Tələbə: Əhmədzadə Hümbət Fənn: Mülki Müdafiə İxtisas: Sosial İş Qrup: 1691a fakültə



Yüklə 322,66 Kb.
səhifə1/3
tarix24.11.2022
ölçüsü322,66 Kb.
#70224
  1   2   3
#5 (1) (1)


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
SƏRBƏST İŞ



Tələbə: Əhmədzadə Hümbət
Fənn: Mülki Müdafiə
İxtisas: Sosial İş
Qrup: 1691A
Fakültə: Sosial Elmlər və Psixologiya
Kurs: II
Müəllim: Bağırov Sədyar
Mövzu: Fövqəladə hallar,onların fazaları,təsnifatı və xüsusiyyətləri

BAKI-2022

Fövqəladə hadisə – insan təlafatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya digər fəlakətlər nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir.
Miqyasına görə fövqəladə halların təsnifatı
Lokal (qismi) - hadisələr iş yerindən, iş sahəsindən, mənzildən kənara yayılmır.
Obyekt miqyaslı (səciyyəli) - hadisələr sənaye obyektində, bina və ya qurğu hüdudlarında məhdudlaşır.
Yerli - hadisələr ancaq yaşayış məntəqəsinin, təkcə bir şəhərin və ya kənd təsərrüfatı müəssisəsinin ərazisində özünü göstərir.
Regional - fövqəladə hadisə bir neçə sənaye və ya kənd təsərrüfatı rayonlarını, bütünlüklə şəhəri və onun ətraflarını əhatə edir.
Milli - miqyaslı fövqəladə hadisələr respublikanın xeyli ərazilərini əhatə edir, lakin dövlətin inzibati sərhədlərindən kənara çıxmayan hadisələrə deyilir.
Qlobal - hadisələr isə bir ölkənin ərazisində məhdudlaşmır və qonşu dövlətlərin ərazilərinə də yayılır.
Fövqəladə halların baş vermə sahələrinə görə təsnifatı
1) Təbii xarakterli fövqəladə hallar;
2) Texnogen xarakterli fövqəladə hallar;
3) Ekoloji xarakterli fövqəladə hallar;
4) Sosial-siyasi və hərbi siyasi xarakterli hallar.
Təbii xarakterli fövqəladə vəziyyətlər
Təbii fəlakətlər – insan iradəsinə tabe olmayan, təbiət qüvvələrinin hərəkəti nəticəsində qəflətən baş verən, çoxsaylı insan itkisi, böyük maddi zərər və başqa ağır nəticələrə səbəb olan faciəli təbii təzahür və ya proseslərdir. Təbii fəlakətlərə zəlzələlər, vulkan püskürmələri, sellər, sürüşmələr, uçqunlar, daşqınlar, quraqlıqlar, qasırğalar, tufanlar, qar basqınları və uçqunları, uzun müddətli güclü yağışlar, güclü davamlı şaxtalar, genişmiqyaslı meşə və torf yanğınları aiddir. Bura həm də 1974-ci ildə Venesuella Konfransında epidemiyalar, epizootiyalar, epifitotiyalar, meşə və kənd təsərrüfatı zərərvericilərin kütləvi yayılması da daxil edilmişdir.
Təbii fəlakətlər davametmə müddətinə görə iki cür olur:
1) qəflətən baş verənlər (zəlzələlər, qasırğalar, tornadolar);
2) uzunmüddətli davam edənlər (epidemiyalar, daşqınlar, epizootiyalar və s.)

Yüklə 322,66 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin