«маgistratura məRKƏZİ»


Şək.1.1. şəxsiyyətdaxili münaqişənin sxemi



Yüklə 0,69 Mb.
səhifə12/40
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#47774
1   ...   8   9   10   11   12   13   14   15   ...   40
K-rimov-Az-r

Şək.1.1. şəxsiyyətdaxili münaqişənin sxemi.

Şəxsiyyətdaxili münaqişə həm də o zaman baş verir ki, istehsalat tələbləri işçinin şəxsi tələbatları və dəyərləri ilə üst-üstə gəlməsin. Məsələn, Qadın-rəhbər həftəsonu ailəsilə dincəlməyi çoxdandır planlaşdırır belə ki, onun işinə həddən artıq diqqət ayırması şəxsi həyatına mənfi təsir göstərməyə başlamışdır. Lakin, cümə günü qəfildən onun müdiri kabinetinə gəlir və vacib bir problemi həftə sonu işləməklə aradan qaldırmağı tələb edir. Yaxud satış agenti rüşvətə qeyri-etik münasibət göstərsə də rəhbərin ondan satışı necə olur olsun həyata keçirməsini tələb etməsi işçini çıxılmaz vəziyyətdə qoya bilər.

Şəxsiyyətdaxili münaqişə həmçinin iş yükünə qarşı cavab ola bilər. Tədqiqatlar göstərir ki, bu cür konfliktlər işdən narazılıq olduqda, özünə və ya təşkilata inam az olanda, həmçinin stress vəziyyətində baş verə bilər.

Şəxsiyyətlərarası münaqişə - iki və daha artıq şəxs arasında olan münaqişədir. Şəxsiyyətlərarası münaqişə şəxsiyyətdaxili münaqişəilə sıx əlaqədardır. İnsanların qarşıdurması onların şəxsi motivlərinin toqquşmasından irəli gəlir. Bu konfliktlər praktikada ən çox rast gəldiyimiz münaqişələrdən biri sayılır. Hər təşkilatda o özünü başqa cür biruzə verir. Bu hər şeydən əvvəl rəhbərlərin məhdud resurslar, kapital, işçi qüvvəsi uğrunda mübarizəsi, avadanlığın və ya layihənin təsdiq olunması üçün tələb olunan vaxt uğrunda mübarizəsidir. Hər bir rəhbər hesab edir ki, resurslar məhdud olduğuna görə özündən yuxarı rəhbərdən ona digər rəhbərin şöbəsindən daha çox resurs ayırmalıdır. Yaxud hesab edək ki, iki rəssam eyni reklamın dizaynı üzərində çalışırlar və onların hər biri rəhbərliyi öz fikirlərinə və ideyalarına inandırmağa çalışır. Şəxsiyyətlərarası münaqişə insanların fərdi toqquşması da ola bilər. Belə ki, müxtəlif xarakterə, baxışlara malik olan insanlar normal həyatda çox vat yola getmirlər və tez-tez münaqişəyə girirlər.





Şəkil. 1.2. şəxsiyyətlər arası münaqişənin sxemi



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin