Menecment – bazar iqtisadiyyatı şəraitində müəssisənin idarə edilməsidir



Yüklə 0,57 Mb.
səhifə1/30
tarix10.09.2023
ölçüsü0,57 Mb.
#142511
  1   2   3   4   5   6   7   8   9   ...   30
cavab menecment 2


Cavab 1
“Menecment“ anlayışı semantik baxımdan ingilis sözü olub “idarəetmə“ ifadəsinə uyğundur. Lakin, bu anlayış idarəetmənin tərkib hissəsi kimi də qəbul edilə bilər. Çünki, qlobal idarəetmədən fərqli olaraq “menecment“ ifadəsi daha çox müəssisələrin və firmaların idarə edilməsinə aid edilir. Misal üçün qeyd edək ki, dövlətin, şəhərin və yaxud da ordunun idarə olunması prosesləri menecmentlə əlaqələndirilmir və bu hallarda “menecment“ və “”menecer“ ifadələri işlədilmir.
Müasir anlamda menecment – bazar iqtisadiyyatı şəraitində müəssisənin idarə edilməsidir.
Menecment iki başlıca xüsusiyyətə malikdir: a) müəssisə, təşkilat, firma, şirkət və birliklər səviyyəsində tətbiq edilən elmdir və b) bu səviyyədə praktik idarəetmə fəalliyyətidir.
Menecer“ anlayışı isə şəxsiyyətlə bağlıdır və o, muzdla tutulmuş idarə edən rəhbərdir, idarəetmədə iştirak edən şəxsdir. Yuxarıda qeyd olunduğu kimi, menecerlər müəssisə, təşkilat, firma, şirkət və birliklər səviyyəsində çalışan idarəetmə mütəxəssisləridirlər. Hər bir menecerin 3 əsas vəzifəsi vardır: 1) İşçiləri (kadrları) idarə etmək; 2) İstehsalı (və texnologiyanı) idarə etmək; 3) İnformasiyanı idarə etmək.
İdarəetmə- özünün bütövlüyünü, quruluş vahidliyini saxlamaqla müəssisədə son məqsədə nail olmaq üçün tətbiq edilən müxtəlif təbiətli sistemlərin təsiretmə vasitəsidir
İdarəetmə, hər hansı bir obyekt (təşkilat, müəssisə, firma) olmadan icra edilə bilməz. İdarəetmənin mövcudluğu təşkilatın mövcudluğu ilə bağlıdır. Yəni təşkilat varsa idarəetmə də vardır və əksinə.
İdarəetmə sistemi - obyekt və subyekt olmaqla iki tərkib hissədən ibarətdir. Obyekt - idarə olunan, subyekt isə - idarə edəndir.
Sistem (yunanca - systema) – hissələrdən təşkil olunmuş; birləşmə – deməkdir. Mahiyyətcə, sistem - müəyyən bütövü (tamı) əmələ gətirən ayrı-ayrı hissələrin (elementlərin, əşyaların, hadisələrin, baxışların) qanunauyğun birləşməsi, birliyidir.
Müəssisə (təşkilat, firma) dedikdə, bir qrup adamın müəyyən məqsədə çatmaq üçün şüurlu surətdə fəaliyyət birliyi yaratmaları başa düşülür. İki və daha çox adamın vahid məqsəd üçün iş birliyi qurması təşkilatı yaradır.
Müəssisə - mülkiyyət formasından asılı olmayaraq ictimai tələbatın ödənilməsi və qazanc əldə edilməsi məqsədilə məhsul istehsal edən, işlər görən və xidmətlər göstərən, qanuna müvafiq yaradılan hüquqi şəxs olan müstəqil təsərrüfatçılıq subyektidir.
Cavab2
Qrupun təşklat hesab edilməsi üçün o üç şərtə uyğun olmalıdır:

  1. Özünü qrupun tərkib hissəsi hesab edən ən azı iki nəfərin olması.

  2. Qrupun bütün üzvlərinin özləri üçün ümumi hesab etdikləri ən azı bir məqsədin olması.

  3. Qrup üçün ümumi hesab edilən məqsədlərə nail olmaq üçün birgə işləməyə razı olan qrup üzvlərinin olması.

Təşkilat- müəyyən məqsədə yaxud məqsədlərə nail olmaq üçün fəaliyyəti şüurlu surətdə uzlaşdırılan adamlar qrupudur.
Formal təşkilat elə təşkilatlara deyilir ki, onların yaradılması barədə hər hansı bir hüquqi akt mövcuddur, ərazisində fəaliyyət göstərdiyi ölkədə dövlət qeydiyyatına alınmışdır, ünvanı, rəhbərinin adı və fəaliyyət istiqamətləri dəqiq məlumdur, üstündə adı yazılmış möhürü və digər rekvizitləri vardır.
Qeyri- formal təşkilat adamların təsadüfən, öz-özünə yaranmış, lakin müəyyən məqsədlərə çatmaq üçün müntəzəm qarşılıqlı əlaqəyə girdikləri qruplardır.

Cavab3


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin