Baki döVLƏt universiteti Mövzu


-ci əsrdə Azərbaycan ədəbi dilinin inkişafında üç meyil özünü göstərir



Yüklə 71,55 Kb.
səhifə2/2
tarix05.12.2023
ölçüsü71,55 Kb.
#173884
1   2
Azərbaycan dilinin formalaşması

20-ci əsrdə Azərbaycan ədəbi dilinin inkişafında üç meyil özünü göstərir:

  • Ədəbi dili xalq dili ilə eyniləşdirmək meyli. Bu, özünün əksini Molla Nəsrəddin jurnalının yazılarında, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev kimi yazıçıların əsərlərində tapmışdır;

  • Daha çox Osmanlı (türk) və əski Azərbaycan dilinin ənənəsinə söykənən ədəbi dil yaratmaq meyli. Bu, Füyuzat və Həyat kimi bir çox jurnal və qəzetlərin, Əli bəy Hüseynzadə kimi maarifpərvər yazıçıların dilində özünü göstərir. Bu dil o vaxtkı Osmanlı ədəbi dilindən, demək olar ki, seçilmirdi;

  • Hamı tərəfindən anlaşılan, ədəbi dil normalarına əsaslanan ədəbi dil yaratmaq meyli. Heç bir dialekt təsirini qəbul etməyən bu dili Abdulla Şaiq, Cəfər Cabbarlı, Seyid Hüseyn Sadiq, Abbas Səhhət kimi şair və yazıçılar yaradırdılar. Ədəbi dil sahəsindəki bu durum əsrin əvvəllərindən 30-cu illərədək davam etdi.

Azərbaycan türkləri Avroasiyanın və Cənubi Qafqazın ən qədim sakinləridir.

Türklər Cənubi Qafqazın ən qədim sakinləridir. Tarix, arxeologiya, antropologiya və digər elm sahələrində çalışan alimlərin araşdırmaları Azərbaycan türklərinin Cənubi Qafqazın ən qədim və köklü əhalisi olmasını tamamilə sübut etmişdir. Azərbaycan türklərinin yayıldığı areala indiki Azərbaycan Respublikasının ərazisi ilə yanaşı. Cənubi Azərbaycan (indiki İran İslam Respublikasının tərkibindədir), İrəvan və Zəngəzur bölgələri (indiki Ermənistan Respublikası), Borçah (indiki Gürcüstan Respublikasının tərkibindədir), Dərbənd (indiki Dağıstan-Rusiya) torpaqları da daxildir. Azərbaycan türkləri bir xalq kimi tarixən Dərbənddən Həmədana, Xəzər dənizindən Şərqi Anadoluyadək olan böyük bir ərazidə təşəkkül taparaq formalaşmışdır.


Arxeoloji qazıntılar nəticəsində Gürcüstan Respublikasının azərbaycanlılar yaşayan və 1947-ci ilədək Başkeçid adlandırılan Dmanisi rayonunda Xram çayının sahilindəki mağaradan yaşı təxminən 1 milyon 800 min il olan iki kəllə qutusu tapılmışdır. Kəllələrin yanında sadə əmək alətləri aşkar edilmişdir. Bu tapıntı Qafqazın ən qədim insan məskəni olduğunu sübut etmişdir. Antropoloqlar ağ irqə mənsub olan bu kəllələrin Dolixokran (uzunbaş) olduğunu göstərirlər. Azərbaycan Respublikası ərazisində Qobustandakı mezolit dövrünə (e. ə. XII-VIII minilliklər) aid Firuz düşərgəsində tapılmış kişi kəlləsi də quruluşuna görə Dolixokrandır. Qafqazın neolit (yeni daş) dövrünə aid olan Qobustandakı «Kənizə» mağarasından, indiki Ermənistan və Gürcüstan ərazisindən tapılan 4 kəllədən 3-ü Dolixokran-uzunbaşdır.
Azərbaycanlılar eramızdan əvvəl və eramızda bölgədə olan türklərin, iran tayfalarının (məsələn midyalıların) və qafqaz tayfalarının (məsələn albanların) qarışığı ilə əmələ gəliblər. Qıpçaq (Borçalı, Qazax, Şəki-Zaqatala bölgəsi), Barsil (Borçalı) və Suvar (Qarabağ, Muğan) türkləri hələ eramızdan əvvəl və sonra da gürcü və Avropa mənbələri tərəfindən qeyd olunurlar. Ərəblər 7-8-ci əsrlərdə Azərbaycanda yaşayan türklər haqqında da yazırdılar. Xəzərlin və hunların əsas hissəsi 8-9-cu əsrlərdə Azərbaycana daxil olsalar da, hələ yüzillər qabaq burada yaşayırdılar.
Nəhayət bölgəyə 11-13-cü əsrlərdə çoxlu sayıda oğuzların, başqa türklərin və monqolların axını olur. Bunların hamısını macar şərqşünazı Arminiy Vamberi də təsdiqləyir. Bölgədəki qafqaz tayfaları, yəni albanlar, kaspilər, kadusilər (iran qarışığı) və başqaları Azərbaycanda hələ əvvəllərdən əsasən Quzey Azərbaycanda və Güney Azərbaycanın quzey hissəsində yaşayıblar. Skiflər, saklar, massagetlər və kimerlər isə Azərbaycanda hələ eramızdan əvvəl 7-ci əsrdə yaşayıblar.
Eramızın 7-ci əsrində Azərbaycana türklərin güclü axını olur və bu dövürdə azərbaycanlılar və azərbaycan dili formalaşmağa başlayır. Gələn türklərin ardınca yeni hunlar, qıpçaqlar, barsillər və xəzərlər Azərbaycana daxil olub yerli qafqaz və iran tayfaları ilə qarışırlar. Əsasən 11-ci əsrdə Səlcuqlar bölgəni ələ keçirirlər və Oğuz dövlətində olan oğuzların 24 şəhərindən 20-in əhalisi Azərbaycana axın edir. Oğuzlar yerli əhali ilə qarışdığı zaman, buraya 13-cü əsrdə türklərin və monğolların yeni axını baş verir. Azərbaycanlıların formalaşması bütün Azərbaycanı və Gündoğan Anadolunun bölgəsində keçir.
Nəticədə, türklərlə başqa millətlər qarışır və 13-cü əsrin axırında 14-cü əsrin əvvəlində azərbaycanlılar bir millət kimi yaranırlar. Məsələn 13-14-cü əsrlərdə azərbaycan dilində yazan şairləri: Həsənoğlu İzzəddini, İmadəddin Nəsimini və Burahnəddin Qaziyi qeyd etmək olar. Amma onu da qeyd etmək lazımdır ki Azərbaycan tayfalarının birləşməsi və bütün millət işarələrinin yaranması 15-ci əsrin axırına qədər davam edir. Səfəvilər dövründə isə biz Diyarbəkirdən və Ərzurumdan Quma və Əraqa qədər yaşayan azərbaycan millətini görürük. Bu dövrdə millətimizin bir hissəsi Şimalı İraqda və Farsla Kirman bölgələrində yaşayırdı.
Bu göstəricilər həm də türklərin Ön Asiyada və Aralıq dənizi üzərində tarixin ulu çağlarından yerləşib oturduqlarını sübuta yetirir. Sonrakı Yunan-Roma qaynaqlarında da türklərin adı Aralıq və Qara dəniz bölgələrində yaşayan xalqlar ilə yanaşı çəkilməkdədir. Karyandlı Skulaks, eramızdan əvvəl 500-cü ildə əski oğuzlardan Afşar (yunanca yazıda: Apşaros Pota- mos) və Kayı (Kaikos) boylarını qeydə almışdır. Yunan mənbələrində bizim eranın V əsrinədək, yəni min il ərzində Afşar adı dəfələrlə xatırlanmışdır.
Bugünkü elmdə qəbul olunmuş fikrə görə, xalqın yaranışının başlıca göstəricisi həmin xalqın dilidir. Belə isə Azərbaycan türkləri Anadolu türkləri, türkmənlər və qaqauzlar ilə birlikdə oğuz kökündən yaramblar. Çünki onların hər birinin dili təbii ayrılıqlara baxmayaraq oğuz dilidir. Sovet tarixçilərinin yazılarında isə elmdə ümumi qanunauyğunluq kimi qəbul olunmuş bu meyar Azərbaycan türklərinə aid edilmirdi. Onlar türk xalqı deyil, olsa-olsa «türkdilli» xalq, yəni Qafqaz-İber köklü albanların və “İran köklü” Güney Azərbaycan əhalisinin son yeddi yüz il içərisində «türkləşmiş» törəməsi sayılırdı.
Yüklə 71,55 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin