«маgistratura məRKƏZİ»


Mənşəyinə və yaranma səbəbinə görə



Yüklə 0,69 Mb.
səhifə11/40
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#47774
1   ...   7   8   9   10   11   12   13   14   ...   40
K-rimov-Az-r

Mənşəyinə və yaranma səbəbinə görə: obyektiv və subyektiv, təşkilati, emosional və sosial-əmək, işgüzar və şəxsi;

  • Kommunikativ istiqamətinə görə: şaquli, üfüqi və qarışıq;

  • Konflikt edən tərəflərin tərkibinə görə: şəxsiyyətdaxili (qohum olanlara simpatiyalar və rəhbər qarşısında borcluluq hissi), şəxsiyyətlərarası (rəhbərlə onun müavini arasındakı vəzifə, əməkdaşlar arasında mükafatlanma mövzusunda); şəxsiyyət və qrup arasında; qruplar arasında, təşkilatdaxili konflikt;

  • Funksional əhəmiyyətinə görə: pozitiv və neqativ, konstruktiv və destruktiv, yaradıcı və dağıdıcı;

  • Toqquşmanın forma və dərəcəsinə görə: açıq və gizli, ani, təşəbbüs edilmiş və süni sürətdə törədilmiş, qaçılmaz, vadar edilmiş, məqsədyönlü olmayan;

  • Miqyasına və müddətinə görə: ümumi və lokal, qısamüddətli və uzadılmış, tez baş verən və uzunmüddətli;

  • Tənzimolunma formalarına görə: antoqonist və kompromisə gedən, bütövlükdə və ya qismən həll edilə bilən, razılığa və əməkdaşlığa gətirilə bilən konfliklərə bölünürlər.

    Münaqişələr həmçinin bipolyar yəni iki konflikt edən tərəf və multipolyar, 2-dən artıq konflikt edən tərəflərə bölünür.

    Şəxsiyyətdaxili münaqişə-çətin həll olunan ziddiyyətdir, insanın müxtəlif istiqamətə yönəlmiş maraqlarının, tələbatlarının, məşğuliyyətlərinin eyni gücdə toqquşmasıdır. Şəxsiyyətdaxili konflikt güclü emosional gərginliklə müşayət olunur. Bu tip konfliktlər işçinin qarşısına qoyduğu məqsədlərlə motivlərin uyğunsuzluğu nəticəsində yaranır. Şəxsiyyətdaxili münaqişələr yeni işçinin adaptasiyası və ya təşkilatda köklü struktur dəyişiklikləri edilən zaman meydana çıxa bilər. Bu konflikt müxtəlif formalar ala bilər və onun ən geniş yayılmış forması rol konfliktidir ki, burada insandan tələb olunanlar onun əməyinin nəticəsi ilə üst-üstə düşmür. Məsələn: Mağaza sahibi satıcıdan tələb edə bilə ki, günün əksər hissəsini piştaxta arxasında keçirsin və müştərilərə məhsullar barədə daha dolğun informasiya versin. Bunun əvəzində isə müavin satıcıya irad tuta bilər ki, o piştaxta arxasında çox vaxt itirir, bunun müqabilində isə mağazaya gələn yükün boşaldılmasında iştirak etmədiyi üçün bu işlər ləngiyir. Bu misalda satıcıda hansı işi edəcəyi barədə sual yaranır. İkinci bir misalda rəhbər işçidən məhsulun keyfiyyətini artırmağı tələb etdiyi halda şöbə rəisinin ondan məhsulların sayını artırmağı tələb etməsidir. Hər iki misalda işçi şəxsiyyətdaxili konfliktlə rastlaşır. Birinci misalda bu tələb ziddiyyəti, ikincisində vəzifə ziddiyyətidir.




    Yüklə 0,69 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   7   8   9   10   11   12   13   14   ...   40




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin