Informasiya sistemləRİ


İnformasiya resurslarının xarakterinə görə təsnifatı



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə6/41
tarix13.12.2023
ölçüsü0,56 Mb.
#175872
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   41
INFORMASIYA-SİSTEMLƏRI-VƏ-VB

İnformasiya resurslarının xarakterinə görə təsnifatı. 
Toplanan və emal olunan 
informasiya resurslarının xarakterinə görə informasiya sistemləri 3 sinifə bölünür: 
sənədli, faktoqrafik və sənədli-faktoqrafik sistemlər. 
Sənədli sistemlər
təbii dildə ifadə olunmuş müxtəlif sənədlərlə (monoqrafiyalar, 
məqalələr, dövrü nəşrlər, normativ və hüquqi səənədlər və s.) işləmək üçün istifadə 
olunurlar. Sənədli sistemlərin tipik nümayəndəsi informasiya -axtarış sistemləridir. 
İnformasiya-axtarış sistemi təbii dildə sənədlərin toplanması və müxtəlif kriterilərə görə 
axtarışını təmin edir. Bu cür sistemlərdən həm müəssisə (korporasiya) səviyyəsində, həm 
də İnternet şəbəkəsində müxtəlif tip sənədlərin toplanması,sistemlədirilməsi və axtarışı 
üçün istifadə olunur. 
Sənəd dövriyyəsi sistemləri müəssisə (korporasiya) daxilində sənədlərin dövriyyəsini 
avtomatlaşdırmaq üçün istifadə olunur. Müəssisənin bütün funksional bölmələrinin 
komplektləşdirilməsi şəraitində kopüterlərin şəbəkəsini yaratmaqla və sənədlərin 
elektron variantlarından istifadə etməklə, onların dövriyyəsini tam avtomatlaşdırmaq 
olur.


Kargüzarlığın avtomatlaşdırılması sistemləri də müəssisədə İnternet-İntarnet platforması 
ilə qurulan kompüter şəbəkəsinin fəaliyyət göstərdiyi şəraitdə rəhbərliyin, funksional 
bölmələrin və işçilərin xidməti və şəxsi işlərini əhatə edən kargüzarlığın elektron 
sənədlərdən və elektron poçtdan istifadə edilməsilə tam avtomatlaşdırılmasına imkan 
verir. 
Faktoqrafik sistemlər
kompüterdə verilənlərdən ibarət olan yazılar formasında 
saxlanan faktiki məlumatlarla əməliyyat aparırlar. Faktoqrafik informasiya sisteminin 
əsas funksional qovşağı verilənlər bazasının idarəetmə sistemidir. Faktoqrafik 
sistemlərdən təkcə verilənlərin saxlanılması və axtarışı üçün deyil, həm də onların emalını 
tələb edən məsələlərin həlli üçün istifadə olunur. Yerinə yetirdikləri funksiyalara görə 
faktoqrafik sistemləri 3 qrupa bölmək olar: informasiya -arayış sistemləri, informasiya -
idarəetmə sistemləri və informasiya-məsləhət sistemləri. 
İnformasiya-arayış sistemləri
konret tətbiq sahəsi üzrə istifadəciləri maraqlandıran 
suallara çavab-arayış vermək ücün istifadə olunurlar. İstifadəcilər sistemə 2 çür sorğu ilə 
müraçiət edə bilərlər: reqlamentli və ixtiyari. Reqlamentli sorğunun məzmunu və verilmə 
tezliyi əvvəlçədən məlum olur (planlaşdırılır). İxtiyari sorğularda isə bu çür müəyyənlik 
olmur. Sistem sorğuya uyğun çavabları ya lazımi verilənlərin tapılıb istifadəçiyə
çatdırılması ilə, ya da tapılan verilənlərin üzərində müəyyən əməliyyatlar aparmaqla 
onların emalı nətiçəsi kimi verir. 

İnformasiya-idarəetmə sistemləri
idarəetmə üçün qərarların qəbul edilməsinin 
inforomasiya təminatı funksiyasını yeriən yetərirlər. Odur ki, bu sistemlərə həmcinin
qərarların qəbulunun informasiya təminatı (ingilisçə- Deçision Support System (DSS))
sistemləri də deyilir. Bu sistemlər də istifadəcilərin həm reqlamentli, həm də ixtiyari 
sorğularına çavabları təmin etməlidirlər. Müəssisənin idarə edilməsində sistemə verilən 
reqlamentli sorğular əslində funkional bölmələrdə (plan, təçhizat, satış, mühasibat və s.) 
həll olunan planlaşdırma, ücot, nəzarət və s. tipli məsələlərin həlli deməkdir. 

İnformasiya-məsləhət sistemləri
insana (qərar qəbul edən şəxsə) qərarların qəbul 
edilməsi üçün məsləhətlər verirlər, yəni mümkün variantları təklif edirlər. Sistemin 
verdiyi məsləhətlər əsasında insan öz qərarını verir. Bu çür sistemlərin işi biliklərə 
əsaslandığından onların intellektual səviyyələri yüksək olur. İnformasiya-məsləhət 
sistemlərinin tipik nümayəndəsi ekspert sistemləridir.

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin