Informasiya sistemləRİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə3/41
tarix13.12.2023
ölçüsü0,56 Mb.
#175872
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   41
INFORMASIYA-SİSTEMLƏRI-VƏ-VB

2.
 
İnformasiya sistemi haqqında ümumi məlumat 
 
Sistem
dedikdə müəyyən məqsədə nail olmaq ücün bir-birilə əlaqələndirilmiş 
müxtəlif elementlərdən ibarət obyekt başa düşülür və həmin obyektə vahid tam kimi 
baxılır. Sistemlər bir-birindən həm onların qarşısına qoyulan məqsədlərə, həm də 
tərkiblərinə görə fərqlənirlər. Cədvəl 1-də müxtəlif elementlərdən ibarət olan və müxtəlif 
məqsədləri reallaşdıran sistemlərə aid misallar göstərilmişdir.
Cədvəl 1 
Sistemə aid misallar 
Sistem 
Sistemin elementləri 
Sistemin əsas məqsədi 
Firma 
İnsanlar, avadanlıq, 
materiallar, binalar və s. 
Məhsul istehsalı 
Kompüter 
Elektron və elektromexaniki 
elementlər, əlaqə xətləri və s. 
Verilənlərin emalı 
Telekommunikasiya 
sistemi 
Kompüterlər, modemlər, 
rabitə kanalları, şəbəkə 
proqram təminatı və s. 
İnformasiyanın ötürülməsi 
İnformasiya 
sistemi 
Kompüterlər, kompüter 
şəbəkələri, insanlar, infor- 
masiya, proqram və linq- 
vistik təminatı 
Professional 
informasiyanın istehsalı 
İnformatikada «sistem» anlayışı geniş yayılmışdır və bir necə mənada işlədilir. Ən 
cox texniki vasitələrin və proqramların toplusu mənasında işlədilir. Məsələn, müəyyən 
sinfə aid məsələləri həll edən proqramlar və onlarla işləmək ücün sənədlər toplusuna 
sistem kimi baxılır. 
«Sistem» sözünə «informasiya» sözünün əlavə edilməsi onun yaradılmasında və 
fəaliyyətində məqsədi göstərilir. 
İnformasiya sistemi (İS)
müəyyən sahədə məsələlərin həllini təmin edən qərarların 
qəbul edilməsi ücün informasiyanın toplanması, saxlanması, axtarışı, emalı və 
istifadəcilərə catdırılmasını təmin etmək məqsədilə texniki, proqram, linqvistik, 
metodoloji və təşkilatı vasitələrdən ibarət kompleksdir. 
Müasir informasiya sistemlərində informasiyanın emalı ücün əsas texniki vasitə 
kimi fərdi kompüterdən istifadə edirlər. Böyük təşkilatlarda və firmalarda texniki 
vasitələrə fərdi kompüterlə yanaşı, meynfreym və super kompüter də daxil edilə bilər. 
Paylanmış informasiya sistemlərində texniki təminat funksiyalarını kompüter şəbəkələri 
yerinə yetirirlər. 
İnformasiyanın saxlanmasını, axtarışını və emalını reallaşdırmaq ücün uyğun 
proqramlar olmalıdır ki, onlar da informasiya sisteminin proqram təminatını təşkil edirlər. 


İnformasiyanın və sorğuların kompüterin başa düşəçəyi formada təsviri, istifadəcilərlə 
sistem arasında ünsiyyətin qurulması ücün müəyyən linqvistik vasitələr (dillər) olmalıdır. 
İnformasiya sistemi «insan-maşın (kompüter)» tipli sistemlər sinfinə daxildir. Bu 
tip sistemlərdə insanın sistemin fəaliyyətində iştirakı vaçib sayılır. İnsan bir tərəfdən 
sistemin istifadəcisi rolunda cıxış edir, digər tərəfdən isə sistemin fəaliyyətinə 
çavabdehlik edir (sistemin iş qabiliyyətli vəziyyətdə olması, istifadəci sorğularının 
ödənilməsi, sistemdə saxlanan informasiyanın aktuallığının təminatı və s.). Kompüterlə 
informasiya sisteminin fərqi də insan amili ilə bağlıdır. Xüsusi proqram vasitələri ilə 
təmin olunmuş kompüter informasiya sisteminin texniki bazasını və instrumentini təşkil 
edir. İnformasiya sistemini kompüterlə və telekomminikasıya vasitələri ilə qarşılıqlı əlaqə 
yaradan insansız təsəvvür etmək mümkün deyil. 
Ilk informasiya sistemləri keçən əsrin 50-ci illərində yaradılmışdı. Onlar əsasən hesabat 
sənədlərinin hazırlanması üçün istifadə olunurdu, böyük kompüterlərdə və 
elektromexaniki mühasibat – hesab maşınlarında reallaşdırılırdı. Bununla da kağız 
sənədlərin hazırlanması vaxtı və məsrəf müəyyən qədər azalırdı. 60-cı illər informasiya 
sistemlərinə münasibətin dəyişilməsi ilə əlamətdardır. Onların köməyilə alınan 
informasiya bir neçə parametrə görə dövrü hesabatlarda istifadə olunurdu. Bu sistemlərin 
qurulması üçün kiçik, orta və böyük kompüterlərdən istifadə olunurdu. 70-ci illərdən 
başlayaraq İS-dən qərarların qəbulu prosesini sürətləndirən və dəstəkləyən vasitə kimi 
istifadə olunmağa başlandı. Bu sistemlərdən həmçinin müəyyən fənlərin (kimya, 
riyaziyyat, proqramlaşdırma və s.) öyrənilməsində köməkçi vasitə kimi istifadə olunurdu. 
Ekspert sistemi adlanan intellektual səviyyəli İS-dən diaqnostika və proqnozlaşdırma 
məsələlərinin həlli üçün istifadə olunurdu. 85-ci ildən fərdi kompüterlərin geniş istehsalı 
və tətbiqi ilə əlaqədar olaraq informasiya sistemlərindən istifadə konsepsiyası ciddi 
dəyişikliklərə məruz qaldı. Əvvəlki təyinatlarla yanaşı, İS-dən strateji informasiya
mənbəyi kimi təşkilatın bütün səviyyələrində istifadə olunur. Bu dövrün informasiya 
sistemləri lazımi İnformasiyanı vaxtında çatdırmaqla firmaya fəaliyyətində uğur 
qazanmağa, yeni məhsullar və xidmətlər yaratmağa, yeni satış bazarı tapmağa və beləliklə 
bazar iqtisadiyyatı şəraitində rəqabətə davam gətirməyə və inkişafa kömək edirlər.

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin