Ön söZ (M. M. Musayev) I. Azәrbaycan diLİNİn morfologiyasina yeni baxişlar


Türk  ədəbi dillərinin konseptual-struktur qrammatikası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/26
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#14971
1   2   3   4   5   6   7   8   9   ...   26

2.1.Türk 
ədəbi dillərinin konseptual-struktur qrammatikası 
 
İndiyə  qədər istər  sözün  geniş  anlamında  türk  dilləri və  dia-
lektl
ərinin, istərsə də sözün dar anlamında müasir türk ədəbi dillə-
rinin v
ə o sıradan Azərbaycan dilinin öyrənilməsində ümumtürk dili 
özünəməxsusluqları çox vaxt gözdən qaçırılmışdır. Ancaq dil kate-
 
25 
 

qo
riyalarının  ümumtürk  dili  məntiqi  tipinə  görə  modelləşdirilməsi 
mümkündür. Belə ki, aşağıda həm ayrılıqda felin növ və şəkil kate-
qo
riyalarına, həm də bütövlükdə üst predikativlik dərəcələri ilə mü-
əyyənləşən mürəkkəb cümlələrə dair konseptual-struktur xarakterli 
linqvistik modell
əşdirmələr  verilmişdir.  Bununla  bərabər, ümum-
türk m
ətninin bəzi ontoloji-tipoloji özəllikləri də göstərilmişdir. 
 
2.1.1.  Felin  növ  kateqoriyasının  konseptual-struktur 
modeli  
 
Haqqında bəhs edilən modelləşdirmə leksik-qrammatik xarak-
terli ºR,ºT v
ə  DºIR  formadüzəldici  şəkilçilərin  ayrıca  bir  birinci 
dərəcəli  işi  etdirmək
1
 
(səbəb)  növü  alt  kateqoriyasının  qurucu 
morfoloji əlaməti kimi fərqləndirilməsi ilə qurulur. 
 
Bu  modeldəki  konseptual-morfoloji komponentlərin  yeri 
növdüzəldici alt kateqoriyaların məlum=etdirən=icbar və məchul = 
qayıdış=qarşılıq-müştərək  sintaqmatik  və  məlum=məchul;  etdirən 
=qayıdış;  icbar=qarşılıq-müştərək  paradiqmatik  sıralanmaları  ilə 
müəyyənləşdirilir: 
 
Etdirənlik sırası:                 Etmək         Etdirmək 
        
Başqasına etdirmək 
morfoloji- 
 
(Aktiv)          
(Səbəb) 
 
(İkiqat səbəb) 
leksikoqrafik 
      iç-,qaç-
, biş- 
o
r,   
o
t: içir-
, bişir-     
o
t, d 
o
r: içirtdir-, 
qaçırt-  
növlər 
 
 
 
 
Qayıdışlıq sırası:           Məchulluq           Qayıdışlıq        Qarşılıqlıq-müştərəklik 
Sintaktik-   
             (Pasif) 
         (Refleksif)                 (Resiprok) 
kontekstual         
o
l, 
o
n: döyül-, sevil-   
o
l, 
o
n: döyün-, sevin-    
o
ş: görüş-, qaçış- 
növlər (Musaoğlu 2008: 214). 
1
 
Etm
ək” feli Azərbaycan türkcəsində  bir  işi  yerinə  yetirmək,  əmələ  gətirmək, görmək, 
el
əmək mənasında işlədilir (Azərbaycan dilinin izahlı lüğəti 1980: 216). Burada sözügedən 
feil növü “et+dir” köm
əkçi morfemlərindən düzəldilmiş sözlə adlandırılmışdır.
 
 
26 
 
                                                            

 
2.1.1
.1. Bir işin yerinə yetirilməsinə dair r (-ar, -er; -ır, -
ir, -ur, -ür) etdir
ənlik feilləri 
R (-ar,-er;  -
ır,  -ir,  -ur,  -ür)  şəkilçisi  ən çox təsirsiz məlum 
feill
ərdən bir qat səbəblilik anlamlı təsirli etdirənlik feillərini əmələ 
g
ətirir. Və  ya felin mənaca  konkret  bir  növünü,  başqa  bir  sözlə, 
etdir
ənlik paradiqmatik sıralanmasında bir işi görmək və başa çat-
dırmaq semantik mərkəzini  yaradır.  Necə  ki,  aşağıda  Türkiyə 
türkc
əsindən gətirilən etdirənlik  anlamlı  onar-  ‘təmir  etmək’  və 
ölçer- ‘alovu gücl
əndirmək və ya lampanın işığını artırmaq’ feilləri 
t
əsirli, digərləri isə təsirsiz feillərdən əmələ gəlmişdir. 
0
R şəkilçisi 
onar-  felind
ə  saitlə  bitən bir felə  (ona)  artırılmışdır.  Halbuki  bu 
şəkilçinin digər türk ədəbi dilləri və  dialektlərində  əksəriyyət 
etibaril
ə ç, ş, t, bəzən də x, p samitləri ilə bitən təsirsiz feillərə artı-
rıldığı  müşahidə  olunmaqdadır  (Musaoğlu  2008:  218).  Konseptual 
xarakterli bel
ə  bir leksikoqrafik durumun türk dilində  ortaya 
çıxması  bütövlükdə  şəkilçilərlə  reallaşan  söz  yaradıcılığında,  ayrı-
lıqda  isə  feil daxili məna  yuvalanmasında  və  ya felin növ kate-
qoriyasının  şəkillənməsində  yeni bir linqvistik hadisədir. Belə  bir 
dil daxili inkişaf cümhuriyyət dövrü Türkiyəsində başlanğıçda türk 
dil  inqilabına  bağlı  olaraq  həyata  keçirilmişdir. Nəticədə  elm və 
texnologiyanın  və  gündəlik həyatda  ortaya  çıxan  müxtəlif 
konseptual  faktorların  ifadə  olunmasına  və  Türkiyə  türkcəsinin 
z
ənginləşdirilmsinə  bağlı  olaraq  davam  etdirilmişdir.  Sözügedən 
morfoloji 
əlamətlə gerçəkləşən linqvistik hadisə digər türk dilləri və 
dialektl
ərindən fərqli səviyyədə orijinal bir feil növü əmələ gətirmə 
qılınışı olaraq müəyyənləşdirilə bilər.  
  
2.1.1.2. -ar, -er//-
ər etdirənlik feilləri 
-Ar 
şəkilçisi ilə  formalaşan  çal-ar  (Türkçe Sözlük 1998: 
427)  ‘yetişmək və  dəymək’feli subyektə  məxsus bir vəziyyəti 
bildirir. Bu ba
xımdan sözügedən  feil  bir  işi  görmək və  ya  başa 
çatdırmaq mənasını deyil, subyektə məxsus bir işin və ya fəaliyyətin 
icra olunmasını ifadə edir. Ölç- təsirli feli isə ölçer- (Türkçe Sözlük 
 
27 
 

1998: 1723) t
əsirli feli halına gələrək mənaca fərqliləşmişdir. Ancaq 
yen
ə  də  bir  işi  görmək mənasında  işlənilən bir feil səciyyəsini 
daşımaqdadır. 
0
R şəkilçisi -ar, -er şəkilləri ilə bir işi görmək və başa 
çatdırmaq mənalı feil növü qılınışını yaratmaqdadır. Sözügedən iş-
h
ərəkət  qılınışını  ifadə  edən etdirənlik feilləri  aşağıdakılardan 
ibar
ətdir:  
çıkar//çıxar(t)-                                      kopar//qopar-  
çöker- ‘çökdürm
ək’                             onar- 
gider- 
‘ortadan qaldırmaq’                   ölçer-  
göçer- ‘keçirm
ək, həvalə etmək’    uyar- ‘xəbərdarlıq etmek’  
Yuxarıda  göstərilən  çıkar//çıxar-  və  kopar//qopar-  feilləri 
şəkilcə  eyni, bəzi mənalarına  görə  isə  fərqli  semantik  quruluşa 
malikdir. Bunlar Türkiy
ə  və  Azərbaycan türkcələrində  çoxmənalı 
feill
ər olaraq xarakterizə  oluna bilər. Birinci felin Türkiyə 
türkc
əsində  26 mənasının  olduğu  göstərilir (Türkçe Sözlük 2005: 
423). Bu felin Türkiy
ə türkcəsində Azərbaycan türkcəsindən fərqli 
olaraq  “başa  düşmək, anlamaq” mənası  vardır.  Azərbaycan 
türkc
əsində  isə  həmin felin 17 mənasının  olduğu  göstərilir 
(Az
ərbaycan dilinin izahlı lüğəti 1987: 443). Bu felin Azərbaycan 
türkc
əsində  Türkiyə  türkcəsindən fərqli olaraq  “qərar vermək, 
hökm  çıxartmaq”  mənası  vardır.  Beləliklə,  daha  geniş  bir  leksik-
qrammatik  işlənilmə  sferasında  çıkar//çıxar  felinin, daha dar 
işlənilmə  sahəsində  isə  kopar//qopar-  felinin Türkiyə  və 
Az
ərbaycan türkcələrində  üst-üstə  düşməyən digər mənalarına  da 
t
əsadüf olunur. Sözügedən dil hadisəsi həm leksik çoxmənalılıq, 
h
əm də leksik-semantik omonimlik səviyyələrində izah oluna bilər. 
M
əsələn, “top” sözü “Türkcə sözlük”də çoxmənalı bir kəlmə olaraq 
(Türkçe Sözlük 2005: 1990) verilir. “Az
ərbaycan  dilinin  izahlı 
lüğət”ndə  (1987: 196) isə omonim dil vahidi kimi yer alır. 
Yuxarıda  göstərilən digər feillər isə  sözügedən türk ədəbi 
dill
ərində  fərqli kəlmələrlə  ifadə  olunmuşdur.  Hətta “çökermek-
çökdürm
ək” feillərində sözügedən leksik-qrammatik fərqlilik ºR, və 
DºIR formadüz
əldici  şəkiilçilərin  işlənilməsilə  ortaya  çıxmışdır. 
Monoqrafiyada  “Az
ərbaycan türkcəsi-Türkiyə  türkcəsi feil 
 
28 
 

lüğəti”ndə sözügedən fərqliliklər konkret örnəkləri ilə göstərilmişdir 
(Bax: s.74-94)

  
2.1.1.3. -
ır (-ir,-ur,-ür) etdirənlik feilləri 
0
R şəkilçisinin -ır (-ir, -ur, -ür) şəkilləri ilə təsirsiz, bəzən də 
t
əsirli  feillərdən səbəbiyyət  əlaqəli dərk etmə  müstəvisində  təsirli 
feill
ər düzəlir. Sözügedən morfoloji əlamətlərlə  felin  əsasən 
etdirm
ə və oldurma bildirən etdirənlik növü qılınışları əmələ gəlir. -
ır  (-ir,  -ur,  -ür)  şəkilçisi saitlə  bitən feillərə  artırılmır.  Vazgeçir- 
‘fikrind
ən daşındırmaq’ feli istisna olunmaqla sonu samitlə bitən bir 
qrup t
əkhecalı  felə  əlavə  olunur. Sözügedən  şəkilçi cümlə  və 
danışıq  içərisindəki  funksiyasına  görə, bəzən etdirmə  və  ya bir işi 
gördürm
ə, həll etdirmə  və  ya  başa  çatdırma  bildirən feillər 
düz
əldir.  Daha  doğrusu,  eyni  bir  paradiqmatik  müstəvidə 

əyyənləşən qrammatik və  leksikoqrafik-morfoloji vahidləri 
əmələ gətirir. Məsələn: 
              
İçmək feli 
1.
 
Anası uşağa “Həmən o suyu iç!” dedi. 
Ana uşağa suyu içirdi. 
                 Etdirm
ə 
2.
 
Anası uşağa suyu (öz əliylə) içirdi. 
                  
Bir işi görüb qurtarma 
G
ətirilən örnəklərdən belə  bir nəticəyə  gəlmək olar. 
0

morfeminin  -
ır (-ir, -ur, -ür) feil şəkilləri funksional dil sisteminin 
s
əbəbiyyət üst qavramı (Musaoğlu 2003: 25-27) və ettirmə, iş gör-
dürm
ə, yardım etmə, səbəb olma, və izin vermə kimi alt qavramları 
il
ə  yuxarıda  göstərilən feil növünü əmələ  gətirir. Halbuki, 
0
R+ 
0

formasındakı digər feil şəkilləri ifadə etdiyi hər hansı bir işi məcburi 
gördürm
ə  mənası  ilə  etdirmək və  ya hər  hansı  bir  işi  görmək 
f
əaliyyətini deyil, D
0
IR şəkilçisi ilə sırf felin icbar növü qılınışını da 
düz
əldir. Necə ki, icbar termini feil növləri sistemində üst deyil, alt 
kateqoriyanı  ifadə  etməkdədir. Sözügedən morfoloji əlamətlər 
birlikd
ə sadəcə felin icbar növündə işlənilməkdədir. Ona görə ki, -ır 
(-ir,  -ur,  -
ür)  şəkilçisi omonimik 
0
T morfemind
ən  ayrıca  olaraq 
 
29 
 

işlənilməkdə və ümumtürk dilində sinxronik və diaxronik səciyyəli 
sintaqmatik m
əna  sıralanmalarını  əmələ  gətirməkdədir. Buna görə 
d
ə,  sözügedən köməkçi morfemlə  şəkillənən feillər ümumtürk 
dilinin  lüğət tərkibində  məhdud  sayda  olmasına  baxmayaraq, 
konkret leksikoqrafik vahidl
ər olaraq diqqəti cəlb etməkdədir.  
Aşağıda sözügedən 23 leksikoqrafik vahiddən bitir-, doğur-, 
doyur-, içir-, kay
ır//qayır-,  pişir//bişir-,  sızır-  ‘süzmək’,  şişir-, 
yitir//itir-
, taşır//daşır-, uçur-, vazgeçir- feilləri sözügedən formadü-
z
əldici  şəkilçinin təsirsiz feillərə  artırılması  ilə  əmələ  gəlmişdir.  
Bunlar  “yan anlamlı”, yəni leksik-qrammatik mənalı təsirli feillər 
kimi  formalaşmışdır.  Batır-,  düşür-, göçür//köçür-,  kaçır//qaçır-, 
üşür-  ‘hücum etdirmək’,  yatır-, yetir-  feilləri də  təsirsiz feillərdən 
əmələ  gəlmişdir,  ancaq  bunlar  həm təsirli, həm də  təsirsiz feillər 
kimi  işlənilir.  Aş-  təsirli felindən  aşırmak//aşırmaq  təsirli-təsirsiz 
feli 
əmələ  gəlmişdir.  Geç//keç-  təsirli-təsirsiz səciyyəli “düz 
anlamlı”,  yəni leksik mənalı  feildən  geçir//keçir-  xarakterli “yan 
anlamlı”  bir  feil,  iç-  təsirli feildən isə  içir-  təsirli feli düzəlmişdir 
(Musayev 2011, 349).  
 
2.1.1. 4. T (-
ıt, -it, -ut, -üt) etdirənlik feilləri 
 T (-
ıt,  -it,  -ut,  -üt) morfemi səbəbiyyət bildirən qavram-
laşma sahəsində “icazə vermək, yardım etmək, səbəb olmaq, təmin 
etm
ək” və s.  mənaları ilə bir işi “gördürmə, yerinə yetirmə” ifadə 
ed
ən “etdirənlik feilləri”ni  formalaşdırır.  Bu  feillər “etdirənlik 
müst
əvisi”ndə  fərqli  bir  feil  növü  alt  kateqoriyasını  əmələ  gətirir. 
Aşağıda  Azərbaycan dilindən gətirilən konkret bir dil-danışıq 
ortamında sözügedən feillərin “səbəb olmaq” və “yerinə yetirmək” 
m
ənaları  ilə  ayrı-ayrı  feil  növü  örnəkləri  olaraq  işlənildiyi 
müşahidə olunur: 
I a. İpdəki paltarlar qurudu. 
I b. İpdəki paltarlar quruyub. 
 
II a. İpdəki paltarları günəş qurutdu
II b. İpdəki paltarları günəş qurudub
 
30 
 

Ümumi d
ərketmə  kontekstində  olmaq, təmin etmək” 
m
ənaları ifadə olunmuşdur. 
III a. Ayşə ipdəki paltarları qurutdu.
*
 
III b. Ayşə ipdəki paltarları qurudub.
 
 
IV a. Sabahdan b
əri ipə  sərilmiş,  ancaq  hələ  nəm olan 
paltarları Ayişə evdə qurutdu
IV b. Sabahdan b
əri ipə  sərilmiş,  ancaq  hələ  nəm olan 
paltarları Ayşə evdə qurudub
Öz
əl dərketmə  müstəvisində  “səbəb olmaq, yerinə 
yetirm
ək” mənaları ifadə olunmuşdur. 
Zaman qavramı i a. və i b. örnəklərində quru- feli xəbəri ilə 
v
ə  fərqli morfoloji əlamətlərlə  ifadə  edilmişdir.  Bilvasitə  və 
bilavasit
ə gerçkləlşən subyektiv şahidliyin sözügedən danışıq orta-
mının  formalaşmasında  feil  növünün  qılınışı

olaraq h
ər  hansı  bir 
t
əsiri yoxdur. ii a. və ii b. örnəklərində gətirilən cümlələrin xəbərləri 
yerind
ə  işlənilən feillər ºT morfemi ilə  ümumi dərketmə  kon-
tekstind
ə “olmaq və təmin etmək” yan anlamlarını ifadə edir. Buna 
bağlı  olaraq  da  təsirli etdirənlik feilləri səviyyəsində  gerçəkləşmiş 
v
ə mücərrəd bir mübtəda ilə işlənildiyindən danışıq ortamına təsir 
ed
ərək  yuxarıda  göstərilən sintaktik sistemi və  mətnlinqvistik 
d
ərketmə  kontekstini bilavasitə  dəyişdirmişdir.  iv a. və  iv b. 
örn
əklərində  gətirilən cümlələrin xəbərləri yerində  işlənilən feillər 
*
 
Ulduz  işarəsi gətirilən cümlələrin mənaca xətalı  olduğunu  bildirir.    Ki-  şəkilçisi ilə 
reallaşan “sintaktik çərçivə”də yanlış olaraq işlənilən mübtəda ilə düzgün bir konseptual 
d
ərketmə sıralanması pozulmuşdur.
 
2
 
Qılmaq feli Azərbaycan türkcəsində ‘etmək, görmək, yerinə yetirmək, əda etmək, icra 
etm
ək’, qılınmaq feli isə ‘görülmək, əmələ gətirilmək, edilmək, yerinə yetirilmək’ məna-
sında işlənilir (Azərbaycan dilinin izahlı lüğəti 1964: 512). Qılınış sözü həmin morfemlər 
əsasında düzəldilir. Bu  söz-termin felin milli mentalitetə  bağlı  olaraq  əsas və  anlamlı 
morfeml
ərlə gerçəkləşən leksik-semantik mahiyyətini və eyni zamanda mənaca növlərini 
ifad
ə edir. Leksik-semantik mahiyyətə malik olan danışıq (verba dicenti), təfəkkür (verba 
sentiendi), h
ərəkət,  iş  (verba  operandi),  hərəkət (verba movendi) və  s. feillər (Dmitriev 
1962: 570-598) t
əsirlilik-təsirsizlik, təsdiq-inkar və  növ  kateqoriyaları  ilə  feil qavram-
laşmasının birinci, zaman, şəkil və şəxs kateqoriyaları ilə isə ikinci alt qavramlaşdırmasını 
t
əşkil  edir.  Beləliklə,  monoqrafiyada  felin  birinci  alt  qavramlaşdırması  qılınış,  ikinci alt 
qavram
laşdırması isə görünüş sözləri ilə ifadə olunmuşdur.
 
 
31 
 
                                                            

d
ə  ºT  morfemi ilə  formalaşaraq  “özəl dərketmə  müstəvisində 
s
əbəb olmaq,  yerinə  yetirmək  yan  anlamları”  ilə  işlənilmişdir. 
Bunlar da t
əsirli etdirənlik feilləri kimi reallaşmışdır, ancaq konkret 
s
əciyyəli mübtədanın işlənilməsilə sintaktik sıraya və mətnlinqvistik 
sıralanmaya bilvasitə təsir göstərmişdir. Buna görə də, ºT morfemi 
il
ə  və  göstərilən, yan anlam sahələri ilə  formalaşan  leksikoqrafik 
vahidl
ər  “Türkçe  Sözlük”ün  uyğun  bölümlərindəki leksikoqrafik 
sıralamalarda ayrıca olaraq yer alır. T (-ıt, -it, -ut, -üt) morfemi ilə 
formalaşan etdirənlik feil növünə örnək olaraq Türkiyə türkcəsindən 
c
əmi 237 feil seçilmişdir (Türkçe Sözlük 1998).  
Sözüged
ən etdirənlik feillərindən 200-ü təsirsiz feillərdən 
yan  anlamlı  təsirli feil düzəldilməsi morfoloji-sintaktik modelinə 
əsasən müəyyənləşdirilir.  Bu  feillərdən bəziləri  aşağıdakılardan 
ibar
ətdir. Məsələn, Türkiyyə  və  Azərbaycan  türkcələrində:  acıt-, 
ağart-,  aksırt//asqırt-, bocalat-‘sürüklətmək, tərəddüt etməsinə 
s
əbəb  olmaq’,  çaldırt-  ‘oğurlatmaq’,  çıngırdat//cınqıldat-,  çıtlat-
darılt-, domalt//dombalt-,  ekşit//turşut-,  fırlat-, gebert//gəbərt-, 
genişlet//genişlət-, ihtiyarlat-  ‘qocaltmaq’, irkilt-  ‘həyəcanlan-
dırmaq,  qorxutmaq’,  kımıldat//qımıldat-, korkut//qorxut-, körelt- 
‘söndürm
ək, bitirmək’ morart-  ‘qaraltmaq, göyərtmək’, parlat-, 
sersemlet//s
ərsəmlət-, sümkürt-  ‘burnunu sildirmək’, terlet//tərlət-, 
tozut- 
‘toz qaldırmaq, sovurmaq, ağlını itirmək’, yücelt//ucalt- və s.  
Yuxarıda göstərilən tipdəki feillərdən 20-si təsirli feillərdən 
t
əsirli feil düzəldilməsi, yəni  feil  daxili  söz  yaradıcılığı  morfoloji-
sintaktik modelind
ə  formalaşır.  Bunlar  aşağıdakılardır.  Məsələn: 
Anımsat-  ‘xatırlatmaq’,  belirt-‘açıqlamaq’,  çemberlet/çənbərlət-, 
donat-  ‘b
əzəmək, süsləmək, birisinin geyinməsini təmin etmək’, 
evirt-‘çevirm
ək’, savurt//sovur-, yayımlat-, yont- və s.  
Akıt//axıt-, benzet//bənzət-,  damlat//damcılat-, koyult- 
‘qoyulaşdırmaq’,  sıçrat-, yönelt//yönəlt-  etdirənlik feilləri təsirsiz 
feill
ərdən təsirli və təsirsiz feillər olaraq düzəldilir. Bu da morfoloji-
sintaktik s
əciyyəli bir söz yaradıcılığı modelidir. Sözügedən feillər 
“Türkçe Sözlük”d
ə  leksikoqrafik vahidlər  olaraq  yer  alır  (Türkçe 
Sözlük 1998: 60; 269; 525; 1373; 1960; 2467).  
 
32 
 

Çarpıt-‘düzgün olmayan bir hala gətirmək’,  benimset 
/m
ənimsət-, dinlet//dinlət-,  hatırlat//xatırlat-,  hırpalat/xırpalat-, 
özlet/ özl
ət-, püskürt-, tanıt- feilləri də “Türkçe Sözlük”də ayrı-ayrı 
leksikoqrafik vahidl
ər olaraq yer alır (Türkçe Sözlük 1998: 44; 267; 
595; 957; 988;1748; 1835; 2132). H
əmin etdirənlik  feilləri təsirli 
feill
ərdən təsirli və təsirsiz feillər olaraq feil daxili söz yaradıcılığı 
morfoloji-sintaktik modelind
ə  gerçəkləşir  (Musayev  2011: 350-
352).   
T
əmin etmək, səbəb olmaq, icazə  (izin) vermək,  yardım 
(köm
ək) etmək, bir işi gördürmək və ya elətdirmək, yerinə yetirmək 
v
ə  s. anlamlar müxtəlif hadisələrin və  konseptual fenomenlərin 
qavramlaşdırılmasında  və  kateqoriyalaşdırılmasında  önəmli rol 
oynayır. Bu anlam sahələri ilə gerçəkləşən feillər ümumtürk dilinin 
leksik t
ərkibində  çox  yer  tutur.  Bu  baxımdan  Türkiyə  türkcəsi və 
Az
ərbaycan türkcəsində  ºR,  ºT  şəkilçiləri ilə  formalaşan  250-yə 
q
ədər etdirənlik feli diqqəti çəkir. Sözügedən feillərin 200-ü təsirsiz 
feill
ərdən təsirli feil olaraq düzəlir. Leksik-qrammatik xarakterli 
bel
ə bir söz yaradıcılığı modeli feil daxili qrammatik-leksikoqrafik 
s
əciyyəsi ilə  seçilir.  Uyğun  bir  hərəkətli  iş,  durum  və  proses 
etdir
ənlik feilləri ilə və subyektiv, obyektiv və predikativ faktorlarla 
normal  bir  sintaktik  sıralanmada  ifadə  edilir. Bu isə  diskurs 
s
əciyyəli ümumi mətnlinqvistik kontekstlərin funksional olaraq 
gerç
əkləşməsi ilə əlaqəlidir. Təmin etmək, səbəb olmaq, icazə (izin) 
vem
ək, yardım (kömək) etmək, bir işi gördürmək və ya elətdirmək, 
yerin
ə yetirmək və s. anlamlarla istənilən bir kontekst gerçəkləşir. 
Bu, s
əbəbiyyət xarakterli bir qavramlaşmanı da ortaya çıxardır. Belə 
bir  qavramlaşma  faktoru  konseptual-koqnitiv səciyyəli dərketmə 
çevr
ələrinin (frame) dərkedici səviyyədəki “iltifat, xoşbəxtlik, arzu, 
ist
ək, mərhəmət, sevgi, acıma” və s. qavramları ilə qarşılıqlı olaraq 
t
əmin olunmaqdadır. Necə ki, bir ana öz uşağına suyu, hər şeydən 
önc
ə, onu sevdiyi və  ona kömək etmək  lazım  gəldiyi üçün  içirir
H
ər  hansı  biri  kor  bir  adamı  küçənin o biri tərəfinə  ona  yazığı 
g
əldiyi və mərhəmət etdiyi üçün keçirir.  
 
33 
 

Sözüged
ən işlərlə ümumi səciyyəli səbəbiyyət qavramlaşması 

əyyənləşir. Belə müəyyənləşmə “ bir işi yerinə yetirmə və ya bir işi 
gördürm
ə  fəaliyyətlərinin “sevgi və  yardım  etmək,  acıma  və 
m
ərhəmət”  qavramlarına  bağlı  olaraq  həyata keçirilməsi ilə 
gerç
əkləşir. Bütün bunlar isə  ºR və ºT morfemlərinin çox vaxt təsirsiz, 
bir qismi d
ə təsirli və təsirli-təsirsiz olan uyğun feil köklərinə və kök 
əsaslarına artırılması ilə mümkün olmuşdur.  
Bel
əliklə,  felin  etdirənlik  (mənaca) növü onun digər məlum, 
icbar, m
əchul,  qayıdış  və  qarşılıq-müştərək növləri ilə  leksikoqrafik 
s
əviyyədə  yer almaqda və  mübtəda,  tamamlıq  və  xəbər  sıralanmalı 
sintaktik ortam
da  işlənilməkdədir. Burada müxtəlif konseptual 
faktorlar v
ə  səbəbiyyət  faktına  bağlı  anlamlar  iyerarxiyası  ºR  və  ºT 
formadüz
əldici  şəkilçilərlə  ifadə  edilir. Bu da sözügedən etdirənlik 
feill
ərinin felin növləri içərisində  koqnitiv-konseptual xarakterli bir 
kateqoriya olaraq t
əsnifləndirilməsini şərtləndirir.  
Yuxarıda  sözügedən etdirənlik feillərinin  siyahısı  aşağıda 
verilmişdir. 
(
Bax: I Əlavə; II Əlavə s.163-167) 
 
  
2.2.  Felin  şəkil  kateqoriyasının  konseptual-struktur 
t
əsnifləndirməsi  
Az
ərbaycan  dilinə  aid  yazılmış  monoqrafik  xarakterli 
dilçilik 
əsərlərində  felin xəbər  şəkli  olaraq  “zamanları”  (Axundov 
1961), dig
ər feil şəkilləri kimi isə “əmr, lazım, arzu, vacib, şərt və 
davam  şəkilləri” (Rəhimov 1965) öyrənilmişdir.  Bununla  bərabər, 
qrammatika k
itablarında bəzən “felin bacarıq şəkli”ndən  (Hüseyn-
zad
ə  1973: 228-229) də  bəhs  edilmişdir.  Feil  şəkillərinin təsnifatı 
türk  ədəbi  dillərinə  dair indiyə  qədər  ənənəvi və  yeni dilçilik 
yönt
əmləri ilə yazılmış bir çox elmi-linqvistik araşdırmada da geniş 
ye
r  almışdır.    Sözügedən  əsərlərdə  həm hər bir dildə  işlənilən 
feill
ərin özünəməxsus fərqliliklərindən, həm də  türk dilləri feil-
l
ərinin eyniliklərindən  kompleksiv  olaraq  danışılmışdır  (Kononov 
1956: 218-
251; Adamoviç 1985; Erguvanlı 2002; Sezer 2002 və s.).  
Sovetl
ər  Birliyi  dağıldıqdan  sonra  türk  dillərinin bir çoxu 
r
əsmi dövlət dili statusu almışdır. Yeni müstəqil türk dövlətlərinin, 
 
34 
 

muxtar tespulikalarının və xaricdə yaşayan soydaşlarının dillərinin 
h
əm türk mənşəli, həm də xarici vətəndaşlara öyrədilməsinə böyük 
bir  ehtiyac  yaranmışdır.  Türkiyə  türkcəsi ilə  bərabər, digər türk 
ədəbi dilləri də xarici vətəndaşlar tərəfindən öyrənilməkdə və həmin 
dill
ərin təlimi və tədrisi digər şəkillərdə də gündəmə gəlməkdədir. 
M
əsələn, türk mənşəli  ana  dilini  yaxşı  bilməyən  insanların  və  bir 
türk dilini dig
ər bir türk dili daşıyıcısının öyrənməsi işi də bu və ya 
dig
ər  şəkildə  başlanılmışdır  (Hengirmen  1999;  Öztopçu  1994; 
Khudazarov 2005 v
ə s.). 
Bu is
ə 1990-cı illərdən etibarən türk ədəbi dillərinin öyrənil-
m
əsində  və  tədris  olunmasında  yeni  bir  elmi-linqvistik və  tədris-
metodiki istiqam
ətin  ortaya  çıxmasına  yol  açmışdır.  Belə  bir 
araşdırma-öyrənilmə  və  tədris edilmə  kontekstində  türk  ədəbi 
dill
ərinin və  ya ümumtürk dilinin funksional-normativ səciyyəli 
stolüstü bir kit
abının  hazırlanmasına  çox  ciddi  ehtiyac  hiss 
edilm
əkdədir.  Əlbəttə, belə  bir dərs  kitabının  və  uyğun  tədris 
v
əsaitlərinin hazırlanması üçün, hər şeydən öncə, türk dilləri qram-
ma
tikasının üst və alt qavramları və kateqoriyaları həm konseptual, 
h
əm də  funksional yönümləri ilə  müəyyənləşdirilməlidir. Burada 
ənənəvi xarakterli müqyisəli-tutuşdurmalı  və  1990-cı  illərdən bəri 

əyyənləşdirilən konseptual-struktur yönümlü linqvistik 
yönt
əmlərdən türk ədəbi dillərini öyrənən xarici vətandaşların başa 
düşəcəyi bir şəkildə  istifadə olunmalıdır. 
M
əsələn,  ümumtürk  dili  feil  şəkillərində  ortaya  çıxan  ən 
ön
əmli dil-nitq fərqlərindən biri Türkiyə  türkcəsində  geniş  zaman 
qavramının ayrıca bir -r (-ar, -er, -ır, -ir, -ur, -ür) morfoloji əlaməti 
il
ə  ifadə  olunmasından  ibarətdir. Digər türk ədəbi dillərində  isə 
sözüged
ən  zaman  qavramı  indiki  və  qeyri-qəti gələcək zaman 
şəkilləri ilə ifadə olunur. Türk dillərində belə bir morfoloji fərqlilik 
açıq  bir  şəkildə  nümayiş  etdirilməlidir. Bunun üçün sözügedən 
zaman şəkilləri hər bir ədəbi dildə üst və alt səviyyələri ilə konsep-
tual  olaraq  kateqoriyalaşdırılmalıdır.  Belə  bir kateqoriyalaşdırıl-
manın  aparılması  üçün  isə  türk dillərinin  zaman  şəkilləri konkret 
morfoloji 
əlamətləri ilə bir yerdə müşahidə edilə bilməlidir. Məhz 
 
35 
 

bu  m
əqsədlə  müəllifin  “Türk ədəbi dillərində  mürəkkəb cümlə 
sintaksisi” (2011: 353-
364) adlı kitabında və aşağıda “Oğuz qrupu 
türk dill
ərində  felin  zaman  şəkillərini”nin bütün mümkün 
t
əsriflənmə formaları ilə cədvəli verilmişdir (Bax: 
III Əlavə, s. 168-
179
)
.  Əlbəttə, türk dillərində  feillərin ifadəsinə  dair bunun kimi 
dig
ər funksional-struktur xarakterli morfoloji fərqlərə  də  rast 
g
əlinir. 
  
Bu  baxımdan  felin  xəbər və  digər  şəkilləri dilin həm bir 
funksional f
əaliyyət, həm də  milli mentalitetin bir psixolinqvistik 
ifad
əsi  kimi  ayrı-ayrı  türk  yazı  dilləri  materialları  ilə  konseptual-
struktur s
əviyyədə  kateqoriyalaşdırılmalıdır.  Bu  iş  müəllifin 
sözüged
ən  kitabının  beşinci  “Əlavəsi”ndə  ilkin bir təcrübə  olaraq 
aparılmışdır  (2011:  365-372)  “Əlavə” “Azərbaycan dilində  feil 
şəkilləri”  olaraq  adlandırılan  böyük  bir  “Cədvəl”dən ibarətdir  və 
h
əmin cədvəl  aşağıda  verilmişdir  (Bax: 
IV  Əlavə, s. 180-187

H
əmin “Cədvəl”də  felin  şəkilləri zaman, hekayə, rəvayət və  şərt 
formalarında  şəxsə  görə  bir bütün olaraq təsrifləndirilmişdir.  Yeni 
t
əsnifləndirmədə felin 12 deyil, 14 şəkli yer almışdır. Felin rəvayət 
olunan n
əqli keçmiş zamanının bir deyil, iki növünün; yəni həm -
mış, -miş, -muş, -müş, həm də -ıb, -ib, -ub, -üb morfoloji əlamətləri 
il
ə  işlənildiyi göstərilmişdir.  Felin  vacib  şəklinin də  bir deyil, iki 
növünün; y
əni həm -malı, -məli morfoloji əlaməti ilə sintetik, həm 
d
ə  -malı  olmaq  morfoloji-sintaktik  birləşməsi ilə  analitik  şəkillə-
rinin  işlənildiyi  vurğulanmışdır.  Beləliklə, sözügedən  feil  şəkillə-
rinin d
ə  sintaqmatik və  paradiqmatik  ələmətləri ilə  qrammatika 
kitablarımızda  yer  alaraq  tədris  olunmasının  lazım  gəldiyi həm 
t
ədrisetmə praktikası, həm də linqvistik örnəkləri ilə təsbit olunmuş, 
felin t
əsdiq və  inkaretmə  ifadələri “Cədvəl”də yer  almışdır  (Bax: 
IV  Əlavə, s.180-187
).  (Qeyd  olunmalıdır  ki,  sözügedən 
t
əsnifləndirmənin  aparılmasında  müəllifin uzun illər boyunca 
xaricil
ərə keçdiyi Azərbaycan dili dərslərində əldə etdiyi linqvistik-
metodiki t
əcrübə stimul rolunu oynamışdır.) 
 
 
36 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin