«маgistratura məRKƏZİ»



Yüklə 0,69 Mb.
səhifə9/40
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#47774
1   ...   5   6   7   8   9   10   11   12   ...   40
K-rimov-Az-r

Münaqişə - rəqibin neytrallaşdırılması, ona zərbə endirilməsi və onun məhv edilməsini qarşıya məqsəd qoyan konflikt vəziyyətinin açıq toqquşmaya səbəb olacaq dərəcədə genişlənməsi, sərvət uğrunda və ya konkret status uğrunda mübarizədir.


Erkən məktəblərin nümayəndələri, o cümlədən insan münasibətləri məktəbinin tərəfdarları hesab edirdilər ki, münaqişə - təşkilatın qeyri-effektiv fəaliyyətinin və pis idarəetmənin nəticəsidir. Belə münasibət tez-tez Uardın,Veblenin, Rossun, Smollun, Levinin eləcə də elmi idarəetmə məktəbinin nümayəndələrinin, administrativ məktəbin və Veberin bürokratiyasında tez-tez rast gəlinir. Hesab edilir ki, təşkilatın effektivliyi ən çox qoyulan məqsədlərin, prosedurların, qaydaların, vəzifəli şəxslərin fəaliyyətinin, həmçinin rasional təşkilatı strukturun düzgün müəyyən edilməsindən asılıdır. Belə mexanizmlər əsasən münaqişənin yaranmasına şərait yaradan şərtləri aradan qaldıra və yaranan münqişələri aradan qaldırmaq üçün istifadə edilə bilər. Alman filosof-idealisti və sosioloqu Zimmel konflikti “mübahisə” adlandıraraq hesab edirdi ki, onu psixoloji cəhətdən əsaslandırılmış məvhum və sosiolalizasiyanın bir forması adlandırırdı. Çin sosial-psixoloji məktəbinin yaradıcılarından olan Park münaqişəni sosial fəaliyyətin 4 əsas növündən biri hesab edirdi. Bunlar rəqabət, uyğunlaşma, assimilyasiya (dəyişmə) və münaqişədir. Onun fikrincə rəqabət mübarizənin sosial forması olaraq sağ qalmaqdan ötrüdür və sonralar o konfliktə çevrilir, beləliklə də assimilyasiyanın köməyilə möhkəm qarşılıqlı münasibətlərə gətirib çıxara bilir ki, bu da əməkdaşlığın köməyilə uyğunlaşmaya çevrilir. Amerikan sosioloqu Kozer münaqişəni ideoloji varlıq kimi insanların və sosial qrupun obyektiv məqsədlərə çatmaq üçün hisslərinin və niyyətlərinin əksi kimi qiymətləndirir. Bu obyektiv məqsədlər: hakimiyyət, statusun dəyişdirilməsi, gəlirlərin yenidən bölüşdürülməsi, vəsaitlərin yenidən qiymətləndirilməsi və s.dir. Münaqişənin dəyəri ondadır ki, onlar sistemin inkişafdan qalmasının qarşısını alırinnovasiyalara yol açırlar. Münaqişələr şübhəsiz olaraq sosial fəaliyyət kimi parlaq neqativ effekt verə bilər. Lakin o vacib pozitiv funksiyanı həyata keçirir. Münaqişə qane olmamaq hissinin və yaxud etirazın nümayiş etdirilməsi, münaqişə edən tərəflərin onların maraq və tələbləri barədə məlumatlandırılmasına xidmət edir. Müəyyən situasiyalarda insanlar arasında olan neqativ münasibətlər tənzim edilə bilirsə və tərəflərdən biri yalnız şəxsi maraqlarını yox eləcə də təşkilatın ümumi maraqlarını müdafiə edirsə, konfliktlər ətrafdakılara da təsir göstərir, prinsipial cəhətdən vacib ola məsələləri həll etməyə, kollektivdə mənəvi- psixoloji mühiti düzəltməyə imkan verir. Bundan əlavə elə situasiyalar olur ki, kollektiv üzvləri arasında toqquşma, açıq və prinsipial mübahisə arzuolunandır. Ən yaxşısı işçiyə reaksiya verməmək, münasibətləri korlamaqdan ehtiyat etmək əvəzinə vaxtında xəbərdar etmək, məzəmmət etmək və kolleqanın düzgun olmayan hərəkətinə imkan verməməkdir. Veberin də qeyd etdiyi kimi “münaqişə təmizləyicidir”. Belə konflikt sosial-psixoloji prosesə onun strukturuna və dinamikasına, nəticəliliyinə, şəxsiyyətin mükəmməlləşməsinə, inkişafına müsbət təsir göstərir və onları məhsuldar münaqişələr adlandırırlar.

Müasir dövrümüzdə idarəetmə fəaliyyəti ilə məşğul olan nəzəriyyəçilər və təcrübəli şəxslər o fikirə meyl edirlər ki, bəzi münqişələr hətta ən effektiv təşkilatda, ən yaxşı qarşılıqlı münasibətlərin olduğu təşkilatlarda nəinki mövcuddur, hətta olması istənilən haldır. Münaqişələri sadəcə olaraq idarə etmək lazımdır. Münqişələrin rolu və onların tənzimlənməsi müasir cəmiyyətimizdə o qədər böyükdür ki, hətta XX əsrin 2-ci yarısında xüsusi elm sahəsi olan –Münaqişəşünaslıq elmi psixologiyadan ayrıldı. Onun inkişafında filosofların, sosioloqların, politoloqların və əlbəttə ki psixoloqların rolu böyük olmuşdur.

Münaqişələr demək olar ki, insan həyatının bütün sferalarında yaranır. Biz isə əsasən təşkilatda yaranan və davam edən konfliktlərin üzərində dayanacağıq. Münaqişə nədir? Münaqişənin müxtəlif cür açıqlaması və tərifləri mövcuddur, lakin onların hamısı ziddiyyəti özündə birləşdirir. Bu ziddiyyət özündə insanların qarşılıqlı fəaliyyəti nəticəsində yaranan narazıçılığı ifadə edir.


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin