Ön söZ (M. M. Musayev) I. Azәrbaycan diLİNİn morfologiyasina yeni baxişlar


.2. İşarələrin seçimi dünyasında



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/26
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#14971
1   ...   9   10   11   12   13   14   15   16   ...   26

2.3.1
.2. İşarələrin seçimi dünyasında  
Dildəki  quruluş-ifadə  fərqliliyinin  milli  mentalitetdə  də  bir 
özəllik  və  özünəməxsusluq  olaraq  əks  olunduğu  çağdaş  etno-
linqvistikada (alm. Etnolinguistik, fr. etnolinguistique, ing. 
ethnolinguistics, rus. 
Этнoлингвиcтикa) önəmlə vurğulanır. Bu isə 
o deməkdir ki, hər hansı bir dil dillər ailəsində özünə məxsus unikal 
bir  “dünya  xəritəsi”nə  malikdir.  Həmin  fikir  daha  XX yüzilin 
əvvəllərindən  etibarən  öz  məşhur  əsərləri  və  dərin  elmi-linqvistik 
nəticələri  ilə  dilçilik  tarixində  önəmli  bir  yer  tutan  dilçilərdən 
Humbolta və Sepir-Uorfa məxsusdur. Məşhur dilçi Anna Vejbitski 
və  Moskva  semantik  dilçilik  məktəbinin  nümayəndələri  də 
sözügedən ümumi fikri müdafiə edir. Bu fikrə görə hər hansı bir dil, 
hər şeydən öncə, “öz xəritəsi” ilə də qohum olan və olmayan digər 
ən  yaxın,  yaxın  və  uzaq  dillərdən  seçilir.  Bu  baxımdan  Kamal 
Abdulla  mətnində  də  Azərbaycan  Türk  dilinin  sözügedən unikal 
“dünya xəritəsi”dən bir əsas yol göstərici olaraq yerində və uğurla 
istifadə  olunmuşdur.  Bununla  bərabər,  Kamal  Abdulla  mətnində 
sözügedən  dünya  xəritəsini  ifadə  edən  həm  dil,  həm  də  digər 
mətnqurucu  işarələr  təhtəlşüur  olaraq  çox  düzgün  və  yerində 
seçilmişdir.  
Biz  indi  neosfera  və  biosfera  ilə  birlikdə  həm  də  bəlli  bir 
semiotik  məkanda,  yəni  semiosfera  (Лотман  1984)  və 
konseptosfera epoxasında yaşadığımızın fərqində olmalıyıq. Başqa 
bir  sözlə,  özünə  məxsus  müəyyən  semiotik  işarələrlə  seçilən 
kons
eptosferadakı  mövcudiyyətimizi  dərk  etməliyik.  Əslində  “Biz 
indi  işarələrin  seçimi  dünyasında  Yaradanın  iradəsi  ilə  yaşayırıq 
desək”  daha  doğru  olar.  Sözügedən  romanda  da  paralel 
dünyalardakı  roman  qəhrəmanları  çox  zaman  hər  hansı  bir  seçim 
qarşısındadır! Həyat və ya ölümün seçimi, yazı və ya mifin seçimi! 
Karyera, gözəllik və ya hakimiyyətin, gücün seçimi və s. Hər hansı 
bir seçim romanda müəyyən semiotik işarələrlə göstərilir. Məsələn, 
romanın  qəhrəmanlarından  Bəhram  kişi  təki    “Mağaradakı  çiçəkli 
yazının sirri açılsın deyə” ölümü seçir. Ölümün əsas semiotik işarəsi 
və ya icra edəni isə romanda, hər şeydən öncə, “Mağaranın ruhu” 
 
150 
 

obrazı ilə ifadə olunur. O, hər an Bəhram kişini təqib edir. Əlbəttə, 
ölüm konkret, gözləgörünən və müşahidə edilən, ruh isə mücərrəd 
və gözlə görülməyən substansiyadır. Necə ki, həyat fanidir, ruh isə 
əbədiyyən mövcuddur. İnsan öldükdən sonra ruh Allahın iradəsi ilə 
onun  bədənindən  ayrılır.  Mağaranın  ruhu  fenomeni  mifoloji 
səciyyəli bir imtiyazlı səs və ya nəfəs olaraq həm də keçmişimizdən 
gəlir  və  romanda  özəl  bir  mətnqurucu  işarə  olaraq  çox  uğurla 
işlənilir.  
 
2.3.1.3. Kamal Abdulla
nın  bədii  mətnində  mətnqurucu 
işarələrin işlənilməsi  
Bəs işarələr anlayışı nə deməkdir? Burada, hər şeydən öncə, 
müasir dilçilik elminin banisi Ferdinand 
de Sössürün 
müəyyənləşdirdiyi  sərbəst  xarakterli  dil-nitq  işarələri  xatırlanır 
(Coccюр 1977). Bunlarıın bəzilərini yuxarıda sadaladıq. Ancaq “yol 
işarələri,  tüstü  (od  yanmasa,  tüstü  çıxmaz),  səs,    qoxu”  və  bunun 
kimi 
digər işarələr də semiosferada yer alır. Hər bir elm sahəsinin 
və ya incəsənətin müxtəlif sahələrinin, bədii ədəbiyyatın hər birinin 
özünəməxsus  işarələr  sistemi  vardır.  Semiotikada  hər  cür  sistemli, 
ardıcıl  və  mənalı  işarələr  XIX.  yüziln  sonlarından  başlayaraq 
sintaqtik,  semantik  və  praqmatik  yönümləri  ilə  geniş  şəkildə  
öyrənilir  (Erkman-Akerson 2005: 93-116).  Yuxarıda  göstərildiyi 
kimi, sintaktik 
istiqamətdə nitq zəncirindəki və ümumiyyətlə zaman 
ardıcıllığındakı işarələrin, semantik istiqamətdə əşyanın mənası və 
işarə  daşıyıcılarının,  praqmatik  olaraq  isə  işarə  ilə  ondan  istifadə 
edənlərin arasındakı əlaqə müəyyənləşdirilir (ЛЭC 1990: 441).   
 
Müəyyən  bir  tədbir,  mərasim,  rəqs,  yuxu,  oyun  və  s.  kimi 
işarələrlə  qurulan  fərdi,  kütləvi  fəaliyyətlər  də  ayrı-ayrı  mətnlər 
olaraq  tərif  edilir  (ЛЭC  1990:  440-442).  Beləliklə,  praqmatik  və 
sintaktik olaraq gerçəkləşən hər hansı bir mətnin və ya milli-mənəvi 
mətn-təşəkkülün bir işarələr sistemi və ya dünyası vardır. Və bütün 
mətnlər  bu  və  ya  digər  şəkildə  işarələrin  hərəkətləri  ilə  qurulur. 
Bədii mətnin özəl mətnqurucu işarələri isə, əlbəttə, yazıçının özünə 
və  ya  konkret  bir  durumda  onun  əsərinə  məxsusdur.  Sözügedən 
 
151 
 

işarələr,  hər  şeydən  öncə,  yazıçı-oxucu  və  ifadə  edilən  gerçəkliyə 
müəllif münasibəti kontekstində praqmatik olaraq müəyyənləşir. Və 
ümu
miyyətlə,  semiotik  işarələr  arasındakı  formal  və  məzmunlu 
bağlantıya  görə  isə  hər  cür  mətnqurucu  işarələr  sintaktik 
özəllikləriylə  də  öyrənilir.  Bədii  mətnlərin  başlıqları,  ayrı-ayrı 
cümlələr,  nominativ  adlandırılmalı  sözlər,  frazeoloji  ifadələr, 
mürəkkəb  sintaktik  bütövlər,  anaqrammalar,  qısaldılmış  nominativ 
adlandırmalar,  arxaik  kəlimələr  və  s.  özəl  mətnqurucu  işarələr 
olaraq işlədilir. Etnik, folklorik, etnoqrafik, demografik, demonoloji 
və  mifoloji  mahiyyətli  kult-simgələr,  müxtəlif  fabulalar,  paralel 
süjet  xətləri,  presuppozisyalar  və  ya  öncə  görmələr,  hissi  baş 
vermələr  də  bədii  mətnin  özəl  mətnqurucu  işarələri  olaraq  özünü 
göstərir.  Məsələn:  “Unutmağa  kimsə  yox”  romanında  aşağıda 
göstərilənlər  müəllifə  məxsus  ədəbi-bədii  xarakterli  özəl 
mətnqurucu işarələr olaraq səciyyələndirilə bilər: 

F.Q.  qısaltması-  müəllifin  özünün  və  ya  zamanın  yaradıcı 
gəncliyinin qrafik işarələrlə ifadə olunan mətnqurucu göstəricisidir;  
-
Mifoloji  səciyyəli  “Qarağac”,  “Çoban  papağı”,  “Çiçəkli 
yazı”,  “Vəng  dağı”,  “İşıqsaçan  daş”,  “Bozlar”,  “Mağara”  və  s. 
sözlər və söz birləşmələri koqnitiv məzmunlu mətnqurucu özəl ad 
göstəriciləridir;  
-F.Q.-
nin və Bəhram kişinin paralel yuxuları və eyni yuxuları 
görmə hadisələri və ya paralel dünyalardan birinin yuxularda yazıçı 
gerçəkliyi  olaraq  gerçəkləşdirilməsi  amilləri  ayrılıqda  özəl 
mətnqurucu işarələr olaraq işlədilməkdədir; 
-
Əryənin  ölümdən  qurtula  bilməsi  üçün  qiyabən  kəndin 
mollası Seyid Cəfərə “makintoj palto” alma sözü verməsi olayı da 
özəl mətnqurucu işarə səciyyəsi daşıyır və s.;  
-
Güclü  həyati  müşahidələrə,  dərin reminiseniativ  duyuma  və 
duyğular  kontekstinə  dayanılaraq  yaradılan  “Dil  və  təfəkkür 
institutu”nun
18
 
ədəbi və bədii-psixoloji obrazlaşdırılması və s. kimi. 
18
 Həmin İnstitutun prototipi bu sətrlərin müəllifinin də uzun illər boyu işlədiyi 
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutudur. 
 
152 
 
                                                            

Dilçilik  İnstitutu  əməkdaşlarının  Allahın  rəhmətinə  gedən  və  bir 
çoxu  da  hələ  həyatda  olan  bədii  obrazları  romanda  çox  böyük 
təhtəlşüur  ümumiləşdirmə  və  Dostoyevskivari  incə  bir  bədii 
ustalıqla  yaradılmışdır.  Bir  sözlə,  bu  gün  Dilçiik  İnstitutunda 
işləyənlərin bir çoxu diqqət etsələr, öz obrazlarını romanda asanlıqla 

rə bilərlər. Hansı obrazlarını: 

İnstitutun  intellektual  fikir  zirvələri,  yaradıcı  düşüncə  və 
praktik  əməl  sahibləri  (Bunların  böyük  bir  qismi  indi,  təəssüflər 
olsun ki, bu gün artıq həyatda yoxdur.);  
-
Özlərini  elmdə  doğrudan  da  bir  fikir  sahibi  hesab  edənlər, 
amma basma-
qəlib  düşüncə  tərzindən  və  pedantlıq  səviyyəsindən 
uzağa gedə bilməyənlər; 
 -
Və nəhayət gənc piranilər və ya yaradıcılıq ehtirası ilə elmdə 
yenilik yaratmaq istəyənlər, F.Q. və onun kimilər və s. olaraq… 
Sözügedən  romanın  başlığı  və  Kamal  Abdullanın  öncəki 
romanlarının  başlıqları,  yuxarıda  göstərildiyi  kimi,  çox  uğurla 
seçilmiş özəl mətnqurucu işarələr olaraq qiymətləndirilə bilər.  
 
Kamal  Abdullanın  roman  mətnində  “Yarımçıq  əlyazma” 
başlığıyla  mifoloji-folklorik  və  eyni  zamanda  ədəbi,  əfsanəvi  və 
tarixi  şəxsiyyətlərin  mətnaltı  dünyası  bir  yazıçı  gerçəkliyi  və  ya 
bədii  modeli  olaraq  açıqlanır.  “Sehrbazlar  dərəsi”  romanının 
başlığıyla və mətniylə sufi-mistik dünyamızın olub-bitənləri ruhlar 
dünyası  və  ruhun  gözü  kontekstində  mətnləşdirilir.  “Unutmağa 
kimsə  yox”  romanının  başlığıyla  isə,  yuxarıda  da  deyildiyi  kimi, 
bötövlükdə  paralel  dünyalara,  möhtəşəm  ahəngə  və  hadisələrin 
üfüqünə işarə edilir ki, bütün bunların da günümüz insanı tərəfindən 
unudulması mümkün deyildir. Nə dünən, nə bu gün, nə də sabah! 
 
2.3.1
.4.  “Unutmağa  kimsə  yox”  romanındakı  digər 
mətnqurucu işarələr 
Romanın  “Ön  söz”ünü  tanınmış  folklorşünas  alim  Arif 
Acaloğlu yazmışdır.  
Əsərin əsas mətni VIII fəslə ayrılmışdır.  
Son söz yerində ayrıca olaraq “Axır” adlı hissə verilmişdir.  
 
153 
 

Romanın  birinci  fəsli  4,  ikinci  fəsli  6,  üçüncü  fəsli  6, 
dördüncü  fəsli  3,  beşinci  fəsli  6,  altıncı  fəsli  19,  yeddinci  fəsli  10 
başlığa  ayrılır.  Səkkizinci  fəsil  isə  7  başlıqdan  və  ya  
“kvaziparaqraf”dan (Ələkbərli 2011) ibarətdir. Roman mətni toplam 
ola
raq  61  başlıqdan  və  ya  adlıq  cümlələrlə  ifadə  olunan  müxtəlif 
yarımbaşlıqlardan  təşkil  olunur.  Həmin  başlıqlar  müəllifin  bədii 
qavramlar dünyasının “açar sözlər”i olaraq da səciyyələndirilə bilər. 
Onlarla  bilvasitə  və  bilavasitə  səciyyəli  qavramlara  işarə  edilir  və 
həmin  qavramlar  uyğun  bölmələrdə  tərkib  hissələri  ilə  açılır. 
Bununla da bütün başlıqlar və ya yarımbaşlıqlar bədii cəciyyəli özəl 
mətnqurucu işarələr olaraq seçilir.   
Qeyd: 
Özəl  mətnqurucu  işarələr  yerində  Kamal  Abdullanın 
“Tarixsiz  gündəlik”  (2005)  adlı  povestinin  mətnində  də  başlıqlar 
işlənilir. Oradakı başlıqlar konkret bir məktəb həyatına işarə edir. 
Buradakı başlıqlar isə bütün dünyaya, ilahi həqiqətə işarə edir və 
romanın süjeti konseptual-kateqorial səciyyəli bir mahiyyət daşıyır. 
O, yeni 
bir roman qurma arxitektonikası örnəyi olaraq da  diqqəti 
çəkir.  
 
Romanın  mətnində  müxtəlif  dil-nitq  vahidlərindən  özəl 
mətnqurucu  işarələr  kimi  istifadə  edilir.  Sözügedən  durumlarda 
konkret sözlərlə, arxaik kəlmələrlə və ya söz birləşmələri, cümlələr 
və  mürəkkəb  sintaktik  bütövlərlə  ədəbi-bədii  səciyyəli  özəl 
mətnqurucu  işarələrin  praqmatik  və  sintaktik  funksiyaları  üst-üstə 
düşür.  Bu  isə  müəllif  bədii  mətninin  əsas  məziyyətlərindən  biri 
olaraq sayıla bilər.  
Məsələn:  
-Professor, Günortaç, patriarx, burun, insasanlar
19
  kimi 
sözlər;  
-
Ay zolağı, yağış anı, ay axşamı kimi söz birləşmələri və s.  
19
  İnsan  kimilər  mənasında  işlənilir  və    müəllifin  fonetik  assosiasiya  vasitəsilə 
düzəltdiyi və böyük bir ehtimalla “başqa planetlilər”ə  də işarə edən bir səs təqlidi 
xarakterli söz-
ifadədir. 
 
154 
 
                                                            

Romanda  işlənilən  “Professor”  sözünün  üzərində  ayrıca 
olaraq  durmaq  istəyirəm.  “Professor”  sözünün  lüğəvi  mənası, 
məlum olduğu kimi, “elmi ad” deməkdir. Müəllif “Unutmağa kimsə 
yox”  romanında  həmin  sözdən  bir  ədəbi-bədii  səciyyəli  özəl 
mətnqurucu işarə olaraq istifadə edir. Müəllifin “Dilçiliyə səyahət” 
(2010)  əsərində  də  sözügedən  söz  özəl  mətnqurucu  işarə  yerində 
işlənilir.   
Məlum  olduğu  kimi,  dilçi-akademik  Məmmədağa  Şirəliyev 
bu  adı  Azərbaycanda  çox  gənc  yaşlarında  ilk  alan  alimlərdən  biri 
olmuşdur. XX. yüzildə Azərbaycan dilçiliyinin qurucularından olan 
akademik Məmmədağa Şirəliyev istər xalq arasında, istərsə də elmi-
pedaqoji içtimaiyyətdə “Professor” olaraq adlandırılır və həmin adla 
da çağrılırdı. Hətta o zamankı Sovetlər Birliyinin digər şəhərlərində 
də Məmmədağa Şirəliyevə bu adla müraciət edirdilər.  Moskvada, 
Leninqradda,  Daşkənddə,  Alma-Atada,  Aşqabatda  və  s.  Çünki  bu 
söz görkəmli alimin bütün elmi, pedaqoji, insani keyfiyyətlərinə və 
rəsmi dövlət işlərindəki fəaliyyətlərinə bir bütün olaraq işarə edirdi.  
Romanın  mətnində  “Professor”  sözünün  lüğəvi  mənasının  ifadə 
etdiyi  anlam  sahəsi,  həmin  sözün  rəhmətlik  Məmmədağa 
Şirəliyevin  şəxsiyyətinə  aid  bildirdiyi  digər  elmi,  pedaqoji,  rəsmi 
dövlət  işlərindəki  fəaliyyətlərinə  dair  anlam  sahələri  ilə  eyni  bir 
müstəvidə  ayrı-ayrı  “konseptual  çərçivə”lər  olaraq  metakontekstə 
görə  bir  yerdə  çərçivələnir.  Buna  görə  də  sözügedən  söz-işarə 
burada söhbətin mövzusuna çevrilir.  
Beləliklə,  müəllif  ədəbiyyatımızda  ilk  dəfə  olaraq  rəhmətlik 
akademik  Məmmədağa  Şirəliyevin  parlaq  bədii  obrazını 
yaratmışdır. Sağ olsun!  
Qeyd: 
Burada  rəhmətlik  Aydın  Məmmədovun  1979-cu  ildə 
akademik  Məmmədağa  Şirəliyevin  70  yaşının  tamam  olması 
münas
ibətilə  yazdığı  “Professor”  məqaləsini  xatırlamaq  yerinə 
düşər. Məqalə “Әdəbiyyat və incəsənət” qəzetində yayımlanmışdı. 
Sözügedən  məqalədə  Məmmədağa  Şirəliyevə  həm  Ali  Attestasiya 
Komissiyasının,  həm  də  xalqın  verdiyi  “Professor”  adının  ifadə 
etdiyi  “kon
septual  məna çəçivə”si çox yaxşı açılırdı.  
 
155 
 

Bu baxımdan romanda  Mübariz kişi obrazını yaratmaq üçün 
özəl mətnqurucu işarə olaraq işlədilən “burun” sözünün “konseptual 
anlam  çevrə”lərinin  göstərilməsi  də  yerinə  düşər.  Həmin  sözün 
müstəqim lüğəvi mənası “insan və heyvanın üzündə olan iybilmə və 
tənəffüs  orqanı”nın  adını  bildirməkdən  ibarətdir.  Bu  söz  müxtəlif 
şeylərin,  alətlərin  və  s.  uc  tərəfi,  irəli  çıxan  hissəsi  mənasında 
isimlərlə  də  işlənilir.  Onda  məcazi  anlamlı  müəyyən  və  qeyri-
müəyyən sabit ismi və bəzən də feli birləşmələr əmələ gəlir.  
Məsələn: Çəkmənin burnu, dəhrənin burnu, Zığ burnu, Ümid 
burnu;  burun  vurmaq  (tənəklərin  ucunu  kəsmək)  və  s.  Və  ya 
“burun”  sözü  feli  və  adverbial  frazeoloji  ifadələrin  qurucu 
komponenti  olaraq  işlənilir.  Məsələn:  Burnu qanamamaq, burnu 
ovulmaq,  burnundan  düşmək,  burnundan  gəlmək,  burnunu  yuxarı 
tutmaq,  burnunu  ovmaq,  burnunun  ucu  göynəmək,  burnunun 
ucunda//burnunu  dibində  (Azərbaycan  dilinin  izahlı  lüğəti  1964: 
330).  
Romanda  Mübariz  kişinin  burnu  Cəlil  Məmmədquluzadənin 
“Danabaş  kəndinin  əhvalatları”  əsərində  yer  alan  Xudayar  bəy 
obrazının burnu ilə müqayisə edilir.  Müəllif belə bir nəticəyə gəlir 
ki, müxtəlif parallel dünyalarda çox şey dəyişmir. Dəyişən çox vaxt 
müəyyən zahiri əlamətlər olur: “F.Q. Mübariz kişinin uzun burnuna 
yenə  diqqətli  bir  nəzər  saldı.  Əslində,  gözlərini  ha  çalışsa  da 
qaçırsın, bu burun özü gəlib girirdi onun gözlərinin içinə. Mübariz 
bunu  duydu,  həqiqətən  yazıq  Mübariz  özü  də  bəzən  bilmirdi, 
burnunu hara gizlətsin, yeri gəldi-gəlmədi cibindən dəsmal çıxarıb 
səliqəylə  onu  silirdi.  F.Q.-nin  yadına  yenə  Mirzə  Cəlilin  Xudayar 
bəyi  gəlib  düşmədimi,  düşdü  və  o,  təbəssümünü  zorla  gizlətdi: 
adamlar,  onların  duyğuları,  hissləri,  qulaqları,  burunları  zamandan 
zamana dəyişmir. Dəyişən zahiri formadır- paltardır, saç düzümüdü, 
ətirin,-kirşanın növləridi, bir balaca da ağlın (o da əgər varsa) azlığı, 
çoxluğudu…” (Abdulla 2011: 380).  
Ancaq obrazlar arasındakı fərq bundan ibarətdir ki, Xudayar 
bəy  burnunu  gizlətməyə  ehtiyac  hiss  etmirdi.  Mübariz  kişi  isə 
həqiqətən  burnunun  uzunluğundan  çox  utanır.  Sanki  burnunu 
 
156 
 

gizlətmək  üçün  tez-tez  cibindən  ütülü  və  qatlı  dəsmalını  çıxardıb 
burnunu silir və dəsmalını yenə də cibinə qoyur. Bu səhnə romanın 
ikinci  parallel  dünyasında  Mübariz  kişi  obrazının  yer  aldığı 
səhnələrdə müxtəlif şəkillərdə təkrar olunur.  
Əlbəttə,  “burun”  bizi  əhatə  edən  dünyanın  qavranılmasında 
iştirak  edən  ən  önəmli  duyğu  orqanlarımızdan  biridir.  Çünki  biz 
qavramları, hadisələri  və  ya  əşyanın  təbiətini  çox  zaman  eşidərək, 
görərək və ya duyaraq hiss edirik. Soyuqda soyuğu hiss edərək ən 
çox  üşüyən  orqanlarımızdan  biri  də  burundur.  Elə  “burnunun  ucu 
göynəmək”  və  ya  “burnunu  hara  gəldi  soxmaq”  deyimlərinin 
“frazeoloji  əhatəyə  və  ya  çevrələnməyə”  (Tağıyev  1966)  görə 
obrazlı dil vahidləri olaraq müəyyənləşməsində “burun” qurucu söz-
komponentinin tibbi baxımdan özünü göstərən orqanik həssaslığının 
əsas  alındığı  söylənilə  bilər.  Bu  baxımdan  “burun”  sözü  ilkin 
konseptual  anlam  sahələriylə  bütövlükdə  bədii  ədəbiyyatda  və 
ayrılıqda  “Unutmağa  kimsə  yox”  romanının  mətnində  özəl 
mətnqurucu  işarə  olaraq  işlənilmişdir.  Romanın  ikinci  parallel 
dünyasının konseptual açılımında “burun”sözünün leksik-frazeoloji 
anlam sahələri ilə onun bədii-funksional mətnqurucu özəllikləri üst-
üstə  düşür.  Beləliklə,  “burun”  sözü  ədəbiyyatda  və  dildə  əsas 
etibarilə  məcazi  mənalarda  işlənilir  və  çox  vaxt  da  insan  həyatı, 
duyğu  və  düşüncələri  ilə  bağlı  “fövqəladə  anlamlandırmaları” 
(Seçdirmə  bizimdir-  M.M.)  ifadə  edir.  Elə  məhz  belə  bir  özəlliyi 
“Unutmağa  kimsə  yox”  romanının  mətnində  həmin  sözün  özəl 
mətnqurucu işarə olaraq işlənilməsini şərtləndirmişdir. 
 
Әdəbiyyat 
Abdullayev K. M. 1999, Az
ərbaycan dili sintakasisinin nəzəri 
probleml
əri, Ali məktəblər üçün dərs vəsaiti, “Maarif” Nəşriyyatı, 
Bakı, 279 s. 
Abdullayev K. M., Məmmədov A. Y., Musayev M. M., Üstünova 
K. Novruzova N. S., Hüseynov Ş. Q., Rzayeva G. N., Hacıyeva K. 
B., Ziyadova L. V., Fətəliyeva S. Q., Nağıyeva G. Q., Məhərrəmova 
G. A., Zeynalova Ş. T., Səlimova F. Q., Məhərrəmova V. H. 3012, 
 
157 
 

Azərbaycan  dilində  mürəkkəb  sintaktik  bütövlər,  (Dərs  vəsaiti), 
Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi,  Bakı  Slavyan 
Universiteti, Bakı, 605 s.  
Axмaтoв  И.  Х.  1983,  Структурно-семантические  модели 
простого  предложения  в  современном  карачаево-балкарском 
языке (осовные вопросы теории), Нальчик: Изд-во “Эльбрус”, 
355 s. 
Бeрдaлиeв  А.  1989,  Семантико-сигнификативная  парадиг-
матика  и  синтагматические  отношения  в  конструкциях 
сложноподчиненного  предложения  узбекского  литературного 
языка. АДД. Ташкент, 51 с. 
Berge, Vardar 1989, 
Açıklamalı  Dilbilim  Terimleri  Sözlüğü
Ankara, 295 s. 
Bosnalı  2007,  İran  Azerbaycan  Türkçesi:  Toplumbilimsel  Bir 
İncelenme, Kebikeç Yayın Evi, İstanbull, 227 s.  
 
Bozşahin,  Cem  ve  Zeyrek,  Deniz  2000,  Dilbilgisi,  Bilişim  ve 
Bilişsel  Bilim.  –Dilbilim  Araştırmaları,  Boğaziçi  Üniversitesi 
Yayınevi, İstanbul, s. 41-48. 
Cəfərli  M.  2007,  Xalq  mahnılarının  folklor  janrı  kimi  poetik-
semantik  xüsusiyyətləri.  –FOLKLOR/EDEBİYAT.  Halkbilim, 
İletişim, Antropoloji, Arkeoloji, Sosyoloji, Müzik, Tarih, Edebiyat: 
2007/3, Nahçıvan Özel Sayısı, s.17-23. 
Чeрeмиcинa  М.  И.,  Кoлocoвa  Т.  А.  1987,  Очерки  по  теории 
сложого  предложения.  Новосибирск:  Изд-во  “Наука”, 
Сибирское отделение, 196 с.  
Demircan, Ömer 2003, 
Türk Dilinde Çatı. İstanbul, 175 s. 
DİLÇİLİK ENSİKLOPEDİYASI. I cild, 513 s.; II cild, 526 s. (dərs 
vəsaiti), Bakı, Mütərcim, 2006-2008.  
Дмитриeв  Н.  К.  1962,  Cтрoй  тюркcкиx  языкoв.  M.:  Изд-во 
“Вocтoчнoй литeрaтуры”, 607 c.  
Erkman-Akerson F. 2005, 
Göstergebilime 
Giriş, 
MULTILINGUAL, Çemberlitaş-İstanbul, 262 s.  
Əfəndiyev  P.  1992,  Azərbaycan  şifahi  xalq  ədəbiyyatı,  Ali  məktəb 
tələbələri üçün dərslik, “Maarif” Nəşriyyatı, Bakı, 479 s. 
 
158 
 

Əliyev R. 2011, Mühit qəlpəsinə dönən ömür…, http://kult.az.com, 
26.06.2011, 15:02. 
Hacılı  A.  2010,  Kamal  Abdulla:  Seçimin  morfologiyası,  Bakı-
Mütərcim, 131 s.  
Исхакова Х. Ф. 1987, Структуры терминологических систем. 
Тюркские языки. Москва“Наука”, 126 с.  
Жирмунский  В.  М.  1974,  О  тюркском  народном  стихе. 
Некоторые  проблемы  теории.  –Тюркский  героический  эпос. 
Издтельство “Наука”, Ленинградское отделение, Ленинград, c. 
644-680.  
Korkmaz, Zeynep 2003, 
Türkiye  Türkçesi  Grameri  (Şekil  Bilgisi), 
Türk Dil Kurumu Yayınları, Ankara, 1224 s. 
Кормушин  И.  В.  1984,  Системы  времен  глагола  в  алтайских 
языках, Москва.  
Köksal, Aydın 1981, Bilişim Terimleri Sözlüğü, Türk Dil Kurumu 
Yayınları, Ankara, 196 s.  
Крылoвa О. А., Мaтвeeвa Т. Ф. 1990, Отдельное предложение– 
высказывание  и  связной  текст.  –  Филологические  науки. 
НДВШ, № 1, с. 60-70. 
Гаджиахмедов  Н.  Е.  1998,  Словоизменительные  категории 
имени  и  глагола  в  кумыкском  языке  (сравнительно  с  другими 
тюркскими языками), АДД, Москва, 46 с. 
Лотман  Ю.  М.  1984,  О  семиосфере.  –Статьи  по  семиотике  и 
топологии культуры. Таллин,  “Александра”, 1992, Т. 1.  
http://semioties.ru/sphere/semiosphere.html -10.01.2011 
Махмудов Н. М. 1984, Семантико-синтаксическая асиметрия 
в  автокаузативном  простом  предложении  (на  материале 
узбеского языка) –Советская Тюркология, № 2, с. 49-56.  
Melikli T. 2004, Türkiye  Türkçesinden Günümüz Azerbaycan 
Türkçesine  Girmiş  Alıntı  Sözler.  –V.  Uluslararası  Türk  Dili 
Kurultayı, 20-26 Eylül 2004, Ankara, Bildiri Özetleri, s. 
Mirəhmədov  Ə.  1998,  Ensiklopedik  lüğət.  Әdəbiyyatşünaslıq. 
“Azərbaycan  Ensiklopediyası”  Nəşriyyat-Poliqrafiya  Birliyi,  Bakı, 
240 s.  
 
159 
 

Мусаев К. М., Покровская Л. А., Севортян Э. В., Гaджиeвa Н. 
З., Юлдашев А. А., Бacкaкoв Н. A., Ковшова А. A., Тeнишeв Э. 
Р.,  Лeвитcкaя  Л.C.,  Исхакова  Х.  Ф.,  Ашнин  Ф.  Д.  1972, 
Тюркское  языкознание  в  СССР  за  пятьдесят  лет.–Советская 
Tюркология, № 6 c. 3-19.  
Musaoğlu  M.  M.  1999,  II.  Cilde  Giriş.  –Radloff W. Türkierin 
Kökleri, Dilleri ve Halk Edebiyatından Denemeler.  II Cilt, 810 s. 
Ankara, EKAV Eğitim ve Kalkınma Vakfı, s. 10-13. 
Musaoğlu  M.  M.  2002,  Türkolojinin  Çeşitli  Sorunları  Üzerine 
Makaleler-
İncelemer,  T.  C.  Kültür  Bakanlığı  Yayınları,  Ankara, 
320 s.  
Musaoğlu  M.  M.  2003,  Türk Folklorik Metinlerinin Ontolojik-
Folklorik Temelleri.  –
Dil  Dergisi,  Sayı:  118,  Ocak-Şubat,  Ankara 
Üniversitesi Basımevi, s. 16-25.  
Musaoğlu  M.,  Kirişçioğlu  F.  2008,  Türk  Dil  Biliminde  Görünüş 
Kategorisinin İncelenmesi Üzerine. –Türkologiya, No 1-2, s. 32-54.  
Musayev M. M. 2011, 
Türk  ədəbi  dillərində  mürəkkəb  cümlə 
sintaksisi
,  Dərs  vəsaiti,  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi, 
Bakı Slavyan Universiteti, Bakı, 401 s.  
Nəbiyev A. 2002, Azərbaycan xalq ədəbiyyatı, I hissə, Ali məktəb 
tələbələri üçün dərslik, “TURAN” Nəşrlər Evi, Bakı, 678 s.  
Nurmanov A., Mahmudov N., Ahmedov A. 1992,  Uzbek tilinin 
mazmuniy sintaksisi, Toshkent. 
Səlcuq  E.  2005,  Kədərin  sirri.  Kamal  Abdullanın  bədii 
yaradıcılığının  özəllikləri,  (ədəbi-bədii  esse),  “XXI”-  YNE,  Bakı, 
285 s.  
Словарь литературоведческих терминов- 
http://slovar.lib.ru/dictionary/text-10.01.2011.   
Стариченок    В.  Д.  2008,  Бoльшoй  лингвиcтичecкий  cлoвaрь
Ростов-на-Дону, Феникс, 811 c. 
Şəntürk  L., Yazıçı  S.  İslam  dininin  qayda-qanunları,  türk  dilindən 
t
ərcümə edən Mehman  Musaoğlu, Diyanət işləri başqanlığı yayın-
ları. Ankara 2009, 578 s. 
 
160 
 

Тагиев М. Т. 1966,  Глагольная  фразеология  современного 
русского  языка  (Опыт  исследования  фразеологических  единиц 
по окружению). Баку: Маариф, 250 с. 
Турниязова  К.  А.,  Турниязов  Н.  К.  1992,  К  вопросу  о 
структурно- 
функциональном 
анализе 
компонентов 
предложения. .–Советская Tюркология, № 1, с. 87-91.  
Veysəlli  F.  Y.  2008,  Struktur  dilçiliyin  əsasları,  STUDIA  
PHILOLOGICA  II, Morfemika, Sintaqmatika, 
Dərs vəsaiti,  Bakı, 
Mütərcim, 307 s;  
Veysəlli  F.  Y.  2009,  Struktur  dilçiliyin  əsasları, STUDIA 
PHILOLOGICA  III, Seman
tika və Praqmatika, Dərs vəsaiti, Bakı, 
Mütərcim, 266 s.  
Veysəlli F. 2010, Semiotika, STUDIA PHILOLOGICA  IV, Bakı, 
Mütərcim. 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin