Menecment – bazar iqtisadiyyatı şəraitində müəssisənin idarə edilməsidir


Təşkilatın müvəffəqiyyətının tərkib elementtləri



Yüklə 0,57 Mb.
səhifə3/30
tarix10.09.2023
ölçüsü0,57 Mb.
#142511
1   2   3   4   5   6   7   8   9   ...   30
cavab menecment 2

Təşkilatın müvəffəqiyyətının tərkib elementtləri.

  1. Uzun müddət mövcud olmaq

  2. Nəticəlilik və səmərəlilik

  3. Məhsuldarlıq

  4. Qəbul edılən qərarların praktiki reallaşdırılması

Təşkilatın idarə edilməsində başlıca məsələ təşkilatı necə müvəffəqiyyətli təşkilat etmək məsələsidir. Müvəffəqiyyətə istiqamətlənmiş idarəetmə özündə aşağıdakı cəhətləri birləşdirməlidir;

  1. Ümumiləşdirmək

  2. Situasiya mövqeyindən yanaşma

  3. Idarəetmədə heç nəyin əvvəlcədən tam düzgün cavabı yoxdur” fikrini nəzərə almaq

Cavab7
Qədim təşkilatlar. Qədim dövrlərdə iri təşkilatların əmələ gəlməsi aydın göstərir ki, onlar i/e səviyyələri ayrıla bilən formal strukturlara malik olmuşlar. Vavillonun asma bağları, İnikiyanın Maçu Pikçu şəhəri və Misirin piramidaları yalnız koordinasiya edilmiş təşkilati səylərin nəticəsində yarana bilərdi. İsa peyğənbərin dünyaya gəlməsindən xeyli əvvəl iri siyasi təşkilatlar mövcud idi. Dahi İskəndərin dövründə Makedoniya, İran (Fars), sonralar Roma Asiyadan Avropaya qədər uzadıldı. Bu təşkilatların rəhbərləri hökmdarlar və generallar olmuşlar. Əlbəttə, leytenantlar, anbarları
qoruyanlar, işlərin çodarları və nəzarətçiləri, ərazilərin qubernatorları və xəzinədarları da olurdu. Onlar mövcud olan təşkilatların fəaliyyətinin təmin edilməsinə köməklik edirdilər.
İllər keçdikcə bəzi təşkilatların idarə edilməsi daha da aydınlaşdı və mürəkkəbləşdi. Təşkilatların özləri isə daha da güclü və dayanıqlı oldu. Buna misal olaraq 100 illərlə mövcud olmuş Roma imperiyasını göstərmək olar.
Cavab8
Elmi i/e məktəbi (1885-1920) F.U.Teylorun, Frenk Liliya Qilbertlərin, Henri Qantın işləri ilə əlaqədardır. Bu məktəbin yaradıcıları zənn edirdilər ki, müşahidələr, ölçmələr, məntiq və təhlil aparmaqla bir çox əl əməyi əməliyyatlarını təkmilləşdirmək, onların daha səmərəli icrasına nail olmaq olar. Elmi i/e-nin ilkin fazası işlərin məzmununun təhlili və onun əsas komponentlərinin müəyyən edilməsidir. Teylor məs., insanın müxtəlif ölçülərdə bellərlə (lopatkalarla) qaldıra biləcəyi dəmir filizi və kömürün miqdarını ölçürdü. Qilbertlər cihaz ixtira etdilər və onu xronometraj adlandırdılar. Xronometrajdan kamera ilə birgə istifadə edilirdi ki, müəyyən əməliyyatlarda hansı hərəkətlərin icrasının baş verməsi, onların hər birinin nə qədər vaxt aparması bəlli olsun. Alınan informasiyalara əsaslanaraq Qilbertlər iş əməliyyatlarını dəyişirdilər ki, artıq, qeyri-məhsuldar fəaliyyətlər aradan götürülsün, işin səmərəliliyi yüksəlsin.
F.U.Teylor hesab edirdi ki, əməyin təşkilinə elmi yanaşmaq lazımdır. Bu işçi tsiklinə müşahidə edilməsindən istifadəni, iş vaxtının xronometrajını, alınan informasiyanın təhlilini və əmək məhsuldarlığının artırılması ehtiyatlarının aşkar edilməsini nəzərdə tutur. Nəticədə rəhbər hasilat normasını müəyyən etməyə imkan əldə edir və elmi meyarlar əsasında (peşəkarlıq, güc, çeviklik, düşüncəli olmaq) daha yaxşı işçiləri seçir. İstehsalın səmərəliliyini yüksəltmək üçün rəhbərlərin və işçilərin əməkdaşlıq etməsi zəruridir.
Cavab9
İnzibati məktəbin yaranması (1920-1950) ilə mütəxəssislər bütövlükdə təşkilatların idarə edilməsinin təkmilləşməsinə yanaşmaları daim işləyib hazırlamağa başladılar. Teylor və Qilbert öz karyeralarını adi işçidən başladıqlarına görə bu onların i/e haqqında təsəvvürlərinə təsir göstərmişdir. Lakin inzibati (klassik) məktəbin yaradıcılarından olan Anri Fayol kömür hasilatı üzrə fransız şirkətinə rəhbərlik edirdi. Lindal Urvik İngiltərədə i/e məsələləri üzrə məsləhətçi idi. Ceyms D.Muni “Ceneral Motors” şirkətində işləyirdi. Onların qayğısı sözün geniş mənasında işlədikləri təşkilatlarda səmərəliliyin artırılması olmuşdur.
Klassik məktəbin nümayəndələri i/e-nin sosial aspektlərinə o qədər də diqqət yetirmirdilər. Onlar elmi metodikaya əsaslanmırdılar, əsasən işlərində şəxsi müşahidələrə söykənirdilər. “Klassiklər” təşkilata geniş perspektiv nöqteyi-nəzərdən baxmağa, təşkilatların ümumi xarakteristikalarını və qanunauyğunluqlarını müəyyən etməyə çalışırdılar. Klassik məktəbin məqsədi i/e-nin universal prinsiplərini yaratmaq idi. “Klassiklər” belə hesab edirdilər ki, həmin prinsiplərə əməl edilsə bu təşkilatı mütləq uğura gətirər. Bu prinsiplər 2 əsas aspektə toxunurdu:
-təşkilatın rasional i/e sisteminin hazırlanması;
-təşkilatın strukturunun və işçilərinin idarə edilməsinin qurulması.

Cavab10

    1. İnsan münasibətləri məktəbi

Elmi i/e və klassik məktəblərin yarandığı dövrlərdə psixologiya rüşeym halında idi. Psixologiya ilə maraqlananlar nadir halda i/e ilə maraqlanırdılar. İnsan təfəkkürü haqqında cüzi biliklər əmək fəaliyyəti problemləri ilə əlaqədar deyildi. Bu səbəbdən elmi i/e və klassik məktəbin yaradıcıları insan amilini qəbul edirdilər. Onların diskussiyaları ədalətli ödənilmə, iqtisadi stimullaşdırma və formal funksional münasibətlərin müəyyən edilməsi aspektləri ilə məhdudlandırılırdı. İnsan münasibətləri (neoklassik) məktəbi
təşkilatların səmərəliliyində əsas element kimi insan amilinin tam dərk edilməməsinə cavab olaraq yarandı. Bu məktəb klassik yanaşmanın çatışmamazlıqlarına bir reaksiya kimi meydan gəldi. Ona görə bəzən insan münasibətlərini neoklassik məktəb də adlandırırlar.
Menecmentdə “insan münasibətləri” məktəbinin inkişafı əsasən 2 alimin: Meri Parker Follett Elton Meyonun adı ilə tanınmışdır. Follett əsərlərində ilk dəfə göstərdi ki, menecment “digər şəxslərin köməyi ilə işlərin yerinə yetirilməsinin təmin edilməsidir”. Meyonun apardığı eksperimentlər i/e nəzəriyyəsində yeni istiqamətlər açdı. O aşkar etdi ki, dəqiq işlənib hazırlanan iş əməliyyatları və yaxşı ə/h heç də həmişə əmək məhsuldarlığının yüksəldilməsinə gətirib çıxarmır. İnsanlar arasında qarşılıqlı fəaliyyətin gedişində yaranan qüvvə rəhbərin səylərindən çox zaman üstün olur. Bəzən işçilər fəaliyyət qrupları üzrə həmkarlarının təzyiqinə rəhbərliyin arzusundan daha da güclü reaksiya verirlər. Bir qədər sonra Abraxam Maslou və digər psoxoloqlar bunun səbəbini iqtisadi qüvvələrlə deyil, müxtəlif tələbatların olması ilə izah etdilər.
Bu nəticələrə əsaslanaraq psixoloji məktəbin tədqiqatçıları nəzərdə tuturdular ki, əgər rəhbərlik öz işçilərinə böyük qayğı göstərərsə, onda işçilərin qənaətbəxşlilik səviyyəsi yüksələr. Bu da öz növbəsində məhsuldarlığın artırılmasına gətirib çıxarar. Onlar insan münasibətlərinin idarə edilməsində üslublardan istifadə edilməsini, işçilərlə məsləhətləşmələrin aparılmasını və işdə onlara daha geniş ünsiyyət imkanlarının təqdim edilməsini tövsiyə edirdilər.

Cavab 11

    1. Davranış elmlərinin inkişafı



Psixologiya və sosiologiya elmlərinin inkişafı, 2-ci dünya müharibəsindən sonra tədqiqat metodlarının təkmilləşdirilməsi iş yerində davranışın öyrənilməsini elmi sahə etdi. Davranışın istiqamətlərini araşdıranlardan Kris Ardjirisi, Pensis Laykerti, Frederik Qersberqi və başqalarını göstərmək olar. Bu və digər tədqiqatçılar əsasən aşağıdakıları öyrənirdilər:

  1. Sosial qarşılıqlı fəaliyyətlərin müxtəlif aspektlərini.

  2. Motivləşdirməni.

  3. Hakimiyyətin xarakterini və avtoriteti.

  4. Təşkilati strukturları.

  5. Təşkilatlarda kommunikasiyaları.

  6. Liderliyi.

  7. İşin məzmununun və əmək həyatının keyfiyyətinin dəyişməsini.

Davranış elmləri insan münasibətləri məktəbindən ona görə ayrıldı ki, o ilk növbədə şəxslərarası münasibətlərin nizamlan- masına yönəlmişdi. Yeni yanaşma təşkilatların qurulmasına və i/e- də davranış elmlərinin konsepsiyalarının tətbiqi əsasında işçinin şəxsi imkanlarının dərk olunmasına kömək etməyə çalışırdı. Ümumiyyətlə bu məktəbin əsas məqsədi təşkilatın insan resurslarının səmərəliliyinin yüksəldilməsi hesabına onun səmərəsinin artırılmasıdır.
Cavab 12
Təşkilatdaxili situasiyanın əsas amilləri daxili dəyişənlər hesab edilir. Bir halda ki, təşkilat özündə insanlar tərəfindən yaradılmış sistemi ifadə edir, deməli daxili dəyişmələr əsasən idarəetmə qərarlarının nətiçəsi olaçaqdır. Təşkilatın özündə əsas dəyişənlər aşağıdakılardır:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin