Baki döVLƏt universiteti Mövzu



Yüklə 71,55 Kb.
səhifə1/2
tarix05.12.2023
ölçüsü71,55 Kb.
#173884
  1   2
Azərbaycan dilinin formalaşması


BAKI DÖVLƏT UNİVERSİTETİ

Mövzu: Azərbaycan dilinin və Azərbaycan xalqının formalaşması

  • Fakültə:Filologiya

  • İxtisas:Azərbaycan dili və Ədəbiyyat

  • Qrup:172

  • Fənn: Azərbaycan tarixi

  • Müəllim:Nuru Məmmədov

  • Tələbə:Zeynallı Günay



BAKI 2023
Azərbaycan dili və ya Azərbaycan türkcəsi (Cənubi Azərbaycanda: Türk dili — تورک دیلی) — Azərbaycan Respublikasının və Rusiya Federasiyası Dağıstan Respublikasının rəsmi dövlət dili. Ural-Altay dilləri ailəsinin türk dilləri şöbəsinin Oğuz sinfinin qərb qrupuna daxildir.
Dilimizin uzun formalaşma tarixi aşağıdakı dövrlərə bölünə bilər:

  • Qədim dövr (V–X əsrlər): əski türk dilinin formalaşması, türk əlifbasının yaranması, Orxun abidələrinin ucaldılması ilə türk yazı tarixinin başlanması.

  • Orta dövr (X–XIV əsrlər): Oğuz ağızların əski türk dilindən ayrılması, o şivələr əsasında oğuz ədəbi və yazı dilinin formalaşması, oğuzların İslamı qəbul etməyi ilə ərəb əlifbasına keçməsi, Divanü Lüğat-it-Türk, Oğuznamə və Kitabi-Dədə Qorqud kimi əsərlərin yaranması və qələmə alınması, Azərbaycan dilinin Böyük Səlcuqlu imperiyasının saray dilinə çevrilməsi.

  • Klassik dövr (XIV–XVIII əsrlər): Azərbaycan və Anadolu şivələrin müxtəlif yerli dövlətlərin saray dillərinə çevrilməsi, saray dilinin xalq dilindən uzaqlaşması, əsas ədəbiyyat formasının şeir olması.

  • Yeni dövr (XVIII–XX əsrlər): ədəbi dilin saray dilindən uzaqlaşıb yenidən xalq dilinə yaxınlaşması, ilk nəsr və dram əsərlərin yazılması, ilk qəzet və jurnalların çap olunması, Azərbaycan dilinin qrammatika qanunlarını araşıdıran Fənni-sərfi-Türki dərsliyinin çap olunması.

Azərbaycan dilinin yaranma tarixinin türk dillərinin ümumi tarixinin tərkib hissəsinin olmağı və Azərbaycan dilinin orta əsrlərdə əski türk dilindən təşəkkül etməsi alimlər və dilçilər tərəfindən hər dövrdə qəbul olunmuşdu. Əski türk dilinin tarixi-linqvistik müstəvidə tədqiqində ən güvənli istinad nöqtəsi Orxun-Yenisey abidələridir.
Azərbaycan dili ilə müqayisə edən Prof. Şükürlü, mətində bulunan 170-dən artıq sözdən 100-dən çoxunun çağdaş Azərbaycan dilində tamamilə identik və ya yeni yazma qaydalarına uyğun dəyişikliklər ilə yazıldığını (örnək üçün: bəğ — bəy, yoq — yox, sucuğ — sucuq, küllüğ — göllük); qalanların isə ədəbi dilmizdə sıradan çıxdığını (örnək üçün: oğuş — qəbilə, bodun — xalq/boy, öd — taxt, börü — canavar) təsdiqləyir. Fonetik baxımından, abidələrdə damaq və dodaq ahənglərinin, eləcə də samitlərinin ahənginə rast gəlinir ki, bu da Azərbaycan dilində möhkəmliyi və zənginliyi ilə seçilir. Qrammatik baxımından isə, bəzi qanunların dəyişməz qaldığını (yerlik və çıxışlıq hal şəkilçiləri; I, III şəxs fel şəkilçiləri və s.) bəzilərin isə dəyişdiyini (yiyəlik, yönlük, birgəlik hal şəkilçiləri; II və III şəxs cəm fel şəkilçiləri və s.) görürük.
Bunların hamısına baxmayaraq, son 1500 ildə dilimizdə yer almış qrammatik və morfoloji dəyişikliklər nəticəsində əski türk dilində yazılmış mətnlər bugünkü Azərbaycan dili daşıyıcısı üçün artıq anlaşılmalı deyil. Yenə də, bu durumu dünya dillər ilə müqayisə etdiyimiz halda (əski ingilis dili və ingilis dili, əski alman dili və alman dili, latın dili və fransız dili və s.) dilimizdə ötən min ildə yer almış sintaktik-morfoloji dəyişikliklərin sayı nisbətən çox azdır.
Orta dövrdə ədəbi dil artıq funksional olaraq mövcud olmuşdu, yəni ilk təşəkkül mərhələsi başa çatır və Kitabi-Dədə Qorqud kimi nəhəng abidə yaranır.
Kitabi-Dədə Qorqud Azərbaycan dilinin tarixi üzrə ən önəmli qaynaqlarından biridir. Leksik baxımından, kitabda 3000-ə yaxın söz işlənmiş; O sözlərdən 773-ü çağdaş Azərbaycan dili ilə eynilə yazılır (örnək üçün: ad, ağ, alqış, dilək), 213-ü fonetik dəyişmələrlə (örnək üçün: bəg — bəy, yigirmi — iyirmi, qılıc — qılınc və s.), 200-ə yaxın söz şivə və ləhcələrdə qorunmuş (örnək üçün: buñalmaq, saqar, taraqa, qurumsu), qalanları isə unudulmuş və çağdaş Azərbaycan dilində alınma sözlər ilə ifadə olunan sözlərdir (örnək üçün: alp, əvrən — qəhraman, qıran — pandemiya, egi — xoş ya da yaxşı, əsrik — sərxoş və s.). Alınma sözlərə gəldiyimizdə isə, onlardan 573-ü alınmadır (353-ü ərəb, 205-i fars dilindən). Alınma sözlər o zaman xalq arasında anlaşılmadığına görə türk mənşəli sinonimi ilə bərabər işlədilirdi (axır-son, allah-tanrı, behişt-uçmaq, cəng-savaş) və ancaq sonralar belə alınma sözlər qalib gəlmiş, mənimsənilmiş, dilin öz sözləri isə sıradan çıxmış, arxaikləşmişdi. Sintaktik baxımından, Dədə Qorqudda, orta dövr Azərbaycan dilinin və çağdaş ədəbi dilimizin sintaktik quruluşu arasında varislik və kök birliyi görürük. Fonetik baxımından, əski dövrdən başlayaraq yeni dövrə qədər saitlərin dəyişilməzliyinə bu dövrdə də tanıq oluruq. Samitlərə gəldiyimizdə isə, yeni dövrdə yalnız bir samitin — sağır [ñ] səsin itirildiyini görürük.
Klassik dövrdə Azərbaycan dili Cəlairlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi Azərbaycan dövlətlərinin saray və ordu dilinə çevrilib, bütün Ön Asiyada ədəbi dil rolunu oynamağa başlamışdı. Nizami Cəfərov, Azərbaycan türkcəsinin milliləşməsi tarixi əsərində "XI-XII əsrlərdən başlayaraq Azərbaycanda meydana çıxan möhtəşəm türk dövlətlərində rəsmi dil kimi ərəb, fars dilləri ilə yanaşı Azərbaycan dilindən də istifadə olunduğunu" göstərir.Səfəvilər dövlətində Azərbaycan dili sarayda və orduda hakim dil olmaqla imperiyanın ilk rəsmi dövlət, saray və məhkəmə dili idi.
Azərbaycan dilinin bu dövrü üç mərhələni əhatə edir:

  • ədəbi dilin xəlqiləşməsi mərhələsi (18-ci əsr);

  • milli dilin yaranması və inkişafı mərhələsi (19–20 əsrin 1-ci rübü);

  • müasir mərhələ (20-ci əsrin 1-ci rübündən sonra). Azərbaycan dili böyük inkişaf yoluna özünün ikinci inkişaf mərhələsində (milli ədəbi dilin təşəkkülü və inkişafı mərhələsində) çıxmışdır. Bu dildə şeirlə yanaşı, nəsr və dram əsərləri yazılmağa, qəzet və jurnallar nəşr olunmağa başlamış, bəzi rəsmi sənədlər tərtib edilmiş, elmi araşdırmalar aparılmışdır. O dövrdə Azərbaycana gələn əcnəbilər, o cümlədən ruslar və almanlar da ona maraq göstərmiş, bəziləri bu dili öyrənməyə çalışmışlar (rus şairləri Mixail Lermontov, Aleksandr Bestujev-Marlinski, alman şərqşünası Fridrix Bodenştedt). Orta əsrlərdə əski Azərbaycan dilinə aid sərf-nəhv (qrammatika) kitabları və lüğətlər olsa da, elmi əsərlər və dərsliklər 19 əsrdən etibarən yazılmağa başlamışdır. Mirzə Kazım bəyin rusca yazdığı Türk-tatar dilinin ümumi qrammatikası (1839) əsəri məşhurdur. Mir Həsən bəy Vəzirovun, L. Budaqovun, Q. Makarovun, Nəriman Nərimanovun, M. Məmmədovun, Sultan Məcid Qənizadənin Azərbaycan dilinə aid dərslikləri də rus dilində yazılmışdır. Mirzə Məhəmməd Əfşarın Azərbaycan dilinə aid Fənni-sərfi-türki (Türk dilinin qrammatikası, 1869) adlı dəyərli əsəri isə azərbaycancadır.


Yüklə 71,55 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin