«маgistratura məRKƏZİ»



Yüklə 0,69 Mb.
səhifə10/40
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#47774
1   ...   6   7   8   9   10   11   12   13   ...   40
K-rimov-Az-r

Münaqişə - (latın dilində conflictus-toqquşma)-rəqiblərin və ya fəaliyyət subyektlərinin bir birinə əks olan məqsədlərinin, maraqlarının, mövqelərinin, fikirlərinin, baxışlarının toqquşmasıdır. Münaqişələr gizli və aşkar ola bilər ki, onların əsasında hər zaman razılaşmanın olmamağı durur. Buna görə də münaqişəni iki və daha artıq insan, tərəf və ya sosial qrup arasında razılığın olmaması kimi müəyyən edə bilərik. Müşahidələr göstərir ki, münaqişələrin 80 %-dən çoxu onun iştirakçılarının istəyi olmadan yaranır. Bütün bunlar insan psixikasının xüsusiyyətlərindən irəli gəlir, beləliklə də əksər insanlar ya bunlardan xəbərsizdir ya buna əhəmiyyət vermirlər.

Konfliktlərin yaranmasında əsas rolu konfliktogenlər oynayır. Konfliktogenlər konfliktin yaranmasına və inkişafına təsir göstərən hərəkət və ya hərəkətsizliksizliklərdir ki, mübahisəsiz olaraq konfliktin yaranmasına yol açırlar. Konfliktogenin mahiyyəti ondadır ki, biz başqalarının sözlərinə daha həssas yanaşırıq nəinki öz fikirlərimizə. Hətta belə bir aforizm də vardır ki, “İnsanlar özlərinin dedikləri sözlərə çox fikir verməsələrdə, öz eşitdiklərinə daha çox məna yükləyirlər”. Bizim eşidilən sözlərə bu qədər əhəmiyyət verməyimizin səbəbi özümüzü təhlükələrdən müdafiə etmək istəyimizdir. Beləliklə də insanlar ətrafdakı sözlərə fikir verərkən öz sözlərinə də bir o qədər əhəmiyyət vermirlər, bütün bunların nəticəsində insanlarla qarşılıqlı mnasibətdə ətrafa çoxlu sayda konfliktogenlər saçmağa başlayırlar. Lakin “bir” konfliktogen öz-özlüyündə konflikt yaratmağa qadir deyidir, konfliktin yaranması üçün “konfliktogenlər zənciri” olmalıdır.

Razılığın olmaması müxtəlif cür fikirlərdən, baxışlardan, ideyalardan, maraqlardan, nəzər nöqtələrindən və s. səbəblərdən asılıdır. Lakin o yuxarıda qeyd etdiyimiz kimi heç də həmişə toqquşma və konfliktlə nəticələnmir. Bu yalnız mövcud ziddiyyətlərin, narazılıqların insanların normal qarşılıqlı münasibətlərini pozaraq qoyulmuş məqsədlərə çatmağa əngəl törətdiyi zaman meydan çıxır. Belə şəraitdə insanlar hər hansı yolla narazılığı aradan qaldırmağa və açıq konfliktə girməyə başlayırlar. Konflikt prosesində onun iştirakçıları müxtəlif fikirlər, qərar qəbulunda müxtəlif cür alternativlər irəli sürmək imkanı əldə edirlər. Konfliktin ən vacib pozitiv mənası da elə bu zaman meydana çıxır.

Qərb sosioloq və psixoloqları konflikti sosial inkişafın vacib faktoru hesab edirlər. İngilis filisofu və sosioloqi Q.Spenser (1820-1903) hesab edirdi ki, konflikt insan cəmiyyətində qaçılmaz məvhumdur və sosial inkişafın stimuludur. Konfliktlər çox vaxt aqressiya, hədə qorxu, mübahisə, düşmənçiliklə müşayət olunurlar.

Konfliktlərdən danışarkən onların obyektlərini və predmetlərinin qeyd etməyimiz vacibdir. Belə ki, hər bir konflikt daxili və xarici şəraitdən asılıdır və hər birinin çevrəsi kifayət qədər genişdir, dəyişkəndir və müfəssəl tamlıqla ifadə oluna bilməz.

Konfliktin predmeti dedikdə obyektiv şəkildə mövcud olan və ya təsəvvür edilən, tərəflər arasında münaqişəyə səbəb ola bilən problem nəzərdə tutulur. Hər iki tərəf bu problemin öz xeyrinə həll olunmasında maraqlıdır. Konfliktin predmeti subyektlərin münaqişəyə girdiyi və həllinə cəhd göstərdiyi ziddiyyətin özüdür. Bu vəzifə uğrunda mübarizə, bu və ya digər qiymətlilərə sahib olmaq istəyi, birinciliyə və bərabərliyə cəhd etmədir. (koqnitiv konfliktdə bunu diskussiya predmeti adlandırırlar). Münaqişənin həllolunma yollarını axtarılması onun predmetinin müəyyənləşdirilməsindən başlayır. Bir çox konfliktlər o qədər dolaşıq və çətin tarixçəyə malik olurlar ki, mütəxəssis arxeoloq kimi bir qatın ardınca digər qatı araşdırmağa məcbur olur. Problemlərin qat-qat yerləşdirilməsi münaqişənin predmetini tamamilə qarışıq edə bilər və dəqiq sərhədləri itirə bilər. Münaqişənin əsas predmeti onlarla “yaralı nöqtələrdən” ibarət ola bilər. Çoxlu səbəbi olan konfliktlərə ailədaxili və beynəlxalq konfliktləri misal göstərmək olar. Konliktin predmeti tərəflər arasında müzakirə mövzusudur. Belə hallarda danışıqlar o maraqların predmeti üzərində aparılır ki, tərəfləri danışıqlar aparmağa razı salmışdır. Danışıqlar qaydalar üzrə, elmi diskussiya və bazar ticarəti üzrə aparılır. Bəzi tədqiqatçıların fikrincə, “ əslində bütün konfliktlərdə söhbət iki və hətta bir konfliktdən gedir: resurslar və onların idarə edilməsi. Nüfuz bu nöqteyi nəzərdən ,- resursların idarə edilməsi variantı, mülkiyyət isə elə resursun özü deməkdir. Resursları maddi və mənəvi resurslara ayırmaq olar.(B.A.Yadov) Oxşar fikirlərdən danışarkən konfliktin obyektini tez-tez qeyd edirik. Bu anlayışın altında konkret mənəvi və ya maddi sərvət dayanır ki, tərəflər ona malik olmaq üçün konfliktə girirlər. Konfliktin obyektinə konkret olaraq şəxsiyyət, kütlə, ictimaiyyət, dövlətin maraqlarına tuş gələn maddi dünyadakı və sosial reallıqdakı bütün elementlər daxil ola bilər. Konfliktin obyekti olmaq üçün bu element onu təklikdə idarə etmək istəyən müxtəlif sosial subyektlərin maraqlarının kəsişmə nöqtəsində olmalıdır. Elə situasiyalara minlərlə misal gətirmək olar: maraqlı oyuncaq üçün dalaşan iki uşaqdan başlamış, geniş ərazilərin idarə edilməsi uğrunda mübarizə aparan iki dövlətə qədər. Konfliktin obyekti hər iki tərəfdən baxdıqda defisit resurs hesab olunur. Məsələn iki müavinin mübarizə apardığı 1 direktor ştatı. Həqiqətən də defisit resursun kompensasiyası mübahisəni həll edə bilər. Lakin resurs çatışmazlığı heç də həmişə konfliktin obyektinə çevrilmir. Bu obyekt sərvətin bu və ya digər qrupa aid olması problemi də ola bilər. Bəzi hallarda konfliktin görünən obyekti olmaya da bilər, buna yalançı konflikt deyilir.



Konfliktlərin çoxvariantlı tipologiyası mövcuddur ki, onlar da konfliktin əsasında duran kriteriyalardan asılıdırlar. Məsələn konfliktlər:
1   ...   6   7   8   9   10   11   12   13   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin