Menecment – bazar iqtisadiyyatı şəraitində müəssisənin idarə edilməsidir


Mürəkkəb təşkilatların ümumi xarakteristikaları aşağıdakılardır



Yüklə 0,57 Mb.
səhifə2/30
tarix10.09.2023
ölçüsü0,57 Mb.
#142511
1   2   3   4   5   6   7   8   9   ...   30
cavab menecment 2

Mürəkkəb təşkilatların ümumi xarakteristikaları aşağıdakılardır:



  1. Ehtiyatların mövcudluğu

a)material ehtiyatları
b)kapital
c).insanlar
d)texnologiya
e)informasiya
2. Xarici mühitdən asılılıq
3. Üfiqi əmək bölgüsü
4. Bölmələrin yaranması
5. Şaquli əmək bölgüsü
6. Idarəetmənin zəruriliyi
Cavab 4
Bütün hallarda (kiçik müəssisələr istisna olmaqla) təşkilatın idarə olunması üçün üç manqa – üç səviyyə vardır:
-aşağı (texniki səviyyə);
-orta (idarəetmə səviyyəsi);
-ali (institut səviyyəsi).
İdarəetmə - təşkilatın məqsədini müəyyənləşdirib, bu məqsədə çatmaq üçün planlaşdırma, təşkiletmə, icra (motivləşdirmə) və nəzarət prosesləridir.
İdarəetmə səviyyələri arasında qarşılıqlı əlaqələrin – həm şaquli, həm də üfiqi əlaqələrin qurulması, müəssisənin son məqsədə çatmasını təmin etmək işinə xidmət etməlidir.
İdarəetmə səviyyələri ilə yanaşı, müəssisələrdə iyerarxiya quruluşundan asılı olaraq idarəetmə pillələri də yaradılır. Bu pillələr şaquli idarəetmə quruluşunda tabeçilik pillələrinin həlqələrini (skalyar zənciri) təşkil edirlər.
cavab 5
Menecerlə işgüzar adamı mütləq fərqləndirmək lazımdır. İşgüzar adam ilk növbədə sahibkardır, öz vəsaiti hesabına risk edərək iş quran adamdır. Menecer isə, sahibkara muzdla qulluq edən idarəetmə mütəxəssisidir.
İdarəetmə ilə məşğul olanhər bir menecer:

  • kollektivi idarə etmək;

  • idarəetmə qərarları qəbul etmək;

  • hər hansı bir münaqişəni aradan qaldırmaq;

  • istehsalı planlaşdırmaq və təşkil etmək;

  • işçiləri hazırlamaq;

  • işgüzar danışıqlar aparmağı bacarmaq;

  • obyektiv olmaq və digər bu kimi qabiliyyətlərə malik olmalıdır.

Menecer üçün əsas keyfiyyətlərdən biri – adamlarla işləməyi bacarmaq, onları son nəticə əldə edilməsinə maraqlandırmaq, daimi və müntəzəm müsbət iqtisadi nəticələr əldə edilməsini təmin etməkdir.
Hələ eramızdan əvvəl Yunan filosofları hesab edirdilər ki, hər bir rəhbər işçi əsasən aşağıdakı dörd xarakterik keyfiyyətə malik olmalıdır:

  • Müdriklik (Nestor müdrikliyi);

  • ədalətlilik (Aqamemnon ədaləti);

  • hiyləgərlik (Odissey hiyləgərliyi);

  • cəsurluq (Axilles cəsurluğu).

Cavab6

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin