Ön söZ (M. M. Musayev) I. Azәrbaycan diLİNİn morfologiyasina yeni baxişlar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/26
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#14971
1   ...   15   16   17   18   19   20   21   22   ...   26

qaynata 
kür
əkən                                                     gəlin 
qaynana 
       
 “Qohumluq d
ərəcəsi”  və  “cins” semantik tərkib hissələri 
olan terminl
ər cins əlaməti  neytrallaşmış  terminlərlə  qarşılaşdığı 
hallarda onların semantik əlaqələri üçbucaqlı şəkildə təsəvvür oluna 
bil
ər. Müvafiq termin birlikləri  aşağıdakılardır:  baba// nənə-nəvə; 
212 

ulu baba// ulu  n
ənə-nəticə.  Qeyd edilən semantik əlaqələr 
şəbəkəsini həmin söz birliklərindən  birinin  timsalında  nəzərdən 
keçir
ək.  
 
baba 
                                n
əvə 
n
ənə  
Qohumluq terminl
əri  arasında  minimal  semantik  əlaqə  bir 
semantik 
əlamətə  əsaslanır  (məsələn,  qardaş-bacı,  ər-arvad  söz 
cütl
ərində olduğu kimi). 
N
əhayət, başqa terminlərin semantikasına əsaslansa da, hər bir 
terminl
ə  açıq-aşkar  semantik  münasibətdə  olmayan terminlər də 
var. M
əsələn:  bacanaq, elti, quda, günü  (yuxarı  bax).  Bunlar 
semantik c
əhətdən qarşılıqsızdır.  
Bütün  bu  haqqında  danışılan  semantik  əlaqə  növləri 
qohumluq terminl
ərinin 
eksplisit 
(açıq-aşkar) 
semantik 
münasib
ətlərinə  misaldır.  Bundan  başqa,  qohumluq  terminləri 
arasında implisit (örtülü) semantik əlaqələr də var və deyə bilərik ki, 
istisnasız  olaraq  bütün  eksplisit  münasibətlərsiz qohumluq 
terminl
ərinə  xas olan bir keyfiyyətdir. Məsələn:  əmi-  “atanın 
qardaşı” bibi- “atanın bacısı”; dayı- “ananın qardaşı”; xala “ananın-
bacısı” və s.  
Eksplisit semantik 
əlaqəli terminlər kimi, implisit semantik 
əlaqəli terminlər də  bir-birinin barəsində  semantik  başlanğıc  və 
motivl
əşmə  funksiyası  yerinə  yetirirlər. Qeyd etmək  lazımdır  ki, 
ifad
ə  etdikləri qohumluq dərəcəsi eyni olub, cins  əlamətinə  görə  
f
ərqlənən terminlər  onlarla  qarşılıqlı-şərikli semantik əlaqədə  olan 
terminl
ərlə  münasibətdə  götürülərkən  onların  cins  əlaməti 
neytrallaşır.  Onlar  iki  yox,  bir  semantik  başlanğıc  təşkil  edirlər. 
Bel
ə bir vəziyyət motivləşmə hadisəsində də öz əksini tapır. 
Eyni sözün bir neç
ə  motivləşməsi ola bilməsi  faktı  artıq 
dilçil
ərin nəzərini cəlb etmişdir.  İ.S.Uluxanov  bu  haqda  yazır: 
“Yegan
ə  olmayan motivləşmə  eyni bir sözün bir necə  sözlə 
motivl
əşməsidir [...]. Birdən  artıq  motivləşməsi olan sözlər 
sinxronik planda eyni zamanda müxt
əlif sözdüzəltmə  üsuluna aid 
olan sözl
ər kimi şərh edilə bilər. Lakin motivləşmənin çoxluğu heç 
213 

d
ə  həmişə  sözün düzəltmə  strukturu  şərhinin  çoxluğuna  aparıb-
çıxarmır” (2. 43). 
Bizim n
əzərdə tutduğumuz motivləşmə İ.S.Uluxanovun bəhs 
etdiyind
ən əhəmiyyəti dərəcədə fərqlənir. İ.S.Uluxanov şəkilçilərdə 
öz ifad
əsini tapmış motivləşmədən danışır. Biz isə formal cəhətdən 
ifad
ə  olunmamış  motivləşmə  növlərini də  nəzər də  alırıq.  Bu 
q
əbildən olan motivləşmə  terminlərin semantik münasibətində 
özünü göst
ərir. Semantik motivləşmənin iki növü var.  
1.  İkiistiqamətli  (ikibaşlı)  qarşılıqlı  motivləşmə. Bu, 
terminl
ərin qarşılıqlı olaraq bir-birini motivləşdirdiyi hallara aiddir 
(ata-ana, ata-
oğul, ata-qız, ana-qız, ər-arvad). 
2. Biristiqam
ətli (birtərəfli) motivləşmə. Bura arvad-qayın
baldız  sözləri  arasındakı  üstüörtülü    motivləşmədən savayı, 
semantik  ardıcıllıq  münasibətində  olan terminlər  arasındakı 
motivl
əşmə  (məsələn:  nəvə-  “oğul  və  qızın  övladlı”;  nəticə
“n
əvənin  övladı”),  ənənəvi mənada adi sözdüzəltmə  motivləşməsi 
d
ə (məsələn: qardaş-qardaşoğlu) aiddir.  
 
Yaş-cins bildirən sözlərin semantik sistemi 
 
Yaş-cins bildirən  adlar  maraqlı  semantik  xüsusiyyətləri ilə 
diqq
əti cəlb edən söz kateqoriyasıdır. Təsadüfi deyil ki, linqvistləri 
bunların  müxtəlif aspektləri  maraqlandırmışdır.  Məsələn, 
U.Veynreyx  yaş-cins  adları  ilə  əlaqədar olaraq belə  bir mülahizə 
ir
əli  sürmüşdür:  “Hesab  etmək  olarmı  ki,  tutalım,  “cins”  və  “yaş” 
semantik t
ərkib hissələri [...] adətən bir yerdə qarşıya çıxırlar?” (1. 
218). Bizim müvafiq sözl
ər  üzərində apardığımız tədqiqatlar həmin 
suala q
əti bir cavab verməyi mümkün  edir.  Yaş  və  cins semantik 
t
ərkib hissələri heç də  həmişə  bir yerdə  qarşıya  çıxmır.  “Cins” 
semantik t
ərkib hissəli bir çox sözlərdə “yaş” tərkib hissəsi olmur 
v
ə, əksinə, “yaş” tərkib hissəli bir çox sözlərdə “cins” tərkib hissəsi 
neytrallaşmış  olur.  F.Palmer ingiliscədə  və  başqa    dillərdə  canlı 
varlıqlara  aid  olan  bir  çox  sözlərin  üçşər bölündüyünə  diqqət 
yetirmişdir  (məsələn, bu cür: kişi-qadın-uşaq;  buğa-inək-buzov; 
qoç-qoyun-quzu; qaban-donuz-
çoşqa)  (4.  86). F. Palmerin 
müşahidəsi ilə  əlaqədar olaraq deyə  bilərik  ki,  ayrı-ayrı  heyvan 
214 

növl
ərinə  aid olan sözlər heç də  eyni sayda deyil. Hər halda, 
Az
ərbaycan dilində yalnız donuz adları üçşər terminlərdən ibarətdir. 
Əksər heyvan adlarının sayı üçdən artıqdır. Ancaq üç sayı müvafiq 
sözl
ərdən ötrü minimal kəmiyyət deyil. Məsələn,  pişik  adları  iki 
leksik vahidd
ən (pişik-mavrı) ibarətdir.  
Yaş-cins  adları  dilin  leksikasını  sistemli  şəkildə  öyrənməyə 
imkan ver
ən  söz  kateqoriyasıdır.  Azərbaycan dilində  yaş-cins 
bildir
ən sözlər  çoxdur.  Bunlar  hansı  canlı  varlıqlara 
m
ənsubiyyətindən  asılı  olaraq  iki  böyük  qrupa  bölünür:  1.  İnsan 
adları. 2. Heyvan adları. 
İnsan asları  
 
Yaş-cins bildirən  insan  adları  yekcins  deyil.  Azərbaycan 
dilind
ə bunların bir neçə növü var. 1. Qohumluq terminləri. 2. Yaş-
cins evfemizml
əri. 3. Yaş-cins adları. 
Qohumluq terminl
əri.  Yaş-cins bildirən  insan  adlarının  ən 
böyük  kateqoriyası  qohumluq  terminləridir. Qohumluq terminləri 

ərisində  sözlərin “cins” əlamətinə  görə  diferensiallaşmasına 
bundan qabaq da tez-tez rast g
əldik. Çox vaxt  qohumluq dərəcəsi 
eyni  olan  şəxslər  yalnız  “cins”  əlamətinə  görə  başqa-başqa 
terminl
ərlə  ifadə  olunur. Bura qardaş/bacı,  ər/arvad  kimi adi 
hallardan savayı, əmi/bibi, dayı/xala sözləri ilə təmsil olunmuş daha 
mür
əkkəb  hallar  da  aiddir.  Bundan  başqa,  qohumluq  terminlərinin 
b
əzilərinin məzmununda “cins” əlaməti onların tərkibindəki oğul və 
ya qız ünsürləri ilə ifadə olunur. Məsələn: qardaşoğlu, qardaşqızı. 
Az
ərbaycan dilində  qohumluq dərəcələri  eyni  olan  şəxslərin 
yaş  fərqini ifadə  etmək üçün böyük,  ortancıl  və  kiçik 
determinativl
ərindən istifadə olunur. Bu cür terminlərdən oğul, qız, 
n
əvə,  qardaş,  bacı,  əmi,  bibi,  dayı,  xala,  kürəkən, gəlin,  qayın, 
baldız  və  s. sözlərini qeyd etmək olar. Həmin mürəkkəb ifadələr 
tez-tez semantik c
əhətdən bir-biri ilə  əlaqədar  olaraq  işlənir. 
M
əsələn:  Padşah  [...]  vəzirin  qızını  böyük  oğluna, vəkilin  qızını 
ortancıl  oğluna  aldı.  Kiçik  oğluna  toy eləmədi  (“Şahzadə  və 
qurbağa”  nağılı).  Vəzir  böyük  qızını  yanına  çağırıb  dedi.  Vəzir 
ortancıl  qızını  özüynən  apardı.  Vəzirin ümidi bircə  kiçik  qızına 
qalmışdı 

(“B
ənidaş  şəhərinin  sirri”  nağılı).  Böyük  qardaşla 
215 

ortancıl  qardaş  danışmadılar.  Kiçik  qardaş  dedi (“Yusif və 
S
ənubər”  nağılı).  Böyük  bacı  ilə  ortancıl  bacı  kiçik 
__________________ 
* B
əzən  qız  sözü “qız  uşağı”  mənasında  yaş  bildirən determinantla birgə  işlənir. Məsələn: 
Böyük 
qızı  vəzirin  oğluna,  ortancıl  [qızı]  vəkilin  oğluna,  kiçik  qızı  da  Məlikməmmədə  verdilər 
(“M
əlikməmməd” nağılı). Bunun qız qohumluq termininə qarışacağı yoxdur.  
  
 
bacılarının  dəmirçi Səmədi  sevdiyini  atalarına  söylədilər 
(“Yetim qızlar” nağılı). 
Yaş-cins evfemizmləri. Azərbaycan dilində  qohumluq 
terminl
ərinin  əvəzində  işlənən  bir  sıra  evfemizmlər var. Məsələn: 
molla
əmi,  ağaəmi,  şəkərəmi,  şir(in)  əmi, mirzəmi, balaəmi  sözləri 
yaşa görə birincidən tutmuş yeddinciyə qədər olan əmilərə aiddir. 
*  
Özlüyünd
ə  maraqlı  dil  faktları  kimi  diqqəti cəlb edən bu sözlər 
m
əhəlli xarakter daşıyıb, nə ümumxalq danışıq dilində, nə də ədəbi 
dild
ə əhəmiyyətli yer tutmur. Eyni sözləri Azərbaycan dilinin izahlı 
lüğətinə  düşmüş  aşağıdakı  evfemizmlər  haqqında  da  demək olar: 
ağabacı-böyük  qardaş,  dayı  və  başqa  qohumların  arvadlarına 
hörm
ət üçün verilən ad (ADİL, 1, 35); ağadadaş –kiçik  qardaşların 
böyük qardaş, yaxud keçmişdə gəlinlərin böyük qayınlarına hörmət 
üçün verdikl
əri  ad  (ADİL  1,  35);  ağadayı-  böyük  dayıya  hörmət 
üçün veril
ən  ad  (ADİL  1,  35);  ağaəmi-böyük  əmiyə  hörmət üçün 
veril
ən  ad  (ADİL  1,  35);  ağanənə-ailənin  ağbirçəyinə, hörmətli 
qadına verilən ad (ADİL 1, 36). 
Yaş-cins bildirən adlar.  Yaş-cins bildirən  insan  adlarının  ən 
mühüm kate
qoriyası insanı körpəlikdən qocalana qədər hər iki cins 
üzr
ə  ifadə  edən sözlərdir:  bəbə  -  “körpə  uşaq”    (zarətatla);  çağa-
“qırxlı  uşaq”;  qırxlı  uşaq  –  “doğulduğu  gündən 40 gün keçməmiş 
uşaq;”  qundaq-  “bələkdə  olan  uşaq  (körpə)”;  oğlan  –  “kişi 
cinsind
ən olan uşaq”; qız-“qadın cinsindən olan uşaq”; yeniyetmə - 
“13-
17  yaşlı  oğlan,  qız”;  ərgən  oğlan  –  “evlənməli  oğlan”; 
ərgən/ərlik  qız  –  “ərə  getməli  qız”;  təzə  bəy  –  “təzəcə  evlənmiş 
oğlan”;  təzə  gəlin  –  “təzəcə  ərə  getmiş  qız”;  gəlin  –  “ərdə  olan 
cavan  qadın”;  kişi  –  “kişi  cinsindən  yaşlı  adam”;  qadın/arvad  – 
“qadın cinsindən yaşı adam”; qoca – “yaşlı ötmüş kişi”; qarı – “yaşı 
216 

ötmüş  qadın”;  ağsaqqal  -“  dünyagörmüş  qoca”;  ağbirçək  – 
“dünyagörmüş qarı”. 
Göründüyü  kimi,  yaş-cins bildirən  insan  adlarının  bəziləri 
f
ərdlərin sosial vəziyyətinə dair məlumata malikdir. 
Yaş-cins bildirən  insan  adları  arasında  müxtəlif semantik 
münasib
ətlər özünü göstərir. Həmin  əlaqələrin  aşağıdakı  növləri 
var: a) eyni  yaşa aid olan sözlərin  
___________ 
* H
əmin faktları bizə  f.e.n. Nərgiz Rəhimzadə vermişdir.  
cins f
ərqinə  əsaslanan  əkslik münasibəti; b) eyni cinsə  aid 
olan sözl
ərin yaş fərqinə əsaslanan əkslik münasibəti. Ancaq nəzərə 
almaq  lazımdır  ki,  təsnifetmə  baxımından  “yaş”  və  “cins” 
əlamətlərinin  rolu  eyni  deyil.  “Yaş”  kateqoriyası  Azərbaycan 
dilind
ə  böyük leksik siniflər  yaratmır;  “cins”  kateqoriyası  isə 
müvafiq lekseml
əri iki böyük sinfə ayırmağa imkan verir. Yaş-cins 
bildir
ən adları “cins” kateqoriyasına uyğun olaraq iki sinfə ayırmaq 
mümkündür:  1.  Kişi  cinsinə  aid olanlar.  2.  Qadın  cinsinə  aid 
olanlar. Yaş-cins bildirən insan adları iki şəkildə semantik əlaqədə 
ola bilir. Birincisi, ayrı-ayrı siniflər içərisində. Bu zaman terminlər 
yalnız yaş fərqinə əsasən əlaqələnirlər. İkincisi, siniflər arasında. Bu 
zaman sözl
ərin semantik əlaqəsi cins fərqinə əsaslanır. Bunları bir-
bir n
əzərdən keçirək. 
Kişi cinsinə aid olan sözlər arasında semantik əlaqələr. Qeyd 
etdiyimiz  kimi,  kişi  cinsinə  aid olan sözlər  yaş  fərqinə  görə 
semantik 
əkslik münasibətində  olurlar. Həmin  əlamətə  görə 
qarşılaşan  terminlərə  aşağıdakılar  misal  ola  bilər:  körpə-gənc, 
oğlan-kişi, cavan-qoca, yaşlı-cavan, uşaq-böyük, cahıl-ahıl və s. Bu 
cür  qarşılaşmalara  mətnlərdə  tez-tez rast gəlmək olur. Məsələn: 
Körp
ələr  böyüdü,  gənclər  qocaldı  (Səməd  Vurğun).  Uşağın  uşaq 
yeri var, böyüyün böyük (M
əsəl). Uşaqnan uşaqdır, böyüknən böyük 
(İdiom).  Uşaqlar  küçələrdə  oynallar və  böyük  kişilər  [böyüklər] 
onlara  guşeyi-çeşm  ilə  baxıb,  təəccüb edib güləllər  (“Əkinçi”). 
Bunun  arvadının  biri  gənc, biri yaşlı  idi (Y.V.Çəmənzəminli). 
Xoruzgöz 
oğlan  gərək –  Dul  kişiyə  getmərəm!  (Bayatı). Sizi  çox 
yaşlı zənn edirdim, cavanmışsınız (C.Məmmədquluzadə). Gedirsən, 
217 

cavana get, 
Qocanın balası var. Cahıl ilə bal yemə, Ahıl ilə daş daşı 
(Bayatı). Ahıla gedən quyruq yeyər, Cahıla gedən yumruq (Məsəl).  
Qadın  cinsinə  aid olan sözlər  arasında  semantik  əlaqələr
Kişi cinsinə aid olan sözlərdə olduğu kimi, qadın cinsinə aid olan 
sözl
ər  arasında  da  semantik  əlaqələr  yaş  fərqinə  əsaslanır.  Həmin 
əlamətə  görə  aşağıdakı  sözlər  arasında  semantik  münasibətdən 
danışmaq  olar:  qız-gəlin,  qız-arvad, arvad-qarı  və  s.  Qadın  cinsi 
bildir
ən isimlərin  yaş  fərqinə  əsaslanan  qarşılaşmasına  mətnlərdə 
tez-tez rast g
əlmək olur. Gəzən qızdan gəlin olmaz (Məsəl). Hər nə 
des
ən,  qıza  de,  Gəlin  kələkbaz  olar  (Bayatı).  Arvadların  əri var, 
Qızların  da  tanrısı  (Məsəl).  Qarıya  qız  oyunu yaramaz (Məsəl). 
Söyl
əyən qarıdan, güləyən qızdan, Gəzəyən gəlindən lotu yaxşıdır 
(“Abbas v
ə Gülgəz”). Qoca qarılar [...] göyçək arvadlar...) Nişanlı 
qızlar Bu balama qurban (Oxşama). 
Kişi  və  qadın  cinslərinə  aid olan sözlər  arasında  semantik 
əlaqələr.  Yaş-cins bildirən  insan  adlarının  çoxu  kişi  və  qadın 
cinsl
əri üzrə paralel leksemlərə malikdir, belə ki, kişi cinsi bildirən 
leksik  vahidin  qadın  cinsi  bildirənlər  arasında  müqabili  olur 
(M
əsələn:  oğlan-qız,  kişi-qadın  və  s.).  İnsan  adlarından  bəziləri 
cinsl
ər üzrə  diferensiallaşmayıb,  hər iki sinfə  aid olur. Bunlar, bir 
qayda olaraq, kiçik f
ərdləri bildirən sözlərdir. Eyni xüsusiyyət 
qohumluq terminl
əri və  heyvan  adlarına  da  xasdır.  Kişi  və  qadın 
cinsl
ərinə  aid olan sözlər  yaş  eyniyyəti  əsasında  semantik  əlaqəyə 
girir.  Bunu  aşağıdakı  termin  cütlərində  müşahidə  etmək 
mümkündür. 
OĞLAN-QIZ:  Ələmdolağının  altından  oğlan  keçsə, dönüb 
qız olar, qız keçsə, dönüb oğlan olar (Xalq inamı). Qız keyvəni – ev 
xarab,  O
ğlan keyxa –kənd xarab. Qız evində toydur, oğlan evinin 
x
əbəri yox (Məsəl). Oğlan gəldin, qız? (İdiom). 
KİŞİ-QADIN: Avropa camaatı qadınlı-kişili 5-6 ilin ərzində 
hamısı  savadlı  ola  bilərlər.  İran  camaatının  qadınlı-kişili 
savadlanması  üçün  nə  etmək  lazımdır?  (M.F.Axundov).  İndi 
qadınlar olub çöl adamı, kişilər olub ev adamı (Danışıq). 
KİŞİ-ARVAD:  Kişi  seldir,  arvad  göl.  Arvad  qohumu yük 
dibind
ə, Kişi qohumu mıx dibinə (Məsəl). Bizim yerin adəti belədir 
ki, 
kişi  arvadsız  olmaz; gəlmişik  səni evləndirək. Bizim yerdə 
218 

ad
ətdir,  arvad  öləndə  kişini  də  onunla bir yerdə  basdırırlar 
(“Naxırcı” nağılı). 
QOCA-QARI: Balama qurban olsun Doqquz qoca,  on 
qarı 
(Oxşama).  Bir  qoca  vardı,  bir  də  onun  qarısı  (“Günəşin  nağılı”). 
H
əmçinin bax: ağsaqqal ağbirçək
AĞSAQQAL-AĞBİRÇӘK: Bizim ağsaqqalımız  da var, 
ağbirçəyimiz də (Danışıq). Həmçinin müq. et: Ağsaqqallı qocaları 
çox ağlatmışam. Ağbirçəkli qarıları çox ağlatmışam (“Kitabi-Dədə 
Qorqud”). 
Qohumluq terminl
əri ilə yaş-cin bildirən sözlər  
arasında semantik münasibət 
 
Bildiyimiz kimi, qohumluq terminl
ərinin semantik tərkibində 
“yaş”  və  “cins”  əlamətləri  var.  Bu  baxımdan  qohumluq  terminləri 
il
ə  yaş-cins bildirən sözlər  arasında  müəyyən mütabiqlik özünü 
göst
ərir və bunu bir neçə məqamda müşahidə etmək olur. Birincisi, 
qohumluq terminl
əri nəzakət məqamında  qohum  olmayan  şəxslər 
bar
əsində  işlənərkən; bu zaman müraciət edilən,  yaxud  haqqında 
danışılan şəxsin yaşı və cinsi nəzərə alınır. Məsələn: baba-qoca kişi 
bar
əsində;  nənə  -  qarı  barəsində;  ata  –  yaşlı  kişi  barəsində;  ana-
yaşlı  qadın  barəsində;  qağa/  qardaş-özündən çox böyük olmayan 
kişi (oğlan) barəsində; bacı-özündən çox böyük olmayan qadın (qız) 
bar
əsində; əmi, dayı-özündən çox böyük (yaşlı) kişi barəsində; bibi, 
xala – özünd
ən çox böyük qadın barəsində; bala-özündən çox kiçik 
o
lan  uşaq  (adam)  barəsində;  oğlum-özündən  çox  kiçik  oğlan 
bar
əsində;  qızım-özündən  çox  kiçik  qız  barəsində. Müq. et: Pirə 
ata” dedim, cavana “
qardaş”,  Ana-bacı  bildim  qızı,  gəlini  (Aşıq 
Ələsgər). 
Bir  sıra  qohumluq  terminlərinin  şəxslərin bir növ sosial 
v
əziyyətini bildirdiyi hallar da bura aiddir: Yalan satar evindəki ana 
olmuş  qadına.  Hər  ağsaqqal  ata,  ağbirçək  ana  Hörmətlə  yad edir 
yoldaş İslamı. Gəlinlər də, ağbirçək qadınlar da Fərhad kimi külüng 
vurur bu diyarda (S
əməd  Vurğun).  Bəyənmir  gəlinlər,  qızlar  da 
m
əni (Aşıq Ələsgər). 
İkincisi,  yaş-cins bildirən sözlərin qohumluq terminləri 
yerind
ə işlənməsi şəklində. Bura kişi sözünün “ər”,  oğlan sözünün 
219 

“oğul”,    uşaq  sözünün “övlad”. məqamında  işlənməsi aiddir. 
M
əsələn:  Kişin  evdədir?    (Danışıq).  Oğlanım! Sən insansan, 
heyvanla  müsahib  olmağıl  “(Kitabi-Dədə  Qorqud)”.  Boşasam, 
qorxuram 
oğlanlarımdan (Aşıq Ələsgər). Mən bir uşaq, sən bir ana 
(S
əməd Vurğun). 
Üçüncüsü,  yaş-  cins bildirən sözlərlə  qohumluq terminləri 
arasında semantik ümumilik fonomorfoloji cəhətdən müştərək olan 
b
əzi terminlərin    semantik  diffuziyaya  uğraması  hadisəsində  də 
özünü göst
ərir. Bu daha çox qadın cinsi bildirən sözlərdən arvad: 1. 
“qadın”, 2. “həyat yoldaşı”; qız 1. “qız uşağı”; 2. “qız övladı” kimi 
sözl
ərdə müşahidə olunur. Yaş- cins bildirən sözlər  və  qohumluq 
terminl
ərinin semantik sistemlərində  arvad  və  qız  sözləri müvafiq 
olaraq 
kişi,  oğlan  və  ər,  oğul  terminləri ilə  qarşılaşmaqla,  öz 
m
ənalarını  konkretləşdirir  (Bax:  müvafiq  sözlərin semantik 
sisteml
əri bəhsləri). 
Bu cür iki semantik sistem
ə  aid olan sözlər  (bunları  arvad
1

arvad
2
,
 
qız
1
, qız
2
, şəklində işarələ olar) semantik cəhətdən qarşılaşa 
bilirl
ər.  Lakin  onların  semiotik  statusu  eyni  olmur.  Məsələn: O 
arvad [...] s
ənə arvad olmayacaq. İndi o arvad oldu mənim kəbinli 
arvadım.  Kərbəlayi Məmmədəlini qovlayan arvad  onun 
“Ərəblər”dəki  arvadı  imiş.  Әr-arvad  gördülər ki, həyətə  bir  ulağ 
girdi, üstünd
ə  bir  arvad,    yanında  bir  kişi  (C.Məmmədquluzadə). 
Arvad 
ərinin  ən  yaxın  dostu  olmalıdır.  Kişinin  arvadından  gizlin 
g
ərək  heç  bir  işi  olmasın.  Arvad  da  ərini  düşünməlidir. 
(Y.V.Ç
əmənzəminli). Ay qız, kimin qızısan? (Xalq mahnısı). Qızın 
yerind
ə  qızam,  atam  yerində  kişisən  (Televiziya).  Oğluna  qız 
axtarınca qızına oğlan axtar (Məsəl). 
Arvad  v
ə  qız  sözləri birinci halda referentə  malik olan yaş-
cins bildir
ən söz kimi, ikinci halda isə referenti olmayan münasibət 
bildir
ən söz, yəni qohumluq termini kimi özünü göstərir.  
Bundan başqa, biz qohumluq terminlərindən danışarkən –lıq
4
  
şəkilçisi ilə  düzəlib, qohumluq münasibəti bildirən terminlərə  də 
toxunduq. Bunların arasında qızlıq və gəlinlik sözləri də var. Amma 
aydın  olur  ki,  eyni  şəkilçi ilə  qız  fonemlər birliyinin təkcə  “qız 
övlad” v
ə  gəlin fonemlər  birliyinin  “oğlun  arvadı”  mənasından 
deyil,  onların  müvafiq  olaraq  “qız  uşağı”    və  “ərdə  olan cavan 
220 

qadın” mənalarından da mücərrəd mənalı isimlər düzəlir. Məsələn, 
aşağıdakı  nümunələrə  fikir verək:  Gəlinliyim,  qızlığım  –  Darayı 
tuman dizliyim. 
Qızlığı nə idi ki, gəlinliyi də nə ola?! (Məsəl). Qeyd 
etm
ək lazımdır ki, qızlıq və gəlinlik sözləri yalnız bu mənada bir-
biri il
ə semantik əkslik münasibətində ola bilir. Deməli, Azərbaycan 
dilinin leksik sistemind
ə gəlin və qız sözləri kimi, onların törəmələri 
d
ə  omonim statusuna malikdir. -lıq

şəkilçisi ilə  yaş-cins bildirən 
sözl
ərdən mücərrəd mənalı  isimlərin düzəlməsi  yalnız  bu  iki 
nümun
ə ilə məhdudlaşmır. Bütün yaş-cins bildirən insan adlarından 
bu cür isiml
ər düzəltmək mümkündür. Məsələn: Uşaqlıq və gənclik 
dövrü  çatınca  Özümü  göstərdim  düşkün  bir  qoca  (Nizami). 
Cavanlıqda  oturar,  qocalıqda  yırğalanar.  Cavanlıqda  olar qara, 
qocalıqda  oxşar  qara.  Uşaqlıqda  ağ-saqqal,  Cavanlıqda  alsaqqal, 
Qocalıqda qırsaqqal (Tapmaca). Qocalıq gəldi-getməzdir, cavanlıq 
getdi-g
əlməzdir (Məsəl). Nə kişilərində kişilikdən bir əlamət qalıb, 
n
ə  də  arvadlarında  qadınlıq  təravəti  və  lətafəti görünür 
(Zeynalabdin Marağayi). 
 
Heyvan adları 
 
Yaş-cins bildirən heyvan adlarının müxtəlif kateqoriyaları var. 
Qeyd etm
ək  lazımdır  ki,  ayrı-ayrı  heyvan  növləri üzrə  yaş-cins 
bildir
ən sözlərin  sayı  heç  də  eyni  deyil.  Heyvan  adlarının  sayı 
müva
fiq  heyvan  növünün  xalqın  təsərrüfat həyatı  və  məişətində 
tutduğu yerlə bağlıdır.  
Heyvan adlarının iki mühüm kateqoriyası var:  
1.  Ayrı-ayrı  heyvan  növlərini bildirənlər:  at,  eşşək,  qatır, 
d
əvə,  qaramal,  camış,  qoyun,  keçi,  it,  pişik,  donuz,  toyuq. 2. ayrı-
ayrı  heyvan  növlərinin yaş  və  cins üzrə  fərqlərini bildirənlər:  nər, 
maya,  köşək. Bəzi  heyvanların  ümumi  növü    və  dişisi  eyni  adla 
ifad
ə olunur. Məsələn: camış, qoyun, keçi, donuz, toyuq.  
Heyvan növl
ərinin  adları  bir-biri ilə  semantik  əkslik 
münasib
ətində  olur. Azərbaycan dilində  bəzi  heyvan  adları  əks 
assosiasiya il
ə bağlıdır: it-pişik, it-qurdqoyun-qurd, qoyun-keçi və 
s.  Aşağıdakı  nümunələrə  fikir verək:  At  ölüb,  itin  bayramıdır.  At 
ölüb, yerin
ə  eşşək  bağlanıb.  İtin  ağzıynan  qurd  ölsəydi, dünyada 
221 

qurd 
qalmazdı.  Qurda  qoyun  tapşırıb!  Qurddan  qorxan  qoyun 
saxlamaz.  Qoyunu  qoyun 
ayağından  asarlar,  keçini keçi  (Məsəl). 
Altı  qoyun,  üstü  keçi  (Tapmaca).  İtnən  pişik  kimi yola gedirlər. 
M
ənimlə  siçan-pişik  oynayırsan?!  (İdiom).  Pişik  olmayan yerdə 
siçanlar ba
ş qaldırar (Məsəl). 
Heyvan növü il
ə  yanaşı,  həmin  heyvan  növünün  dişisini 
bildir
ən sözlər həmin növün erkəyini bildirən sözlə  də  semantik 
əkslik münasibətində  olurlar.  Bundan  başqa,  dişi  fərd və  növ  adı 
bildir
ən sözlər  müvafiq  heyvan  növünün  balasının  adı  ilə  də 
semantik 
əkslik münasibətində  olur. (Bu barədə  müvafiq 
mikrosisteml
ərlə əlaqədar olaraq ətraflı şəkildə bəhs olunacaqdır). 
Bel
əliklə, görünür ki, heyvan adlarından eyni fonemlər birliyi 
üç semantik 
əlaqədə  ola bilir. Heyvan növlərinin  adını  bildirən 
sözl
ərin semantik fonunda yaş-cins bildirən sözlər müəyyən tematik 
qruplar t
əşkil  edir.  Yaş-cins terminləri müvafiq mikrosistemlər 

ərisində  bir-biri ilə  semantik münasibətlərə  girir, ona görə  də 
h
əmin sözləri tematik qruplar üzrə  nəzərdən keçirmək 
m
əqsədəuyğundur. 
İnsan  adları  kimi,  heyvan  adları  da  fərdləri erkək və  dişi 
cinsl
əri üzrə  ifadə  edir.  Lakin  heyvan  adlarının  sayı  çox 
olmadığından,  həmin sözləri bu iki sinif üzrə  nəzərdən keçirmək 
əlverişli deyil. Onu da qeyd etmək istərdik ki, toyuq adlarını yalnız 
sad
əlik xatirinə heyvan adları içərisində nəzərdən keçiririk. 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin