Mühazirə Təhsil islahatları



Yüklə 37,1 Kb.
səhifə1/3
tarix02.01.2022
ölçüsü37,1 Kb.
#39367
növüMühazirə
  1   2   3
2 Təhsil islahatları


Mühazirə:2. Təhsil islahatları.

Kurikulum dünya miqyasında geniş yayılmış təhsil modellərindən biri və

islahatların bir istiqamətidir. İlk dəfə kurikulum anlayışı ABŞ-da 70-ci illərdən sonra formalaşmış (1876-cı ildə) və termin kimi işlənmiş, 1918-ciildən isə tətbiq

olunmağa başlamışdır.Kurikulum latın sözü olub, ”elm”, ”kurs”, ”istiqamət”, ”qaçış”,”yol” mənasını daşıyır.

Azərbaycanın lüğət tərkibində isə 90-cı illərin sonundan termin kimi işlənməyə başlayıb.

Kurikulum islahatları Azərbaycan hökuməti ilə Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası arasında bağlanmış ilk Kredit Sazişi əsasında başlayıb. 15 iyun 1999-cu il tarixdə "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" təsdiq olunmuşdur. 1999-cu ildən bünövrəsi qoyulan bu islahatın öyrədici innovasiya mərhələsində ümumtəhsilin vəziyyətinin araşdırılması, gələcək fəaliyyətlər üçün istiqamətlərin müəyyənləşdirilməsi, pilot müəssisələrin təşkili, mütəxəssislərə kurikulumların hazırlanması sahəsində zəruri bacarıqların aşılanması və sair sahələrdə işlər görülüb. Beynəlxalq və milli səviyyəli mütəxəssislər tərəfindən ümumi təhsil sistemində aparılan araşdırmalar birbaşa onun mövcud durumunu müəyyənləşdirməyə yönəlib. Xüsusən inzibati amirlik sistemindən çıxan bir ölkə kimi Azərbaycanda təlim-tərbiyə işinin xarakterik cəhətləri öyrənilib. Təhsil sahəsində İslahat Proqramı 1999-2013-cü illəri əhatə edir. Kurikulum islahatı təhsil islahatının əsas istiqamətlərindən biridir.

Təhsil islahatlarının mərhələləri

Bidiyimiz kimi,ölkəmizdə əvvəllər mövcud olan təhsil sistemində müəllim sinifdə avtoritar tətbiq edərək ev tapşırıqlaını yoxlayıb, dərsi soruşurdu,ardınca yeni dərsi izah edirdi,qiymətləndirmə aparıb dərsi tamamlayırdı.Yəni müəllim köhnə sistemdə şagirdin beyninə yeritdiyi nəzəriyyə ilə düsturları, qaydaları əzbərlətməklə kifayətlənirdi.Ancaq bu rejim artıq müasir təhsil sisteminə və şagirdlərin təlabatına tam cavab vermir.Çünki yeni nəsil daha çox araşdırma apararaq nəyisə öyrənməyə çalışır. Şagird öz biliyini tətbiq etməklə yalnız bacarığa yiyələnmir, həmçinin şagird vərdiş, dəyər, keyfiyyət kimi kompetensiyaları da özündə formalaşdırmış olur (“Competençe”sözündən əmələ gəlib, fransız mənşəli sözdür,”bacarşq,səriştə” deməkdir. “Kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir”)

Kurikulum islahatını zəruri edən tələblər aşağıdakılardır:

-Cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması; Cəmiyyətdə yeni münasibətlərin formalaşması, sosial şəbəkələrin daha çox həyatımızda yer alması, bunlar vasitəsilə əcnəbi insanlarla ünsiyyət, bəzi xaricdə olan təhsil ocaqları ilə əlaqələrin formalaşması, bundan başqa son illərdə ölkəmizdə keçirilən dünya səviyyəsində olan tədbirlər(Formula 1,Evrevision,İslam oyunları və s.) nəticəsində əcnəbilərin ölkəmizə axını və s. Kurikulum sisteminin tətbiqini ölkəmizdə dahada sürətləndirdi.

-Təhsilin məqsəd və vəzifələrinə yeni baxış və yanaşmaların formalaşması.Yeni

islahatlar,şəxsiyyətyönümlü kurikulumun tətbiqi,dərsin yeni quruluşu,qiymətləndirmənin dəyişməsi,əvvəlki dərsliklərin yeni dərsliklərlə əvəz

olunması,tətbiq olunan üsllar,formalar, dərsin planı,müəllimin qarşısında qoyulan

tələblər və s. Xaricdə təhsil alan tələbələrin sayının çoxluğu istər-istəməz yeni yanaşmaların formalaşmasına təsir edir.

-Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid;Artıq müəllim dərsi şagirdlərə

hazır şəkildə ötürmür,müəllimin tələblərinə uyğun dərs qurulmur.Hazırki sistemimiz bazar iqtisadiyyatına uyğun qurulub,yəni şagirdlərin sərbəst düşünməsi,

azad düşüncə əsas götürülür.

-Mövcud təhsil proqramının müasir tələblərə uyğunsuzluğu;Əvvəlki təhsi sisteminin müasir təhsil standartlarına cavab verə bilməməsi Kurikulum sisteminin

ölkəmizdə tətbiqinə gətirib çıxardı.

-İnformasiya əsrinin tələbləri; Fikir versək görərik ki, müasir kitablarda nəzəri hissə əvvəlki illərlə müqayisədə çox az verilib. Bunun əsas səbəblərindən biridə odur ki, şagirdlər kitabla yanaşı internetdən də istədikləri məlumatı çox qısa zamanda əldə edə bilirlər.Bundan əlavə, kompüterdən istifadə etməyi,dərsləri slaydlarla keçməyi və s. Artıq bütün təhsil sahəsində olan hər kəs bacarmalıdır, çünki dövrümüz bunu tələb edir.məsələn MİQ imtahanlarının kopüterlə keçirilməsi buna əyani sübutdur.

- Dünya təhsil sisteminə inteqrasiya(əlaqə)Kurikulumun Azərbaycanda tətbiqi dünya təhsil sisteminə inteqrasiyanın bariz nümunəsidir.ABŞ-da formalaşmış bir

sistemin ölkəmizdə tətbiqi dünya tətbiqi ilə inteqrasiyanı formalaşdırmış olur.

Təhsil kurikulumları xarakterinə görə iki yerə ayrılır. Onlardan birincisi fənyönümlü, ikincisi isə şəxsiyyətyönümlü kurikulum adlanır.


Yüklə 37,1 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin