyaya  miras  qalmış  klassik 
metodlarla öyrənilmişdir. Bunun nəticəsində türkoloji dilçilik elmi 
dilçilikdəki  çağdaş  inkişaf  təmayüllərindən,  nəzəriyyə  və 
yöntəmlərindən müəyyən qədər ayrı qalmışdır.  
 
104 
 

Yuxarıda  göstərildiyi  kimi,  digər  türk  dillərinə  dair  Sovetlər 
Birliyi  dövründə  görülmüş  olan  dilçilik  işlərində  sözügedən  xüsus 
bir qədər başqa şəkildə də qiymətləndirilə bilər.  
Ancaq  həmin  dillərdə  də  çağdaş  dilçiliyin  nəticələrindən 
kifayət qədər yararlanıldığını və yöntəmlərinin isə lazımi səviyyədə 
və  bilincli  olaraq  tətbiq  edildiyini  söyləmək  mümkün  deyildir.  Bu 
da  istər  bütün  Türk  dünyasında,  istərsə  də  Türkiyədə  dil  və 
cəmiyyət,  dil  və  etnik-demoqrafik  mübadilə  kimi  əlaqələri  digər 
sosial elmlərin imkanları ilə öyrənən sosiolinqvistik araşdırmaların 
ortaya çıxmasına və yayğınlaşdırılmasına mane olmuşdur. Halbuki, 
Türkiyədə  sosiolinqvistik  səciyyəli  araşdırmaların  indiyə  qədər 
yerinə  yetirilmiş  olması,  digər  Avrasiya  türkcələrinin  işlənilmə  və 
funksional  özəlliklərinin  müəyyənləşdirilməsi  və  dil-danışıq 
sahələri  daralmalarının  öyrənilməsi  baxımından  çox  yararlı  olardı. 
Bu baxımdan çağdaş Hind-Avropa dilçiliyindəki linqvistik ənənəyə 
dayanaraq  türk  dilinin  İrandakı  sosiolinqvistik  durumunun 
öyərənilməsi (Bosnalı 2007: 11-124) çox sevindiricidir.   
Qeyd olunmalıdır ki, Sovetlər Birliyi dağıldıqdan sonra böyük 
Türk  
ədəbi dillərinin və o sıradan Azərbaycan dilinin Avrasiya və 
bütün dünya coğrafiyasında ana dili, birinci, ikinci və üçüncü dillər 
kimi işlənilməsi getdikcə genişlənməkdədir. 
 
1.3.1.2.1. M
ühacir və ya diaspor türk yazı-danışıq dilləri   
Bunlar  Sovetlər  Birliyi  dağılana  qədər  əsas etibarilə  Qərbi 
Avropada, C
ənubi  Afrikada,  Şimali  və  Cənubi Amerikada və 
Avstraliyada evd
ə ana dili, ikidilli və çoxdilli ortamlarda isə ikinci 
v
ə üçüncü dil kimi işlənilirdi. Sözügedən sosiolinqvistik ortamlarda 
böyük türk dillərindən indiyə qədər ən çox Türkiyə, Azərbaycan, 
tatar v
ə  uyğur  türkcələrinin  işlənildiyini  söyləmək  mümkündür. 
Bütövlükdə  isə  həmin  ədəbi  danışıq  dillərinin  sayı  ondur.  Daha 
doğrusu,  yuxarıda  göstərilən  siyahıya  daşıyıcısı  1  milyonun 
üzərində olan aşağıdakı yayğın dilləri də daxil etmək olar:  
-
Qazax türkcəsi
-
Qırğız türkcəsi; 
 
105 
 

-
Özbək türkcəsi;  
-
Başqırd türkcəsi; 
-
Türkmən türkcəsi;  
-
İraq türkməncəsi.   
 Bununla b
ərabər,  yuxarıdakı  təsnifləndirmədə  göstərilən 
dig
ər türk ədəbi dilləri və  dialektlərinin də  Sovetlər  Birliyinin 
süqutundan sonra dil-
işlənilmə  durumunun  getdikcə  dəyişdiyi  indi 
artıq bir sirr deyildir. Statistik olaraq istər birinci, istərsə də ikinci 
qrupa daxil olan diaspor s
əciyyəli  türk  yazı-danışıq  dillərinin 
müxtəlif  dünya  ölkələrində  işlənilmə-yayılma  sahələrinin 
genişləndiyi müşahidə olunmaqdadır (Musaoğlu 2007: 22-27).  
Qeyd olunmalıdır ki, dünyanın bir çox ölkəsində bu gün geniş 
yayılan  türk  xalqları  və  türkdilli  toplumların  diaspor  və  lobiçilik 
hərəkatı  2000-ci  illərdən  etibarən  getdikcə  güclənməkdədir. 
Dünyanın  müxtəlif  ölkələrində  türk  xalqlarının  sivil  təşkilatları, 
dərnəkləri,  cəmiyyətləri,  qrumları,  qrupları  və  s.  yaradılmaqdadır. 
Məsələn,  indi  Azərbaycanlıların  Rusiya  Federasiyasında,  keçmiş 
Sovetlər Birliyinin digər respubliklarında, Avropada, Amerikada və 
dünyanın 
müxtəlif 
bölgələrində 
yaradılan 
“Azərbaycan 
cəmiyyətləri” bunun parlaq bir nümunəsi olaraq göstərilə bilər.  
Azərbaycan diaspor və lobiçilik hərəkatını dünyada bir bütün 
olaraq ulu öndər Heydər Əliyev Azərbaycan respublikasının mstə-
qillik  illərində  yaratdı.  Ulu  öndər  həmin  hərəkatı  rəsmi  və  qeyri-
rəsmi müəssisələrilə bir böyük “milli Azərbacançılıq axını” olaraq 
formalaşdırdı.  Ana  vətən  Azərbaycanda  xaricdə  yaşayan  Azərbay-
canlılarla  bağlı  olaraq  nazirlik  səviyyəsində  bir  “Dövlət  komitəsi” 
quruldu.  Həmin  komitə  bu  gün  xaricdə  yaşayan  Azərbacanlıların 
mədəni-kütləvi fəaliyyətlərini əlaqələndirir. 2001-ci ildə ulu öndərin 
şəxsi  təşəbbüsü  və  fəaliyyəti  ilə  birinci  “Dünya  Azərbaycanlıları 
Qurultayı” keçirildi.  
Qurultayda ulu öndər Heydər Əliyev öz tarixi çıxışını elədi. 
O,  Azərbacançılıq  qavramının  ideoloji-siyasi  əsaslarının 
nədən  ibarət  olduğunu  konkret  olaraq  göstərdi  və  özünün  məşhur 
 
106 
 

“Mən  fəxr  edirəm  ki,  Azərbaycanlıyam”  yolgöstərici  hikmətli 
sözünü söylədi.  
İkinci “Dünya Azərbaycanlıları Qurultayı” 2006-cı ildə, üçün-
cü “Dünya Azərbaycanlıları Qurultayı” isə 2011-ci ilin iyun ayında, 
əvvəki  qurultaylar  kimi,  Bakıda  keçirildi.  Azərbaycan  Respub-
likasının prezidenti İlham Əliyev hər iki qurultayda çıxış elədi.  
İlham  Əliyev  çıxışlarında  dünya  Azərbaycanlıları  diaspor 
hərəkatının  əldə  etdiyi  nəticələrdən  və  bəzi  nöqsanlardan  da  bəhs 
etdi. O, ayrılıqda Azərbaycan və bütövlükdə Türk-Azərbaycan lobi-
çiliyinin in
kişafından  danışdı  və  qarşıda  duran  tarixi  vəzifələrin 
nədən  ibarət  olduğunu  göstərdi.  Son  qurultayda  xarici  ölkələrdə 
fəaliyyət göstərən Azərbaycan dərnəkləri, vəqfləri, müxtəlif cəmiy-
yətləri və s. təşkilatlarının birlikdə hərəkət etməyinin zəruriyyətini 
özəlliklə vurğuladı. Və onların hamısının həmin ölkələrdəki Azər-
baycan səfirlikləri ilə birgə  fəaliyyət göstərməli olduğunu tövsiyə 
etdi. 
Digər Türk Cümhuriyyətlərində də sözgedən qurultaylar indi 
həmin  ölkələrin  paytaxt  şəhərlərində  mütəmadi  olaraq  keçiril-
məkdədir.  Məsələn,  “Dünya  Qazaxları,  Qırğızları,  Türkmənləri, 
Özbəkləri” və s. qurultayları.  
Bu  qurultaylar  və  sözügedən  istiqamətdə  həyata  keçirilən 
digər mədəni-kütləvi fəaliyyətlər bütün dünyada ümumtürk diaspor 
və lobiçilik hərəkatının artıq bütövlükdə ümumi ana xətlərilə rəsmi 
xarakter alaraq müəssisələşdiyini təsdiq edir. Belə bir hərəkatın güc-
lənməsi isə dünyanın müxtəlif regionlarında ümumtürk dilinin ayrı-
ayrı  türk  ana  dilləri  olaraq  qorunması,  öyrənilməsi  və  tədris  olun-
masını  şərtləndirir.  Həmin  yerlərdə  türk  dillərində  bazar  günləri 
məktəbləri  açılır,  qəzetlər,  jurnallar  yayımlanır,  elektron  yayımlar 
ger
çəkləşdirilir; müxtəlif mərasimlər, müsamirələr, görüşlər, dini və 
milli  xarakterli  bayram  tədbirləri  keçirilir.  Məsələn,  Novruz, 
Müstəqillik günü, Qurban və Ramazan bayramları və s. olaraq. Baş-
qa bir sözlə, türk dilləri artıq həm yazılı və şifahi, həm də elektronik 
ortamda  ortaq  bir  ünsiyyət  vasitəsi  yerində  istifadə  olunmağa 
başlayır.  
 
107 
 

Belə bir dil-danışıq konteksti mahiyyət etibarilə yeni konsep-
tual diskurs ortamları yaradır. Əgər belə demək mümkündürsə, türk 
ana  dilləri  ayrılıqda  ikinci,  üçüncü  və  dördüncü  dil  olaraq  artıq 
təkcə  etnik-məişət  və  ya  dialektlərüstü  dil-danışıq  səviyyələrində 
işlənilmir.  Yəni  onlar  getdikcə  sadəcə  danışıq  dili  və  ya  dialekt-
ləhcə  olmaqdan  çıxır.  Daha  doğrusu,  həmin  dillər  artıq  rəsmi  e-
türkcə (Türkiyə türkcəsi) və ya -Azərbaycanca, -özbəkcə, -qazaxca, 
-
qırğızca,    -türkməncə,  -tatarca,  -uyğurca,  -başqırdca,  -yakutca,  -
çuvaşca və bütövlükdə ümumtürkcə səviyyəsində bir millətlərarası 
ünsiyyət vasitəsi olaraq işlənilməyə başlayır. Bu isə ayrılıqda türk 
dillərinə,  bütövlükdə  isə  ümumtürk  dilinə  yeni  bir  ədəbi  və  rəsmi 
ortaq dil ola bilmə statusu qazandırır.    
 
 
108 
 

II F
əsil 
Konseptual-
funksional qrammatika anlayışı  və türkoloji 
dilçilikdə yeni tədqiqatlar 
 
Öncə funksional qrammatika anlayışı və ya alt qavramının nə 
olduğuna  bir  də  diqqət  yetirək.    Bu  alt  qavram  və  ya  qavrayış 
(konsept) konkret bir qrammatika sah
əsi və  ya növü yerində  dilin 
m
ətn, cümlə, cümlə  birləşmələri, müxtəlif morfoloji-sintaktik 
quruluşlar  və  s. kimi dil-nitq vahidləri və  diskurslarının  qarşılıqlı 
funksiyalarını  və  onların  işlənilmə  qaydalarını  ehtiva  edir. 
Funksional qrammatikada müxt
əlif dil səviyyələrindən təşkil olunan 
linqvistik sistem qu
ruluş  (struktur)  qurucu  komponentlərinin 
semantik v
əzifələrinin qarşılıqlı birliyi əsasında işıqlandırılır.  
Ümumtürk dilinin linqvistik-kommunikativ sistemi, h
ər  şey-
d
ən öncə, saitlərin və  samitlərin  qarşılıqlı  səs uyumuna, sözdüzəl-
dici, sözd
əyişdirici  və  formadüzəldici  şəkilçilərin aqqilütinativ 
sırasına  və  “kəlmə  mürəkkəbləşməli”  yönümlü  söz  yaradıcılığına 
gör
ə müəyyənləşdirilir. Göstərilən sistem qrammatikal, aspektual və 
konseptual olaraq qurulur. Cüml
ə  üzvlərinin mübtəda-tamamlıq-
x
əbər  sıralı  simmetrik və  daha  geniş  bir  müstəvidəki təyin- 
mübt
əda-təyin-tamamlıq-zərflik-xəbər səciyyəli 
genişlənən 
asimmetrik sıralanmasının da rolu burada yox deyildir.  
 1960-
cı illərdən başlayaraq dilin semantikasına, funksiyasına, 
quruluşuna, antropologiyasına və işlənilməsinə  dair yuxarıda göstə-
ril
ən dilçilik məktəblərində  aparılan  mübahisələr bu və  ya digər 
şəkildə  günümüzə  qədər davam etməkdədir. Ancaq dilçiliyin 
bugünkü  metalinqvistik  açıqlanma  mərhələsində  yeni bir dönəmə 
girilmişdir. Belə ki, yuxarıda göstərilən birinci məktəbə daxil olan 
işlərin və  ikinci qrupda yer alan nəzəri və  praktik dilçilik 
araşdırmalarının bir yerdə tətbiq oluna bilən funksional-konseptual 
c
əhətləri üzərində  durulmaqdadır.  Buna  bağlı  olaraq  konseptual-
funksional  qrammatika  anlayışının  konseptual  qisminin  aşağıda 
örnəklərlə  açıqlanmasına  keçmədən  öncə,  klassik  “funksional 
qrammatika”  qavramının  əsas  parametrləri  və  prinsiplərinin  nə 
 
109 
 

oldu
ğunun  qısaca  olaraq  bir  daha  aydınlaşdırılmasının  faydalı 
olduğunu düşündük. Və həmin linqvistik parametrləri və prinsipləri 
sadə  cümlənin  və  bədii mətn örnəklərinin paradiqmatik və 
sintaqmatik olaraq aktual-
konseptual  üzvlənməsi  və  semiotik 
işarətlənməsi timsalında aşağıda göstərdik (Musayev 2011: 37-39). 
 
2
.1.  Sadə  cümlənin  qrammatik-semantik  və  aktual-
konseptual paradiqması 
Cümlədə  və  mətndə  söz  qrupları  və  cümlə  üzvləri  indiyə 
qədər  ənənəvi  olaraq  nitq  hissələrinə  və  cümlə  komponentlərinin 
arasındakı  sintaktik  əlaqələrə  görə  öyrənilmişdir.  “Mübtəda,  təyin, 
tamamlıq, zərflik və xəbər və ya baş cümlə-budaq cümlə” ənənəvi-
qrammatik  üzvlənməsi  tədris  sistemində  əsas  rol  oynamışdır. 
Sözügedən sintaktik vahidlərin semantik-funksional parçalar olaraq 
öyrənilməsi  isə  1970-ci  illərdən  başlayaraq  tədris  və  təhsil 
sistemində  getdikcə  daha  geniş  yer  tutmuşdur (Abdullayev 1999: 
89-
124).  Sintaktik  vahidlər  cümlə  üzvlərinin  aktual  üzvlənməsinə 
görə yeni linqvistik terminlərlə adlandırılmışdır: tema (thema: yun. 
verilmiş,  bəlli  olan)  və    rema  (rhema.  yun.    kəlmə,  söylənilən, 
diqqətə  aldırılan).  Müasir  funksional  qrammatikada  sintaksis  və 
mətn  bölmələrinin  tərtib  olunmasının  əsas  prinsilərindən  biri 
cümlənin  və  ya  mətn  komponentlərinin  konkret  bir  sintaqmatik 
sistem  təşkil  etməsi  ilə  bağlıdır.  Beləliklə,  dilin  və  ya  dillərin 
sintaqmatik olaraq işlənilməsinə görə funksional bir qrammatikanın 
hazırlanması dilçilikdə 1960-cı illərdə ortaya çıxmış, 1970-ci illərdə 
isə  tədbiq  olunmuışdur.  Sadə  cümlə  əsasında  türk  dillərinin, o 
sıradan Azərbaycan dilinin həm ənənəvi-paradiqmatik, həm də yeni 
sintaqmatik  araşdırma-öyrənilmə  mərhələləri  aşağdakı  sxemdə 
göstərildiyi şəkildə müəyyənləşdirilə bilər.   
 
110 
 

SXEM 1 
T                 R 
Tələbə//kitabı oxudu 
Paradiqmatik 
1. Morfologiyaya görə: 
2. 
Sintaksisə görə: 
İ


İ




Sintaqmatik  
3. Semantikaya görə: 
4. Semantik-funksional 
üzvlənməyə görə 





Konseptual-
semiotik 
5. Konsept
ə (qavrama) 
gör
ə 
6. Semiotikasına görə 
 
 
İ 

 
“Tələbə  kitabı  oxudu”  cümləsində  morfologiyaya  görə 
model
ləşdirmədə  isimlərin,  yəni  adların  hansı  hal  şəkilçiləri  ilə 
işlənildiyi  “Nom.  ‘adlıq’  +  Gen.  ‘yiyəlik’  +Dat.  ‘yönlük’+  Akk. 
‘təsirlik’ +Lok. ‘yerlik’+Abl. ‘çıxışlıq’ sırası ilə işarələnmişdir: 
 
İ
1
-
adlıq halı; 
 
İ
4
-
təsirlik halı; 
 F-feil. 
 
Sonraki modelləşdirmələrdə isə M- mübtədanı, T-tamamlığı, 
X-
xəbəri;  S-subyekti, O-obyekti, P-predikatı;  T-temanı,  R-remanı, 
İ-diskursiv-semiotik mahiyyətdəki özəl mətnqurucu  işarəni, K isə 
konsepti v
ə  ya  qavramı  göstərir.  Sözügedən  birinci  və  ikinci 
modelləşdirmələr  hər  hanısı  bir  dilin  sintaktik  sisteminin 
paradiqmatik  olaraq  gerçəkləşən  semantik  və  semantik-funksional 
mərhələlərinin əsasını təşkil edir. Birinci və ikinci modelləşdirmələr 
dilin  konkret  quruluşunu,  üçüncü  və  dördüncü  modelləşdirmələr 
onun  semantik  və  funksional  işlənilmə  mahiyyətini,  beşinci  və 
altıncı  modelləşdirmələr isə  dilin konseptual hərəkət nöqtəsini və 
semiotik işarələnmə mahiyyətini ifadə edir
9
. Sözün tam mənasınada 
9
  Burada  konseptual h
ərəkət nöqtəsi  “oxumaq”  qavramı  və  ya fəaliyyətindən, 
semiotik işarələnmə mahiyyəti isə “kitab//yazı” fenomenindən və ya özəl mətn-
qurucu işarətindən ibarətdir. Məlum olduğu kimi, Qurani-Kərim peyğəmbərimizə 
 
111 
 
                                                            

türkcənin funksional bir qrammatikasının hazırlanması birincilərdən 
ikincilərə,  ikincilərdən  birincilərə  və  onların  hər ikisindən 
üçüncül
ərə keçidlərlə yerinə yetirilə bilər.  
 Funksional-
konseptual 
və 
ya 
konseptual-funksional 
qrammatika  anlayışı  bəlli  qavramlardan  semantik-funksional 
sahələrə,  oradan  da  dilin  fonetik-fonoloji, morfoloji-sintaktik, 
leksik-leksikoloji, lekskoqrafik-frazeolo
ji  sistemlərinə  ierarxik 
keçişlərə  bağlı  olaraq  açıqlanmalıdır.  Daha  doğrusu,  hər  hansı  bir 
dilin konseptulal-
funksional qrammatikası günümüzdə və gələcəkdə 
koqnitv və kompüter-mühəndis dilçiliyi yönümləri və yöntəmlərinin 
tətbiq olunması ilə hazırlana bilər.  
 Türk dill
ərinin,  o  sıradan Azərbaycan  dilinin    Türkiyə 
türkcəsi əsasındakı yeni bir cümlə üzvləri təsnifləndirməsi isə atalar 
sözlərimizin sintaktik-mətnlinqvistik özəlliklərindən hərəkətlə sadə 
cümlə  örnəyində  mümkün  ola  bilən  bir  semantik-funksional 
sıralanma ilə formullaşdırıla bilər.  
 
“Hira  mağarası”nda  olduğu  vaxt  Alaq  surasinin  beş  ayəsilə  nazil  olmuşdur. 
H
əmin  vaxt  ona  peyğəmbərlik vəzifəsi  verilmişdir.  O,  bu  vəzifəyə  sözügedən 
sur
ənin ilk ayəsini oxumaqla başlamışdır. (Şəntürk., Yazıçı 2009: 55)  
 
112 
 
                                                                                                                                       

SXEM 2 
 
M+T/Z+X=(M=T+Z+X; Z+T=M+X; T=Z+X; Z=T+X və s.) 
M=mübtəda 
T= tamamlıq 
Z=zərflik 
X=xəbər 
            T (M)                     R (TZX) 
1.
 
Dost                   = acı söyler (Türk.) 
        
Süyji dil            =ýylanı hininden çykarar (Türkmən.) 
        
Aqil                   = bozorda sotilmaydi (Özbək.) 
 
           T(ZT)                                          R(MX) 
2.
 
Sürüden ayrılan koyunu         = kurt kapar (Türk.) 
Sürüdən ayrılan qoyunu                  =qurd yeyər (Azərb.) 
Sürüden aza
şan goynu                    =gurd alar (Türkmən.) 
Podadan ayrilgan qo’yni                 =bo’ri yer (Özbək.) 
Bölingendi                                       =böri ceydi(Qazax.) 
 
         T(T)                                             R(ZX) 
3.
 
Ayağını                         = yorganına göre uzat (Türk.) 
       
Ayağını                          = yorğanına görə uzat (Azərb.) 
         T(Z)                                              R(TX) 
Yorgana görä                        = ayak uzat (Türkmen.) 
Körpängä  
karap                   = ayak uzat (Özbək.) 
Körpeňe qaray                      = ayağıňdı kösil (Qazax.) 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin