Informasiya sistemləRİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə8/41
tarix13.12.2023
ölçüsü0,56 Mb.
#175872
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   41
INFORMASIYA-SİSTEMLƏRI-VƏ-VB

Texniki təminat. 
Texniki təminat – informasiya sisteminin işlənməsinə xidmət edən 
texniki vasitələr kompleksindən və həmçinin həmin vasitələr və texnoloji proseslər üçün 
uyğun sənədlərdən ibarətdir. Texniki vasitələr kompleksinə aşağıdakılar aiddir:
 

Hər hansı modelə aid kompüterlər; 

İnformasiya nın toplanması, saxlanması, emalı, ötürülməsi və əks etdirilməsi 
üçün qurğular; 

Kommunikasiya vasitələri (informasiyanı ötürən və qəbul edən qurğular və 
rabitə kanalları); 

Təşkilati-texniki vasitələr; 

Istismar materialları və s.
Sənədlərdə texniki vasitələrin ilkin seçimi, onların istismarının təşkili, verilənlərin 
emalının texnologiyası, texnoloji təchizat kimi məsələlər öz əksini tapır. Sənədləri şərti 
olaraq 3 qrupa bölmək olar: 

Texniki təminata aid dövlət və sahə standartlarını əhatə edən ümumsistem sənədləri; 

Texniki təminatın həyata keçirilməsinin bütün mərhələlərinə aid metodikanı əhatə 
edən xüsusi sənədlər; 
Техники тяминат 
Рийази тяминат 
Програм тяминаты 
Информасийа тяминаты 
Тяшкилати тяминат 
Щцгуги тяминат 
Информасийа
системи 



Texniki təminata aid hesabatların aparılmasında istifadə olunan normativ – arayış 
sənədləri. 
Texniki təminatın təşkilində əsasən 2 formadan istifadə olunur: mərkəzləşdirilmiş və 
qismən və ya tam mərkəzləşdirilməmiş. Mərkəzləşdirilmiş texniki təminat böyük 
kompüterlərdən və hesablama mərkəzlərindən istifadə olunmasına əsaslanır. 
Mərkəzləşdirilməmiş texniki təminatda isə funksional altsistemlərin bilavasitə 
istifadəçilərin iş yerlərində quraşdırılmış fərdi kompüterlərdə reallaşdırılması nəzərdə 
tutulur.
Riyazi və proqram təminatı.
Riyazi və proqram təminatı İS-in məqsədlərini və 
vəzifələrini reallaşdırmaq, həmçinin texniki vasitələr kompleksinin normal fəaliyyətini 
təmin etmək üçün riyazi metodlar, modellər, alqoritmlər və proqramlar toplusudur. Riyazi 
təminat vasitələrinə aşağıdakılar aididr: 

Idarəetmə və informasiya proseslərinin modelləşdirilməsi vasitələri; 

Tipik idarəetmə məsələləri; 

Riyazi proqramlaşdırma, riyazi statistika, kütləvi xidmət, çoxluqlar və qeyri-səlis 
çoxluqlar nəzəriyyəsi və s.
Proqram təminatına ümumsistem və xüsusi proqram vasitələri və həmçinin proqram 
sənədləri aiddir. Ümumsistem proqram təminatı kompüterin və əməliyyat sisteminin 
funksional imkanlarını artıran, verilənlərin emalı prosesinin idarə edilməsi və nəzarət 
funksiyalarını yerinə yetirən, informasiyanın təhlükəsizliyini təmin edən və s. proqramlar 
kompleksidir. Xüsusi proqram təminatı konkret informasiya sisteminin reallaşdırılması 
üçün proqramlar kompleksindən ibarətdir. Bu kompleksə sistemin informasiya bazasının 
qurulması və idarə olunması, istifadəçilərin reqlamentli və ixtiyari sorğularının emalı və 
çıxış informasiyasının (hesabatların) formalaşdırılması və s. funksiyaları yerinə yetirən 
proqramlar daxildir. Proqram sənədlərində həll olunan məsələlərin təsviri, 
alqoritmləşdirmə üçün tapşırıqlar, məsələlərin iqtisadi – riyazi modelləri, ayrı-ayrı 
proqram komponentlərinin funksiyaları və xarakteristikaları, onlarla işləmək üçün 
təlimatlar və s. əks olunur.

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin