Ön söZ (M. M. Musayev) I. Azәrbaycan diLİNİn morfologiyasina yeni baxişlar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/26
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#14971
  1   2   3   4   5   6   7   8   9   ...   26

 
AZƏRBAYCAN DİLİNİN FUNKSİONAL 
QRAMMATİKASI: MORFOLOGİYAYA 
YENİ BAXIŞLAR VƏ LEKSEMATİKA 
 
ÖN SÖZ  (M.M. Musayev) 
I.
 
AZӘRBAYCAN DİLİNİN MORFOLOGİYASINA YENİ 
BAXIŞLAR (M.M. Musayev) 
 
II.
 
TÜRKOLOJİ DİLÇİLİK BU GÜN: PROBLEMLӘR, 
PERSPEKTİVLӘR VӘ  YENİLİKLӘR (M.M. Musayev) 
III. 
AZӘRBAYCAN DİLİNİN LEKSİK-SEMANTİK SİSTEMİ 
(Q. C
əfərov) 
 
II cild 
 
 
BAKI 

Kitab Az
ərbaycan Respublikasının Prezidenti  
c
ənab İlham Əliyevin 29 may 2012-ci il tarixli sərəncamına 
əsasən çap olunmuşdur. 
 
Kitab Az
ərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik 
İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyə edilmişdir. 
(pr.№8, 13.06.2012) 
 
Redaksiya hey
əti: 
 
akademik Abdullayev K.M. (s
ədr) 
 akademik Axundov A.A.  
 
akademik Hacıyev T.İ.  
 akademik M
əmmədəliyev V.M.                                                  
 professor Veys
əlli F.Y. 
 
Monoqrafiyada  Azərbaycan  dilinin  morfologiyasının  bir  sıra  aktual 
məsələləri  funksional-morfematik  təhlilə  cəlb  olunur.  Söz  qavramı,  əsası  və 
forması, morfem, morf və allomorf anlayışları açıqlanır, sözün mənası və anlamı 
bir-
birindən konseptual-semiotik özəlliklərinə görə fərqləndirilir. Felin tərz, növ 
və şəkil kateqoriyaları həm leksik-semantik, həm də qrammatik-üslubi quruluşları 
ilə öyrənilir, ikincilərin və üçüncülərin yeni linqvistik təsnifləndirmələri aparılır. 
Bununla b
ərabər, felin leksik-semantik  sistemi  leksematik  olaraq  araşdırılır  və 
Az
ərbaycan dilində  feillərin  ayrı-ayrı  tematik  qrupları  konkret  örnəklərinə  görə 
t
əsbit edilir.    
 
 
 
 
 

 

Kitabın içindәkilәr  
Ön söz  
 
I HİSSӘ 
AZӘRBAYCAN DİLİNİN MORFOLOGİYASINA 
YENİ BAXIŞLAR 
 
I Fəsil 
Azərbaycan dilinin funksional qrammatikası:  
əsaslar və prinsiplər  
1.
1. Funksional qrammatika və funksional-semantik sahə anlayışı 
1.
2. Türkoloji dilçilikdə funksional qrammatika məsələsi və tədqiqi 
1.
3. Azərbaycan dili funksional qrammatikasının  
konseptual-linqvistik perspektivl
əri  
Ədəbiyyat  
 
II Fəsil 
Funksional v
ə konseptual-qrammatik qavramlaşmalar  
v
ə kateqoriyalaşmalar 
2.1. Türk 
ədəbi dillərinin konseptual-struktur qrammatikası 
2.1.1. Felin növ kateqoriyasının konseptual-struktur modeli 
2.1.1.1. Bir işin yerinə yetirilməsinə dair r (-ar, -er; -ır, -ir, -ur, -ür) 
etdir
ənlik feilləri 
2.1.1.2. -ar, -er//-
ər etdirənlik feilləri 
2.1.1.3. -
ır, (-ir, -ur, -ür) etdirənlik feilləri 
2.1.1.4. T (-
ıt, -it, -ut, -üt) etdirənlik feilləri 
2.2. Felin şəkil kateqoriyasının konseptual-struktur təsnifləndirməsi 
2.2.1. Felin r
əvayət olunan keçmiş zamanının iki növü 
2.2.2. Felin dar v
ə geniş mənalı vacib şəkli 
Ədəbiyyat 
 
 
 

 

III Fəsil 
Söz: vurğusu, mənası, anlamı, əsası və şəkli 
3.1. Morfemika, söz 
və morfem 
3.
2. Söz qavramı və forması 
3.
3. Morfem anlayışı və termini haqqında  
3.4. 
Azərbaycan dili morfemlərinin morfematik təsnifi  
Ədəbiyyat 
 
IV Fəsil 
Azərbaycan dilində söz yaradıcılığı və ya yeni tipli dil-danışıq 
alışqanlıqları 
4.1. 
Ədəbi dilin di-danışıq normalarında yeni inkişaf meylləri 
4.2. Azərbaycan dilində yeni dil-danışıq alışqanlıqları və alınmalar 
4.2.1. Türk mənşəli leksik-funksional alınmalar 
4.2.2. Sinonim xarakterli və yaxın mənalı leksik-funksional 
alınmalar və ya yeni dil-danışıq normaları və normalaşmaları 
4.2.3. Azərbaycan dilinə Türkiyə türkcəsindən keçən müxtəlif 
mənşəli leksik alınmalar 
4.2.4. Azərbaycan və Türkiyə türkcələrində yeni leksik-qrammatik 
və sintaktik normalar və normalaşmalar 
4.3. 
Feil köklərinin müqayisəli-tutuşdurmalı morfematik lüğəti 
Ədəbiyyat 
 
II HİSSӘ 
TÜRKOLOJİ DİLÇİLİK BU GÜN: PROBLEMLӘR, 
PERSPEKTİVLӘR VӘ YENİLİKLӘR 
 
I F
əsil 
Türkoloji dilçilikd
ə ənənəvi və yeni linqvistik yöntəmlər 
1.1. Ənənəvi-təsviri türkoloji dilçiliyin çatışmazlıqları və ya 
tutarsızlıqları 
1.2. Modern linqvistik araşdırmalardakı çatışmazlıqlar və ya 
tutarsızlıqlar 
 

 

1.3. Türkoloji dilçilikd
ə modern linqvistik yöntəmlərin tətbiq 
olunması 
1.3.1. Türkoloji dilçilikd
ə riyazi və sosiolinqvistik istiqamətlər 
1.3.1.1. Riyazi-linqvist
ik araşdırmalar 
1.3.1.2. Sosiolinqvistik-
filoloji araşdırmalar və fəaliyyətlər 
1.3.1.2.1. Mühacir v
ə ya diaspor türk yazı-danışıq dilləri 
 
II F
əsil 
Konseptual-
funksional qrammatika anlayışı  
v
ə türkoloji dilçilikdə yeni tədqiqatlar 
2.1. Sad
ə cümlənin qrammatik-semantik və aktual-konseptual 
paradiqması 
2.2. Şeirlə söylənilən və ya yazılan bədii mətn örnəkləri 
2.3. N
əsrlə söylənilən və ya yazılan bədii mətn örnəkləri 
2.3.1. Kamal Abdullanın “Unutmağa kimsə yox” romanının 
qavramlar dünyası və konseptual-linqvistik təhlili 
2.3.1.1. 
“Unutmağa kimsə yox” romanında semasioloji və semiotik 
işarələr 
2.3.1.2. İşarələrin seçimi dünyasında 
2.3.1.3. Kamal Abdullanın bədii mətnində mətnqurucu işarələrin 
işlənilməsi 
Ədəbiyyat 
 
ƏLAVƏLƏR 
I Əlavə 
-
ır, (-ir, -ur, -ür) etdirənlik feilləri 
II Əlavə 
T (-
ıt, -it, -ut, -üt) etdirənlik feilləri 
I
II Əlavə 
Oğuz qrupu türk dillərində feilin sadə və mürəkkəb zaman 
şəkillərinin morfoloji əlamətləri 
IV Əlavə 
Az
ərbaycan türkcəsində feil şəkillərinin şəkilçilərinin cədvəli 
 

 

III  HİSSӘ 
AZӘRBAYCAN DİLİNİN 
LEKSİK-SEMANTİK SİSTEMİ 
 
Giriş. Dilin leksikasının sistemliliyinə dair  
 
I F
əsil.       
Şəxs, fərd və rəng bildirən sözlərin semantik sistemi              
1.1.
Şəxs əvəzliklərinin semantik sistemi  
1.2.Qohumluq terminl
ərinin semantik sistemi  
1.3.
Yaş-cins bildirən sözlərin semantik sistemi  
1.4.R
əng bildirən sözlərin semantik sistemi   
Ədəbiyyat 
 
II F
əsil.   
Cism (varlıq), məkan, zaman və kəmiyyət adlarının  
semantik sistemi   
2.1.B
ədən üzvləri adlarının semantik sistemi  
2.2.M
əkan adlarının semantik sistemi     
2.3.
Zaman adlarının semantik sistemi  
2.4. 
Sayların semantik sistemi  
Ədəbiyyat 
 
III F
əsil.  
Prosessuallıq bildirən sözlərin semantik sistemi 
3.1.Feill
ərin semantik sistemi  
3.2. Feill
ərin tematik qrupları 
3.3. Feill
ərin mənaca növləri 
Ədəbiyyat 
 
N
əticə  
 
Ad göst
əriciləri 
 
Öz
ək sözlər 
 

 

ÖN SÖZ 
 
XXI yüzild
ə  aparılan  linqvistik  tədqiqatlar keçən  əsrin son 
q
ərinəsində görülən uyğun işlərdən çox böyük bir ölçüdə fərqlənir. 
İndi  yazılan  linqvistik  tədqiqatlarda və  qrammatika kitablarında 
artıq  konseptual, koqnitiv və  semantik-linqvistik metodlardan 
faydalanılır.  Sözügedən  qrammatika  kitablarının  mündəricatı, 
terminologiyası,  yazı-anlatım  tərzi və  bütövlükdə  sintaktik, 
semantik v
ə praqmatik quruluşu dəyişir, linqvistik mövzulara fərqli 
elmi-filo
loji açıqlamalar gətirilir. İfadə və məzmun planlarının bir-
birini konseptual kontekstd
ə  tamamladığı,  ayrı-ayrı  tematik 
mövzuların  və  konkret bilgilərin dərk  olunma,  şüur  və  təfəkkür 
sistemin
ə  əsasən insan zehnində  işlənilərək biliyə  çevrildiyi  əsas 
götürülür. Morfeml
ər, morfonemlər və  ya alternasiyalar (səs 
birl
əşmələri), mürəkkəb sintaktik bütövlər və  s. sözügedən 
qrammatika kitablarında “morfemika, morfematika, morfonologiya, 
taqmetika, leksematika”  v
ə  s.  başlıqları  altında  işıqlandırılır. 
Semiotika, konseptologiya v
ə  kulturologiyanın  elmi-praktik 
n
əticələrindən  ədəbi-bədii mətnin öyrənilməsində  geniş  istifadə 
olunur. Əlbəttə, gəlinən mərhələdə türkoloji dilçilik də müasir elmin 
v
ə linqvistikanın göstərilən ümumi inkişaf tempindən kənarda qala 
bilm
əz. 

rkoloji  dilçilik  anlayışı  türkologiya  qavramını  təşkil  edən 
konseptual xarakterli 
əsas komponentlərdən biri kimi seçilir. Türk 
dill
ərinin tarixi, müasir durumu, fonetik, fonoloji, leksik, 
leksikoqrafik, qrammatik, sintaktik, semantik, frazeoloji v
ə  mətn 
qu
ruluşu  türkoloji  dilçilikdə  indiyə  qədər  əsas etibarilə  tarixi-
müqayis
əli, müqayisəli-tarixi, - tipoloji və ənənəvi xarakterli təsviri 
dilçilik  metodları  ilə  öyrənilmişdir.  İndi  isə  günün  ən aktual 
m
əsələlərindən biri koqnitiv (cognitive linguistics) dilçilik və 
kompüter dilçiliyi (computational linguistics) yönüm v
ə 
yönt
əmlərinin linqvistik araşdırma məqsədilə türkoloji dilçilikdə də 
 

 

öz
əl olaraq tətbiq  olunmasından  ibarətdir.  Əlbəttə, burada 
konseptoloji, kültüroloji v
ə  semiotik istiqamət və  metodların  da 
türkoloji  dilçilik  işlərində  tətbiq  olunması  məsələsi qətiyyən 
unudulmamalıdır.  Bu  baxımdan  “Azərbaycan dilinin funksional 
qrammatikası:  morfologiyaya  yeni  baxışlar  və  leksematika”  kitabı 
da bir istisna t
əşkil etmir.  
Dörd cildd
ən ibarət olan “Azərbaycan dilinin funksional 
qrammatikası”  kitabının  “Fonetika,  fonologiya  və  morfemika” 
adlan
dırılan birinci cildi artıq işıq üzü görmüşdür. Sözügedən əsərin 
“Morfologiyaya  yeni  baxışlar  və  leksematika”  adlı  ikinci  cildinin 
birinci hiss
əsində, hər  şeydən öncə,  Azərbaycan dilinin morfolo-
giyasının konseptual, semantik və leksik-sintaktik sisteminin aktual 
m
əsələləri funksional-morfematik və leksematik təhlilə cəlb olunur. 
Söz qavramı, əsası  və forması, morfem, morf və allomorf anlayış-
larına metalinqvistik açıqlanmalar gətirilir, sözün mənası və anlamı 
bir-birind
ən konseptual-semiotik özəlliklərinə  görə  fərqləndirilir. 
Bu gün daha çox kütl
əvi informasiya vasitələrilə  elektronik dildə 
gerç
əkləşən  söz  yaradıcılığı  prosesi  yeni  dil-danışıq  normaları, 
normalaşmaları  və  alışqanlıqları  ilə  diqqəti çəkir. Sözügedən 
prosesd
ə  ortaya  çıxan  neologizmlər, müxtəlif leksik-qrammatik 
alınmalar,  metaforalar,  üslubi-sintaktik konstruksiyalar və  qəlib-
ifad
ələr  linqvistik  baxımdan  qiymətləndirilir. Bütün bunlarla əla-
q
ədar olaraq Azərbaycan və Türkiyə türkcələrində feil köklərinin və 
unikal feil-morfeml
ərin morfematik səciyyəli müqayisəli-tutuş-
durmalı lüğəti verilir. Sözügedən monoqrafiyanın ikinci hissəsində 
is
ə filologiya elmində yeni olan linqvistik mövzuların açıqlanması 
günd
əmə  gətirilir. Belə  ki, türkoloji dilçiliyin durumu dəyər-
l
əndirilir. Ənənəvi və modern türkoloji dilçiliyin çatışmazlıqları və 
tutarsızlıqları  ayrı-ayrı  maddələrlə  konkret  bir  şəkildə  göstərilir. 
Bununla b
ərabər, Azərbaycan türk bədii mətninin koqnitiv-kon-
septual v
ə  milli-intellektual özəlliklərindən, qavramalar dünyasın-
dan v
ə özəl mətnqurucu işarələrindən söz açılır. Bədii mətnin ədəbi, 
üslubi, semiotik v
ə  konseptual-linqvistik təhlilinə  dair həm  şeirlə, 
h
əm də  nəsrlə  söylənilən və  yazılan  örəklər gətirilir. Sözügedən 
 

 

b
ədii mətn örnəklərinin təhlilində  həm semasioloji xarakterli dil
h
əm də semiosferada yer alan və önəmli fenomenlərə əsasən müəy-
y
ənləşən semiotik mahiyyətli mətnqurucu  işarələrin  ədəbi-bədii 
kontinuumunda gerç
əkləşən  qarşılıqlı  əlaqələri və  dil-işlənilmə 
imkanları nəzərdən keçirilir. 
Monoqrafiyanın  üç  fəsildən ibarət olan üçüncü hissəsində 
Az
ərbaycan dilinin leksik-semantik sistemindən bəhs olunur. 
Burada müxt
əlif məfhumları  ifadə  edən sözlərin semantik təsnifi 
tematik  şəkildə  və  zəngin dil-danışıq  materiallarına  əsasən verilir. 
Birinci f
əsildə  şəxs, fərd, rəng və  yaş-cins bildirən sözlərin,  şəxs 
əvəzliklərinin, qohumluq terminlərinin leksematik və  semantik 
t
əhlili  aparılır.  İkinci  fəsildə  cism  (varlıq),  məkan, zaman və 
k
əmiyyət-sayı  adlarının,  üçüncü fəsildə  isə  prosessuallıq  bildirən 
sözl
ərin və  hərəkət,  eşitmə, görmə, durum, təfəkkür və  s. feillərin 
semantik sistemi ayrıntılı şəkildə öyrənilir.  
Kitabın  tələbələr, magistrlər, doktorantlar, müəllimlər və 
ümumiyy
ətlə, ictimai elmlərin müasir qloballaşma  trendində  ger-
ç
əkləşən  ümumi  inkişafı  ilə  və  dillə  maraqlanan bütün intel-
lektuallar üçün faydalı olacağını və maraq doğuracağını düşünürük. 
Bununla b
ərabər, kitab haqqında rəy və təkliflərinizi də gözləyirik.  
 
M.M. Musayev 
 

 

I HİSSӘ 
AZӘRBAYCAN DİLİNİN MORFOLOGİYASINA 
YENİ BAXIŞLAR 
 
I Fəsil 
Azərbaycan dilinin funksional qrammatikası:  
əsaslar və prinsiplər 
 
Müasir  dilçilik  araşdırmaları  və  indi  yazılan  qrammatika 
kitabları keçən əsrin 70-80-ci illərində aparılan uyğun işlərdən çox 
böyük bir ölçüdə fərqlənir. Hər şeydən öncə, qrammatikada bu gün 
sadəcə  söz  və  onun  formaları,  bunlarla  bağlı  qrammatik  kateqori-
yalar,  söz  birləşmələri, sadə  və  mürəkkəb  cümlə  mövzuları  diqqət 
mərkəzində  deyildir.  İndi  morfemlər,  morfonemlər  və  ya  alterna-
siyalar (səs birləşmələri), mürəkkəb sintaktik bütövlərin də hər biri 
dilçilikdə və ya qrammatik çərçivə içərisində ayrıca bir sahə olaraq 
araşdırılır.  “Söz  yaradıcılığı”  mövzusu  daha  çox  qrammatikanın 
içərisində dilin leksika, leksikologiya və leksikoqrafiya şöbələri ilə 
bağlı olaraq işıqlandırılır. Bu mövzular; təsviri, tarixi-müqayisəli və 
tipoloji  metodlarla  bərabər,  filologiya  elmində  keçən  əsrin  70-ci 
illərindən  bəri  tətbiq  olunan  mətn  qrammatikası,  semantik  və 
funksional,  son  zamanlarda  isə  koqnitiv  və  konseptual  dilçilik 
yönüm və yöntəmləriylə də öyrənilir. Sözün geniş mənasında dil və 
nitq  vahidlərinin  ümumi  semantikası,  dar  mənasında  isə  onların 
ayrı-ayrı anlamları bir-birindən fəqləndirilir. Qrammatik mənalar dil 
və  nitq  vahidlərinin  dildəki  konkret  ifadə  vasitələrinin  həm 
normativ, həm üslubi norma, həm də  müxtəlif variantlarda gerçək-
ləşən  funksiyalarıyla  araşdırılmaya  cəlb  olunur.  Sözügedən  araş-
dırmalar  geniş  kommunikasiya  prosesinə  əsasən  aparılır  və    belə-
liklə  müxtəlif  dillərin  funksional  qrammatika  kitabları  yazılır.  Bu 
baxımdan  Azərbaycan  dilinin  də  funksional  qrammatika  kitabının 
hazırlanması dilçiliyimizn ən aktual məsələlərindən biridir.  
Bu gün yer kürəsində gedən “linqvistik qloballaşma” prosesi, 
hər şeydən öncə, çağdaş dilçiliyin çox sürətli inkişafı və bəzi böyük 
 
10 
 

dillərin  dünyada  ortaq  ünsiyyət  vasitəsi  olmaq  uğrunda  mübari-
zəsiylə  müşahidə  olunur.  Bir  çox  böyük  və  kiçik  dil  sözügedən 
prosesdə müxtəlif sferalarda yaşamını davam etdirə  bilmək, bəziləri 
isə varlığını sürdürmək üçün çox ciddi bir şəkildə mübarizə aparır.  
Bu  hadisələr  indi  müxtəlif  səviyyələrdə  bütün  elmi,  statistik, 
demoqrafik  və  əməli-praktik  parametrləriylə  fərqli  corafiyalarda 
diqqəti  çəkməkdədir.  Azərbaycan  Türkcəsi  də,  böyük  Türk 
dillərindən  biri  kimi,  respublikamızda  bir  rəsmi  dövlət  dili 
səviyyəsində  işlənilməkdə,  dünyada  isə  yaşamını  bir  ədəbi  dil  və 
danışıq-ünsiyyət vasitəsi kimi davam etdirməkdədir. Belə ki, həmin 
dil  həm  də  birinci,  ikinci  və  üçüncü  bir  danışıq-kommunikativ 
ünsiyyət  vasitəsi  olaraq  Avrasiya  coğrafyasında,  müxtəlif  diaspor 
ortamlarında  digər  qitələrdə  də  getdikcə  daha  geniş  bir  aurada 
yayılmaqdadır.  Məhz  sözügedən  sosiolinqvistik  kontekst  və  onun 
gətirdiyi  konseptual  şərtlər  “Azərbaycan  dilinin  funksional 
qrammatikası” kitabının çox qısa bir zaman içərisində interaktiv bir 
yayın  olaraq  hazırlanmasını  gündəmə  gətirməkdədir.  Sözügedən 
kitabın  hazırlanması  üçün  isə  əvvəlcə  funksional  qrammatika 
anlayışının  ortaya  çıxmasının  tarixi  və  ümumiyyətlə  onun  bir 
dilçilik  sahəsi  kimi  nə  demək  olduğu  sadə  bir  dildə  qısaca  olaraq 
açıqlanmalıdır.  Bununla  bərabər,    Azərbaycan  dilinin  funksional 
qrammatikasında hansı əsas mövzuların nə şəkildə işıqlandırılacağı 
da ana xətləriylə təxmini olaraq göstərilməlidir.  
 
1.
1. Funksional qrammatika və funksional-semantik sahə 
anlayışı  
 
Müasir dilçilikd
ə  “funksional qrammatika” anlayışı  və  ya 
qavramına  birbaşa  olaraq  1920-1930-cu illərdə  Praqa dilçilik 
m
əktəbində  toxunulmuşdur.  Sözügedən  anlayışın  bütövlükdə 
qrammatika  və  ayrılıqda  sintaksislə  bağlı  olan  mövzuları 
başlanğıcda  cümlənin  aktual üzvlənmə  nəzəriyyəsi  əsasında 
işıqlandırılmışdır.  Həmin  dilçilik  işlərinin  aparılması  göstərilən 
dilçilik məktəbinin daha yüksək bir inkişaf mərhələsi sayılan 1950-
 
11 
 

ci ill
ərdən  başlayaraq  getdikcə  sürətlənmişdir.  “Funksional 
qrammatika”  anlayışı  ilə  paralel  müstəvidə  qiymətləndirilən 
“Generativ  transformasional  qrammatika”  linqvistik  qavramı  isə 
struktur  dilçiliyin  bir  davamı  olaraq  1950-ci illərdə  Amerikada 
ortaya  çıxmışdır.  Bu  qavram  H.  Xomskinin  1957-ci ildə  yazıb 
tamamladığı  “Sintaktik  quruluşlar”  adlı  əsəri ilə  bir linqvistik 
n
əzəriyyə və praktik təlim kimi formalaşmışdır. Yuxarıda göstərilən 
birinci  təlim  dili  leksik-qrammatik vasitələr və  kontekstin 
v
əhdətində  götürərək bunlarla bütövlükdə  ifadə  edilən fikrə  və 
ayrılıqda reallaşan funksiyaya dayanmaqdadır. Burada semantika və 
funksiyanın bir-birinə bağlı olaraq reallaşması və həmin kontekstdə 
fikrin konkret dil vasit
ələri ilə ifadəsinin öyrənilməsi daha geniş yer 
almaqdadır.  İkinci  təlim  isə  dili daha çox müəyyən formal 
transformasional modell
ər  şəklində  öyrənməkdə  və  gəlinən 
metalinqvistik  inkişaf  mərhələsində  onu beynin koqnitiv-konseptual 
bir funksiyası olaraq dəyərləndirməkdədir (Φëдoрoва 2008: 98-104). 
1960-
cı illərdən başlayaraq dilin semantikasına, funksiyasına, 
quruluşuna, antropologiyasına və işlənilməsinə  dair modern dilçilik 
m
əktəblərində  bir-birindən fərqli fikirlər irəli  sürülməktə  və  yeni 
linqvistik yöntəmlər tətbiq olunmaqdadır. Kopenhagen, Fransa və S. 
Peterburq  dilçilik  məktəblərinin  funksional  linqvistika  və 
qrammatika  sahəsində  gerçəkləşdirdiyi  araşdırmalar  sözügedən 
işlərin içərisində önəmli bir yer almaqdadır. Kopenhagen linqvistik 
dərnəyində  sistem  və  funksional  səciyyəli  nitq  mənaları  əlaqələri 
müəyyənləşdirilmişdir.  Burada  birinci  və  ikinci  funksiyalar 
konsepsiyası,  Fransız  dilçilik  məktəbində  isə  dilin  kommunikativ 
funksiyası baxımından nitqin qrammatik aspektlərinin göstərilməsi 
diqqəti çəkməkdədir (ЛСЭ 1990:565-566).    
 1980-
ci  illərdən  etibarən  funksional  linqvistikanın  və 
qrammatikanın  öyrənilməsi  sahəsində  yeni  bir  tarixi dönəmə 
girilmişdir.  Sözügedən  dilçilik  məktəblərinin  araşdırmalarındakı 
funksional-konseptual c
əhətlər üzərində ayrıca olaraq durulmuş və 
artıq  elmi-praktik  səciyyəli  konkret  nəticələr  əldə  olunmuşdur.  Bu 
kontekstdə  S.  Peterburq  dilçilik  məktəbinin  nümayəndəsi  A.  V. 
 
12 
 

Bondarkonun funksional qrammatikaya dair elmi nəticələri diqqəti 
daha çox cəlb edir. O, hər şeydən öncə, funksional qrammatikaya və 
ya  bu  yeni  qrammatika  yazmaq  təcrübəsinə  “funksional-semantik 
sahə”  anlayışını  gətirmişdir.  A.  V.  Bondarkoya  görə  rus  dilində 
funksional-
semantik  sahələr  əsas  etibarilə  aşağıdakı  linqvistik 
qruplardan ibarətdir.   
1. Predikativ nüvəli funksional-semantik sahələr:  
A) Aspektual və aspektual-temporal və ya zaman əlaqələrinin 
sahələr  kompleksi:  aspektual  sahələr,  zaman  məhdudiyyəti,  taksis 
(öncə  gəlmə,  eyni  vaxta  düşmə,  təqib  etmə  hərəkətlərinin 
birlikdəliyi),  temporallıq  və  ya  zamanlılıq  və  onun  sözügedən 
kompleksə daxil olan digər funksional-semantik sahələrlə əlaqələri; 
B) Temporallıq və ya zamanlılıq, modallıq, həyati gerçəkliyi, 
gerçəklikləri  və  sadə  həqiqətləri  təşkil  edənlərin  və  ya  hər  şeyin 
ierarxik bütünü   (бытийность); 
C)  Predikativliyi  subyektivlik  və  obyektivliklə  bağlayan 
sahələr  kompleksi:  şəxslər  və  ya  şəxs  kateqoriyası,  felin  növ  və 
təsirlilik-təsirsizlik  kateqoriyası  və  ya  onun  mənaca  növləri 
(aktivlik//məchulluq, 
etdirənlik, 
qayıdışlıq//releksif, 
icbarlıq//təsirlilik, 
qarşılıqlıq-müştərəklik//resiprok 
və 
ya 
təsirsizlik);  
2. Subyekt-obyekt (predikativ-
subyekt  və  predikativ-obyekt) 
nüvəli  funksional-semantik  sahələr:  subyekt,  obyekt;  subyekt-
predikat  əlaqələrinə  bağlı  olaraq  qiymətləndirilən  söyləmin 
kommunikativ perspektivi. Bu qruplaşmaya bəzi əlamətlərinə görə 
müəyyənlik  və  qeyri-müəyyənlik  bildirən  funksional-semantik 
sahələr  də  qoşulur.  Bunlar  digər  qruplaşmalara  aid  olan  “zaman 
məhdudiyyəti  və  ya  sərhədləri  və  sərhədsizliyi,  keyfiyyətlilik” 
funksional-
semantik sahələri ilə əlaqəlidir. 
3. Keyfiyyət və kəmiyyət nüvəli funksional-semantik sahələr: 
keyfiyyətlilik,  kəmiyyət,  müqayisə//müqayisəlilik  və  ya  “lat. 
comparativus”. 
Bu qruplaşmaya mənsubiyyət, aid olma, sahiblik və 
ya “lat. possessives” funksional-semantik sah
əsi də qoşulmaqdadır. 
O  isə  bir  tərəfdən  atributivlik  və  ya  substansiyanın  keyfiyyətinə 
 
13 
 

görə  səciyyələndirilməsi  ilə  bağlı  olanla,  digər  tərəfədən  isə 
predikativlik əlaqəsi ilə bağlantılıdır.  
4.  Hal,  durum,  vəziyyət  və  s.  nüvəli  funksional-semantik 
sahələr: yer, məkan və ya hər hansı bir yerdə olmaq (olma, olunma); 
səbəb-nəticə əlaqəsi, şərtlənmə və ya asılılıq sahələrinin kompleksi 
(
səbəb,  nəqsəd,  şərt,  güzəşt,  nəticə  funksional-semantik  sahələri). 
“Yer, məkan və ya hər hansı bir yerdə olmaq” funksional-semantik 
sahələr  fenomeni  əlamətinə  görə  predikatın  ‘hal,  durum,  vəziyyət’ 
və s. səciyyəli xarakteristikasına bağlıdır. Ancaq başqa əlamətlərinə 
görə    predikatlar  arası  əlaqələr  sahəsinə  dərindən  toxunan  (eyni 
zamanda  taksislə  də  bağlı)  “yer,  məkan  və  ya  hər  hansı  bir  yerdə 
olmaq” fenomeni və söyləmin (hər şeydən öncə, predikatın) məkani 
xarakteristikası fərqli semantik sferalardır (Бондарко 1987: 31-32). 
Yuxarıda  verilən  qısa  açıqlamadan  sonra  bir  də  funksional 
qrammatika  anlayışı  üst  qavramının  və  ya  tədqiqat  obyektinin  və 
linqvistik araşdırma istiqamətinin nə demək olduğuna da bir diqqət 
yetirək.    Bu  qavrayış  (konsept)  alt  qavramlarıyla konkret bir 
qrammatik sah
ə  və  ya növü yerində  dilin mətn, cümlə, cümlə 
birl
əşmələri, müxtəlif  morfonoloji  və  morfoloji,  sintaktik,  leksik 
quruluşlar  və  s. kimi dil-nitq vahidləri və  diskurslarının  qarşılıqlı 
funksiyalarını,  onların  işlənilmə  qaydalarını  və  bütövlükdə 
mexanizmini ehtiva edir. Funksional qrammatikada müxt
əlif dil 
s
əviyyələrindən təşkil  olunan  linqvistik  sistem,  quruluş  (struktur) 
qurucu komponentl
ərinin semantik vəzifələrinin  qarşılıqlı  birliyi 
əsasında işıqlandırılır. Məlum olduğu üzrə, dil materiallarının təsvir 
olunmasında 
funksional 
qrammatikanın 
yaradılmasının 
metodologiyasını  təşkil  edən prinsiplərdən  biri  olaraq  başlanğıcda 
ənənəvi  şəkildən, yəni konkret dil vasitəsindən funksiyaya və 
m
ənaya yönəlmə  yöntəmi  əsas götürülür. Bu yöntəm funksiyadan 
şəklə, yəni konkret bir dil vasitəsinə yönəlməyi qəbul edən yönümə 
uyğun hala gətirilərək işlədilir. Dilin işlənilmə sisteminin sinxronik 
t
əsvirində  hər iki yönüm və  yöntəmin  qarşılıqlı  olaraq  bir-birinə 
uyğunlaşdırılması  ilə  tətbiq olunması  isə  dilçilikdə  daha  sonrakı 
dön
əmlərdə həyata keçirilmişdir (Bondarko 1984;1987; LES 1990). 
 
14 
 

Bununla bərabər, istər funksional linqvistika, istərsə də qrammatika 
araşdırmalarında  və  kitablarında  həmişə  funksiyadan  və 
semantikadan konkret dil-
nitq vasitələrinə doğru tətbiq edilən elmi-
praktik  bir  istiqamət  və  buna  uyğun  olan  yöntəmlər  sözügedən 
dilçilik sahəsində həmişə aparıcı rol oynamışdır. 
Qrammatika anlayışını ifadə edən sözün (yunan. Grammatike 
–  “gramma” sözünd
ən düzəldilmişdir)  lüğəvi mənası  “hərf, 
yazmaq” dem
əkdir. XVIII yüzildən etibarən müxtəlif dillərin çoxlu 
diaxronik-tarixi, sinxronik-
təsviri;  akademik,  normativ  və  nəhayət 
funksional  qrammatika  kitabları  yazılmışdır.  Sözügedən  anlayış 
göstərilən bütün növləriylə konseptual olaraq bir üst ana qavram və 
ya başlıq (sərlövhə) məzmununu bildirir. Bu qavramı ehtiva edən alt 
qavramlar v
ə  ya  başlıqlar  isə  dilçilikdə  ənənəvi olaraq göstərilən 
morfologiya,  sintaksis,  söz  yaradıcılığı  və  qismən  də  yeni  olaraq 

əyyənləşdirilən morfemika, morfonologiya,  mətn sintaksisi və 
qrammatikası  sahələrindən ibarətdir.  Funksional  qrammatikanı 
digər sələflərindən fərqləndirən əsas amil məhz yuxarıda göstərilən 
dilçilik  sahələrinin  qarşılıqlı  əlaqələr  mexinzminin  ümumi  işləyiş 
sistemini  təsvir  etməklə  seçilir.  Sözgedən  sistemin  işləniməsində 
ortaya  çıxan  leksik,  qrammatik  və  digər  dil-nitq  vahidləri  və  ya 
kommunikativ  bütünlərin  məna  və  anlam  funksiyalarının 
göstərilməsi isə funksional qrammatikanın özəl işləyiş quruluşunun 
müəyyənləşdirilməsi deməkdir. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin