Mühazirə Təhsil islahatları



Yüklə 37,1 Kb.
səhifə3/3
tarix02.01.2022
ölçüsü37,1 Kb.
#39367
növüMühazirə
1   2   3
2 Təhsil islahatları

Şəxsiyyətyönümlü kurikulumlar bilavasitə həyati bacarıq və vərdişlərə üstünlük verilməsi ilə fərqlənir. Bu kurikuluma görə, insanın gələcək həyat fəaliyyətində lazım olacaq praktik bacarıq və vərdişlər əhatə edilir, onun əqli fəaliyyətlə bağlı qabiliyyətlərinin formalaşması ön plana çəkilir. Tələb olunan bacarıq və vərdişlərin formalaşdırılmasına imkan yaradan minimum biliklərin həcmi müəyyənləşdirilir. Bu biliklər minimum təlim məqsədlərinə çatmaq üçün vasitə kimi nəzərdə tutur. Şəxsiyyətyönümlü kurikulumlar inteqrativ məzmunu ilə seçilir. Oradakı fənlərin adlandırılmasında, məzmunun müəyyənləşdirilməsində şəxsiyyətin formalaşması üçün əhəmiyyət kəsb edən və bilavasitə insanın şəxsi fəaliyyəti üçün lazım olan tələblər əsas götürülür.

Hər bir fənnə aid kurikulum mövcuddur və buna Fənn Kurikulumu deyilir. Fənn kurikulumu sırf bir fənnə aid olur.Məsələn,ingilis dili fənn kurikulumu sırf ingilis dili ilə bağlı sənəddir. Təhsil səviyyələri və siniflər üzrə təlim nəticələri fənn

kurikulumunda öz əksini tapır.Fənn kurikulumunda biliklərin həcmi və miqdarı əsas götürülür.Təlimin məzmunu,təlim strategiyaları,şagird nailiyyətinin qiymətləndirilməsi də burada qeyd edilir.

Milli xarakteri özündə əks etdirən kurikuluma isə Milli Kurikulum(Ümumi Təhsil Kurikulumu)deyilir.Milli Kurikulum daha geniş məzmunludur.Bir fənnə deyil,ümumi təhsillə bağlı sənəddir.Təhsilin səviyyələri üzrə təlimin nəticələri yəni bir fənn təlim nəticəsi deyil, ümumu təhsilin təlim nəticəsi burada əsas götürülür. Ümumi təhsil səviyyələri üzrə təlim nəticələri, təhsil səviyyələri üzrə tədris olunan fənlər, ümumi təhsil səviyyələri üzrə dərs və dərsdənkənar məşğələ saatlarının miqdarı, padaqoji prosesin təşkili prinsipləri, şagird nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi haqqında ümumu məsələlər Milli Kurikulumda öz əksini tapmışdır.




Yüklə 37,1 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin