Ön söZ (M. M. Musayev) I. Azәrbaycan diLİNİn morfologiyasina yeni baxişlar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/26
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#14971
1   ...   7   8   9   10   11   12   13   14   ...   26

B. Mürəkkəb cümlə örnəyində:  
(1) 
85. Menin Manas kulunum 
 
“Attanamın, jortom!” deyt, 
“Alıska sapar baram!” deyt. 
“Medineni sıdırıp, 
çon Bukardı kıdırıp 
 
90.   
İt-Keçüüdөn keçem” deyt, 
“Beş-Terekten ötöm”, deyt, 
“Bejindegi Konurbayga 
Barıp uruş salam”, deyt (Manas 1968: 18) 
 
‘Mənim Manas qulum (yavrum) 

Ata ninib gedərəm!” deyir, 

Uzaqlara səfərə çıxaram!” deyir. 

Mədinəni dolaşaram, 
böyük Buxaranı keçərəm, 
 
İt-Keçüüden keçərəm” deyir, 

Beş-Terekten keçərəm” deyir, 
“Bejindəki Konurbaya  
Gedib savaş açaram” deyir’. 
 
Yuxarıda 
“Manas” 
dastanı 
mətnindən sintaktik 
konstruksiyalar  verilmişdir.    Bu  konstruksiylar  baş  və  budaq 
 
129 
 

cümlələr  arasındakı  sintaktik  bağlılığa  görə  müəyyənləşən 
konseptual-
struktur  modeldə  işlənilir.  Onlar  subordinativ-obyekt 
mənalı mürəkkəb cümlə komponentlərinin təkrarlanması ilə qurulur. 
85-
ci  və  90-cı  sətirləri  təşkil  edən  subordinativ-obyekt  mənalı 
mürəkkəb  cümlələrdə  qara  hərflərlə  yazılan  asılı  komponentlər 
sintaktik  paralellərdir.  Həmin  sintaktik  paralellər  mətndə  xəbərləri 
həmcins  olan  və  təkrarlanaraq  işlənilən  baş  cümlələrlə,  daha 
doğrusu  həm  birinci,  həm  də  ikinci  halda  tək  bir  cümlə  ilə 
çevrələnir (Musaoğlu 2003: 18-19). 
(2) 
Küçələrə su səpmişəm, 
Yar gələndə toz olmasın. 
Elə gəlsin, elə getsin,  
Aramızda söz olmasın                    
 
Samavara od salmışam, 
St
əkana qənd salmışam. 
Yarım gedib, tək qalmışam,  
N
ə  əzizdir yarın canı! 
N
ə şirindir yarın canı! 
 
Piyal
ələr irəfdədir,  
H
ər biri bir tərəfdədir. 
Görm
əmişəm bir həftədir, 
N
ə əzizdir yarın canı,  
N
ə şirindir yarın canı! (“Küçələrə su səpmişəm” Azərbaycan 
xalq mahnısı). 
 
Yuxarıda  gətirilən örnəkdə  diaxronik səciyyəli poetik-
folklorik m
ətnləşmə  prosesi mürəkkəb cümlə  komponentlərinin 
qafiy
əli  sıralaması  ilə  gerçəkləşmişdir.  Qafiyəli  sıralanma  sözü-
ged
ən mətndə  sintaktik paralellik hadisəsinə  əsasən  qurulmuşdur. 
Göst
ərilən mətn-şeir  parçasında  birinci  bəndin və  ya mürəkkəb 
sintaktik bütövün 2, 3, 4 misraları əslində oxşar bir leksik tərkibdə 
 
130 
 

gerç
əkləşən sintaktik paralellərlə ifadə olunur. Şerin ilk iki misrası 
subordinativ-m
əqsəd mənalı  mürəkkəb cümlədən və  ya klassik 
terminologiya il
ə  ifadə  etsək, məqsəd budaq cümləli tabeli 
mür
əkkəb cümlədən ibarətdir. Burada baş cümlə öncə, budaq cümlə 
sonra g
əlir. Baş cümlədə bağlayıcı söz və bağlayıcının yeri poetik 
t
ələbə  görə  fakultativdir.  Əslində  isə  sözügedən mürəkkəb cümlə 
adi  danışıq  dilində  belə  bir normativ-sintaktik  quruluşda 
işləniləcəkdi: “Küçələrə su səpmişəm ki, yar gələndə toz olmasın”. 
M
ətndə  isə  həmin mürəkkəb cümlə  bir üslubi-sintaktik variant 
olaraq işlənilir. Mətn-şeir parçasının üçüncü və dördüncü misraları 
is
ə  qismən çoxmənalı  olan  subordinativ-tərz-nəticə  mənalı 
mür
əkkəb cümlə  və  ya klassik terminologiya ilə  ifadə  etsək tərz 
budaq cüml
əli tabeli mürəkkəb cümlə ilə ifadə olunur. Baş cümlədə 
“el
ə” bağlayıcı sözü təkrarlanır.  
 Sözüged
ən şeir parçasının “Küçələrə su səpmişəm” şəklində 
işlənilən ilk cümləsi bütövlükdə  mətnin kataforik, yəni 
öngönd
ərimli bir komponenti olaraq qiymətləndirilə bilər. Və həmin 
cüml
ə ilə mətnin sonrakı komponentlərində ifadə olunan fikrə işarə 
edilir. Birinci b
əndin son misrası isə sözügedən durumda mürəkkəb 
sintaktik bütövün önc
əki komponetlərində ifadə olunmuş  ana  fikri 
tamamlayan altgönd
ərimli və  ya anaforik mətnlinqvistik 
göst
əricidir. 
“Küçələrə su səpmişəm” şeir-makromətnini təşkil edən digər 
mürəkkəb sintaktik bütövlərin komponentləri isə sadə cümlələrdən 
ibarət  olan  sintaktik  paralellərlə  ifadə  olunur.  Həmin  mürəkkəb 
sintaktik  bütövlərdə  birinci  və  ikinci  misralar  mikromətnin  baş, 
üçüncü misralar orta
,  hər  iki  bəndin  sonunda  təkrar  olunan 
“nəqərat” isə sonluq-komponent yerində işlənilir. 
Beləliklə,  xalq  mahnılarımız  tariximizi,  bu  günümüzü  və 
sabahımızı ifadə edən folklorik, poetik və musiqili mətnlərimizdir. 
Anad
olu  türkləri  üçün  “Türkü”,  Qırğızlar  üçün  “Manas”  nədirsə, 
Azərbaycanlılar  üçün  də  xalq  mahnısı  odur.  Mahnılar  sadəcə 
Azərbaycanlıların deyil, bütün avtoxton xalqların həyatında önəmli 
bir yerə sahibdir. Məsələn, rus bılinaları, Ukrayna dumaları, ispan 
 
131 
 

rom
anseroları  kimi.  Bir  sözlə,  “Mahnı  xalqın  mənəviyyatı,  daxili 
aləmi, fikri, hissi, düşüncələri, istirabları, sevinc və kədəridir, mahnı 
xalqın özüdür. Mahnılarına görə xalqın həyat tərzini, toyunu, yasını, 
mübarizəsini  müəyyənləşdimək  mümkündür”  (Əfəndiyev  1992: 
22). Buna görə xalq mahnılarımızın günümüzdə çox ciddi bir tarixi-
, folklorik-
, ədəbi-, linqvistik və konseptual-filoloji təhlilə ehtiyacı 
vardır. Həmin təhlil milli-mənəvi dəyərlərimizi və ya bizi biz edən 
etnik-, etnoqrafik- 
və demoqrafik-konseptual bütünlüyümüzü təşkil 
edən milli mentalitetimizin hərtərəfi olaraq öyrənilməsi baxımından 
çox böyük əhəmiyyət kəsb edir. Belə bir təhlil həm də hər cür milli-
mənəvi  dəyərlərimizə,  torpaqlarımıza,  ədəbi  abidələrimizə, 
rəqslərimizə  və  xalq  mahnılarımıza  sahib  çıxmaq  istəyən  bədxah 
qonşularımız üçün də çox layiqli bir elmi-filoloji cavab olar!   
C. Mikromətn və ya mürəkkəb sintaktik bütöv örnəyində 
 
Sintaktik paralellərlə ilk ümumtürk poetik-folklorik mətninin 
dialoji-
çərçivəli
11
 
örnəkləri  qurulur.  Əsl  ümumtürk  mətninin 
11
 Dialoji-çərçivəli sintaktik quruluşlar və ya ontoloji səciyyəli əsl ümumtürk 
mətni  örnəkləri.  Azərbaycan  türkcəsində    “ontoloji”  şəklində  işlənilən  söz 
“ontologiya”  isminin  sifətidir.  “Ontologiya”  isə  varlıq  haqqında  elm  deməkdir 
(Türkçe Sözlük 2005:1505). Burada “ontoloji” sözü bütövlükdə ümumtürk dilinə, 
ayrılıqda türk ədəbi dillərinə məxsus olan simmetrik-tipoloji özəllikli mürəkkəb 
cümlə və buna bağlı olaraq müəyyənləşən konkret bir mətn növünü ifadə etmək 
üçün  işlədilir.  Sözügedən  MSB-nin  mətnlinqvistik  quruluşunun  dialoji-çərçivəli 
və  ya  ontoloji  terminləri  ilə  ifadə  edilməsinə  gəlincə  isə:  tema  (verilən,  məlum 
olan)  və  rema  (söylənilən,  yeni  verilən)  cümlənin  və  mətnin  bir-birinə  bağlı 
olaraq  işlənilən  semantik-funksional  komponentləridir.  Komponentlərin 
simmetrik  xarakterli  sıralanması  ilə  subordinativ-obyekt  mənalı  mürəkkəb 
cümlələrin  cümlə  və  mətn  səviyyələrində  gerçəkləşən  subordinativ-qapalı 
konstruksiyalarından araşdırmalarımızda ayrıca olaraq bəhs edilmişdir (Musaoğlu 
2002: 141-
143).  Cümlə  və  mətn  üzvlərinin  semantik-funksional  üzvlənməsinə 
görə  sıralanan  dialoji  səciyyəli  çərçivəli-sintaktik  quruluşlar  monoqrafiyada  əsl 
ümumtürk  mətni  örnəkləri  səviyyəsində  müəyyənləşdirilir.  “Ontoloji,  dialoji  və 
çərçivəli”  sözləri  bir  yerdə  sözügedən  linqvistik  qavramın  açıqlanması  üçün  ilk 
dəfə  tərəfimizdən  işlədilir  (Musaoğlu  2002:  317-318).  Dialoji  (Yun. Diâlogos-
söhbət, iki və ya çox şəxsin bir-biri ilə danışıması) leksemi dialoq sözünün sifəti 
 
132 
 
                                                            

sözügedən  örnəkləri  də  həm  bəşəri  svilizasiya,  həm  də  türk-islam 
mədəniyyəti  özəlliklərini  ehtiva  edən  üst  qavramlara  bağlı  olaraq 
özünə  məxsus  konseptual-linqvistik  quruluşları  ilə  gerçəkləşir. 
Məsələn,  dostluq  və  dostluqda  sədaqət  qavramı  epik  mətnləşmədə 
komponentləri  sintaktik  paralellərlə  qurulan  mikromətn  örnəyinin 
dialoji-
çərçivəli sintaktik quruluşu ilə  ifadə olunur:  
ii a. -Qazana m
ən asi olmazam deyib and içdi  söylədi, 
aydır: 
M
ən Qazanın nemətini çox yemişəm
Bilm
əzsəm gözümə dursun! 
Qaraqoçda qazılıq atına çox minmişəm. 
Bilm
əzsəm mana tabut olsun! 
Yaxşı qaftanların çox geymişəm, 
Bilm
əzsəm kəfənim olsun! 
Ala barigah otağına çox girmişəm.  
Bilm
əsəm mana zindan olsun! 
M
ən Qazandan dönməzəm, bəlli bilgil! – dedi (Araslı 1978: 
155-156). 
 
ii  b.  Beyrek:  “Hoş,  ola!”  dėdi.  Atın  çekdiler  bindi,  kırk 
yigidilę  Aruzuŋ  ėvinę  geldi.  Taş  Oġuz  begleri  otururiken  girib 
selām vėrdi. Beyregę Aruz eydür: “Bilürmisin seni neyę kıġırduk?” 
Beyrek  eydür:  “Neyę  kıġırduŋuz?”  Aruz  eydür:  Heb  şol  oturan 
begler K
azaną āsī olduk, and içdük.” Mushaf getürdiler: “Sen dahı 
and iç” dėdiler. “Kazaną men āsī olmazam” dėyü and içdi. Soyladı, 
eydür:  
“Men Kazanuŋ nimetini çok yėmişem, 
bilmezisem gözümę tursun. 
Kaząġucdą każılık atıną çok binmişem, 
bilmezisem maŋa tābūt olsun. 
Yahşı kaftānların çok geymişem,  
və  ya  təyini  kimi  dialoqla  əlaqəli  olan  mənasına  gəlir.  Türk  ədəbi  dillərinə  aid 
nəsrlə yazılan mətnlərdə özgə nitqi (vasitəli və vasitəsiz nitq) və daxili nitq 
 
133 
 
                                                                                                                                       

bilmezisem kefenüm olsun. 
Alą bārgāh otaġıną çok girmişem,  
bilmezisem maŋa zindān olsun. 
Men Kazandan dönmezem, bellü bilgil” 
dėdi…(Tezcan 
2001). 
 
 
Azərbaycan  türkcəsinə  uyğunlaşdırılmış  olan  iia.  və  orijinal 
iib.  kimi 
ümumtürk  mətni  örnəklərində  qafiyələnmənin  və  ritmik 
ifadənin bir dil-işlənilmə vasitəsi olaraq qurulması heca vəznli epik-
lirik şerimizin və ya xalq mahnılarımızın və bayatılarımızın poetik 
şəkillənməsindən  öncəki  mifoloji  epoxya  və  sözügedən  dövrdən 
qopuz-
dastan  anlatımı  çağına  keçid  dönəminə  təsadüf  edir.  Ancaq 
sözügedən  poetik-folklorik  qafiyələnmə  sistemi  epik  xarakterli 
dastan  anlatımında  hələ  günümüzdə  də  öz  işləkliyini  qoruyub 
saxlamaqdadır. Qeyd olunmalıdır ki, belə bir poetik-mətnlinqvistik 
qurul
uş ən qədim ümumtürk mətninin ritmik hecalı şeir sistemi ilə 
təşkil olunmuşdur. Mətndəki 1, 3, 5, 7 və 2, 4, 6, 8-ci misralar bir-
biri ilə həmqafiyədir. Birincilərdə 10-14, ikincilərdə isə 9-10 heca 
vardır. Sözügedən şeir parçasındakı birinci misralar eyni qrammatik 
quruluşda və oxşar bir leksik tərkibdə və ikinci misralar da eyni bir 
qrammatik quruluşda və oxşar bir leksik tərkibdə müəyyənləşdirilə 
bilən  sintaktik  paralellərdən  ibarətdir.  Hər  biri  bir  beyt  kimi 
müəyyənləşdirilə bilən 1, 2; 3, 4; 5, 6; 7, 8-ci misralar isə ayrılıqda 
asimmetrik  formalı,  koordinativ-şərt  və  səbəb  mənalı  mürəkkəb 
cümlə səviyyəsində gerçəkləşən mikromətn komponentləridir. 
Yuxarıda  sözügedən  beytləri  təşkil  edən  birinci  misralar 
sintaktik  paralellər  olaraq  təkrar  olunan  iki  komponentli 
mikromətnlərin və ya klassik terminologiya ilə ifadə etsək, qarışıq 
tipli tabeli mürəkkəb cümlələrin baş cümləsidir. İkinci misralar və 
ya  budaq  cümlələr  birinciləri  bütövlükdə  tamamlayır  və  poetik 
anlatımda  onların  səbəb  mənalı  bir  nəticəsi  kimi  ortaya  çıxır. 
Sözügedən  sintaktik  konstruksiya  adi  danışıq  dilində  bütövlükdə 
koordinativ-
səbəb  mənalı  mürəkkəb  cümlə  olaraq  belə  bir  üslubi-
sintaktik quruluşda işləniləcəkdi: “Əgər bilməzsəm, gözümə dursun, 
 
134 
 

çünki  mən  Qazanın  nemətini  çox  yemişəm”.  Buradakı  budaq 
cümlələr ayrılıqda koordinativ-şərt mənalı mürəkkəb cümlə kimi də 
qiymətləndirilə  bilər.  Çünki,  onlarda  sintaktik  paralellər  olaraq 
işlənilən  “bilmezisem”  komponentləri  budaq  cümlədir.  “Gözümę 
tursun,  maŋa  tābūt  olsun,  kefenüm  olsun,  maŋa  zindān  olsun” 
sintaktik paralelləri isə həmin mürəkkəb cümlə növündə baş cümlə 
vəzifəsini daşıyır. Mətn-şeir parçasındakı 1, 3, 5, 7 və 2, 4, 6, 8-ci 
misralar sintaktik paralellərlə simmetrik olaraq qafiyələnir. 1, 2; 3, 
4; 5, 6; 7, 8-
ci beytləri təşkil edən misralar isə mürəkkəb cümlələrin 
baş  və    budaq  cümlə  komponentləri  ilə  asimmerik  olaraq  ifadə 
olunur.  Beləliklə,  sözügedən  poetik-folklorik  mətnin  sintaktik 
paralellərlə  ifadə  olunan  komponentləri  səcli  şerin  ümumi  poetik 
tələblərinə  və  daxili  qafiyələnmə  sisteminə  əsasən  sintaqmatik 
olaraq sıralanır. 
Sözügedən  poetik-folklorik  mətndə  Beyrəkin  dialoq  nitqi 
şəklindəki  sintaktik-çərçivəli  cavablandırması  ilə  bütövlükdə 
dostluq qavramı ifadə olunur. Sözügedən cavablandırma isə  başda 

Beyrək  söylədi”  və  sonda  “dedi”  predikativ  qütblənməsi  ilə 
çərçivələnmişdir ki, bu da türk folklorik mətninin ontoloji xarakterli 
əsas sintaktik-mətnlinqvistik özəlliklərindən biridir. Burada Türklük 
fenomenini  təşkil  edən  ən  əsas  qavramlardan  birinin  və  ya  onun 
dosta  sədaqət    “teması  və  konkret  mözusu”nun  (Aktaş  2009:  32) 
ayrıca  olaraq  mətnləşməsi  poetik-folklorik  təhkiyə  ilə  gerçəkləşir. 
Türk-
islam  mədəniyyətinə  bağlı  “Tanrı  haqqı,  axirət,  qədər, 
qonşuluq  əlaqələri,  ailə,  bakirəlik,  qəhrəmanlıq,  yol,  sevgi, 
qonaqpərvərlik,  nifrət” kimi digər  qavramlar  da  ümumtürk 
mətninin  poetik-folklorik  təhkiyəsində  geniş  yer  tutur.  Belə  bir 
mətnləşmə  və  ya  diskursiv  anlatım  isə  türkcə  olaraq  konseptual-
linqvistik  səciyyəli  mikro-  və  makromətn  komponentlərinin 
çərçivəli-sintaktik sıralanmamalrı və sintaktik paralellərlə qurulur.   
 
2.
3. Nəsrlə söylənilən və ya yazılan bədii mətn örnəkləri  
 
Araşdırmalarımızda  türkcə  əsl  mətn  örnəkləri  qapalı  və  ya 
dialoji-
çərçivəli  sintaktik  konstruksiyalar  olaraq  həm  mürəkkəb 
 
135 
 

cümlə, həm də mürəkkəb sintaktik bütöv çərçivələrində örnəklərlə 
işıqlandırılmışdır (Musaoğlu 2002:141-143; 2011: 8-18). Burada isə 
türkcə  əsl  mətn  örnəkləri  onlarda  ifadə  edilən  qavramlara  görə 
mürəkkəb  sintaktik  bütövlər  olaraq  konseptual-linqvistik 
yöntəmlərlə  öyrənilir.  Belə  ki,  “Kitabi-Dədə  Qorqud”  dastanının 
mətnindən  gətirilən  örnəklərə  görə,  sintaktik-mətnlinqivistik 
quruluşla  onlarda  ifadə  edilən  qavramlar  arasında  koqnitiv-
konseptual 
əlaqələr qurulur. Məsələn: 
ia.  Qonşuların  çağırır  ki;  Qız  Züleyxa!  Zübeydə!  Üreydə! 
Can  qız,  can  paşa!  Ayna  Mələk!  Qutlu  Mələk!  Ölməyə  itməyə 
getmişdim? Yatacaq yerim yine bu haraba olasıydı. Nolaydı benim 
evimə  bir  ləhzə  baxaydınız.  Qonşu  haqqı,  Tanrı  haqqı  -  deyib 
söylər (Araslı 1978: 7). 
ib.  Geldük  ol  kim  ţolduran  ţobdur:  Depretincę  yėrinden  örü 
turdı.  Elin  yüzin  yumadın  obanuŋ  ol  ucından  bu  ucıną,  ol  ucıną 
çarpışdurdı,  kov  kovladı,  diŋ  diŋledi,  öylędencę  gezdi.  Öylęden 
soŋra  evinę  geldi.  Gördikim  oġrı  köpek  yigę  ţaną  ėvini  birbirinę 
katmış,  tavuk  kümesinę,  șıġır  tamına  dönmüş,  konşularıną  çaġırur 
ki:  “Kız  Zaliha,  Zübeydę,  Ürüveydę,  Cān  Kız,  Cān  Paşa,  Aynę 
Melik,  Kutlu  Melik,  ölmegę  yitmegę  gėtmemişidüm.  Yatacak 
yėrüm  gėne  bu  harāb  olasıydı.  Nolaydı  benüm  ėvümę  bir  lahzą 
bakayduŋuz.  Koŋşı  hakkı  Tanrı  hakkı”  deyü  söyler.  Bunuŋ  gibi-
nüŋ,  hānum,  bebekleri  bitmesün,  ocağuŋą  bunuŋ  gibi  avrat 
gelmesün
12
 (Tezcan 2001: 33). 
ic. Beyrek aydır: 
-
Necə  səht  olmayayım?  On  altı  ildir  ki,  (sənin)  babanın 
dustağıyam.  Ataya,  anaya,  qovuma,  qardaşa  həsrətəm  və  həm  bir 
qara  gözlü  yavuğlum  vardı.  Yalancı  oğlu  Yalançıq  derlər  bir  kişi 
vardı. Varmış yalan söyləmiş. Bəni öldü demiş. Qız ona varar olmuş 
dedi 
(Araslı 1978: 59). 
12
  Monoqrafiyada  “Kitabi-Dədə  Qorqud”  dastanından  gətirilən  bütün  örnəklər 
eyni  olub,  H.  Araslının  (1978),  S.  Tezcan  və  H.  Boeschotenin  (2001) 
hazırladıqları uyğun tənqidi mətnlərdən alınmışdır. 
 
136 
 
                                                            

iç. 
Meger kāfir beginüŋ bir bikr kızı varıdı. Her gün Beyręgi 
görmegę gelüridi. Ol gün gėrü görmegę geldi. Bakdı, gördi Beyrek 
saht olmış, kız eydür: “Nėçün sāht-sın, hānum yigit? Geldügümcę 
seni  şėn  görüridüm,  güleridüŋ  oynarıduŋ.  “Şimdi  nolduŋ?”,  dėdi. 
Beyrek eydür: 
“Nėcę saht olmayayım? On altı yıldur kim babaŋuŋ 
tutsakıyam, atayą anayą, kavmą kardaşą hasretem. Ve hem bir karą 
gözlü yavuklum vardı. Yalancı oġlı Yaltacuk dėrler bir kişi varıdı, 
varmış,  yalan  söylemiş,  beni  Öldi  dėmiş.  Aŋa  varur  olmış”  dėdi. 
Böylę dėgeç, kız Beyregi āşıklamışıdı, eydür: “Eger seni hișārdan 
aşaġą  urġanılą  salınduracak  olurısam,  babaŋą  anaŋą  șaġlıġılą 
varacak  olurısaŋ  beni  bundą  gelüb  helāllıġą  alurmısın?”  dėdi. 
Beyrek and içdi… (Tezcan 2001). 
Sözügedən mikromətnlər danışıq və ya diskurs ortamına görə 
müəyyənləşən  subordinativ-obyekt  mənalı  mürəkkəb  cümlə 
modelində  işlənilir.  Daha  doğrusu,  cümlə  və  ya  mürəkkəb  cümlə 
izomorfizmi burada 
asanlıqla  mürəkkəb  sintaktik  bütöv  üzərinə 
köçürülə  bilir.  Mətnin  rema-komponenti  sadə  və  mürəkkəb 
cümlələrdən  ibarət  olan  sintaktik  vahidlərlə  ifadə  olunur.  Bunlar 
bütövlükdə  nəsr  üslubu  və  özünə  məxsus  nəql  etmə  tərzi  ilə 
gerçəkləşən  konkret  bir  mətnləşmənin linqvistik-konseptual 
nüvəsini təşkil edir. 
Bəlli bir ölçüdə Azərbaycan türkcəsinə uyğunlaşdırılmış olan 
ia. 
və  orijinal  mətndəki  ib.-də    başda  baş  cümlə  və  sonda  təkrar 
olunan  xəbərlə  ifadə  edilmiş  tema  və  baş  cümlə  ilə  təkrar  olunan 
xəbərin  arasındakı  mətn  parçasından  ibarət  olan  rema  arasındakı 
sintaktik-
mətnlinqvistik əlaqələr mətndə ifadə edilən əsas qavrama 
görə  qurulur.  Mətndə  ifadə  edilən  anlayış  isə  İslamiyyətdən  gələn 
“Qonşu  haqqı,  tanrı  haqqı”  konseptual  düşüncəsinə  bağlı  olaraq 
gerçəkləşən “qonşuluq əlaqələri” qavramından ibarətdir. Qonşuluq 
əlaqələri qavramı türk-islam mədəniyyətində konkret olaraq həyata 
keçirilən  praktik  tətbiq  olunmaları  ilə  önəmli  bir  yer  tutur. 
Sözügedən sintaktik-mətnlinqvistik quruluşda da qonşuluq əlaqələri 
qavramını  bir  dil-düşüncə  qəlibi  olaraq  “Qonşu  haqqı,  Tanrı 
 
137 
 

haqqı!”  deyimi  ifadə  edir.  Həmin  qəlib-ifadə    mətnin  söyləmdəki 
qurucu-
komponenti  və  ya  frazeoloji  xarakterli  deyim  birləşməsi 
olaraq  özünü  göstərir.  Sözügedən  deyim-ifadə  həm  çağdaş 
Azərbaycan  türkcəsinin  mətn  sintaksisi  və  durğu  işarələri  ilə 
müəyyənləşdirilə  bilən  və  mətnlinqvistik  kontekstdə  işıqlandırılan 
ia. 
mikromətninin,  həm  də  dastanın  ib.-dəki  orijinal  normal 
mətninin retrospektiv səciyyəli konseptual-linqvistik üzvü olaraq da 
qiymətləndirilə bilər. 
 
Azərbaycan  türkcəsinə  uyğunlaşdırılmış  olan  ic.  sintaktik 
bütövündə və orijinal mətn olaraq verilən iç. mikromətnində tema 
ilə  (başda  baş  cümlə,  sonda  xəbərlə)  rema  (baş  cümlə  ilə  xəbərin 
arsındakı  mətn  parçası)  sintaktik-mətnlinqvistik  komponentlər 
olaraq bir-
birini  tamamlayır.  Sözügedən  mətndə  komponentlərin 
aktual  üzvlənməsi  türk-islam  mədəniyyətini  təşkil  edən  başqa  bir 
dəyişməz  amilə  görə  müəyyənləşir.  Bu  amil  ailənin  başından 
etibarən sağlam əsaslar üzərində qurulmasını təmin edən bakirəlik 
müəssisəsi və ya qavramından ibarətdir. Bakirəlik qavramı və ya 
etnik-
dini əsasına görə isə ilk dəfə evlənən oğlanlar bakir, qızlar isə 
bakirə olmalıdır.  
Bu  kontekstdə  dastanın  mətnində  ifadə  edilən  Beyrəklə 
Banuçiçəyin  eşqi  və  evlənmə  səhnəsi  hadisəsi  böyük  maraq 
doğurur.  Həmin  eşq  və  evlənmə  səhnəsi  hadisəsi  türk  ailə 
quruluşuna dair mentalitet xarakterli ilk özəlliklərdən birinin bariz 
örnəyi  və  ya  simvoludur.  Sözügedən  yazılmamış  ailə  quruluşu 
qaydası  mifoloji  və  ya  yazısız  eradan  qopuz-dastan  və  ya  yazı 
ep
oxasına keçid dönəmində “Türklük fenomeni”ni təşkil edən əsas 
elementlərdən biri olaraq özünü göstərir. Həmin etnik-milli özəllik 
dastanın  mətnində  sözügedən  dialoji-çərçvəli-sintaktik  quruluşla 
ifadə  olunur.  Buna  görə  də  sözügedən  dialoji-çərçivəli-sintaktik 
quruluş türk konseptual düşüncəsinin qurucu-koqnitiv elementərini 
ifadə edən əsl ümumtürk mətni örnəyi olaraq səciyyələndirilir.   
Qeyd. 
Yuxarıda  sözügedən  konseptual-linqvistik xarakterli 
süjet-
mətnləşmə  hadisəsi  antik  dövr  Hind-Avropa  dastanlarının 
m
ətnlərində  də  özünü  göstərir.  Bir  çox  Hind-Avrupa  və  Qərb 
 
138 
 

sivilizasiyalı dünya folklorik mətnlərində yer tutan “ər öz arvadının 
toyunda,  ərin  qayıtması  və  ya  qəhrəmanla  nişanlanma”  folklorik 
süjetinə  görə    yeni  evlənmiş  bir  gənc  ər  3,  5,  7,  14  və  s.  il 
müd
dətində  öz arvadından ayrılır. O, ya bir iş dalınca uzaq səfərə 
gedir və ya düşmən qüvvələrinə əsir düşür. Әr evinə qayıtdıqda isə 
arvadının  bir  başqasına  ərə  verildiyini  görür  və  öz  arvadının 
toyunda iştirak etmək məcburiyyətində qalır (Əfəndiyev 1992: 377-
378)
.  Türk  qəhrəmanlıq  və  məhəbbət  dastanlarında  isə  belə 
deyildir.  Türk  dastnları  mətnlərinin  təhkiyəsində  ayrılıb  gedən  bir 
ər deyildir, bakir bir nişanlıdır. Cənc nişanlını gözləyən isə bakirə 
bir  qızdır.    Axırda  bakir  və  bakirə  nişanlılar  bir-birinə  qovuşur. 
Buna görə də antik dövr Hind-Avropa mənşəli dastanlardan fərqli 
olaraq  ümumtürk  dastanlarında  mətnləşən  tema  və  ya  süjet 
bütövlükdə bakirəlik qavramından ibarətdir. 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin