Sorğu məktubu hazırlamaq



Yüklə 87,26 Kb.
tarix18.04.2023
ölçüsü87,26 Kb.
#99739
növüYazı
Çar Rusiyası və Sovet dövlətinin Azərbaycanda dini siyasəti kopyası kopyası



Fakültə: Məktəbəqədər təhsil


İxtisas: Məktəbəqədər təhsil
Semestr: I
Kurs: I
Müəllim: Fazilə Hüseynova
Qrup: 2201B
Tələbə: Çukayeva Məryəm
Fənn: Azərbaycan dilində kommunikasiya
Mövzu: Sorğu məktubu hazırlamaq
Bakı-2023
Sorğu məktubu hazırlamaq
İşgüzar yazışmaların ən populyar sənəd növü olan məktublar qarşılıqlı münasibətlərin bütün aspektlərini əhatə edir. Məhz buna görə də işləklik tezliyi yüksək olan sənədlər sırasında yer alır.
Məktubların hazırlanmasını adi bir proses kimi təsəvvur etsək də, bilavasitə işin içində olan hər kəs bu fikirlə razılaşmaz. Ən azı ona görə ki, hər bir məktub ciddi hazırlıq tələb edir.
Məktublar adətən iki qrupa bölünür;

  1. Cavab tələb edən məktublar – xahiş bildirən, məktubları, kommersiya məktubları, məlumat məktubları, sorğu məktubları, təklif məktubları, reklam məktubları və s.

  2. Cavab tələb etməyən məktublar – müşayiət məktubları, təsdiq, məlumat məktubları, xatırlatma məktubları və s.

Sorğu məktubları ən çox istifadə olunan məktublardır. Bu məktublar həm fiziki şəxslər, həm də hüquqi şəxslərin təmsilçiləri tərəfindən konkret məqsədlər üçün istifadə olunur. Bir qayda olaraq sorğu məktubları iki hissədən ibarət olur.
Giriş hissəsində tərəflər arasındakı işgüzar münasibətlərin səviyyəsi haqqında məlumat çatdırılır və ardınca sorğunun əsas motivi, yəni səbəbi bildirilir. Səbəblər isə tərəflər arasındakı müqavilə şərtlərinin yerinə yetirilməməsi, ödənişlərin vaxtında aparılmaması, yüklərin gecikdirilməsi və s. bu kimi məqamlar ola bilər. Bu zaman “Əvvəlcədən razılaşmaya əsasən ...”, ”Müqavilə ilə nəzərdə tutulan müddətə əsasən......” və s. kimi kostruksiyalara müraciət etməklə əsas narazılığı və onun nəticələrinin tezliklə həllini tapması uçün cəhdi məktubda əks etdirmək lazımdır. Məhsul istehsalının həcminin aşağı düşməsini, müəssisənin ziyanla işləməsini də qeyd etmək olar.
Məktubun yekun hissəsi isə xahişlə tamamlanmalıdır. ”Xahiş edirik göstərilənləri nəzərə alaraq”, Əməkdaşlığımızın davamlı olması üçün xahiş edirik...” və s. formalı cümlələrdən istifadə etmək olar.

Ədəbiyyat



  1. Abdullayev, A. Nitq mədəniyyəti və natiqlik məharəti haqqında. Bakı, 1965.

  2. Allahverdiyeva A. ĠĢgüzar yazıĢmalar. Bakı, 2016.

3. Cəfərov V. Diplomatik etiket və nitq mədəniyyəti. Bakı, 2009.
6. Səlimova N. ĠĢgüzar yazıĢmalar. Bakı, 2017.
7. Əbdülhəsənli, T., Hüseynova А. ĠĢgüzar Azərbaycan dili. Bakı,2006.
Yüklə 87,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin